Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə44/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   40   41   42   43   44   45   46   47   ...   113

könüllülərin sayı artırdı. Nəticədə döyüşlərdə itkilər versə də QİO-nun say tərkibi nəinki azalmır, əksinə, artırdı. 
Eyni   zamanda   onun   tərkibində  azərbaycanlıların   da  sayı   kəskin   surətdə   artmışdı.   Azərbaycanlı   əsgərlər 
təkcə 
Azərbaycan     hərbi     hissələrində     deyil,     Osmanlı     hərbi     hissələrinin     də     tərkibində     vuruşurdular     (türk     
hərbi hissələrinin itkiləri azərbaycanlı döyüşçülər hesabına bərpa edilirdi). 
1918-ci    il    avqustun    13-də    Nuru    paşanın    əmri    ilə    Əlahiddə    Azərbaycan    Korpusu    ləğv    edildi,   
lakin 
Azərbaycan hərbi hissələri öz  mövcudluğunu saxladı. Onların komandirləri  vəzifələrinə osmanlı  zabitləri təyin 
edildi. Bununla Bakıya həlledici hücum ərəfəsində QİO-nun azərbaycan hərbi hissələrindən qeyri-müsəlmanları 
uzaqlaşdırmağa çalışan Nuru paşa azərbaycanlı zabitləri müxtəlif vəzifələrə təyin etmişdi.
196
 
196
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.267. 
74 
 


 
 
75 


 
 
 
 
Bu   tipli   anlaşılmazlıqlara   baxmayaraq   Qafqaz   İslam  Ordusunun   türk  və   azərbaycanlı   zabit   və   
əsgərləri 
onların üzərinə düşmüş çətin və şərəfli vəzifəni layiqincə yerinə yetirdilər. 
5.3. Müsəlman Korpusunun strukturu 
1917-ci  ilin  yayından  Rusiya  ordusunda  mövcud  olmuş  gürcü  və  erməni   milli  hərbi  hissələri  Qafqazda 
cəmləşdirilməyə başlandı. Azərbaycanlılardan ibarət yeganə nizami  hərbi  hissə olan Tatar süvari  alayı Qafqaz 
yerli süvari diviziyası tərkibində Qalisiyada vuruşurdu. Bununla belə bölgədə xidmət edən azərbaycanlı zabitlər 
pərakəndə       halda       olsa       da 
fəaliyyət
 
göstərirdilər. 
Polkovnik      Süleyman      bəy      Əfəndiyev      1917-ci     
ilin  iyulunda      Yelizavetpola      ezamiyyətə     
göndərildi.      Öz  vəzifə-sini    icra    etməklə    bərabər,   
o,    Müsəlman    Milli  Komitəsi    ilə    əlaqə    yaradıb   
şəhərdə    hərbi    kurs    təşkil  etdi    və    150    nəfər   
gəncə    hərbi    işin    ilkin    vərdişlərinin  öyrədilməsinə   
başladı.   Kursun   müdavimləri   hərbi   işi  öyrənməklə   
bərabər 
 
Yelizavetpolda 
 
qanun-qaydanın 
yaradılmasına, 
 
özbaşınalıqların 
 
qarşısının   
alınmasına 
çox köməklik etmişdilər.
197
 
1917-ci il dekabrın 6-da ZK-nın növbəti iclasında qəbul edilən qərar Rusiyanın Qafqaz Ordusunun milli 
hərbi  hissələr əsasında təşkil edilməsi  üçün əsas oldu. Qafqaz cəbhəsinin komissarı Donskoyun əmrinə əsasən 
"ordu    milli    tərkibli    nizami    vahidlərdən    təşkil    edilməli",    ermənilərdən,    gürcülərdən,    azərbaycanlılardan   
və 
ruslardan    ibarət    milli    korpuslar    yaradılmalıydı. 
Azərbaycanlılardan 
 
ibarət 
 
korpus   
Müsəlman 
 
Qolordusu 
(Korpusu)
 
adlandırılmalı  idi,  lakin  onun 
yaradılması barəsində qərar yubadılırdı. Yalnız 
azərbaycanlı 
1917-ci 
il 
Komissarlığı 
Korpusunun 
deputatların    təkidlərindən   
sonra 
dekabrın 
11-də 
Zaqafqaziya 
tərəfindən 
Müsəlman 
yaradılması      barəsində     
qətnamə 
qəbul edildi. Qətnaməyə əsasən müsəlmanların 
əsgərliyə      çağırışı      könüllü      xarakter     
daşımalı,  toplanma    işi    Mərkəzi    Zaqafqaziya   
Müsəlman Komitəsinə tapşırılmalı  idi.
198
 
Korpusun təşkilinə 
köməklik
 
məqsədi 
ilə 
 
Tiflisdə 
"Qafqaz    Müsəlmanlarının    Hərbi    Şurası"   
təşkil 
edildi.    Dekabrın    2-də    Rusiya    ordusundan    tərxis    olunan    general-leytenant    Ə.Şıxlinski    Müsəlman   
Korpusunun  komandanı  təyin  edildi.  Korpusun  əsas  hissələrinin  təşkili  üçün  Yelizavetpol  şəhəri  seçilmişdi, 
bu  da  təsadüfi  deyildi.   Belə   ki,   məhz   burada   milli   Azərbaycan   partiyaları   və   təşkilatlarının   mövqeləri   
güclü   olmuş,   üstəlik oktyabr ayından etibarən Tatar süvari alayı burada yerləşməyə başlamışdı. 
Tatar (Azərbaycan) süvari alayı 1914-1917-ci illərdə.
199
 
1914-cü  il  avqustun  23-də  "Qafqaz  yerli  süvari  diviziya"sının  (Кавказская  туземная  конная  дивизия) 
yaradılması barəsində imperator II Nikolay əmr imzaladı. Diviziyada üç briqada tərkibində birləşdirilmiş 6 alay 
olmalı idi: Qabarda, 2-ci Dağıstan, Çeçen, Tatar (azərbaycanlılar "qafqaz tatarları" kimi göstərildiyindən alay da 
Tatar   alayı   adını  almışdır),  Çərkəz  və   İnquş  alayları.  Rusiya   ordusu  tərkibində  Qafqaz  süvari  diviziya  və 
beş  Qafqaz  kazak  diviziyası  olduğundan  yeni  yaradılan  hərbi  hissənin  adına  "yerli"  sözü  əlavə  edildi. 
İmperatorun qardaşı   böyük   knyaz  general-mayor   Mixail   Aleksandroviç   Qafqaz   yerli   süvari   diviziyasının   
komandiri,    Litva  müsəlmanlarından    olan    polkovnik    Y.D.Yüzefoviç    diviziyanın    qərargah    rəisi    təyin   
edilmişdilər.    1914-cü    ilin  noyabrında    Tiflisə    gələn    imperator    "Diviziya    tərkibinə    altı    alay    təşkil   
etmiş    Qafqazın    müsəlman    əhalisinə ürəkdən təşəkkür"ünü bildirmişdi.
200
 
1915-1917-ci  illər  döyüşlərində  fədakarlıqla  vuruşmuş  Qafqaz  yerli  süvari  diviziyası  Rusiya  ordusunun 
ən  tanınmış  hərbi   hissələrindən  biri   olmuşdur. Avstriya,   Almaniya   və  Rumın  cəbhələrində vuruşmuş  diviziya 
qəhrəmanlıq  və  hərbi  bacarığı  ilə  seçilmişdir.  Diviziyanın  döyüşçüləri  çoxlu  qənimət  əldə etmişdi.  Təkcə  onu 
qeyd   etmək   kifayətdir   ki,   müharibə   dövründə   ələ   keçirdiyi   əsirlərin   sayı   diviziyanm   öz   sayından   4   
dəfə   çox 
197
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.33-34. 
198
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.36-37. 
199
Tatar   (Azərbaycan)   süvari   alayının   yaradılması   və   fəaliyyəti   barəsində   tarixi   materialların   sürətlərini   bizim   üçün   Mosvka   arxivlərindən   aşkar   
edib 
göndərdiyinə görə Eldar İsmayılova öz dərin təşəkkürümüzü bildiririk. 
200
Иванов P.H. Именем Союза Советских,    Москва, 2007, с.85. 
76 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə