Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə5/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   2   3   4   5   6   7   8   9   ...   113

 
 
əməliyyatındakı    uğursuzluqdan    sonra    türk    qoşunları    Cənubi    Azərbaycanı    tərk    etdilər,    erməni    və   
aysorlar 
yenidən  Türkiyə  ilə  həmsərhəd  rayonlarda  yaşayan  azərbaycanlıları  öldürməyə  başladılar.  Rus  ordusu Təbrizi 
tutdu,   bundan   sonra   müharibənin   sonunadək   Qafqaz   cəbhəsində   ciddi   dəyişikliklər   baş   vermədi.   1918-ci   
ilin 
yazında   Cənubi   Azərbaycana   İngiltərə   qoşunları   daxil   oldu,   millətlərarası   toqquşmaların   qarşısını   isə   
başda 
Şeyx Məhəmməd Xiyabani olmaqla Azərbaycan Demokratik Partiyası aldı. 
Azərbaycan ərazisində bilavasitə döyüşlər getməsə də, müharibə ölkəyə böyük ziyan vurdu. İqtisadiyyatı 
hərbi     istiqamətə     yönəltmək     üçün     hərbi-sənaye     komitələri     yaradılmışdı.     Cənubi     Qafqazda     
müəssisələrin hərbiləşdirilməsi  Rusiyanın daxili quberniyalarında olan hərbiləşdirmə səviyyəsindən artıq idi. 
Müharibə daim 
artan      miqdarda      neft      tələb      etməsinə      baxmayaraq      neft      kəşfiyyatı, 
avadanlığın      modernləşdirilməsi,      quyuların      qazılması      üzrə      işlərin 
azaldılması      Azərbaycan      iqtisadiyyatının      əsasını      təşkil      edən      neft 
sənayesində   durğunluğa   səbəb   oldu.   Dəmir   yolu   və   dəniz   
nəqliyyatı 
yükləri    daşıyır,    bu    isə    mülki    əhalinin    nəqliyyat    vasitələri    ilə   
təmin  edilməsində    çətinliklər    yaradırdı.    Kənd    təsərrüfatında    da   
durğunluq  başladı,    çünki    əvvəlcə    cəbhə    ehtiyacları    üçün    at    və   
öküzlər   müsadirə olunmuş,   1916-cı   ildən   isə   arxa   cəbhə   işlərini   
yerinə   yetirmək   üçün 
rus      millətlərindən      olan      18-23      yaşlarında      gənclərin     
mobilizasiyası  başlanmışdı.  Cəbhəyanı  rayonlardan  Azərbaycanın 
şəhər  və  qəzalarına  yaralılar      gətirilib      hospital,      klinika,     
xəstəxanalarda      yerləşdirilirdi.  Bakıda    iri    hərbi    hissələrin    yer-
ləşdirilməsi    hesabına   şəhər    əhalisinin 
70    min    nəfər   artmışdı.   Müharibə    görünməyən    ərzaq    çatışmazlığı   
və bahalaşmaya    səbəb    olmuş,     əhalinin    vəziyyəti     olduqca   
pisləşmişdi. 
Tərəqqipərvər  azərbaycan 
ziyalılarının  müharibənin  törədəcəyi 
fəsadlarla  bağlı  ümidlərini  Fətəli  xan  Xoyski  belə  ifadə  etmişdir:  "Bu 
müharibənin    qalibi    kim    olursa-olsun,    müharibədən    zəifləmiş   
şəkildə 
çıxacaq.      Zəifləməmiş      bizlər     isə      xahiş     yox,      tələb     edə     
biləcəyik. 
Müstəqillik!  Bizim üçün   lazım  olan,   bax,   budur.  Azadlıq     
buradan, bizim 
yığılmış 
qüvvəmizdən, 
bizim   
pullarımızdan    və    bizim neftimizdən doğacaq". 
hərbi 
qeyri 
sayı 
XIX   əsrin   II   yarısında   müsəlmanların   Rusiya   ordusuna   çağırışına   son   qoyuldu.   Hərbi   xidmət   
əvəzinə 
imperiyanın    müsəlman    əhalisi    xüsusi    vergi    ödəməli    idi.    Bımunla    belə,    azərbaycanlılar    müxtəlif   
cəbhələrdə 
gedən döyüşlərdə iştirak edirdilər. Ali silkin nümayəndələri hərbi təhsil ocaqlarında oxuyub zabit ola bilərdilər. 
Müharibənin    əvvəlində    imperiyanın    siyasəti    ilə    razı    olmayan    azərbaycanlılar    kiçik    qruplar    şəklində   
sərhədi  keçərək    Osmanlı    ordusuna    yazılır    və    onun    düşmənlərinə    qarşı    savaşda,    о    cümlədən   
1915-1916-cı    illərdə boğazlar uğrunda gedən məşhur döyüşlərdə iştirak edirdilər. 
Müharibə müxtəlif döyüş vəzifələrini  həll  etmək  qabiliyyətində olan sürətli süvari hissələrinə olan 
ehtiyacı qabartdı. İmperiyanın müsəlman əhalisinin könüllülərindən süvari hissələr yaratmaq qərarı qəbul edildi. 
1914-cü ilin avqustunda Qafqaz yerli süvari diviziyasının ("Dikaya diviziya") 
tərkibinə  daxil olmuş "Tatar 
süvari    alayı"nın    formalaşdırılmasına    başlandı.    Alay    Cənub-Qərb    və    Rumıniya    cəbhələrində  vuruşmuş,   
о 
cümlədən məşhur "Brusilov əməliyyatı"nda iştirak etmişdi. I Dünya müharibəsi illərində rus ordusunda 200-dən 
çox azərbaycanlı      zabit      fərqlənmişdi. Onlardan 10 nəfər Rusiyanın ali hərbi ordeni - Müq. Georgi ordeni ilə 
(2  nəfər-3-cü    dərəcəli,   8    nəfər-    4-cü    dərəcəli)    təltif    edilmişdi.
18   
Səməd    bəy    Mehmandarov    "Brilliant   
silah",    15  azərbaycanlı  isə  "Qızıl  silah"la  təltif  edilmişdi  ki,  bu  təltif  də  Müq.  Georgi  ordeninə  bərabər 
tutulurdu.  Süvari  generalı,    general    -    adyutant    Hüseyn    xan    Naxçıvanski    qvardiya    süvari   
korpusunun    komandiri),    artilleriya  generalı    Səməd    bəy    Mehmandarov    (2-ci    Qafqaz    ordu   
korpusunun    komandiri),    general-leytenant    Əli    ağa  Şıxlinski  (10-cu  ordunun  komandanı)  Rusiya 
ordusunda ali məqamlara çatmışdılar.
19
 
1.4.1917-ci ildə Azərbaycanda hərbi - siyasi vəziyyət 
1917-ci ilin fevral ayında çarın istefası ictimai-siyasi şəraiti kəskin surətdə dəyişdi. Martın əvvəllərində iri 
şəhərlərdə demokratik islahatları  dəstəkləyən  nümayiş  və  mitinqlər  keçirildi.  Paytaxtda  yaradılmış  Müvəqqəti 
hökumət, yerlərdə öz hakimiyyət orqanlarını təşkil etməyə başladı. Martın 9-da Müvəqqəti hökumətin göstərişi 
ilə Xüsusi İdarə Komitəsi (sədr  - V. Xarlamov, üzvlər A. Çxenkeli, K. Abaşidze, M. Cəfərov, M. Papacanov) 
18
Исмаилов Э. Георгиевские кавалеры - азербайджанцы. Москва, 2005. с.52- 63. 
19   
Исмаилов Э. Георгиевские кавалеры, с.143, 158, 169. 
11 
 


 
 
 
 
yaradıldı.
20     
Martın    17-də    Bakıda    Müvəqqəti    hökumətin    yerli    hakimiyyət    orqanı    -    İctimai   
təşkilatların    İcra  komitəsi    təşkil    edildi.    Martın    əvvəlində    Bakı    sovetinə    deputat    seçkiləri    başladı.   
Çarın    devrilməsi    barədə Məhəmməd   Əmin   Rəsulzadə   1917-ci   il   martın   3-də   "Kaspi"   qəzetində   çap   
etdirdiyi    məqaləsində    yazmışdı:  "Rusiyanın  xalqları  öz  ürəklərində  saxladıqları  məqsədlərə,  nəhayət  ki, 
çatdılar.    Əliqanlı  jandarm,  bütün    xalqın  düşməni      olan  istibdad  yıxılmışdı".  Azərbaycanda  ictimai-siyasi 
hərəkatın üç istiqamətdə  inkişaf etməsi  aydın oldu: 
1. Dövləti   əvvəlki   sərhədlərində   saxlamağa   çalışan   Müvəqqəti   hökumət   əyalətlərdə   çarizmin   
siyasətini 
davam etdirirdi. Milli siyasi partiyaların bütün təklifləri separatçılıq kimi qəbul edilərək rədd olunurdu. 
2.   Fəhlə   və   əsgər   sovetlərinə   inqilabçı   demokratlar   keçdilər,   onlar   həm   Müvəqqəti   hökuməti,   
həm   də partiyaları rədd edirdilər. Onlar da Azərbaycanı Rusiyanın tərkibində görürdülər, lakin bu, sovet Rusiyası 
olmalı 
idi. Sovetlərdə tədricən inqilabçı əsgər və matroslara arxalanan bolşeviklərin mövqeyi güclənməyə başladı. 
3.İnqilaba   qədər   gizli   fəaliyyət   göstərən   milli   siyasi  partiyalar   leqal   işə   keçdilər.   Əsasən   "Müsavat"   
və 
onunla birləşmiş "Müstəqil türk federalist partiyası" seçilirdi. 
Martın 27-də Müsəlman Milli Şurasmm Müvəqqəti İcraiyyə Komi-təsi seçildi. Paralel olaraq digər milli 
şuralar da yaradıldı ki, onlar sırasında erməni şurası öz təcavüzkarlığı ilə seçilirdi. 1917-ci ilin payızına aydın 
oldu  ki,  "Müsavat  türk  federealist  partiyası"  azərbaycanlılar  arasında  böyük  nüfuza  malikdir  və  sivil  üsullarla 
hakimiyyət uğrunda mübarizə aparmağa hazırdır. 
1917-ci    il    oktyabrın    26-da    partiyanın    I    qurultayını    açan    Məhəmməd    Əmin    Rəsulzadə    qeyd   
etdi    ki, 
"müstəqil Azərbaycan dövləti yaradılacaq və bu yeni dövlət müstəqil dövlətlərin ittifaqına daxil olacaq". 
1917-ci    il    oktyabrın    22-də    Bakı    Sovetinə,    noyabrda    isə    Müəssislər    Məclisinə    keçirilən   
seçkilərdə "Müsavat" partiyasının qalib gəlməsi onların siyasi rəqiblərini qorxutdu.
21
1917-ci il dekabrın 5-də 
Zaqafqaziya Komissarlığı      ilə     Osmanlı     dövləti     arasında 
imzalanan müqaviləyə əsasən, cəbhədə döyüş 
əməliyyatları      dayandırılmalı,      rus     
əsgərləri  silahlarını    milli    hərbi    hissələrə   
-    müsəlman (Azərbaycan), Gürcü və Erməni 
Korpuslarına 
təhvil 
verərək 
Rusiyaya 
qayıtmalı idilər.
22
 
"Müsavat”a  
hakimiyyəti     vermək 
istəməyən 
  bolşeviklər 
siyasi     mübarizə 
metodlarından imtina etdilər. Oktyabrın 25-də 
Petroqradda çevriliş və Müvəqqəti hökumətin 
devrilməsi    əyalətlərdə    də    onların    əl-
qolunu açdı. "Müsavat”la   mübarizə
 
platforması  əsasında    bolşeviklər   
Erməni    Milli    Şurası    və  "Daşnaksutyun"
 
partiyası   
ilə    birləşməyə 
başladılar.  "Müsavat”ın    sosial   bazasının 
məhv edilməsi onların əsas məqsədi oldu. 
Noyabrda Xüsusi Komitənin işi dayandırıldı. 8-11 noyabr tarixlərində Tiflisdə Zaqafqaziyada olan idarə 
komissiyaları,   milli   və   məhəlli   qurumlar,   bələdiyyələr,   fəhlə   və   həmkarlar   ittifaqları,   kəndli   birlikləri,   
siyasi partiyalar,    ordu    nümayəndələri,    baş    komandan    və    Xüsusi    Komitə    üzvlərinin    iştirakı    ilə    müşavirə   
keçirildi. Müşavirə    Oktyabr    hadisələrini    çevriliş    adlandıraraq    onun    qanuniliyini    qəbul    etmədi    və   
Müəssislər    Məclisi çağırılanadək       Zaqafqaziya       Komissarlığı 
adlı       
qurum 
yaradacaqlarını 
 
bildirdi. 
 
Qurumun 
 
sədri   
E.P.Gegeçkori,  komissarlar        A.        Çxenkeli,       
D.Donskoy,        Ş.Alekseyev-  Mesxiyev,    M.Cəfərov,   
X.Məlikaslanov, 
 
A.Ter-Qazarov, 
A.Ohanyan, 
X.Xasməmmədov seçildilər. 
Noyabrın     21-də     Qafqaz     Cəbhəsinin     
komandanı general    Prijevalski    Türk    qoşunları   
Qafqaz    Cəbhəsinin 
komandanı    Feriq    Vehib    paşanın    sülh    bağlamaq   
təklifi 
haqqında   ZK   iclasında   məlumat   verdi   və   dekabrın   5-
də 
Zaqafqaziya    Komissarlığı    ilə    Osmanlı    dövləti   
arasında 
20   
Балаев А Азербайджанское национально-демократическое движение. 1917-1920. Баку, 1990, с. 3; Насиров Т. Борьба за власть в Азербайджане 
(1917-1920). Баку, 1993, с.10. 
21   
Балаев А. Азербайджанское национальное движение? с.11. 
22   
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan. Bakı, 1999, s.15. 
12 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə