Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə51/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   47   48   49   50   51   52   53   54   ...   113

 
 
bölükdən ibarət taborda isə 19 zabit, 772 əsgər, 12 minik və 76 yük heyvanı olmalı idi.
238   
Əli ağa Şıxlinskinin 
27     iyun     tarixli     189     saylı     əmri     göstərir     ki,     Korpusun     tərkibində     115     saylı     sanitar     qatarı,     
Yelizavetpol  stansiyasındakı  200  nəfərlik  lazaret  mövcud  olmuş,  həmçinin  döyüşlərdə  bir  Azərbaycan  zirehli 
qatarı da iştirak etmişdir.
239
 
Toplanmış əsgərlər iki hissəyə bölünürdü: türk hissələrinə göndərilən əsgərlər və Azərbaycan hissələrinə 
göndərilən gənclər. Belə ki, əsgərlərin paylanması zamanı  müəyyən fərqlər var idi. Türk hissələrinə göndərilən 
gənclər    doğulduqları    yerdən    asılı    olmayaraq    hərbi    hissələr    arasında    bölüşdürülürdülər:    Gəncədən   
çağırılmış əsgər Şəkidən və Qazaxdan olan əsgərlə bərabər türk hərbi hissəsinə göndərilir və türk əsgərləri ilə 
çiyin-çiyinə vuruşurdu. 
Toplanmış    könüllülərin    Azərbaycan    hissələrinə    bölüşdürülməsi    isə    ərazi    prinsipi    əsasında   
aparılırdı: 
Qazax qəzasından toplanmış gənclər 1-ci piyada alayı, Şuşa və Qarabağ qəzasından - 
2-ci piyada alayı, Ağdaş qəzasından - 4-cü piyada alayının 1 və 2-ci taborlarına və 1- 
ci    və    2-ci    süvari    bölüklərinə,    Cavanşir    qəzasından    -    4-cü    piyada    alayının   
3-cü 
taborunun formalaşdırılmasına göndərilirdi. 
Toplanma  işi sürətlə  gedirdi:  misal  üçün, iyulun 2-dən  29-dək Ağdamda  462 
nəfər toplanıb. 3-cü piyada alayında 560-dan artıq nəfər, 4-cü piyada alayında 2028 
nəfər, 2-ci piyada alayında 1018 nəfər, Şəki dəstəsində 285 nəfər, Bərdə dəstəsində 
472    piyada    və    245    süvari,    Tərtər    dəstəsində    245    süvari    var    idi.    Təkcə   
Cəbrayılda  könüllülər  yığmaq  olmurdu.  Raportlarda  bunun  səbəbi  belə  açıqlanırdı: 
"hər bir kənd digəri ilə ədavətdədir və qan davası aparır".
240
 
Ənvər  paşa  Əlimərdan  bəy  Topçubaşovla  görüşündə  könüllülərin 
toplanmasından xəbəri olmasını  göstərmişdir: "Mənə məlumdur  ki, çağırışda böyük 
çətinlik olmayıb, adamlar  həvəslə gəlirlər. Belə də olmalıdır.  Qafqaz müsəlmanları 
əsgəri mükəlləfiyyətə cəlb olunmamışdılar. Onlar əsgəri tələbkarlıqla tanış deyillər. 
Ancaq görünür ki, əsgəri ruh hələ də qalmaqdadır. Bu isə zəruri şərtdir".
241
 
Ərazilər azad edildikcə gənclərin əsgərliyə çağırışı təşkil edilirdi. Belə ki, QİO 
hissələri Bakıya yaxınlaşanda artıq Göyçay və Şamaxıda çağırış işi təşkil edilmişdi. 
Erməni    təhlükəsi    olan    kəndlərdə    Akıncı    dəstələri    təşkil    edilməli    idi:    150    nəfərlik    bölüklərə   
bölünmüş dəstəyə  nüfuzlu  şəxs  rəhbərlik  edir,  döyüşçülər  öz  evlərində  yaşasalar  da  mütəmadi  təlim  keçir  və 
siqnal  olan döyüşə çağırılırdılar. 
Heyvanların da səfərbərliyi həyata keçirilirdi. İyunda QİO-da 2374 heyvan olub, onlardan 297 tələf olub, 
lakin əhali tərəfindən 340 yeni heyvan gətirilib. Araba və dəvələr, həmçinin arabaçı və dəvəçilər də orduya cəlb 
edilirdi.
242
 
Avqustda  qoşunların  strukturunda  növbəti  dəyişikliklər  aparıldı.  Ətrafında  olan  bəzi  ilhaqçılar  sonradan 
Azərbaycanın    Türkiyəyə    qatılacağını    bildirərək    Azərbaycan    milli    hissələrinin    yaradılmasının    zərərli   
olmasını  gənc    və    siyasi    cəhətdən    təcrübəsiz    olan    Nuru    paşaya    təlqin    etmək    istəyirdilər.    Digər   
tərəfdən    Azərbaycan  Korpusunda    zabit    heyəti    sıralarında    rusların    çox    olması,    bütün    hərbi   
yazışmanın    və    sənədləşmənin    hətta  azərbaycanlı    zabitlər  tərəfindən    də  rus    dilində  aparılması   
(azərbaycanlı   zabitlər  rus   ordusu   sıralarında   xidmət  etmiş  və bu  dildə hərbi təhsil almışdılar)  Nuru  paşanın 
narazılığına səbəb olan məqamlar idi. 
Nəticədə   1918-ci   il   avqustun   2-də   Nuru   paşa   Qafqaz   İslam   Ordusu   tərkibində   Azərbaycan   
hissələrinin 
yaradılması   barəsində  əmr   verdi.   Əmrə   əsasən   iki   diviziyadan   (firqə)  ibarət   korpus   yaradılmalı   idi   və   
korpus 
Osmanlı komandanlığı altında xidmət etməli idi. Əmrə əsasən mövcud hissələrdən 1-ci Qazax, 2-ci Qarabağ, 3- 
cü Zaqatala, 4-cü Ağdaş piyada alayları və dörd süvari alayı düzənləndi. Hər piyada alayda üç tabor, pulemyot 
bölüyü,    depo bölüyü, istehkam bölüyü yaradıldı. Süvari alayda iki bölük olmalı idi.
243
 
1918-ci    il    avqustun    13-də Azərbaycan Korpusunun ləğvi barəsində əmr imzalandı, 1918-ci il avqustun 
20-də Nuru paşanın əmri ilə 124 azərbaycanlı    zabit yeni təyinatlar aldı. Nuru paşanın avqustun 2-20-də verdiyi 
əmrlər əsasən Azərbaycan Korpusunun qərargahı təşkil edən qurumların ləğvi, lakin döyüşən xətt hissələrinin 
saxlanılmasına   yönəlmişdi.  Qərargahlar      ləğv      ediləndən      sonra 
etibarlığı   şübhə   doğuran   qeyri- 
müsəlman 
zabitlər  uzaqlaşdırılmış,   azərbaycanlı   zabitlər   isə   Azərbaycan   və   Osmanlı   hərbi   hissələrinə  təyinat   
almışdılar. 
İsrafil bəy İsrafilov xatirələrində göstərir ki, "bizim piyada hissələr türk piyada hissələri tərkibində idi, mən isə 
zirehli qatara komandanlıq edirdim". 
238
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.173-174. 
239
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.127. 
240
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.174-175. 
241
Топчубашев А. Дипломатические беседы в Стамбуле (1918-1919). Баку,1994, с. 17. 
242
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.175. 
243
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.129-130. 
85 
 


5.6. Bakıya son hücum ərəfəsində Qafqaz Ġslam 
Ordusunun quruluĢu 
Müasir   tarixşünaslıqda   Qafqaz   İslam   Ordusunun   quruluşu   və   say   tərkibi   göstərilərkən   Bakıya   
hücum 
zamanı   mövcud   olan   maksimum   sayda   hərbi   hissələr   göstərilir   və   döyüşlərin   elə   birinci   günündən   
bütün   bu hissələrin vuruşması bildirilir. Halbuki bu, belə deyil. İyun -avqust döyüşlərində Osmanlı qoşunlarından 
yalnız 
5-ci Qafqaz piyada firqəsi iştirak etmişdir, üstəlik onun tərkibində olan qüvvələr Azərbaycana hissə-hissə gəlir 
və elə hissə-hissə də döyüşə qatılırdılar. Sovet tarixşünaslığı Bakıya qədər olan döyüşlərdə iki, Bakıya hücum 
zamanı    isə    əlavə    olaraq    üç    diviziyanın    iştirak    etməsini    göstərirdi.    Halbuki    tarixi    sənədlər    sübut   
edir    ki, 
Azərbaycanda    cəmi    iki    Osmanlı    piyada    diviziyası    (firqəsi)    olmuş,    onlardan    5-ci    Qafqaz    piyada   
firqəsi    ilk 
günlərdən    vuruşmuş,    15-ci    piyada    firqə    isə    yalnız    sentyabrın    9-10-da    Bakı    ətrafına    gəlmiş    və    təkcə   
Bakı uğrunda döyüşdə iştirak etmişdir. Sovet tarixçisi E.Ludşuveyt yazırdı ki, son həmlədə 5-ci, 15-ci və 36-cı 
piyada 
firqələri   iştirak  etmişdilər,  lakin   onun   36-cı   diviziya   ilə   bağlı   mənbə   göstərməməsi   bu   məlumatı   şübhə 
altına alır.
244   
Ümumiyyətlə, sovet tarixşünaslığında türk diviziyalarının sayı olduğundan dəfələrlə çox göstərilir. 
Misal  üçün,    "Гражданская    война    и    военная    интервенция    в    СССР"    enklopediyasında    Bakıya   
hücum    ərəfəsində  türklərin  2  piyada  diviziyası,  iyulun  sonlarında  daha  iki  diviziyası,  və  nəhayət,  avqustun 
əvvəllərində  daha  üç  diviziyanın  gəlməsi  və  beləliklə  Bakıya  hücumda  7  (!)  türk  diviziyasının  iştirakı 
bildirilir.
245
 
5-ci   Qafqaz   piyada   firqəsi   ilə   eyni   quruluşa   malik  15-ci   piyada   firqə   döyüşlərin   Bakı   ətrafında   
getdiyi  vaxt    QİO-nun    tərkibinə    qatılmışdı.
246     
Firqənin    komandiri    miralay    Süleyman    İzzət    bəy,   
Ərkani-Hərb    rəisi minbaşı   İhsan   bəy   idi.   Azərbaycan   sərhəddini   keçəndə   firqənin   tərkibində   olan   38-
ci   piyada   alayına   miralay Səlim bəy, 56-cı alaya qaimməqam Fəzli bəy, 107-ci alaya qaimməqam Fəhmi bəy 
rəhbərlik  edirdilər.  Bununla  belə,    toplanmış    döyüş    təcrübəsi,    yeni    gəlmiş    hərbi    hissələr    arasında   
döyüşlərdə    iştirak    etmiş    hərbi    hissələr  yerləşdirmək      istəyi,      çoxsaylı      azərbaycanlı      könüllülərdən     
maksimum     yararlanmaq      zərurəti     15-ci     piyada firqəsinin tərkibində dəyişikliyə səbəb oldu. 
1918-ci il sentyabrın 10-da Qafqaz İslam Ordusu aşağıdakı quruluşa malik idi: 5-ci Qafqaz piyada firqəsi, 
15-ci piyada firqəsi, Cənub qrupu (Azərbaycan diviziyası), 106-cı Qafqaz piyada alayı (əlahiddə göstərilib). 
5-ci   Qafqaz   piyada   firqəsi   (komandan   mirliva   Mürsəl   paşa,   qərargah   rəisi   Rüştü   bəy),   4   piyada   
alayı 
(onlardan      üçü     əvvəllər      5-ci      firqənin     tərkibində     olanlar     idi,     biri     isə     106-cı      Qafqaz     piyada     
alayından götürülmüşdür), 1 topçu alayı və əlavə hissələrdən ibarət idi. Piyada və süvari alayların strukturunda 
dəyişklik 
baş verməmiş, topçu alayı gücləndirilmişdi. Onun tərkibində 4 topçu batareyası (2 Şnayder, 2 Dağ topçu), səhra 
topçu, rus səhra topçu, rus dağ topçu tağımları (cəmi 33 top) var idi. Əlavə hissələrə 5-ci istehkam bölüyü, 5-ci 
səhiyyə bölüyü, telsiz teleqraf taqımı, 24-cü səyyar xəstəxana, orkestr, iaşə taqımı, 20-ci və 25-ci ərzaq qolları 
aid idi. 
15-ci piyada firqəsi
247   
(komandan Suleyman İzzət bəy, qərargah rəisi İhsan bəy), 2 piyada alayı (38-ci və 
107-ci   piyada   alayları),   Zehni   bəy   müfrəzəsi,   Tevfiq   bəy   Müfrəzəsi   (Maştağı   könüllülər   milisi),   15-
ci   topçu  alayından    və    əlavə    hissələrdən    ibarət    olmuşdur.    Firqə    Rumıniyada    yerləşərək    Konstansadan   
dəniz    yolu    ilə  Batuma,  sonra  Gümrüyə  gətirilmişdi.
248   
Piyada  alayların  quruluşu  5-ci  firqənin  alayları  ilə 
eyni  idi  (üç  piyada  taboru).    Zehni    bəy    müfrəzəsi    bir    Osmanlı    süvari    alayı    (iki    bölükdən    ibarət   
mürəttəb    2-ci    süvari    alayı),    iki  Azərbaycan  süvari  alayı  (üç  bölükdən  ibarət  Tatar  süvari  alayı  və  üç 
bölükdən ibarət Ləzgi süvari 
alayı)  və 
heyətləri  azərbaycanlılardan  olan  iki  dağ topundan  ibarət  olmuşdur. Tevfiq  bəy  Müfrəzəsi  (Maştağı  könüllülər 
milisi) üç alay şəklində toplanmış 
244
Лудшувейт Е.Ф. Турция в годы первой мировой войны 1914-1918 г. Москва, 1966, с.236. 
245
Гражданская война. Энциклопедия, с.145. 
246
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.276. 
247
15-ci firqə «Çanaqqala firqəsi» adı ilə aşağıdakı əsərdə göstərilir: Лудшувейт Е.Ф. Турция, c.238. 
248
Görüryılmaz M. Türk Kafkaz, s.79. 
86 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə