Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə55/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   51   52   53   54   55   56   57   58   ...   113

 
 
 
 
Şıxlinskinin əynində hələ də rus uniforması və çarın nişanları var idi. Xəlil paşa ona bir Türk nişanı bağışladı və 
rus ordusundakı rütbəsinə uyğun "Tümgeneral" rütbəsi və türk uniforması geyinmək icazəsini verdi. Atlarından 
birini ona hədiyyə etdi".
265
 
1918-ci    ilin    noyabr    ayında    türk    qoşunları    Azərbaycandan    çıxarıldı.    Azərbaycan    Ordusunda   
Şıxlinski  Hərbi  nazir  Mehmandarovun  müavini  təyin  edildi.  Müstəqil  Azərbaycan  ordusunun  yaradılmasında 
onun  böyük  əməyi  olmuşdur.  1919-cu  ildə  ona  tam  artilleriya  generalı  rütbəsi  verilmişdir.  1920-ci  ildə 
müstəqil  dövlətimiz süquta uğrayanda Şıxlinski vətəndə qalmaq qərarına gəldi. Sovetlər tərəfindən həbs edilən 
general 2 aydan sonra N.Nərimanovun səyləri ilə azad edildi və Mehmandarovla bərabər Moskvaya göndərildi. 
Qızıl  Ordunun  Dai-mi  Artilleriya      Komissiyasının    üzvü    seçilən    Şıxlinski,    həmçinin      Ali      Artilleriya   
Məktəbində    sovet     artilleriya zabitlərinə dərs demiş, Artilleriya Nizamnaməsi hazırlayan komissiyanın işində 
yaxından iştirak etmişdir. 1921- 
ci    ildə    N.Nərimanov    və    Ə.Qarayevin    xahişi    ilə    Bakıya    qaytarılan    Şıxlinski    Bakı    qarnizonu   
Hərbi-Elmi  cəmiyyətinin      sədr      müavini      olmuş,      Sovet      Azərbaycan      Ordusunun      Qərargahında     
işləmiş,      Azərbaycan  Komandirlər    məktəbində    dərs    demişdir.    1928-1929-cu    illərdə    o,    Azərbaycanda   
ilk    hərbi    jurnal    olan    "Hərbi  bilik"    jurnalını    nəşr    etdirmişdir.    Tərcümə    fəaliyyəti    ilə    məşğul    olan   
Şıxlinski    hərbi    lüğət    tərtib    etmişdir. Ömrünün  son  illərində  öz  xatirələrini  qələmə  alan  Şıxlinski  "Mənim 
xatirələrim"  kitabını  yazmışdır.  Bu  kitab  müəllifin  vəfatından  sonra,  1944-cü  ildə  işıq  üzü  gördü.  Ə.Şıxlinski 
1943-cü ildə Bakı şəhərində vəfat edib.
266
 
General-mayor   Xəlil   bəy   Talışxanov   (bəzi   sənədlərdə   Talışinski)
267     
barəsində   məlumat   olduqca   
azdır. 
Məlumdur ki, o, 1859-cu ildə Tiflisdə anadan olub, I Dünya müharibəsində iştirak edib və müharibə dövründə 
general-mayor rütbəsinədək yüksəlib. 1917-ci ildə Azərbaycana qayıdan Talışxanov Müsəlman Korpusunun 1- 
ci Müsəlman nişançı diviziyasının komandiri təyin edilir. Onun diviziyanın 1-ci piyada alayını formalaşdırmaq 
məqsədi  ilə  dərhal  Bakıya  yollanması  vətənpərvərliyi  və  igidliyindən  xəbər  verir.  Bakı  Soveti  tərəfindən  həbs 
edilib,  azərbaycanlı 
əhalinin 
narazılığı  nəticəsində 
azad 
edilən  Talışxanov  alayın  təşkilinə  başlamış, 
pərakəndə  dəstələri  birləşdirmiş,  "Səadət"  məktəbinin  zirzəmisində  patron  sexi  yaratmışdır.  Onun  yaratmaqda 
olduğu  alayın  hissələri  Bakıda  mart        qırğınları  zamanı    bolşevik-erməni        qüvvələrinə        qarşı  inadlı 
müqavimət  göstərmiş    və      müqavimət    sayəsində    dinc    əhalinin    bir  qisminin    Abşeron    kəndlərinə     
çəkilməsini    təmin    etmək  mümkün  olmuşdur.    Onun  Bakıdan  çıxarılması  məlum  olsa  da,  sonrakı  taleyi 
barəsində məlumat yoxdur. 
General-mayor     Ağausubovun     kimliyini     müəyyənləşdirmək     olduqca     
çətindir. Belə ki, axtarışlar zamanı "Ağausubov" soyadı ilə çar ordusunda I Dünya 
müharibəsi 
dövründə    general    rütbəsinədək    yüksəlmiş    şəxs    barəsində    hələlik    məlumat    əldə   
edə 
bilməmişik.    Üstəlik    nə    Əlahiddə    Azərbaycan    Korpusu,    nə    də    Azərbaycan   
Ordusu tərkibində  belə  generalın  adına  rast  gəlməmişik.  Lakin  istər  çar  ordusunun, 
istərsə  də 
Azərbaycan Ordusunun sənədlərində general-mayor İbrahim ağa Usubovun adı çəkilir. 
Zənnimizcə, Müsəlman Korpusuna aid sənədlərdə 2-ci müsəlman nişançı diviziyasının 
komandiri kimi göstərilən general-mayor Ağausubov I Dünya müharibəsinin iştirakçısı 
general-mayor  İbrahim  ağa  Usubov  ola  bilərdi.  Hər  halda,  rusdilli  sənədlərdə  titul  ilə 
soydanın    birgə    göstərilməsi    о    dövr    üçün    xarakterik    idi    (misal    üçün,   
Hüseyn    xan  Naxçıvanski    bütün    sənədlərdə    "Xan    Naxçıvanski"      kimi   
göstərilirdi).   General-mayor 
İbrahim ağa Usubov 1875-ci ildə anadan olub, Tiflis kadet korpusunda və 2-ci Konstantinov hərbi məktəbində 
təhsil    alıb.    Piyada    hissələrin    tərkibində    Rusiya-Yaponiya    müharibəsində    iştirak    edib.    I    Dünya   
müharibəsi  başlayanda    kapitan    Usubov    122-ci    Tambov    piyada    alayında    tabor    komandiri    idi.    1914-
cü    ilin    dekabrında  Müqəddəs  Georgi  ordeninin  4-cü  dərəcəsi  ilə  təltif  еdilib.    1915-ci  ildə  polkovnik 
rütbəsinə layiq görülüb, 1916- 
cı ildə alay komandiri təyin olunub. 1917-ci ilin iyul ayında general-mayor    rütbəsinə  layiq görülərək nişançı 
briqadanın   komandiri   təyin   edilib.
268     
Rusiya   Dövlət   Hərb-Tarixi   Arxivində   qorunan   onun   şəxsi   
sənədlərində 
1917-ci    ilin    avqustdan    1918-ci    i l in    noyabrınadək    harada    olması    barəsində   
məlumat 
yoxdur.  Nuru  paşanın  1918-ci  il  20  avqust  əmrində    "İbrahim    paşa    Usubov"un
 
  Ordu tabeliyində    qalması    göstərilir,  lakin    konkret    tapşırıq    və   
ya    vəzifəsi    bildirilmir.
269 
"Azərbaycan  Xalq  Cümhuriyyəti"  ensiklopediyasının  II 
cildində      Usubovun      Əlahiddə Azərbaycan  Korpusu tərkibində  xidmət
 
etməsi 
bildirilsə də, tutduğu  vəzifə  göstərilməyib.    1918-ci    ilin   
noyabrında    Usubov    Azərbaycan    ordusunun    hərbi    təhsil  müəssisələrinin  rəisi  və 
qoşunlarda  atıcılıq  işinin  təlimatçısı  təyin  edilib.  1919-cu  i l i n yanvarında   tapşırıqlar   
üzrə   general,   iyulunda   isə   2-ci   piyada   diviziyasının   komandiri 
265
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, qeyd 2. 
266
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s. 378-379; Şıxlı S. Tam artilleriya generalı Əli ağa Şıxlinski// "Xalq qəzeti", 25.05.2001. 
267
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.391. Talışxanov (Talışinski) barəsində əlavə məlumatı bizə göndərdiyinə görə Eldar İsmayılova 
öz dərın təşəkkürümüzü bildiririk. 
268
Исмаилов Э.Э. Георгиевские кавалеры, с. 197-199. 
269
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.154. 
92 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə