Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə43/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   39   40   41   42   43   44   45   46   ...   113

 
 
 
 
əməliyyatlar   aparmaq   üçün   kifayət   qədər   qüvvəsi   olmayan   Ənvər   paşa   1918-ci   ilin   əvvəllərinə   
göstəriləcək 
köməyin   formasını   müəyyənləşdirdi:  Azərbaycana   göndərilən   təlimatçılar   yerli   əhalidən   toplanmış   könüllü 
dəstələri     öyrədəcək     və     beləliklə     Azərbaycan     qoşunları     (tərkibində     3     piyada     diviziya     olan     bir     
korpus) 
yaradılacaqdı.    Lakin    Azərbaycan    milli    hərəkat    liderləri    ilə    görüşlər    (ilk    növbədə    Nağı    bəy   
Şeyxzamanlının  rəhbərlik  etdiyi  heyətlə  danışıqlar  qeyd  edilməlidir,  məhz  bu  qrupla  danışıqlardan  sonra 
Ənvər  paşa  real  hərbi kömək  göstərmək qərarına gəldi),
191 
erməni-bolşevik  qoşunlarının  gözlənilmədən  böyük 
qüvvə  ilə  sürətlə  qərbə doğru  irəliləməsi,  Almaniyanın  Sovet  Rusiyası  ilə  sövdələşməyə  girməsi  və  ən  əsası, 
vəziyyəti  dəyişə  biləcək  yerli   qüvvə   yaratmaq    üçün   vaxt   çatışmazlığı    Ənvər    paşanı    planlarını    dəyişib   
Azərbaycana   bilavasitə   osmanlı qoşunlarını göndərməyə sövq etdi.
192
 
Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında 1918-ci ilin iyunun 4-də imzalanmış müqavilənin 
IV      maddəsində      deyilir:      "Azərbaycan     
Hükuməti Cümhuriyyəsi 
tərəfindən  tələb
 
 
vukuunda 
Hükumət-i
 
Osmaniyyə 
intizam  və asayiĢ-i 
daxiliyyənin  təmin  və  iadəsi    üçtin  ledel-icab 
silah 
bulu-nacaqdır”
193
 
qüvvətiylə 
müavinətdə 
(imzaladılar:     Azərbaycan     tərəfindən     Milli     
Şuranın 
sədri 
M.Ə.Rəsulzadə, 
Xarici 
İşlər 
Naziri 
M.H.Hacınski;     Osmanlı     tərəfindən    Ədliyyə   
Naziri 
Xəlil bəy, 3-cü ordu komandanı Vehib paşa). 
Nuru  paşanın  rəhbərlik  etdiyi   heyət   Mosuldan 
Təbrizə,   oradan   da   Naxçıvana   gəldi.   Naxçıvanda   
və Ordubadda  bir  neçə  zabit  saxlanıldı  ki,  mayın  20-
dən  etibarən      yerli      hissələrin      yaradılmasına     
başlanılsın. 
Cəbrayıl-Ağdam-Tərtər-Yevlax-Gəncə  marşrutu  ilə  hərəkət  edən heyət  hər  yerdə yerli  dəstələr  yaratmaq  üçün 
zabitlər saxlayırdı. Bir çox yerlərdə əhali türk əsirlərini azad etmiş və onlar yerli dəstələr təşkil etmişdilər. Lakin 
bütün bunlar kifayət deyildi. Nəticədə 3-cü Ordu tərkibindən 5-ci Qafqaz piyada firqəsinin bölmələrinin hissə- 
hissə Azərbaycana göndərilməsi və burada Müsəlman Korpusu ilə birləşməsi əmri verildi. Beləliklə, 1918-ci ilin 
iyununda,    Azərbaycanla    Osmanlı    dövləti    arasında    dostluq    haqqında    müqavilə    imzalanandan    dərhal   
sonra Azərbaycan    və    Osmanlı    hərbi    hissələrindən    Qafqaz    İslam    Ordusu    yaradılmağa 
başladı.    Orduya    rəhbərlik  ikili    xarakter    daşıyırdı:    istər    türk,    istərsə    də   
Azərbaycan  hərbi    hissələrinin    komandirlərinin    raportları    həm    Nuru    paşaya,   
həm   də   Müsəlman Korpusunun komandanı Əli ağa Şıxlinskiyə göndərməli idi.
194
 
Azsaylı,    lakin    döyüş    təcrübəsinə    malik    və    hərbi    hissələr    şəklində   
təşkil  edilmiş    Osmanlı    qoşunları    Qafqaz    İslam    Ordusunun    əsas    zərbə   
qüvvəsini    təşkil  edirdi.    Onların    gəlişi    mart-aprel    döyüşlərindən    sonra    ruh   
düşkünlüyünə    qapılmış,  pərakəndə    halda    öz    şəhər    və    kəndlərini   
qorumağa    hazırlaşan    azərbaycanlıların  mənəvi  durumunda  dəyişikliyə  səbəb 
olmuş,  artıq  müdafiədən  hücuma  keçib  mənfur  düşməndən  işğal  edilmiş  ərazilərin 
azad ediləcəyinə əminlik yaratmışdı. 
Yaradılanda  Qafqaz  İslam  Ordusunun  məqsədləri  də  açıqlanmışdı: 
ermənilərin ingilislərlə birləşərək Bakını işğal etməsinə maneçilik törətmək; Bakıda 
islamlar    (müsəlmanlar)    və    bolşeviklər    arasındakı    müharibəyə    müdaxilə    etmək;    Bakı    ilə    bağlı   
"almanların ehtiraslarına mane olmaq"; Qafqaz islamlarını təcavüzdən qurtarmaq".
195
 
İlk    əvvəl    Azərbaycan    hissələrini    dəmir    yollarının    qorunmasında    istifadə    etməyə    başlayan   
Nuru    paşa  tədricən  onların  döyüşkənliyini  görərək  döyüş  əməliyyatlarının  ən  vacib  istiqamətlərinə  yönəldir, 
azərbaycanlı zabitlər müxtəlif qoşun hissələrindən tərtib edilmiş qrup komandirləri də təyin edilirdilər. 
Gənc və siyasi oyunlarda təcrübəsiz olan Nuru paşa onun ətrafında peyda olmuş bir neçə ilhaqçının təsiri 
ilə   vaxtaşırı   Azərbaycanın   siyasi   və   hərbi   rəhbərliyi   ilə    münasibətlərdə   tələsikliyə    yol    verirdi.   
Azərbaycanı müstəqil dövlət kimi dəstəkləmək əvəzinə, bir əyalət kimi Osmanlı dövlətinin tərkibinə qatmaq 
fikirləri ilə çıxış 
edən ilhaqçılar Azərbaycan hökumətinin gördüyü tədbirlər nəticəsində istədiklərinə nail ola bilmədilər. İyunun 
26-da  Müsəlman  Korpusu ləğv edildi  və onun əsasında  Əlahiddə  Azərbaycan Korpusu təşkil  olundu. Ərazilər 
erməni-bolşevik      qoşunlarından      azad      edildikcə      Qafqaz      İslam      Ordusunun      tərkibinə      qatılan     
azərbaycanlı 
191
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s. 102-104. 
192
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. 
Bakı, 2008, s.226. 
193
Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Əlavə 1, s.576. 
194
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.99-101. 
195
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.234. 
73 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə