Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə46/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   42   43   44   45   46   47   48   49   ...   113

 
 
Mirzə Qacar başçılıq edirdi. Avqustun 5-də Qafqaz hərbi dairəsinin qərargah rəisi Yelizavetpol qubernatoruna 
çağırışı   başlamaq   barəsində   məktubla   xəbər   vermiş,   avqustun   27-də   isə   qubernator   tələb   olunan   400   
süvari əvəzinə 2000-dən artıq könüllünün toplandığını bildirmişdir. Qubernator yazırdı ki, alayın heyəti döyüş 
bayrağı 
kimi onlara 1-ci atlı müsəlman alayının (1828-ci ildə təşkil edilib, 1830-cu ildə fəxri bayraqla təltif edilib) Şuşa 
qəza idarəsində saxlanılan fəxri bayrağını verməyi xahiş edir.
205
 
Milli süvari paltarı ilə bərabər qaragül dərisindən papaq və yapıncı geyən, nizami silahlardan (tüfəng, nizə 
və şaşka) başqa ənənəvi xəncər daşımaq hüququ olan süvarilərin göndərilməsi təntənəli şəkildə həyata keçirildi. 
Alay yola düşərkən onu əhali ilə birlikdə axund Hüseyn Əfəndi Əfəndiyev yola salmışdır. Alay Ukraynada olan 
zaman onun tərkibinə Şərqə vurğunluğu ilə seçilən Fransa vətəndaşı Şarl Testenuar qatılmış və alayın süvarisi 
olmaq  hüququ  ona  da  verilmişdir.  Tatar  süvari   alayı  cəbhə  bölgəsinə  beş  eşalonla  1914-cü  il,  11-13  sentyabr 
tarixlərində      yollandı.      Sentyabrın      12-də      Qafqaz      süvari      diviziyasının      komandiri      Böyük     
knyaz      Mixail  Aleksandroviç    Yelizavetpol    qubernatoruna    teleqram    ünvanlayaraq    alayın    təşkilinə    görə   
"şəhər    əhalisi,    qəza  nümayəndələri  və  igidlərə”  təşəkkürünü  bildirmişdir.  Alayın  baş  axundu  vəzifəsinə 
görkəmli  Azərbaycan şairi Məhəmməd Hadi təyin edilmişdi. 
Tatar      süvari      alayının      ilk      komandiri      podpolkovnik      P.A.Polovsev      (01.09.1914-25.02.1916),     
sonra polkovnik   F.N.Bekoviç-Çerkasski   (25.02.   1916-05.07.1917),   axırda   isə   polkovnik   L.Maqalov   
(05.07.1917-ci ildən) olmuşdur.
206   
Bessarabiya  zadəganlarından olan Pyotr  Aleksandroviç Polovsev 1874-cü ildə 
Peterburqda anadan    olmuşdur.    Qusar    alaylarında   xidmət    etmiş    Polovsevin    məhz   Tatar    alayına    komandir   
təyin    edilməsi təsadüfi      deyildi.      Azərbaycanlılara      böyük      hörmətlə      yanaşan,      Azərbaycan      adət- 
ənənələrini alayda saxlamağa imkan verən, şücaət və qorxmazlığı ilə seçilən Polovsev 
barəsində    rus    zabitləri    deyirdilər    ki,    "onun    bədəni    rus,    ruhu    isə   
tatardır".    Alay  komandirinin  köməkçiləri  əslən  Bakıdan  olan  podpolkovnik 
Vsevolod  Staroselski  və  rotmistr    Şahverdi    xan    Əbülfət    xan    oğlu    Ziyadxanov   
təyin   edilmişdilər.   1916-cı   ilin əvvəllərində   polkovnik   A.Polovsev   Qafqaz   yerli   
süvari    diviziyasının    qərargah    rəisi  təyin  edildi.  1917-ci    ilin  mayında    Petroqrad 
hərbi    dairəsinin  komandanı    təyin  edilən  general-mayor  P.A.Polovsev  şəxsən  hərbi 
nazirə  müracəit  edərək  yeni  vəzifədə  Tatar  süvari  alayının  uniformasını  daşımaq 
hüququnu qazanmışdır. 1917-ci il sentyabrın 2- 
də  general  P.A.Polovsev  Qafqaz  yerli  süvari  korpusunun  komandiri  təyin  edilmişdir. 
Polovsev inqilabi hadisələrin dəhşətlərini görərək Müvəqqəti hökumətdən hissələrinin 
Qafqaza göndərilməsi barədə razılıq almağa nail ola bildi. Korpusun hissələrini Şimali 
Qafqazda    yerləşdirən    Polovsev    özünə    doğma    bildiyi    Tatar    alayını    Azərbaycana    göndərdi.    Oktyabrın   
26-da Polovsev Yelenendorfa (Yelizavetpol yaxınlığında alman koloniyası) gələrək burada Tatar süvari alayına 
baxış keçirdi və alayın hazır hərbi hissə olmasını təsdiqlədi.
207   
Polovsevin sonrakı taleyi məlum deyil. 
Tatar alayının formalaşmasında 8-ci ehtiyat süvari alayının müsəlman zabit və unter-zabitləri iştirak edir, 
onlara    alayın    təşkilində    köməklik    göstərmək    üçün    16-cı    Tver    draqun    alayından    polkovnik    Şahzadə   
Feyzulla  Mirzə    Qacar    başçılıq    edirdi.    Şahzadə    Feyzulla    Mirzə    Qacar    1872-ci    ildə    çar    ordusunun   
polkovniki   Şəfi   Xan  Qacarın  ailəsində  anadan  olub.
208   
Tiflis  kadet  korpusu  və  Nikolayev  süvari  məktəbini 
bitirdikdən sonra draqun alaylarında xidmət edən Feyzulla Mirzə 2-ci Dağıstan alayının (komandir Hüseyn Xan 
Naxçıvanski) tərkibində 
Rus-Yapon müharibəsində iştirak etmiş, şəxsi şücaəti ilə seçilmişdir. Ayağından ağır yaralanan Feyzulla Mirzə 
dəfələrlə  təltif    edilmişdir.    I  Dünya    müharibəsi    başlayanda    rotsmistr    rütbəsində  olan    Feyzulla    Mirzə   
eskadron  komandiri    idi.    15    fevral    1915-ci    il    tarixində    Brın    kəndi    uğrunda    gedən    döyüşdə    geri   
çəkilən    Uman    kazak  alayının    dörd    süvari    bölüyünü    saxlayıb,    ona    ürək-dirək    verən,    onları    yenidən   
düzənləyib    döyüşə    aparan   və  qələbə  qazanan  Şahzadə  Feyzulla  Mirzə  Qacar  Müqəddəs  Georgi  ordeninin 
4-cü  dərəcəsi  ilə  təltif  edilmişdir. 
1915-ci fevralın 17-də polkovnik F.M.Qacar Çeçen süvari alayının komandiri təyin edildi. İyul ayında Şahzadə 
Feyzulla   Mirzə  Qacar   2-ci   süvari   briqadanın  (Çeçen  və  Tatar   alayları)   komandiri   təyin  edildi.  Dekabrın 
9-da  polkovnik    Feyzulla    Mirzə    Qacar    ağır    yaralanmış,    lakin    sağalandan    sonra    1917-ci    ilin   
fevralında    yenidən  diviziyaya    qayıtmış,    Çeçen    süvari    alayının    komandiri    təyin    edilmişdir.    May   
ayında    general-mayor    rütbəsinə  layiq    görülən    Feyzulla    Mirzə    Qacar    2-ci    süvari    briqadanın,    1917-
ci    ilin    avqustunda    Qafqaz    yerli    süvari  diviziyasının   komandiri   təyin   edildi.  3-cü   dərəcəli   Müqəddəs   
Georgi    və    "Qızıl  silaha"    təqdim  edilən    şahzadə  onları    ala    bilmədi:    imperiyanın    parçalanması    buna   
imkan    vermedi.
209   
1918-ci    ilin  dekabrınadək  Pyatiqorskda  diviziyanı  saxlamağa  çalışan  və  dağılmaqdan 
qoruyan Feyzulla Mirzə Qacar Azərbaycana gəlir və Azərbaycan 
205
РГВИА, ф. 3642, оп.1, д.7, л.47-47об. 
206
РГВИА, ф. 3642, оп.1, д.8, л.41. 
207
Иванов Р.Н. Именем Союза, с.95. 
208
Исмаилов Э.Э. Георгиевские кавалеры-азербайджанцы. Москва, 2005,с.203-205. 
209
Исмаилов Э.Э. Георгиевские кавалеры, с.206- 221. 
78 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə