Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə45/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   41   42   43   44   45   46   47   48   ...   113

 
 
olmuşdur.   Diviziyanın   3500   döyüşçüsü   Georgi   xaçları   ("əsgər   Georgi   nişanı")   və   Georgi   medalları   ilə   
təltif 
edilmişdilər. Bu məqama ətraflı toxunmağı lazım bilirik. Rusiyanın ordenləri sırasında ən yüksək dərəcəli hərbi 
təltif nişanı Müqəddəs Georgi ordeni sayılırdı. Orden sırf zabitlərə verildiyindən onun "əsgər" variantı - "Hərbi 
ordenin   fərqlənmə   nişanı"   ("Знак   отличия   военного   ордена")   təsis   edilmişdi.   İstər    orden,   istərsə   də   
onun 
"əsgər"    variantı    üzərində    at    belində    əjdahanı    məhv    edən    süvari    -    Müqəddəs    Georginin    təsviri   
verilirdi. 
Müqəddəs    Georgi    xristianlığa    aid    əfsanəvi    şəxsiyyət    sayıldığından    qeyri-xristianlara    təltif   nişanı   
verilərkən üzərində    Rusiya    gerbinin    əsas    elementi    -    ikibaşlı    qartal    olan    nişan    verilirdi.    Maraqlıdır   
ki,    bu    müsəlman süvariləri    arasında    narazılıqla    qarşılanırdı.    Təsvirin    mahiyyətinə    varmadan    bir    çox 
sıravilər, "Bizə quş vermə, istəmirik, bizə yigiti ver" deməklə məhz süvari təsviri olan 
nişan tələb edir-dilər. Bu səbəbdən "Hərbi ordenin fərqlənmə nişanı"nın üzərində sadə 
təsvir olan yeni forması təsis edilmişdi.
201
 
Diviziyanın     bütün     zabitləri     ordenlərlə     təltif     edilmişdir.     Təsadüfi     
deyil     ki, 
düşmən Qafqaz yerli süvari diviziyasını "Vəhşi diviziya" adlandırırdı. 
1917-ci      ilin      iyununda      çar      ordusunun      parçalanması      ərəfəsində     
döyüşlər  aparmağa    məcbur    olan    Qafqaz    yerli    süvari    diviziyası    hərbi    anda   
axıra    qədər    sadiq  qalmışdır.    1917-ci    il    iyunun    29-da    Kaluş    şəhəri   
istiqamətində    başda    azəraycanlı  general  Feyzulla  Mirzə  Qacar  olmaqla  irəliləyən 
2-ci      süvari  briqada  düşməndən  geri  çəkilən      466-cı      piyada      alaya      rast     
gəlmiş,     alayı     toplayaraq     yenidən 
səngərlərə 
göndərmiş,    daha    sonra    isə    döyüşü    davam    etdirmişdir.    Əgər    əvvəllər    təkcə   
düşmən  Qafqaz    yerli    süvari    diviziyasını    "Vəhşi    diviziya"    adlandırırdısa,    indi   
əksər    mətbuat  orqanlarında,  əsasən  də  inqilabi  qəzetlərdə  diviziyaya  belə  adın 
verilməsi  onun  zabit 
və   süvarilərinə   toxunurdu.   Ədalət   naminə   qeyd   etmək   lazımdır   ki,   diviziyanın   
belə 
adla  çağırılmasına  rus  ziyalılarından  da etiraz  edənlər də  vardı. "Rusiyanın səhəri"  ("Утро  России")  qəzetində 
"Rusiyanın sadiq oğulları" məqaləsində yazılmışdır: "Qafqaz yerli süvari diviziyası düşmənlə "qardaşlaşan" rus 
ordusunun ticarət - satqınlıq hesablarını öz "vəhşi" həyatları ilə ödəyir. Bu "vəhşilər" rus ordusunu Rumuniyada 
xilas etdilər. Bir həftə əvvəl qarşısıalınmaz zərbə ilə avstriyalıları yenən, bütün Bukovinadan keçib Çernovisanı 
ələ    keçirən    "vəhşilər"    Qaliçə    girdilər    və    avstriyalıları    qovdular.    Dünən    isə    geri    çəkilən    və    mitinqlər   
edən 
kolonları  xilas  etmək üçün irəli  atılan "vəhşilər" düşməni  dayandırdılar  və  müvazinət  yaratdılar. Arxa cəbhədə 
qurulmuş    mitinqlərə    qaçan    "nizamlı"    əsgərlərin    torpaq    və    azadlıq    tələblərinə    görə    Rusiyaya    qan   
haqqını  "vəhşilər"    ödəyirlər".
202     
Maraqlıdır    ki,    belə    məqalə    həmişə    qafqazlılara    həqarətlə    yanaşan   
ifrat    monarxist    - şovinist qaraguruhçuların ("Черносотенцы") qəzetində nəşr edilmişdir. 
Diviziya    döyüş    fəaliyyəti    dövründə    böyük    itkilər    vermişdir    və    hər    dəfə    itki    olduqca   
Qafqazdan,    о  cümlədən    Azərbaycandan    yeni    süvarilər    göndərilirdi.    3    il    ərzində    diviziyada    7   
mindən    artıq    süvari    xidmət  etmişdir.    Diviziya    alaylarının    heyətləri    bir    neçə    dəfə    arxa    cəbhədən   
gələn    heyətlərlə    dəyişdirilmişdir.    Bütün  müharibə  dövründə  diviziyada  bir  dəfə  də  olsun  fərarilik  halı 
qeydə  alınmamışdır!  1917-ci  ilin  avqust  ayında  Qafqaz  süvari  diviziyasına  Qafqaz  müsəlmanlarından  təşkil 
edilmiş  bir  neçə  alay  əlavə  edilmiş  və  Qafqaz  yerli  süvari  korpusu  təşkil  edilmişdir  (komandir  general-
leytenant  knyaz  Baqration,  Qafqaz  yerli  süvari  diviziyasının  komandiri    general-mayor    knyaz    Qaqarin).   
Lakin    sentyabrın    2-də    Qaqarin    və    Baqration    vəzifələrindən    azad  edilmiş,    Qafqaz    yerli    süvari   
korpusunun    komandiri    general    P.A.Polovsev,    Qafqaz    yerli    süvari    diviziyasının  komandiri  isə  şahzadə 
Feyzulla Mirzə Qacar təyin edilmişdilər.
203
 
Qafqaz yerli süvari diviziyasının ən yaxşı hissələrindən biri Tatar süvari alayı idi. Tatar süvari alayı 1914- 
cü il avqustun 9-da Yelizavetpolda təşkil edilməyə başlandı. Əslən Bakıdan olan podpolkovnik V.Staroselskinin 
müvəqqəti  rəhbərlik  etdiyi  alay  4  yüzlükdən  təşkil  edilməli  idi.  1-ci  yüzlüyün  süvariləri  Qazax,  2-ci  - Şuşa  və 
Cavanşir, 3-cü - Ərəş, Zəngəzur, Karyagin, Nuxa, 4-cü - Borçalı qəzalarının könüllülərindən təşkil edilməli idi. 
Podpolkovnik    Staroselskinin    1914-cü    ilin    sentyabr    ayında    verdiyi    raportda    qeyd    edilirdi:    "Çağırış   
zamanı  süvarilər  böyük  həvəslə  gəlir  və  tatar  əhalisi  sıralarında  heç  bir  narazılıq  müşahidə  olunmayıb".
204   
Misal  üçün,  Cavanşir    qəzasından    göndərilən    süvarilərin    yolasalma    mərasimi    rəsmi    raportda    belə   
təsvir    edilir:   "Tərtərdə  Cavanşir   qəzasından   70   nəfər   könüllü   toplaşdı,   onları   yola   salmaq   üçün   min   
nəfərdən    artıq    kütlə    yığılmışdı.  Könüllülər    əllərində    imperatorunun    portreti,    musiqi    sədaları    altında   
polis    idarəsindən    məscidə    yollandılar,  burada  ruhanilər  imperatorun  və  rus  ordusunun  şərəfinə  dualar 
oxudular, bundan sonra könüllülər Yelizavetpola yola düşdülər". 
Süvari    alayda    22    zabit,    3    hərbi    məmur,    alay    mollası,    575    nizami    sıravi    (onlar    rəsmi   
sənədlərdə    və danışıqda   "süvari"   adlanırdılar),   68   qeyri-nizami   sıravi   olmalı   idi.   Alayın   təşkilinə   
köməklik   göstərmək   üçün 
Baş Komandanlıqdan ezam edilən hərbçilər qrupuna 16-cı Tver draqun alayından polkovnik Şahzadə Feyzulla 
201
Кузнецов А. Награды. Москва, 1999, с.452. 
202
İnformasiya Azərbaycan hərb tarixinə həsr olunmuş www. savaş. az saytından götürülmüşdür. 
203
Иванов P.H. Именем Союза, с. 127. 
204
РГВИА, ф. 3642, оп.1, д.7, л.74-74об. 
77 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə