Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə54/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   50   51   52   53   54   55   56   57   ...   113

 
 
yaşı ötmüş zabitləri hərbi ierarxiyanın bütün pillələrində əvəz etmişdilər) nail olmuşdu.
260   
Qeyd etmək lazımdır 
ki,  1914-cü  ildən  I  Dünya  mübaribəsinin  müxtəlif  cəbhələrində  vuruşan  Osmanlı  ordusu  1917-ci  ilin  sonunda 
böyük itkilər vermiş (600 min əsgər və zabit həlak olmuş, 2 milyon nəfər yaralanmış, onlardan 900 min nəfər 
həmişəlik     əlil     qalmışdı),
261       
zabit     korpusunda     olan     itkiləri     keyfiyyət     baxımından     bərpa     etmək     
mümkün  olmamışdı.    İtkiləri    kəmiyyət    baxımından    bərpa    etmək    üçün    döyüşlərdə    fərqlənmiş    çavuşlar   
asanlaşdırılmış  imtahanlarla    hərbi    məktəblərə    qəbul    edilir,    qısa    hazırlıq    kursundan    sonra    döyüşən   
hissələrə    göndərilirdi.  N.Korsun  Osmanlı  ordusunun  zabit  heyətinin  hazırlıq  səviyyəsini  təhlil  edərkən  qeyd 
edir  ki,  kiçik  ko-manda  heyətinin  75  %-i    savadsız    idi,  orta  komandirlərin  40  %-i    xüsusi    hərbi    təhsili   
olmayan    (hərbi    məktəb  nəzərdə  tutulur)  unter-zabitlərdən  ibarət  idi.
262   
Ali  komanda  heyəti  iri  qoşun 
birləşmələrinin  idarəetmə  təcrübəsinə  malik  deyildi.    I  Dünya    müharibəsinin    döyüşləri    başlayan    kimi   
Osmanlı   qoşunlarının   digər   zəif   tərəfi   özünü   büruzə  verdi:  xəritdçəkmə  işi  olduqca  aşağı  səviyyədə  idi. 
Belə  ki,  1:200  000  miqyasında 
köhnə  xəritələrlə  təmin 
edilmiş  zabitlər real  obyektlərin xəritələrdə əks olunmamasını görür, əksər hallarda yerli əhalidən bələdçilər 
götürməyə məcbur olurdu. Eyni problem özünü Azərbaycanda da göstərmişdir. Belə olduğu halda azərbaycanlı 
zabitlərin bilikləri əvəzsiz idi. Belə ki, onlar rus qoşunlarının rus dilində tərtib edilmiş 1:84 000 miqyasında olan 
xəritələrindən    istifadə    edir,    zabitlərin    bir    çoxu    Azərbaycanın    müxtəlif    bölgələrində    xidmətlərini   
başladığında  ərazini  çox  yaxşı  tanıyırdılar.  Azərbaycanlı  könüllülərin  QİO-nun  komandanlığına  göstərdiyi 
kömək  əvəzsiz  idi.  Hətta  ingilis  generalı  Denstervil  qeyd  etmişdir  ki,  osmanlı  qoşunlarına  bələdçilik  edən 
azərbaycanlı könüllülər ərazini olduqca yaxşı bilirdilər. 
Qafqaz    İslam    Ordsunun    azərbaycanlı    və    türk    zabitlərinin    tərcümeyi-halı    istiqlal    mübarizəsi   
uğrunda vuruşanların kimlərin arxasınca qələbəyə doğru getməsini göstərir. 
Azərbaycanlı    zabitlər.    Əli    ağa    Şıxlinski    1865-cı    ildə    zadəgan    ailəsində    anadan    olub.    1883-cü   
ildə 
Tiflisdə    Mixaylov    artilleriya    məktəbinə    daxil    olan    Şıxlinski    oranı    fərqlənmə    ilə    bitirir.    O,    Qafqaz   
hərbi dairəsində, 1900-cü ildən isə Zabaykal topçu divizionunda çalışmağa başlayır. Rus qoşunlarının Çinə 
yürüşündə 
iştirak edən Şıxlinski 1904-cü ildə topçu batareyanın komandiri vəzifəsində Port-Artura 
göndərilir.
263   
1904-1905-ci  illər  Rusiya-Yaponiya  müharibəsi  döyüşlərində  fəal  iştirak 
edərək      o,      ayağından      yaralanaraq      yaponlar      tərəfindən      əlil      hesab      olunur     
və      əsir  götürülmür.    Lakin    Peterburqda    müalicə  alan    Şıxlinski    çox  keçmir    ki,   
yenidən  orduya  qayıdır.  Şıxlinski  1907-ci  ildə  Ali  Zabit  artilleriya  məktəbinə  daxil 
olur,  1910-cu  ildə  təhsilini      başa      vurur      və      Qafqaz      hərbi      dairəsində     
divizion     komandiri     vəzifəsində 
xidmətini    davam    etdirir.    1912-ci    ildə    onun    təklif    etdiyi    yeni    atəş    üsulu   
Şıxlinski  üçbucağı"      adı      altında      hərb      elminə      daxil      edilmişdir.      "Səhra     
toplarının      cəbhədə  işlədilməsi"  kitabı  isə  artilleriya  zabitlərinin  stolüstü  kitabına 
çevrilmişdir.  1912-ci  ildə  Ali    Zabit    artilleriya    məktəbinə    rəis    müavini,    1913-cü   
ildə   məktəb   rəisi   təyin   edilən 
Şıxlinskiyə həmin ildə general-mayor rütbəsi verildi. 
1914-cü   ildə   Şıxlinski   yenidən   artilleriya   hissələrinə   qayıdır.   O,   Rusiya   paytaxtı   Petroqradın   
müdafiə 
sisteminin      artilleriya      rəisi      təyin      edilir.      Bu      vəzifədə      olarkən      o,      şəhər      ətrafında      artilleriya     
mövqelərinin qurulmasında,  Baltik  dənizi  və  Fin  körfəzi  sahillərində  artilleriya  batareyalarının  yaradılmasında 
həmçinin  yeni yaranan   zenit   artilleriya   hissələrinin   formalaşdırılmasında      yaxından      iştirak  edir.   1915-ci   
ildə   Şıxlinski   Qərb cəbhəsinin ağır artilleriya rəisi və Ali Baş komandan yanında artilleriya üzrə general təyin 
edilir.  Şıxlinski  qısa  müddət    ərzində    ağır    artilleriya    hissələrinin    təşkil    edilib    döyüşlərdə    iştirakını   
təmin    edir.    Onun    təşkil    etdiyi  artilleriya    hissələri      Brusilov    həmləsində    istifadə    edilərək    özünü   
tamamilə    doğrultmuşdur.    1916-cı    ildə    Qərb  cəbhəsinin  artilleriya  inspektoru  təyin  edilən      Şıxlinskiyə
 
xidmətlərinə  görə  1917-ci  ilin  əvvəlində  general- 
leytenant    rütbəsi    verildi    və    o,    10-cu    ordunun    komandanı    təyin    edildi.
264     
Rusiya    ordusunda    xidmət   
zamanı Rusiya   ordenləri   sırasında  ən   yüksək  hərbi   təltif   nişanı   sayılan   Müqəddəs   Georgi   ordeninin   4-
cü   dərəcəsi   ilə bərabər Şıxlinski Rusiya və Antantanın bir çox digər orden və medallarıyla da təltif edilmişdir. 
1917-ci   ildə   Qafqaza   qayıdan   Şıxlinski   Müsəlman   Korpusunun   ko-mandam   təyin   edildi.   Nuru   
paşanm 
başçılığı ilə Azərbaycana gəlon türk horbi hissələri Müsəlman Korpusu ilə birləşdirilərək Qafqaz İslam Ordusu 
adı ilə azadlıq yürüşünə başladı. Şıxlinski də bu yürüşlərdə iştirak edirdi. Ə.Şıxlınskinin Qafqaz İslam Ordusuna 
qatılmasını    hadisələrin    iştirakçısı    olmuş    türk    ordusunun    zabiti    yüzbaşı    Səlahəddin    belə    xatırlayır:   
"Gümrüdə  olduğumuz  günlərdə  çarlıq  ordusunda  topçu  komandanı  olmuş  general  Əli  Şıxlinski  bizə  xidmət 
etmək məqsədi 
ilə   gəlmişdi.   Əli   Şıxlinski   Şıxlı   kəndindən  idi.   Yeni   qurulan   Azərbaycan   İslam  Ordusunda   və   ya   dövlət   
olan 
Şimali Qafqaz dövləti ordusunda xidmət istəyirdi. Xəlil paşa bu adama çox hörmət göstərdi. Bizə gəldiyi zaman 
260
Yenə orada, s.93-94. 
261
Yenə orada,s.126. 
262
Kорсун. Кавказский фронт, с. 14. 
263
Azərbaycan  generalları.  Kataloq.  N.Vəlixanlının  redaktəsi  ilə.Bakı,  2005,s.59-1;Арапов  Д.Ю.  Мусульмане  в  вооруженных  силах  России  в  XIX  - 
начале XX ека // Военно- исторический журнал, 2006, № 9, с. 40. 
264
Исмаилов Э.Э. Георгиевские кавалеры, с. 144-149. 
91 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə