Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə57/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   53   54   55   56   57   58   59   60   ...   113

 
 
 
 
 
 
müharibəsində   iştirak   edib.   I   Dünya   müharibəsinə   kazak   qoşunlarında   fəaliyyətə   başlayan   L.Maqalov   
Tatar 
süvari   alayına   keçirilib,   burada   xidmət   edib,   alay   komandiri   vəzifəsində   polkovnik   rütbəsinə   layiq   
görülüb. 
1917-ci      ilin      sonunda      Maqalov      alayla      birlikdə      Azərbaycana      gəlib,      ZK-nın      və      Müsəlman     
Korpusu 
komandanlığının  əmrini  yerinə  yetirərək  rus  hərbi  hissələrinin  tərksilah  edilməsin-də  iştirak  edib.  1918-ci  ilin 
aprel-iyun      aylarında  Müsəlman  Korpusunun  hissələri  və  Zaqafqaziya  Seymi  tərəfindən  göndərilmiş 
qüvvələrə  başçılıq    edərək    bolşevik-erməni    qoşunlarına    qarşı    döyüşlərdə    iştirak    etmişdir.    Sonra    o,   
Gürcüstana    keçmiş,  gürcü  ordusunda  general-leytenant  rütbəsinədək  yüksəlmişdir.  Gürcüstana  təcavüz  etmiş 
sovet  qoşunlarına  qarşı  mübarizə    aparmış    L.Maqalov,    ölkəsi    işğal    ediləndən    sonra    mühacirətə    getmiş   
və   1926-cı   ildə   Almaniyanın Münhen şəhərində vəfat etmişdir. 
Polkovnik Murad Gəray Tlexas əslən çərkəz idi, 1874-cü ildə anadan olub. Mixaylov artilleriya məktəbini 
bitirdikdən    sonra    müxtəlif    hərbi    hissələrdə    xidmət    etmiş    Tlexas    Müsəlman    Korpusu    təşkil    olunanda   
onun 
tərkibinə yazılmışdır. 2-ci topçu briqadanın komandiri kimi o, Korpusun artilleriya hissələrinin yaradılmasında 
boyük rol oynamışdır. QİO tərkibində o, topçu hissələrin müfəttişi işləmişdir. l918-ci ilin sonunda Azərbaycan 
Ordusunun    qərargahında    topçu    şöbəsinin    rəisi    işlədiyi    dövrdə    o,    general-mayor    rütbəsinə    layiq   
görülüb.  Müxtəlif    komissiyaların    üzvü    (o    cümlədən    Gürcüstandan    silah    və    sursat    gətirilməsi    üzrə   
komissiyanın    üzvü)  Tlexas  Denikin  təhlükəsinə    qarşı  istehkamlar  yaradılmasında  iştirak  edib,  Bakının 
general – qubernatoru təyin olunub. 1920-ci ildə bolşeviklər tərəfindən həbs edilərək güllələnib.
276
 
Podpolkovnik   Həbib   bəy   Səlimov
277   
1881-ci   ildə   İrəvan   
quberniyasında 
məmur      ailəsində   
anadan 
olmuşdur.   İrəvan    müəllimlər   seminariyasında   bir   sinif   oxuyandan   sonra   156-cı   Yelizavetpol   piyada   
alayına 
yazılaraq   sıravi   və   unter   -   zabit   kimi   xidmət   etmişdir.   1902-ci   ildə   Tiflis   piyada 
məktəbinə
 
daxil 
olan 
Səlimov    oranı    bitirdikdən    sonra    3-cü    Qafqaz    piyada    taborunda 
xidmətə    başlayıb.    Təlim   
komandasının komandiri, 
tabor 
komandının 
adyutantı, bölük  komandiri  vəzifələrində 
3-cü,  5-ci  və  6-cı  Qafqaz piyada taborlarında  xidmət  etmiş  Həbib  bəy 1906-cı  ildə  Şuşa  şəhərinə ezam  olunur 
və burada  təxribat törədən erməni quldurlarına qarşı mübarizədə göstərdiyi səylərə görə dinc dövrdə az verilən 
Müqəddəs Vladimir ordeninin 4-cü dərəcəsi  ilə  təltif  edilir.  Xidmətləri  ilə  komandanlığın  diqqətini  cəlb  edən 
Səlimov  1909-cu  ilin  aprelində  2-ci  Qafqaz  atıcı  briqadasının  idarə  heyətinin  zabiti,  daha  sonra  isə  İrana 
göndərilmiş Qəzvin dəstəsinin zabiti, 1910- 
cu ilin yanvar - iyun aylarında isə Qəzvin rəisinin qərargah rəisi vəzifəsini icra edən təyin olunur. Rusiya Dövlət 
Hərbi    -    Tarix    Arxivində    qorunan    xidmət    siyahısında    göstərilir    ki,    o,   
"xaricdə  ezamiyyətdə    olmuş"    (hansı    ölkədə    -    göstərilmir),    sonra    Culfa   
dərəsində,    sərhəd  mühafizə      məntəqəsinin      komandiri      kimi      çalışmış,     
Tehranda      xidmət      etmişdir  (sənədlərdə    göstərildiyi    kimi-    "gizli    kəşfiyyat   
aparmaq    məqsədi    ilə").
278     
I    Dünya  müharibəsini    123-cü    piyada    Kozlov   
alayının    tərkibində    qarşılayan    Səlimovun  müharibədəki  xidmətləri  barəsində 
hələ  ətraflı  məlumat  yoxdur.
279   
Məlumdur  ki,  o,  bilik  və  bacarıqlarına  görə 
podpolkovnik  rütbəsində  Rusiya  Ordusu  Ali  Qərargahın  Nikolayev  Akade-
miyasına oxumağa göndərilmiş və 1917-ci ildə oranı bitirmişdir. 
1918-ci il martın 14-də Müsəlman Korpusuna qəbul edilib və hərbi nizamnamələrin 
təkmilləşməsi    komissiyasının    üzvü    təyin    olunub.    Müsəlman    Korpusu   
tərkibində  süvari    briqadanın    qərargah    rəisi    vəzifəsində    ilk    döyüşlərdəcə   
fərqlənən   Səlimov  Azərbaycana  gələn  Nuru  paşanın  diqqətini  cəlb  etmişdi.  Nuru 
paşa  sərkərdəni  QİO-  nun    Azərbaycan    hissələrinin    qərargah      rəisi    təyin   
etmişdi.      Bakı    istiqamətində  Azərbaycan-türk      qoşunlarının      azadlıq     
yürüşündə      Səlimov      Cənub      qrupunun  коmandanı  təyin  edilmiş  və  ən  ağır 
istiqamətdə  - Gəncə-Bakı  dəmiryolu  boyunca 
irəliləmək əmrini almışdı.
280   
Türk hərbçilərinin xatirələrində Səlimov "cəsur, təcrübəli, döyüş texnikasını yaxşı 
bilən,   igid   sərkərdə"   kimi   xatırlanır.   Səlimov   daim   ön   cəbhədə   olmuş   və   Azərbaycanı   bolşevik-daşnak   
hərbi 
qüvvələrindən xilas etmək üçün mərdliklə vuruşmuşdur. 
Milli    Ordunun    Baş    Qərargah    və    Dəftərxana    rəisi    Həbib    bəyə   
təşkilatçılıq 
qabiliyyəti və Milli Ordunun yaradılmasında səylərinə görə 1919-cu ilin fevralında 
general-mayor    rütbəsi    verilib.    O,    həmçinin    hərbi    məktəblərdə   
taktikadan    dərs  deyirdi.      1919-cu      il      iyul      ayında      Muğanda      və     
Lənkəranda      Azərbaycan      milli  hakimiyyətini    tanımaq    istəməyən    rus   
silahlı    qüvvələri    bolşeviklərin    təhriki    ilə  silahlı  qiyam  qaldırmış    və  cənub 
bölgəsini Rusiyaya  birləşdirmək barədə bəyanat vermişdilər.   Dərhal   təşkil   edilən   
briqadaya   komandan   təyin   olunan   Səlimov   düş- 
276
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, с 2, s.399. 
277
Həbib bəy Səlimovun  xidmət  siyahısının surətlərini bizim üçün  RDHTA-dən aşkar edib  göndərdiyinə görə Eldar  İsmayılova öz dərin təşəkkürümüzü 
bildiririk. 
278
РГВИА, ф. 409, oп. 1, д. 37290, л. 1-6об. 
279
РГВИА, ф. 2737, оп. 1, д. 128, л. 26об. -27. 
280
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.336. 
94 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə