Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə58/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   54   55   56   57   58   59   60   61   ...   113

 
 
 
məni darmadağın etmiş, qənimət kimi 1 təyyarə, 24 top, 60 pulemyot, çoxlu sayda atıcı silahlar ələ keçirmişdir. 
Denikin təhlükəsinə qarşı Bakı  ətrafında yaradılan istehkamların inşasına Səlimov da cəlb olunmuşdu. 1920 il 
martın 22-də, Novruz bayramı axşamı Ermənistan silahlı qüvvələri və qiyamçı ermənilər Şuşa, Laçın, Xankəndi, 
Xocalı  və  Əsgərana  hücum etdilər.  Qarabağa  göndərilən  Səlimov  teleqramda 
yazırdı: 
"Təkrar 
edirəm, 
məsələ çox ciddidir, artıq Ermənistan və Azərbaycan arasında Qarabağda 
müharibə  gedir". 
Hərbi   
nazirinin  əmri  ilə  tərkibində  20  minə  yaxın  əsgər  və  zabiti  olan  Qarabağ  Ərazi  Qoşunları  təşkil  edilmiş, 
H.Səlimov  isə  ora  komandan    təyin    edilmişdir.    Təpədən    dırnağadək    silahlanmış    düşmən    hücumunun   
qarşısı    alındı,    müdafiə  döyüşlərində  qarşı  tərəf  ağır  itkilər  verdi.  Azərbayhuriyyəti  generalı  paltarında. 
Azərbaycan hissələri aprelin 3- 
də əks hücuma keçdi. 12 günlük ölüm-dirim döyüşlərində erməni qüvvələri darmadağın edildi. Qarabağın bütün 
məntəqələri      üzərində      yenidən      üçrəngli      bayrağımız      dalğalanırdı.
281       
1918-20-ci      illərdə      Milli     
Azərbaycan Ordusunun yaranmasında əvəzsiz xidmətləri olan general Səlimovun şöhrəti Qarabağ döyüşlərindən 
sonra  bütün  Azərbaycanda  yayıldı.  1920-ci  ildə  Azərbaycan  Sovet  Rusiyası  qoşunları  tərəfindən  işğal  edildi. 
Bolşeviklər  ilk növbədə Milli Ordumuzun  zabitlərini məhv etməyə başladılar. Təqib olunan minlərlə ziyalımız 
Türkiyə, Fransa 
və   Almaniyaya   mühacirətə  getdilər.   Səlimov  isə   Azərbaycanda   qaldı.   1920-ci   il   sentyabrın   1-də   həbs   
olunan 
Həbib bəy Səlimov 1920-ci il dekabrın 30-da güllələndi.
282
 
Podpolkovnik Xosrov Mirzə Qacar I Dünya müharibəsində Şimal draqun alayının komandiri vəzifəsində 
iştirak  etmiş,  Müsəlman  Korpusu  yaradılanda  süvari  hissələrin  təşkili  ilə  məşğul  olmuş,  Əlahiddə  Azərbaycan 
Korpusunda    3-cü    Şəki    süvari    alayının    komandiri    olmuşdur.    1919-cu    ilin    aprelində    polkovnik   
rütbəsinə   layiq  görülən  Xosrov  Mirzə  Lənkəran  əməliyyatında  və  Qarabağda  gedən  döyüşlərdə  iştirak  etmiş, 
süvari  diviziyanın  komandir  müavini  vəzifəsinə  təyin  olunmuşdur.  1920-ci  ilin  mayında  Gəncə  üsyanının 
rəhbərlərindən biri olan Xosrov Mirzə üsyan yatırılandan sonra Türkiyəyə mühacirət etmişdir.
283
 
Podpolkovnik Səməd  bəy  Rəfibəyli  1892-ci  ildə  anadan  olmuş,  Tiflis  kadet  korpusunu  bitirdikdən 
sonra  Qafqaz  sərhəd  alayında  xidmət  etmiş,  bölük  komandiri  vəzifəsinədək  yüksəlmişdi.      Müsəlman 
Korpusu  yaradılanda    1-ci    Bakı    alayında    bölük    komandiri    kimi    xidmətə    başlayan    Rəfibəyli   
Azərbaycan    dəmir    yolu müvəqqəti   hərbi   komissarı   təyin   edilir.   Qoşunların   və   sursatın   çatdırılmasında   
dəmir    yolunun    əvəzsiz    rolunu  nəzərə  alaraq  onun  mühafizəsinə  və  normal  iş  rejiminin  təmin  edilməsinə 
böyük diqqət yetirirdi. Sonra QİO-da süvari    bölüyün    komandiri    vəzifəsində    xidmət    edən    Rəfibəyli    bir   
sıra    döyüşlərdə    iştirak    etmişdir.    Türklər  Azərbaycanı    tərk    edəndən    sonra    1-ci    piyada    di-viziyasında   
tabor    komandiri,    Qarabağ    döyüşlərində    Şirvan  piyada    alayının    komandiri    vəzifəsində    çalışan   
podpolkovnik    Səməd    bəy    1920-ci    ilin    əvvəlinə    süvari    alayın  komandiri    təyin    edilir.    Bolşeviklərin   
hakimiyyəti      ilə    razılaşmayaraq      o,    Türkiyəyə    keçir,    burada    İstiqlal  savaşında    fəal    iştirak    edir,   
süvari    alayın    komandiri    vəzifəsinə    yüksəlir.    Türkiyə    Cümhuriyyətinin    orden    və  medalları    ilə    təltif   
edilən   Səməd   bəy   Əbdülsəməd   Sayğın   adını   götürür.   Hərbi   xidmətini   davam   etdirərək   o, 
1948-ci ildə general rütbəsinə layiq görülüb. 1980-ci ildə İstanbulda vəfat edib.
284
 
Podpolkovnik Əbdülhəmid bəy Şərif bəy oğlu Qaytabaşı 1888-ci ildə anadan olmuş, hərbi təhsil almış və 
I    Dünya    müharibəsində    iştirak    etmişdir.    Azərbaycana    podpolkovnik   
rütbəsində 
gələn Əbdülhəmid bəy Müsəlman Korpusunda xidməti zamanı polkovnik rütbəsinə 
layiq    görülmüşdür.    1918-ci    il    avqustun    20-də    Nuru    paşanın    əmri    ilə   
QİO-    nun  qərargahına      təyin      edilən      Qaytabaşı      (əmrdə      o,      Həmid     
bəy      Qaytabaşı      kimi  göstərilib)
285     
təşkilatçılıq    qabiliyyətini    nümayiş   
etdirmişdir.   Sonralar    Azərbaycan Ordusunda    növbətçi    general    vəzifəsini    icra   
edən    Əbdülhəmid    bəy    1919-cu    ilin  iyununda      general-mayor      rütbəsinə     
layiq      görülmüşdür.      Azərbaycan      Ordusunun  təşkili    və    fəaliyyətində   
böyük    əməyi    olan    Qaytabaşı    1920-ci    ildə    bolşeviklər  tərəfindən 
güllələnmişdir.
286
 
Podpolkovniklər    Hacıbəyli,    Məmmədov,    Həmid    xan,    Nuh    bəy   
barəsində ətraflı    məlumat    toplamaq    mümkün    olmayıb.    Məlumdur    ki,    onlar   
Qafqaz    İslam  Ordusu  tərkibində  vuruşduqları  zaman  1918-ci  il  sentyabrın  3-də 
imzalanmış  əmrə  əsasən  Osmanlı  dövlətinin  müxtəlif  orden  və  medalları  ilə  təltif 
edilmişdilər.
287
 
Rotmistr  Cəmşid xan Naxçıvanski
288   
1895-ci  ildə anadan olub, Tiflis kadet korpusunu və Yelizavetqrad 
süvari məktəbini bitirib. 1915-ci  ilin martından Tatar süvari alayında xidmətə başlayan gənc zabit döyüşlərdə 
fərqlənmiş, "Qızıl silah" və "əsgər" Georgi nişanı ilə təltif edilmişdir.
289   
1917-ci ilin sonunda Tatar süvari alayı 
281   
Süleymanov M.S. Azərbaycan Ordusu, s.408-412. 
282
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.336. 
283
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.93. 
284
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.299. 
285
Süleymanov M. Qafqaz İslam Ordusu, s.154. 
286
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, cild 2, s.143. 
287
ATASE, k.3821,d.15, f.57. 
288
Cəmşid Naxçıvanskinin xidmət siyahısı ilə tanış olmaq imkanı yaratdığı üçün Faiq Qocayevə öz dərin təşəkkürümüzü bildiririk. 
289
Нагдалиев Ф.Ф. Ханы Нахичеванские в Российской империи. Москва, 2006, с. 271-272. 314- 319; Иванов Р.Н. Именем Союза, с.91-101. 
95 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə