Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə48/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   44   45   46   47   48   49   50   51   ...   113

 
 
1917-ci  ilin  avqustunadək  döyüşlərdən  çıxmayan  Tatar  süvari  alayı  döyüşçülərinin  qəhrəmanlığı  yüksək 
qiymətləndirilmişdi.
215   
Alayın  6  nəfər  zabiti  Müqəddəs  Georgi  ordeninin  4-cü  dərəcəsi,  5  nəfər  zabiti  isə  ona 
bərabər tutulan "Qızıl silah"la təltif edilmişdilər. Onların sırasında gələcəyin məşhur sərkərdəsi, alayının korneti 
Cəmşid      Xan      Naxçıvanski      da      var      idi.      Alayın      bütün      zabitləri      imperiyanın      digər     
ordenləri      ilə      də  mükafatlandırılmışdı.    Digər    alayların    tərkibində    vuruşan    azərbaycanlılar    da   
mükafatlandırılmışdı.    Belə    ki, Kabarda  süvari  alayının  ştab  -  rostmistri  Kərim  Xan  İrəvanski  "Qızıl  silah"la 
təltif edilmişdi. Sıravilər sırasında 
da    fərqlənənlər   az   deyildi.   Əli   bəy   Nəbibəyov,   Sayad   Zeynalov,   Mehti    İbrahimov,    Ələkbər    Hacıyev,   
Daso 
Daurov,  Aleksandr  Kaytukov  tam  Georgi   kavalerləri  (4  "əsgər"   Georgi   nişanına  layiq  görülənlər  tam  kavaler 
sayılırdılar)   olmuşdur.   Üç   Georgi   xaçı   və   üç   Georgi   medalı   ilə   Osman   ağa   Gülməmmədov   təltif   
edilmişdi. Şuşalı Zeynal bəy Sadıxov xüsusi qeyd edilməlidir: kəşfiyyat dəstəsində unter - zabit kimi xidmətə 
başlayaraq 
o,    üç    Georgi    xaçı    və    bir    Georgi    medalı    ilə    təltif    edilmiş,    bilik    və    bacarığına    görə    zabit   
rütbəsinə    layiq  görüləndən   sonra   daha   dörd   döyüş   ordeninə   layiq   görülmüşdü.   4-cü   dərəcəli   "əsgər"   
Georgi    nişanı    ilə    Paşa  Rüstəmov,  Xəlil  bəy  Qasımov,  Şahzadə  İdris  ağa  Qacar,  Kərim  Qulu  oğlu  təltif 
edildilər. 1917-ci il iyunun 24- 
dən   etibarən   Müvəqqəti   hökumətin   qərarı   ilə   "əsgər"   Georgi   xaçı   ilə   zabitlər   də   təltif   edilə   bilərdi.   
"Əsgər" 
nişanının 4-cü dərəcəsi ilə L.Maqalov, Cəmşid Naxçıvanski, Xaitbəy Şervaşidze, N.Bobrinski, rotmistr Şahverdi 
Xan Ziyadxanov, ştab - rotmistrlər Süleyman bəy Sultanov və Ehsan Xan Naxçıvanski, ştabs - kapitan Cəlal bəy 
Sultanov, poruçik Səlim bəy Sultanov təltif edildilər. 
Petroqrad  hərbi  dairəsinin  komandanı  general-mayor  P.A.Polovsev  Məmməd  Xan  Ziyadxanova  yazdığı 
məktubunda qeyd edirdi: "Qalisiya  və Rumuniya çöllərində saysız-hesabsız qəhrəmanlıqlar etmiş  müsəlmanlar 
özlərini böyük əcdadlarının layiqli davamçıları və bizim böyük vətənin sadiq oğulları kimi göstərmişdilər." 
Polovsev  inqilabi  hadisələrinin  dəhşətlərini  görərək  Müvəqqəti  hökumətdən  korpus  hissələrinin  Qafqaza 
göndərilməsinə    nail    ola    bildi.    Korpusun    qərargahı    Vladiqafqazda,    diviziyanın    qərargahı    isə   
Pyatiqorskda   idi,  Tatar  alayı  Yelizavetpola  göndərildi.
216   
1917-ci  ilin  oktyabr  çevrilişindən  sonra  korpus  öz 
təşkilatı və tərkibini saxlayırdı, lakin 1918-ci ilin yanvarında korpus ləğv edildi. 
Müsəlman  Korpusunun  komandanı  təyin  edilən  general-leytenant    Ə.Şıxlinski  öz  xatirələrində  yazırdı 
ki, "bizim  əlimizdə   silah,  cəbhəxana,   ərzaq   ehtiyatı,  paltar   və   ayaqqabı   yox   idi".  1918-ci   il   yanvarın   7-
də   "Açıq  söz"  qəzeti  yazırdı  ki,  yaradılmaqda  olan  Müsəlman  Korpusu  tədricən  Rusiyanın  keçmiş  6-cı  ordu 
korpusunu 
(5-ci və 7-ci atıcı diviziyalar) əvəz etməli idi.
217
 
Dövrün hadisələrində fəal iştirak etmiş İsrafil bəy İsrafilov öz xatirələrində göstərir ki, Tatar süvari alayı 
azərbaycanlılardan ibarət yeganə yaxşı təşkil edilmiş silahlı qüvvə idi. Ona kömək məqsədi ilə əsasən tələbələr 
və    ziyalılardan    ibarət    "Yaşıl    qvardiya"nın    yaradılmasına    başlandı.    Qvardiyaya    komandanlıq    İ.   
İsrafilova tapşırıldı,   onun   süvari   dəstəsini   polkovnik   Rəfibəyli   təşkil   etməli   idi.   Bakı   Soveti   və   onun   
qurumları   Bakıda milli hissələrin yaradılmasına çətinliklər törətdiyindən könüllülər Müsəlman süvari divizionu 
şəklində (80 nəfər) tərtib edilərək Lənkərana köçdülər.
218
 
Təminatla  bağlı  problemi  həll   etmək  üçün  müsəlman   ictimai   təşkilatları   bazarlardan  lazım  olanları   alıb 
qoşun hissələrinə təhvil verirdilər. Bəzi hallarda torpaq sahibkarları və imkanlı şəxslər öz dəsətələri ilə Korpusa 
yazılırdılar.    Belə   ki,    Rəşid    bəy   Səmədov   adlı    birisi    öz    dəstəsi    ilə    gəlmiş    və   dəstə    tam   heyətlə   1-ci   
süvari müsəlman    alayına    qatılmışdı.    Eskadron 
şəklində  düzənlənən 
dəstəyə 
Xan 
Naxçıvanski  komandir 
təyin  edildi, 
R.Səmədova   praporşik   rütbəsi   verildi   
və 
o,  eskadron  komandirinin  köməkçisi 
oldu.
219
 
Müsəlman     Korpusunun     
strukturu 
aşağıdakı    şəkildə   olmalı   idi:    iki   
nişançı 
diviziya (hər birində 4 nişançı alay (1-ci, 
2-ci, 3-cü, 4-cü, 5-ci, 6-cı,  7-ci, 8-ci  müsəlman alayları), Xüsusi süvari briqada (3 süvari alay -1-ci Müsəlman 
süvari alayı, 2-ci Tatar süvari alayı, 3-cü Ləzgi süvari alayı), iki nişançı-topçu briqadası (1-ci və 2-ci), istehkam 
taboru,    Süvari    batareya,    Mortir    və    park    divizionu,    2-ci    müsəlman    Mortir    parkı.    Korpusun   
qərargahında  aşağıdakı    strukturlar    var    idi:    Ümumi    qərargah,    korpusun    təchizat    rəisi    xidməti,   
topçu    müfəttişi    xidməti, 
215
РГВИА, ф- 2100, oп. 2, д.46, л. 13-14об, 45,47-47об., 64-64об., 66-66 об. 
216
Иванов P.H. Именем Союза, с151. 
217
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.38. 
218
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.40. 
219
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.53-54. 
80 
 


 
 
istehkam  rəisinin  xidməti,  oberkvartirmeyster  xidməti,  növbətçi  zabit  şöbəsi,  коrpusun  tibb  xidməti  və  baytar 
həkim xidməti.
220
 
Hissələrdə  təlim  bölmələri  və  Müsəlman  təlim  batareyası  təşkil  edilirdi.  Korpusun  hərbi  məhkəməsinin 
sədri  polkovnik Prixodkonun rəhbərliyi ilə rus ordusunun nizamnamələrinin Müsəlman  Korpusunun xidmət və 
məişət şəraitinə uyğunlaşdırmaq üçün komissiya yaradılmışdı.
221
 
1918-ci  il  fevralın  24-də  Bakıda  1-ci  müsəlman  atıcı  alayının  təşkil  edilməsi  üçün  bura  gəlmiş  general- 
mayor  Xəlil  bəy  Talışinski  və  qərargah  zabitləri  vağzalda  bolşeviklər  tərəfindən  həbs  edildilər.  Bu  müsəlman 
əhalisində    о    dərəcədə    böyük    narazılığa    səbəb    oldu    ki,    bolşeviklər    onları    azad    etdilər.   X.Talışinski   
və    onun  zabitləri    Müsəlman    Xeyriyyə    Cəmiyyətinin    "İsmailiyyə"    binasında    fəaliyyətə    başladılar.   
"Səadət"    məktəbinin  zirzəmisində    patron    sexi    açıldı,    könüllülər    toplandı.    Lakin    bolşevik-erməni   
qüvvələrinin    cəmləşdiyi    Bakıda  yalnız  iri,  tam  hazırlıqlı  hərbi  hissə  ilə  fəaliyyət  göstərmək  olardı.  Silah-
sursatı  olmayan,  əsasən  könüllülərdən  təşkil    edilməyə    başlayan    hərbi    hissəni    belə    şəraitdə    yaratmaq   
qeyri-mümkün    idi.    Bu    səbəbdən    korpusun  hissələrinin  aşağıdakı  dislokasiya  sxemi  tərtib  edilmişdi  (Əli 
ağa  Şıxlinskinin 11 mart  1918-ci il 58 saylı əmri 
ilə təsdiqlənib): 1-ci müsəlman nişançı diviziyasının qərargahı və 1-ci müsəlman nişançı alayı - Şamaxıda, 2-ci 
müsəlman    nişançı    alayı    Qubada,    1-ci    müsəlman    nişançı-topçu    briqadasının    rəhbərliyi    və    1-ci   
divizionu,  İstehkam    taboru,    Müvəqqəti    Milli    hərbiyyə    məktəb    Yelizavetpolda    (Gəncədə),    6-cı   
müsəlman    nişançı    alayı  İrəvan    quberniyasında    (qərargahı    Naxçıvanda),    7-ci    müsəlman    nişançı    alayı   
Nuxada,    8-ci    müsəlman    nişançı  alayı  Abbastumanda  (Şərqi  Gürcüstan),  2-ci  müsəlman  nişançı-topçu 
briqadasının  rəhbərliyi  və  1-ci  divizionu  Naxçıvanda,    Müsəlman    süvari-topçu    batareyası    Lənkəranda,    2-
ci    Tatar    süvari    alayı    Ağdamda.
222     
Silah    və  sursatın,    komanda    heyətinin    çatışmadığı    şəraitdə    belə   
dislokasiya    sxemi    ilə    korpusun    təşkili    işi    daha    da  çətinləşirdi.   Bütün   hərbi    hissələrin   bir    ərazidə,   
2-3   təlim   mərkəzlərində   təşkil   edilib   bölgələrə   göndorilməsi məqsədə 
uyğun  olardı,  lakin  mövcud 
hərbi-siyasi  vəziyyət  yuxarıda  göstərilən  sxemin  tətbiqini  tələb  edirdi.  Hərbi    hissələr    təlimlə    bərabər   
yerləşdiyi    ərazilərdə    əmin-amanlığı    qorumalı,    bolşevik-erməni    dəstələrinin  irəliləməsinə    imkan 
verməməli idilər. 
1918-ci   ilin   əvvəllərindən  başlayaraq  rus   hissələrinin  tərksilah  edilməsi   prosesinə   Tatar   süvari   
alayının qoşulması   nəticəsində   iri   hərbi   hissələri   tərksilah   etmək   mümkün   olmuşdu.   Şəmkir   stansiyasında   
baş   vermiş 
hadisələrdə də bilavasitə alay komandiri polkovnik L.Maqalovun rəhbərlik etdiyi süvarilərin köməyi sayəsində 
eşelonlar   silahı   təhvil   vermək   məcburiyyətində   qaldı.   Toplanan   silahlar   könüllülərdən   təşkil   edilən   
korpusun yeni yaradılan hərbi hissələrinə paylanır, lakin onlar hələ döyüşə hazır deyildilər. 
Beləliklə,   1918-ci   ilin   martında   –   Müsəlman   Korpusu   hissələrinin   formalaşmaqda   olduğu   vaxt,   
yeganə 
hazır    qüvvə    Tatar    süvari    alayı    idi.    Lakin    alay    cəmi    600-ə    yaxın    süvaridən    ibarət    idi,    onların    da   
bir    qismi  Lənkəran,      Bakı      və      Şamaxıda      yaradılan      hərbi     
hissələrdə      təlimatçı      kimi  çalışırdılar.  Bakı  Sovetinin  bolşevik-erməni 
qüvvələrinin qarşısını  almaq üçün 
bu     kifayət     etmirdi.     1918-ci     ilin     mart-aprel     aylarında     Bakıda,     daha     
sonra 
Qubada, Salyanda, Şamaxıda, Lənkəranda bolşevik-erməni qoşunları tərəfindən 
azərbaycanlı    əhalinin    soyqırımı    həyata    keçirilərkən,    bu    məntəqələrdə   
olan 
könüllü dəstələr müqavimət göstərsə də məğlub edilmişdilər. 
Müsəlman      Korpusunun      təşkilini      sürətləndirmək      üçün     
Zaqafqaziya  hökuməti    100    min    rubl,    2    təyyarə,    1    zirehli    qatar,    silah   
və    sursat    ayırmağa,  kömək  üçün  gürcü  hərbi  hissələrini  göndərməyə  söz 
vermişdi. Əslində 1 zirehli qatar,   az   sayda   atıcı   silahlar,   bir   gürcü   bölüyü   
göndərildi.    Buna    baxmayaraq,  bolşevik-erməni    təcavüzünün    qarşısını   
almaq    üçün    dəstə    təşkil    etmək    qərarı  qəbul    edildi.  Dəstə  polkovnik 
L.Maqalovun  rəhbərliyi    ilə  təşkil    edilmiş,  onun  tərkibinə    Müsəlman   
Korpusunun    qüvvələri    qatılmışdı.    Bilavasitə    Maqalovun  tabeçiliyində   
Tatar    süvari    alayı,    7-ci    və    8-ci    müsəlman    nişançı    alaylarından 
toplanmış    bir    müsəlman    nişançı    alayı,    pulemyot    komandası,    Milli   
hərbiyyə 
məktəbinin  müdavimləri,  1  zirehli  qatar  və  gürcü  bölüyü  var  idi  (təxminən  2  min  nəfər,  4  top,  6  pulemyot,  1 
zirehli    qatar).
223     
Könüllülərdən    təşkil    edilmiş süvarilər    (təxminən    3    min    nəfər)    toplanaraq    İsmayıl   
хаn  Ziyadxanlının  tabeçiliyinə  verildi.  Quba,  Xaçmaz,  Dəvəçidə  yaradılmaqda  olan  hissələrin  könüllüləri 
Bakıdan  çıxan    könüllülərlə    birləşərək    1-2    min    nəfər    təşkil    etdi.    Bu    qüvvə    imam    N.Qosinskinin   
göndərdiyi   qüvvə   ilə birləşdi,   lakin   Qosinskinin   döyüşçüləri   aprelin   8-10-da   döyüşlərdə   iştirak   etsələr   
də,   Xırdalana   çatar-çatmaz Şimali Qafqaza qayıtdılar və azərbaycanlılar Maqalovun dəstəsinə qatıldılar.
224
 
220   
Süleymanov M.S. Azərbaycan Ordusu, s.33. 
221
Süleymanov M.S. Azərbaycan Ordusu, s.34. 
222
Süleymanov M.S. Azərbaycan Ordusu, s.54-55. 
223
Кадишев А.Б.Интервенция и гражданская война в Закавказье. Москва, 960,    с.90. 
224
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.64-65. 
81 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə