Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə47/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   43   44   45   46   47   48   49   50   ...   113

 
 
Ordusuna  xidmətə  qəbul  edilir.  O  1-ci  süvari  diviziyanın  komandiri  təyin  olunur,  eyni  zamanda  Gəncə  şəhəri 
hərbi qarnizonu rəisi vəzifəsini də icra edir.
210   
Sovet hakimiyyəti qurulandan sonra onun taleyi məlum deyil. 
Bu   zaman   Tatar   və   Çeçen   alayları   diviziyanın   2-ci   süvari   briqadasını   təşkil   edirdi   (briqada   
komandiri polkovnik K.Xaqandokov). 
1914-cü il noyabrın əvvəllərində diviziya 2-ci süvari korpusun (komandir general-leytenant Hüseyn Xan 
Naxçıvanski)      tərkibinə      verildi.
211         
Lvov      şəhərində      hissələrə      baxış      keçirən      Xan     
Naxçıvanski      onların  hazırlıqlarından   razı   qaldı.   Jurnalist   İlya   Tolstoy   (məşhur   yazıçı   Lev   Tolstoyun   
oğlu)    özünün    "Al    başlıqlar"  ("Алые    башлыки")    oçerkində    yazırdı:    "Biri    digərindən    gözəl    olan   
alaylar    süvari    şəkildə    yürüş    qaydası    ilə  keçirdi,    bütün    şəhər    indiyənədək    görmədiyi    tədbiri    seyr   
etməyə    yığışmışdı...    Öz    tütəklərində    hərbi    xalq  mahnılarını  çalan  zurnaçıların  müşayiəti  ilə  sinirli, 
gözəl  atlar  üzərində  oturmuş,  qəşəng  çərkəzi  paltar  geymiş, qızıl və  gümüşlə işlənmiş  silahlara malik olan, al-
qırmızı  başlıqlı  qarabəniz,  çevik,  qürurlu  və  ləyaqətli  süvarilər  bizim    yanımızdan    keçirdi".    Baxışdan   
dərhal    sonra    Sana    çayı    sahilinə    çıxarılan    alaylar    Polyançik,    Rıbne,  Verxovina-Bıstra     
istiqamətlərində      ağır      döyüşlərə      atıldılar.      1915-ci      ilin      yanvarında      düşmənin      Peremışl 
istiqamətinə    yürüşünün    qarşısını    almaq    üçün    Tatar    alayı    hətta    piyada    halda    vuruşmalı    olmuşdur.   
"Müharibə  salnaməsi"    adlı    topluda    "Dikaya    diviziya"    oçerkində    qeyd    edilmişdir:    "Karpatlarda    qar   
var,    hər    tərəf    ağdır.  Qabaqda    təpələrdə,    qar    səngərlərində    avstriya    piyadaları    yerləşiblər.    Hər   
tərəfdə    güllələr    uçur...    Hamısı  özümüzkülərdir.      Əhmədi      yaralasalar      İbrahim      çıxardar,      İbrahimi     
yaralasalar      İsrayıl      çıxardar,      Abdullanı  yaralasalar   İdris  onları   daşıyar.   Daşıyıb  çıxararlar,  nə  yaralını, 
nə  də  ölünü  düşmənə   qoymazlar...  Alay  yürüş üçün  düzüldü.  Ehtiyat  kolonunda  qəhvəyi  -  boz  atlar  üzərində 
süvarilər  dayanmışdı.  Yəhərlərin  arxasına  qara yapıncılar  asılmış,  atların  yanlarından  əlvan  xurcunlar sallanır, 
qəhvəyi  papaqlar  alınlara  düşür.  Qarşıda  döyüş var,   çünki   düşmən   yaxındadır.   Ağ   atın   belində,   çiynində   
tüfəngi    olan    molla    kolonun    qabağına    çıxır...    Molla  döyüşdən  əvvəl  dua  edir...  Qaş-qabaqlı  üzlər  ona 
dinməz  qulaq  asırlar.  "Amin"-  cərgələr  səslənir,  Amin,  Allah, Allah!"   Əllərini   alınlarına   apardılar,   üzlərinə   
çəkdilər,    sanki    ağır    fikirləri    sildilər,    yüyənləri    çəkdilər.    Döyüşə  getməyə  hazırdılar.  Ya  Allah,  Allah 
yolunda irəli!"
212
 
Qalisiya    əməliyyatında    Tatar    alayı    Karpart    dağlarını    aşaraq    düşmən    arxasına    keçməklə   
nəticələnən məşhur   bir   reyd   etmişdi.   1915-ci   ilin   fevralında   diviziya   uğurlu   hücum   əməliyyatları   keçirdi.   
Fevralın   15-də 
Brin    kəndinə    Çeçen    və    Tatar    alayları    hücum    etdi.    Əlbəyaxa    döyüşdən    sonra    kənd    alınmış    və   
A.Polovsev 
Müqəddəs      Georgi      ordenin      4-cü      dərəcəsi      ilə      təltif      edilmişdir.     
Yelizavetpol  qubernatoruna    məktubunda    Polovsev    yazırdı:    "Yerli   
diviziyada    birinci    olaraq  Tatar  alayı  öz  komandirinə  Georgi  xaçını 
qazandırmışdır.  Yüksək  təltif  nişanı  ilə  fəxr  edərək  onu  tatar  süvarilərin  yüksək 
döyüş keyfiyyətləri və şücaətinə verilmiş qiymət hesab edirəm.. "
213   
Fevralın 21-
də  Xan  Naxçıvanski  böyük  knyaz  Mixail  Aleksandroviçə      düşməni      Tlumaç     
mövqelərindən      qovmağı      əmr      etdi.      İrəli  göndərilən    Tatar    və    Çeçen   
alayları   tapşırığı   yerinə   yetirdi.   1915-ci   ilin   avqust ayında   Dnestr   çayının   
sol   sahilində   ağır   döyüşlər   gedirdi.   2-ci   süvari   briqada 
Vinyatınsı 
hücumunu 
Çerkasski 
rayonunda 
250 
süvari    itirməklə    düşmənin    5   
irimiqyaslı 
dəf    etmişdir.    Əslən    qabardin olan    Tembot    Janxotoviç  Bekoviç- 
(son-ralar   adını   dəyişdirib)   1916-cı   ilin      əvvəllərində  Tatar     
süvari 
alayına    komandir    təyin    olundu.    1916-cı    il    yanvarın    21-də    diviziya   
tərkibində  yeganə  olaraq  Tatar  alayına  imperatorun  əmri  ilə  fəxri  ştandart  verilmişdir.
214   
Rusiya  ordusunda 
ştandartla  təltif  edilmə  kollektiv  təltif  nişanları  sırasında  ən  vacibi  sayılırdı.  Mayın  31-də  Tatar  alayı  yenidən 
fərqləndi. Tışkovsı 
kəndi    hücumla    alınarkən    burada    düşmənin    6    zabiti    və    171    əsgəri    əsir    götürülmüşdü.    Dərhal   
mövqelərini  vəziyyəti  bərpa  etməyə  çalışan  avstriyalılar  iri  qüvvələrlə  bir  neçə  dəfə  hücum  etmiş,  lakin  256 
nəfər  itirərək geri çəkilməyə məcbur olmuşdular. Bu döyüşə görə Bekoviç-Çerkasski Müqəddəs Georgi ordenin 
3-cü dərəcəsi 
ilə təltif edilmişdir. 
1916-cı    ilin   yayında   Tatar   süvari   alayı   Cənub-Qərb   cəbhəsinin   "Brusilov   əməliyyatı"nda   iştirak   
edir. 
İyunun əvvəllərində ağır Çernovisı döyüşlərində qalib gələn Tatar alayı Çeremoş çayına çıxmış, sonra isə Çeçen 
alayı   ilə   birgə   düşmənin   atəşi   altında   çayı   keçməyə   müvəffəq   olmuşdur.   Rostoku   tutaraq   alaylar   sürətlə   
Prut 
çayı istiqamətində irəlilədilər. 1917-ci ilin mayın 14-də Tatar süvari alayının komandiri polkovnik knyaz Levan 
Luarsaboviç Maqalov təyin edildi (rəsmən iyul ayından komandir vəzifəsində təsdiqlənib). 
210
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.94. 
211
Иванов Р. Н. Генерал-адъютант его величества. Москва, 2006, с.211-219. 
212
İnformasiya Azərbaycan hərb tarixinə həsr olunmuş www. savaş. az saytından götürülmüşdür. 
213
Исмаилов Э.Э. Георгиевские кавалеры, с.212. 
214
РГВИА, ф.3530, оп.1, д.131, л.12. 
79 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə