Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə52/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   48   49   50   51   52   53   54   55   ...   113

 
 
87 


 
 
azərbaycanlı  könüllülərdən düzənlənmişdi.
249   
15-ci  topçu  alayı  iki  Dağ topçu  batareyası,  bir  səhra  topçu 
taqımından   (cəmi    12   top)   ibarət   olmuşdur.   Əlavə   hissələrə   istehkam   bölüyü,   səhiyyə   bölüyü,   telsiz   
teleqraf taqımı, səyyar xəstəxana, orkestr, iaşə taqımı, iki ərzaq qolu aid idi. 
Cənub   qrupu   (Azərbaycan   diviziyası   komandan   Cəmil   Cahit   bəy)   iki   tabordan   ibarət   olan   4-cü   
piyada 
alayı, üç süvari könüllülər alayı, bir səhra və bir dağ topu alaylarından ibarət olmuşdur. 
106-cı Qafqaz piyada alayı digər hərbi hissələrə birləşdirildiyindən tərkibində bir piyada taboru qalmışdı. 
QİO bu tərkibdə Bakı uğrunda son döyüşə başlamışdır. 
5.7. Müsəlman Korpusu və Qafqaz Ġslam 
Ordusunun say tərkibi 
Müsəlman Korpusunun strukturu təsdiq ediləndə onun tərkibində 30-40 min döyüşçünün olacağı nəzərdə 
tutulmuşdu.    Hərbi    mükəlləfiyyət    görməyən,    əhalisinin    əksər    hissəsi    hərbi    xidmətdə    olmayan,    zabit   
kadrları, silah  və  sursat  sarıdan  korluq  çəkən  ölkədə  bu  sayda  qüvvəni  təşkil  etmək  üçün  azı  4-5  il  vaxt  tələb 
olunurdu.  Əslində  isə  hərbi  hissələrə  ilk  zabit  və  əsgərlər  gələndə,  az  da  olsa  silahla  təmin  edilir  və  döyüşə 
göndərilirdi.  Nəticədə    1918-ci      ilin      martında    Müsəlman    Korpusunun      Azərbaycan    ərazisinə     
səpələnmiş      hərbi      hissələri  tərkibində  3  minə  yaxın  döyüşçü  ehtimal  ki,  bir  о  qədər  də  erməni-bolşevik 
təcavüzünə  qarşı  mübarizə  aparan  ayrı-ayrı  könüllü  dəstələr  olmuşdur.  Bütün  bu  qüvvələr  arasında  yeganə 
yaxşı  təşkil  edilmiş  hərbi  hissə  Tatar süvari alayı idi ki, onun da tərkibində 500-dən artıq döyüşçü var idi. 
1918-ci   ilin   aprelində   erməni-bolşevik   qoşunlarına   qarşı   Maqalovun   dəstəsində   təxminən   2   min   
nəfər,  İsmayıl      xan    Ziyadxanlının      dəstəsində    təxminən    3      min      nəfər,   
Bakıdan    çıxan  könüllülər,  Quba,  Xaçmaz,  Dəvəçi  könüllüləri  cəmi  1-2  min 
nəfər təşkil edirdilər. N.Qosiskinin  göndərdiyi 
qüvvələrə        polkovnik       
Cəfərov       rəhbərlik       edirdi.
250
 
Azərbaycanın    qərb    sərhədlərində    -    Naxçıvan,    Zəngəzur    və    Qarabağda   
ayrı-ayrı  könüllü    dəstələr    olmuşdur.    Onlar    Dro,    Nzdex    və    Andranikin   
erməni    dəstələrinə  qarşı    vuruşduğundan    Bakı    istiqamətinə    cəlb    oluna   
bilməzdilər.   Pərakəndə   halda, bir-birləri ilə əlaqəsi olmayan qüvvələr, əlbəttə ki, 
ordu sayıla bilməzdi. 
Azərbaycana  gələn  Nuru  paşa  yazırdı  ki,  Müsəlman  Korpusunun 
uğursuzluqlarına baxmayaraq könüllülər toplanır. Onların sayı 1000-ə yaxındır. Bir 
çox    yerlərdə    əhali    I  Dünya    müharibəsində    rus    ordusu    tərəfindən    əsir   
götürülmüş türk   zabit   və   əsgərlərini   azad   etmiş   və   onlar   yerli   dəstələr  təşkil   
etmişdilər.   Bəzi yerlərdə belə dəstələrin tərkibində 2 minə yaxın könüllü vardı. 
1918-ci ilin əvvəllərinə 3-cü ordunun tərkibində 45 min döyüşçü var idi.
251
 
Qafqaz      İslam      Ordusunun      say      tərkibini      müəyyənləşdirərkən      türk     
və 
Azərbaycan    hissələrinin    ştatlarına    əsasən    döyüşçülərin    sayını    müəyyən   
etmək 
doğru    olmazdı.    5-ci    Qafqaz    firqəsində    330    zabit,    7403    əsgər    (5277-si   
döyüşən hissələrdə) var idi lakin firqə Azərbaycana hissə - hissə gələrək elə döyüşlərə də hissə-hissə qatılırdı. 
Eləcə də 
Azərbaycan    hissələrinin    sayı    döyüşlər    nəticəsində    azad    edilən    ərazilərin   əhalisinin    hesabına    artırdı.   
Nəzərə 
almaq lazımdır ki, ilk döyüşlərdən sonra orduda sadə say artımını həyata keçirmək qarşıya qoyulan əsas məqsəd 
deyildi,   çünki   toplananları   silahlandırmaq,   təşkil   etmək,   təmin   etmək,   öyrətmək   lazım   idi.   Bütün   bunlar   
isə 
tədricən həyata keçirilirdi. 
Sovet    tarixçisi    A.Kadişev    QİO    tərkibində    azərbaycanlıların    sayının    5    min    nəfər    olmasını   
göstərir.
252
 
Bolşevik-erməni,    ingilis    kəşfiyyatının    məlumatlarını,    eyni    zamanda    Osmanlı    hərbi    sənədlərini    və   
mövcud tədqiqat  materiallarını  təhlil  edərək  M.Süleymanov  sübut  etmişdir  ki,  iyul  ayında  QİO  tərkibində  azı 
4-5  min  azərbaycanlı  var  idi.
253   
Araşdırmalar  göstərmişdir  ki,  artıq  1918-ci  ilin  iyun-iyul  döyüşlərində 
ümumi sayı 10 
min   nəfər   olan   Qafqaz   İslam   Ordusunun   6   min   döyüşçüsü   osmanlı,   4   mini   isə   azəri   türkü   idi.
254     
Sentyabrın əvvəllərində bu rəqəm daha da artmışdı. Belə ki, Nuru paşanın avqustun əvvəllərində həyata keçirdiyi 
struktur 
dəyişikliyi azərbaycanlıların sayının artmasına dəlalət edir.     Ştata əsasən Azərbaycan piyada alayında 61 zabit, 
249
Bu hissələrin quruluşu tərəfimizdən N.Yüceerin kitabında verilmiş tablo əsasında tərtib edilib (N.Yüceer. Birinci Dünya savaşında Osmanlı ordusunun 
Azerbaycan ve Dağıstan harekatı. Ankara, 2002 tablo «Kafkas İslam Ordusunun 10 eylül 1918 kuruluşu». 
250
Дарабади П.Г. Военные вопросы, с.109. 
251
Enver Ziya Karal. Osmanlı tarihi. Cilt 5, s.527. 
252
Кадишев А.Б. Интервенция, с.113. 
253
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.168. 
254
Allen V.E.D. ve P.Muratof. 1828-1921 Türk-Kafkas sınırındakı harplerin tarihi. Ankara, 1966, s.445. 
88 
 


2700 əsgər olmalı idi. Ştatların tam dolmamasını nəzərə alsaq belə təşkil edilmiş iki Azərbaycan diviziyası (ən 
aşağı rəqəmləri götürsək: hər biri 1000-1500 nəfərlik 7 piyada alay), iki süvari alay (hər birində 200-300 nəfər) 
və  topçu  hissələrində avqustun  əvvəllərinə  azı  8-9  min  döyüşçü  olmalı  idi.  Düşmən  tərəfin  (ingilis  və  erməni 
mənbələri) Bakıya hücum ərəfəsində Qafqaz İslam Ordusu tərkibində 14-15  min döyüşçünün olması haqqında 
məlumatları   doğru   hesab   oluna   bilər.   Gəncədən   Bakıyadək   olan   ərazilərdə   yaradılmış   postlar,   hərbi   
məktəb, 
yerli   dəstələr,   Muğan   qiyamçılarına   qarşı   dayanan   könüllü   dəstələrini   nəzərə   alsaq   bu   rəqəm   daha   da   
böyük olmalıdır. Üstəlik, Azərbaycanın qərb ərazilərindəki, həmçinin Naxçıvan, Zəngəzur və Qarabağdakı 
dəstələrin 
say tərkibi bu statistikaya daxil edilməmişdi. 
5.8. Müsəlman Korpusu və Qafqaz Ġslam 
Ordusunun komandanhğı 
Müsəlman Korpusunun üzləşdiyi ən böyük problemlərdən biri zabit kadrlarının çatışmazlığı idi. Rusiya 
ordusu  tərkibində  onsuz  da  sayı  az  olan  azərbaycanlı  zabitlərin  bir  qismi  I  Dünya  müharibəsinin  cəbhələrində 
həlak 
olmuş 
(misal 
üçün,  Nikolayev  Hərbi  Akademiyasını      bitirmiş      polkovnik    Teymur     
Mirzə  Məmmədəlibəyov  kimi  sərkərdə),  bir  qismi  isə  çar  ordusunun  zabitləri  kimi  bolşeviklər  tərəfindən 
saxlanılmış 
və min bir əziyyətlə xidmət yerlərindən Azər-baycana qayıtmışdılar (misal üçün, məşhur sərkərdə tam artilleriya 
generalı Səməd bəy Mehmandarov kimi). Elələri də var idi ki, rus imperatoruna sədaqət andı içdiyini və bu anda 
sona  qədər  sadiq  qalacaqlarını  bildirərək öz imperatorlarından  ayrılmaq  istəməmiş  və  onun taleyi  ilə eyni tale 
yaşamışdılar    (misal    üçün,    tam    süvari    generalı    Hüseyn    Xan    Naxçıvanski    kimi). 
Müsəlman   
Korpusunun 
komandiri     Ə.Şıxlinski     zabit     kadrlarının     çatışmazlığını     hətta     "çıxılmaz     vəziyyət"     adlandırmışdır.
 
Belə  vəziyyətdə      Korpusa      Azərbaycana      müsbət  yanaşan  və  könüllü  olaraq  Müsəlman 
Korpusunda xidmət etməyə razı   olan 
qeyri-müsəlman 
zabitlər 
xidmətə
 
qəbul 
edilirdi.  Korpus    yaradılarkən  onun  qərargah  rəisi  general-mayor    Mençukov   
təyin    edilmişdi.    Rus    zabitləri    sayca    Korpus    zabitlərinin    65%-ni    təşkil    edirdi.    Bu  zaman  onların  əsas 
problemi  Azərbaycan dilini  bilməməsi  idi. Azərbaycanlı  zabitlərin  min bir  əziyyətlə xidmət yerlərindən  vətənə 
qayıtması  və  burada  xidmət  etmək  arzusu  sayəsində  tədricən  23  zabit  toplanmışdı.  Onların sırasında    general-
leytenant    Əli    ağa    Şıxlinski,    general    -    mayorlar    X.Talışinski,    Əmənulla    Mirzə    Qacar    və 
Ağausubov,    polkovniklər    S.Əfəndiyev,    Əliiskəndərov,    Sədrəddin    Mirzə    Qacar,    C.    Şıxlinski,   
podpolkovniklər  H.Səlimov,    Xosrov    Mirzə    Qacar,    S.Rəfibəyli,    Ə.Qaytabaşı,    Hacıbəyli,    Məmmədov,   
Həmid    xan,    Nuh    bəy,  rotmistr   C.Naxçıvanski,   kapitan   İ.İsrafilov   və   digərləri   var   idi.   Əslən   çərkəz   
olan   polkovnik   M.G.Tlexas   da  Müsəlman   Korpusunda   xidmətə   qəbul   edilmiş   və   sonralar   Azərbaycan   
Ordusunda    da    xidmət    etmişdir.    Əslən  gürcü  olan  polkovnik  L.Maqalov  və  polyak  Dunin-Marsinkeviç  də 
Müsəlman Korpusuna qəbul edilmiş, ən çətin döyüşlərdə azərbaycanlı zabitlərlə çiyin-çiyinə vuruşmuşdular. 
Qeyri-müsəlman    zabitləri    hərbi    xidmətə    cəlb    etməklə    zabit    çatışmazlığı    problemi    müvəqqəti   
olaraq aradan   qaldırılsa   da,   unter   -   zabit   (yəni   zabitlə   əsgərlər   arasında   olan   kiçik   komanda   heyəti)   
və    kiçik    zabit  kadrlarının    çatrşmazlığını    aradan    qaldırmaq    mümkün    olmadı.    Belə    ki,    məhz    unter-   
zabit    və    kiçik    zabitlər  əsgərlərlə    bilavasitə    təmasda    olur,    onlara    hərbi    bilikləri    öyrədir,    hərbi   
vərdişlər  yaradır,    onları    döyüşə    aparır.  H.Z.Tağıyev      və      Ş.Əsədullayevin      oğulları,      tanınmış     
Naxçıvanskilər,      Qacarlar      nəslinin      nümayəndələri      də  Korpusda    zabit    kimi    xidmət    edərək,    öz   
əsgərlərinin    tam    inamını    qazanmışdılar.    Komanda    heyətinin    aşağı təbəqəsi mütləq əsgərlərə eyni din, dil 
və etnik mənsubiyyətcə bir kökdən olmalıydı ki, əsgərlərin təlim-tərbiyə prosesi sürətlə aparılsın və onlarda öz 
komandirlərinə  qarşı  inam  olsun.  Sadə  əhali  sırasından  toplanmış  və  ya könüllü  olaraq  orduya  gəlmiş  gənclər 
(əksəriyyəti savadsız və ya mollaxana təhsili ilə) çətin dərk eləyə bilərdi 
ki, onlara rəhbərlik edən və bolşeviklərə işləyən xristian rus zabiti onların düşməni olan xristian, rus komandirə 
qarşı axıra qədər vuruşacaq. Bu dövrdə eyni hadisələrdə milli, etnik, siyasi mübarizələr elə qarışmışdı ki, hətta 
ali     savadlı,     zəngin     həyat     təcrübəsi     olan    insanlar     çaş-baş     qalırdılar.     Bunu    yaxşı     başa     düşən     
Müsəlman 
Korpusunun  rəhbərliyi  qeyri-müsəlman  millətlərdən  kiçik  komanda  heyətini  dəvət  etməyin  xeyirdən  çox  ziyan 
verəcəyini    anlamış    və    başqa    yol    seçmişdir.    Hərbi    hissələri    kiçik  komanda    heyəti    ilə    təmin    etmək   
üçün   hərbi kurslar və məktəblər yaratmaq işi həyata keçirilirdi. 
Hələ  1917-ci  ilin  iyulunda polkovnik Süleyman  bəy  Əfəndiyev Yelizavetpolda hərbi  kurs  təşkil  etdi  və 
150 nəfər gəncə hərbi işin ilkin vərdişlərinin öyrədilməsinə başladı. 1918-ci ilin əvvəlində Bakıda kadet məktəbi 
yaradıb milli zabit kadrlarının hazırlanması layihəsi tərtib edildi. 1918-ci ilin fevralın 6-da layihə konkret şəkil 
aldı: 1-ci müsəlman diviziyası nəzdində Bakıda "Milli hərbiyyə məktəbi" (rus-dilli sənədlərdə "Мусульманская 
школа   подпрапорщиков")   adı   ilə   hərbi   məktəb   yaradılmalı,   bura   18-25   yaşlı   gənclər   qəbul   edilib   
"yunker" kimi  3 aylıq kiçik  komandir  kursları keçməli idilər.
255   
İmkanlar nəzərə alınaraq bir dəfəyə kursa 100 
nəfər qəbul 
255
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.48-49. 
89 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə