Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə53/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   49   50   51   52   53   54   55   56   ...   113

edilməli  idi.  Təşkilati  işlər  Tiflisdə  həll  ediləndən  sonra  məktəb  Bakıya  köçməli  idi,  lakin  Bakıda  olan  hərbi- 
siyasi    vəziyyətin    kəskinliyinə    görə    məktəb    Yelizavetpola    köçdü    və    burada    fəaliyyətə    başladı.    Martın   
1-də poruçik    Nəsirbəyov   Milli    Hərbiyyə    məktəbinin   rəisi    təyin   edildi.    Yelizavetpolda    bu   məktəb   
əvvəlcə   indiki 
Dəmir    yolu    məktəbinin,    sonra    isə    Sənət    məktəbinin    binasında    yerləşdirildi.    1918-ci    ilin    aprel   
döyüşlərində  komandirlərin     çatışmazlığına      görə      məktəb     bağlandı,      yunkerlər     öz      müəllimləri      ilə     
L.Maqalovun     dəstəsi tərkibində Bakı Soveti qoşunlarına qarşı döyüşlərdə iştirak etməyə başladılar.
256
 
Osmanlı    qoşunları    Azərbaycana    gəldikdə    Müsəlman    Korpusunun    zabit    və    unter    -    zabit   
çatışmazlığı  problemi    həll    edilməmişdi.   Doğrudur,   eyni   din    və   dildən   olan    türk   zabit    və   çavuşları   
azərbaycanlı    əsgərlərlə  tezliklə    təmas    yaradaraq    onların    tam    etimadını    qazanmış,    onlara    tapşırılan   
hərbi   bölmə   və   hissələri   döyüşə aparmışdılar. Lakin onlar az sayda idi, çünki Nuru paşanın özü ilə gətirdiyi 
sırf  təlim  məsələləri  ilə  məşğul  olan,  könüllülərdən,    sözün    tam    mənasında,    əsgər    hazırlayan    zabit    və   
unter    -    zabitlərin    sayı    minlərlə    azərbaycanlı  könüllüsünün  təlimi  üçün  nəzərdə  tutulmamış,  üstəlik  onun 
tabeçiliyində  olan  komandir  heyətinin  bir  qismini  Nuru    paşa    döyüşən    hissələrə    göndərib    itkiləri    bərpa   
etməyə    məcbur    olmuşdur.    Nuru    paşa    qeyri-müsəlman  zabitlərin  Azərbaycan  hərbi  hissələrində  çoxsaylı 
olmasına  şübhə  ilə  yanaşır,  müxtəlif  vasitələrlə  (ən  çox  Xüsusi  Azərbaycan      Korpusu      yaradılarkən      və     
digər      struktur      dəyişiklikləri      edilərkən)      onların      sayını      azaltmağa  çalışmışdır.  Doğrudur,  hətta  ingilis 
qoşunlarının  komandanı  general  Denstervil  yazırdı  ki,  Qafqaz  İslam  Ordusu  tərkibində  vuruşan  rus
 
zabitlərinin  sayı  Sentrokaspi  Diktaturasında  vuruşan  rus  zabitlərinin  sayından 
çoxdur.
257
 
Komandir   çatışmazlığı   problemini   həll   etmək  üçün  Nuru   paşa  iyun   ayının   sonlarında   Gəncədə 
miralay 
Atif    bəyin    rəhbərliyi    ilə    Milli    Нərbiyyə    məktəbi    təşkil    etmişdir.    Məktəbdə    6    aylıq    hazırlıqdan    son   
taqım 
komandirləri     hazırlanmalı     idi     (məktəbin     ilk    buraxılışı     Bakının     azad     edilməsindən     sonra     oldu).     
Əhaliyə  bildirilmişdi    ki,    burada    oxumaq    istəyənlər    Azərbaycan    Hərbi    Nazirliyinin    Əxzi    -    Əsgər   
şöbələrinə   müraciət etməlidirlər. İlk olaraq 100 nəfər müdavim toplamaq planlaşdırılmışdı, lakin arzu edənlərin 
sayı  olduqca  çox  idi.  Ona  görə  də  avqustda  Ehtiyat  Zabit  Namizədləri  Təlimgahı  yaradıldı.  Burada  4  ay 
ərzində çavuş hazırlanmalı 
idi. Təlimgaha 400 nəfər qəbul edilmiş, onların buraxılışı 1918-ci ilin oktyabr ayında olmuşdur.
258
 
Beləliklə,    istər    Müsəlman    Korpusu    (sonra    Xüsusi    Azərbaycan    Korpusu),    istərsə    də   
Osmanlı    hərbi  hissələri  I  Dünya  müharibəsi  və  ya  ondan  əvvəl  hazırlanmış  zabit  və  unter  -  zabit  (çavuş) 
kadrlarla döyüşlərdə iştirak etməli olmuşdular. 
Azərbaycanlı     zabitlərin     aldığı     təhsil     və    keçdiyi     döyüş    yolu    çar     ordusunun    hərbi     təhsil     
sisteminə əsaslanırdı.  Onlar əksər hallarda  Tiflis və  ya Peterburqun hərbi  məktəblərində təhsil alandan sonra 
Rusiya çar 
ordusunun tərkibində xidmət etmiş, imperiyanın apardığı  müharibələrdə, əsasən 1900-1901-ci ildə Çinə yürüş, 
1904   -1905-ci    illər    Rus-Yapon    müharibəsi    və   I   Dünya    müharibəsində   döyüş   təcrübəsi   toplamışdılar.   
Nadir hallarda   əvvəlcə   əsgər   və   ya   unter   -   zabit   kimi   xidmət   edən   şəxs   sonralar   hərbi   məktəbə   daxil   
olaraq   zabit 
rütbəsinə  layiq  görülmüşdü.  Аli  Qərargahın  Nikolayev  Hərbi   Akademiyasını  bu  dövrdə  baş   verən  hadisələrin 
iştirakçılarından təkcə bir nəfər - Həbib bəy Səlimov bitirmişdi. Akademiyada verilən biliklər irimiqyaslı hərbi 
hissələrin   döyüş   fəaliyyətini   təşkil   etməyə,   qoşun   birləşmələrini   idarə   etməyə   imkan   verirdi.   Hərbi   
məktəbi 
bitirəndən sonra Ali Qərargahın Nikolayev Hərbi Akademiyasına qəbul olmaq istəyən zabit əvvəlcə qoşunlarda 
xidmət   etməli,  bilik  və  bacarığı   ilə  seçilməli,  təltif  edilməli   və  nəhayət   xüsusi   çətinliyi   ilə  seçilən  imtahanlar 
verməli idi. Beləliklə, akademiyanı bitirmiş şəxs həm təcrübəyə, həm də nəzəri biliklərə malik olurdu. 
Osmanlı zabitlərin aldığı təhsil və keçdiyi döyüş yolu standart idi. Belə ki, hərbçi olmaq istəyən şəxs orta 
hərbi  təhsilin  I  pilləsini  təşkil  edən  "rüşdiyə"  hərbi  məktəbini  bitirməli  idi.  Osmanlı  dövlətinin  hər  bölgəsində 
yaradılan    belə    məktəblər    çoxsaylı    olsalar    da    burada    əsasən    ilkin    hərbi    biliklər    öyrədilir,    faktiki   
olaraq   taqım komandirləri hazırlanırdı. Orta hərbi təhsilin II pilləsini hərbi lisey (Askeri İdadəsi) təşkil edirdi. 
Dövlətdə cəmi 
7 belə məktəb mövcud idi və buranı bitirən şəxs,       hərbi təhsilli hesab olunurdu. Hərbi təhsilin ali mərhələsinin 
İstanbul  Harb  Akademisi  təşkil  edirdi  ki,  burada  təhsil  iki  pilləli  idi.  Birinci        pilləni        bitirən        şəxs       
qoşunlara göndərilir, 
sonralar 
alay    komandirinədək    yüksələ    bilərdi.    Akademiyada    ikinci    pillə   
Ərkani-Hərbin   (Baş Qərargahın)   sinifləri   hesab   edilirdi.
259     
Belə   ki,   birinci   pilləni   uğurla   bitirən   şəxs   
siniflərə   qəbul   edilir,   oranı bitirərək  birbaşa  (qoşunlarda  xidmət  etmədən)  kapitan  rütbəsini  alaraq  qərargah 
vəzifələrinə  göndərilirdi.  İstər  osmanlı,    istərsə    də    xarici    müəlliflər    qeyd    edirdilər    ki    osmanlı    hərbi   
təhsil    sisteminin    zəifliyi    nəzəriyyə    və  təcrübənin   bir   -  birindən   ayrı   olması   idi.   Belə   ki,   qoşunlarda   
xidmət    edən    zabitlərin    nəzəri    hazırlığı    zəif    idi,  qərargahlarda  xidmət  edən  zabitlərin  əksəriyyətinin  isə 
qoşunların döyüş xidmətinin təşkilindən xəbəri az idi. 
1912-ci   il   uğursuz   Balkan   müharibələrindən   sonra   ölkədə   hərbi   islahatlar   keçirən   Ənvər   paşa   və   
onun 
silahdaşları zabit heyətinin "gəncləşməsinə" (yeni növ silahlar və müharibə üsulları ilə tanış olan gənc zabitlər 
256
Yenə orada s.50. 
257
Денстервиль, c.70, 92. 
258
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.259-260. 
259
Ушаков А. Феномен Ататюрка. Москва, 2002, с.16-17. 
90 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə