Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə59/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   55   56   57   58   59   60   61   62   ...   113

ilə   Azərbaycana   rotmistr   rütbəsində   qayıdaraq   Müsəlman   Korpusunda   xidmət   etmiş,   1918-ci   il   iyulun   
30-da 
podpolkovnik rütbəsinə layiq görülmüşdür. Qafqaz İslam Ordusu tərkibində fəaliyyəti barəsində (ümumiyyətlə 
türklərlə   bərabər    xidmət    edib   -   etməməsi    barəsində)   konkret    məlumat    yoxdur.   Azərbaycan   Ordusunda   
2-ci 
Qarabağ   süvari   alayının   komandiri    vəzifəsində   xidmət    etmiş,    Qarabağda    gedən   döyüşlərdə   iştirak   
etmişdir. 
1920-ci    ilin    aprelinden  sonra  Azərbaycan    komandirlər    məktəbində    rəis    müavini,    1921-1931-ci   
illərdə 
Azərbaycan   dağ   –   atıcı   diviziyasının   komandiri   olmuşdur.   1931-1933-cü   illərdə   Moskvada   M.Frunze   
adına  Hərbi    Akademiyada    təhsil    almış,    1934-cü    ildə    həmin    akademiyada    ümumi    taktika   
kafedrasının    rəisi    təyin  olunmuşdur.    1935-ci    ildə    kombriq    (XX    əsrin    20-30-cu    illərində    Sovet   
Ordusunda    general-mayor    rütbəsi) rütbəsinə layiq görülmüş, 1938-ci ildə həbs olunaraq güllələnmişdir. 
Kapitan    İsrafil    bəy    İsrafilovun    bioqrafiyası    müstəqillik   uğrunda    vuruşan    gənc    azərbaycanlı   
zabitlərin 
bioqrafiyasının   nümunəsidir.   Belə   ki,   hərbi   məktəbi   bitirdikdən   sonra  çar   ordusunda   xidmət   etməyə   
başlayan 
zabit    I    Dünya    müharibəsində iştirak    etmiş,  Rumıniya    cəbhəsində    kapitan    rütbəsi    və    tabor   
komandiri 
vəzifəsinədək yüksəlmişdi. QİO tərkibində əvvəlcə  könüllülərdən tərtib 
edilmiş  dəstələrə, daha sonra isə 
Azərbaycan     zirehli      qatarına      komandirlik     etmiş      İsrafilov     bütün     döyüşlərdə,     о      cümlədən     
Bakının     azad 
edilməsində iştirak etmiş, Osmanlı ordeni ilə təltif edilmişdir. Azərbaycan Ordusunda xidmət edən zabit 1920-ci 
ildə  sovet 
hakimiyyətinə      qarşı   Azərbaycandakı   üsyanlarda   iştirak   etmiş,   onlar   yatırıldıqdan   sonra   
İrana, 
Ərəbistana, Hindistana, Misirə, Türkiyəyə, oradan isə Polşaya keçmişdir. Polşa ordusuna qəbul edilərək Silahlı 
Qüvvələr  Akademiyasını   bitirmiş   İsrafilov  Polşa  Silahlı   Qüvvələri   Baş  Qərargahda   hərbi   xidmətdə  olmuşdur. 
XX əsrin 30-cu illərində Avropada çap edilən mühacir jurnallarında onun xatirələri dərc edilmişdir. 1932-ci ildə 
Parisdə "Qafqaz dağlıları" ("Горцы Кавказа") jurnalında Qafqaz İslam Ordusu ilə bağlı xatirələri çap edilib (№ 
31-34).  Girişdə  о  göstərmişdir  ki,  hələ  1923-cü  ildə  Məhəmməd  Əmin  Rəsulzadə  QİO  və  Azərbaycan  ordusu 
barəsində  xatirələrini  yazmağı  ondan  xahiş  etmişdir.  1939-cu  ildə  almanlara  qarşı  döyüşlərdə  iştirak  etmiş  və 
Polşa  ordusunun  məğlubiyyətindən  sonra  əsir  düşmüş  İsrafil  bəy  Azərbaycan  siyasi  mühacirlərinin  köməy  ilə 
alman    əsirliyindən   buraxılmışdır.    Azərbaycan   legionunun    formalaşmasını    bolşeviklərlə    vuruşmaq    şansı   
kimi qəbul  edən  İsrafil  bəy  özü  şəxsən  Sovet  Ordusuna  qarşı  döyüşlərdə  iştirak  etmişdir.  Müharibədən  sonra 
Qərb  işğal    zonasında    olsa    da,    SSRİ-nin    müvafiq    orqanlarının    tələbi    ilə    İngiltərə-ABŞ-Fransa   
hərbi    rəhbərliyi tərəfindən  təhfil  verilmiş  və  dərhal  güllələnmişdir.
290   
Azərbaycan  hərbi  hissələrinə  aidiyyatı 
olmasa  da,  hesab edirik ki, hadisələrdə dəfələrlə adı çəkilmiş N.Qosinskinin bioqrafiyasına da diqqət  yetirmək 
lazımdır. Qafqazda sovetlərə  qarşı  vuruşanlar  sırasında 
 
Nəcməddin
 
Qosinski  (Qosalı)  (1859-1925)  xüsusi  yer  tutur.  Doğrudur, Xırdalan   istiqamətində   1918-ci   il   
aprel    döyüşlərində    о    özü    iştirak    edə    bilməmiş    və    kiçik    dəstə    göndərmişdi.  Lakin  onun  Azərbaycan 
milli  qüvvələrinin  tərəfini  saxlaması  hərbi-siyasi  hadisələrə  təsir  göstərə  bilmişdi.  Bu  səbəbdən    dövrün   
nüfuzlu    şəxsiyyətlərindən    olan    Qosinski    barəsində    ətraflı    məlumat    verməyi    lazım    bilirik.  Nəcməddin 
Qosinski  Dağıstan  vilayətinin  Avar  dairəsinin  Qoso  kəndində  torpaq  sahibkarı  və  vaxtilə  Şamilin 
naiblərindən        birinin        ailəsində        anadan        olmuşdur.        Mədrəsəni        bitirdikdən        sonra        o,       
Dağıstan       vilayəti  qubernatorunun   mühafizə   dəstəsinə   qəbul   edilərək   orada   xidmət   edib.   Daha   sonra   
Qosinski    Avar    dairəsi,    14  kənddən    ibarət    olan    Koysubulin    sahəsinin    naibi    təyin    edilmişdir.    1903-
cü    ildə    Türkiyədə    olduqdan    sonra  mədrəsədə  dərs  deməyə  başlayan  N.Qosinski  şərqşünaslıqla  məşğul 
olmuş  və  şeirlər  yazmışdır.  Onun  yazdığı  şeirlər    Suriya,    Türkiyə    və    Qafqazda    populyar    idi.    Tədricən   
böyük    nüfuz    qazanan    Qosinski    bir    neçə    tayfa  münaqişəsinin,  həmçinin  Avar  və  Andı  camaatıyla 
Çeçenistan  sakinləri  arasında  yaranan  münaqişənin  qarşısını  alıb.    1917-ci    il    Fevral    inqilabını    sevinclə   
qarşılayan    Nəcməddin    Qosinski 
bunu 
yenidən 
şəriət  qayda- 
qanunlarına     
qayıdış     şansı     kimi  qiymətləndirirdi.  1917-ci  il  martın  9-da  Dağıstanın  mərkəzi  Temur  Xan  Şura  şəhərində   
yaradılmış    Vilayət    Şurasının    Müvəqqəti    İcraiyyə    Komitəsinin    üzvü    seçilən    Qosinski,    may    ayında 
Vladiqafqazda    keçirilmiş    Dağlı    xalqların    1-ci    Qurultayında    Dağıstan    və    Çeçenistanın    müftisi   
seçilmişdir.  Oktyabr    inqilabından    sonra    İcraiyyə    Komitəsində    bolşeviklər    çoxluq    təşkil    edərək,   
Dağıstanda    Qosinskinin  "şəriət    əleyhinə    addım"    kimi    qiymətləndirdiyi    bir    sıra    tədbirlər    həyata   
keçirməyə    başladılar.    1917-ci    ilin  dekabrında  Qosinski  Dağıstan  və  Çeçenistanın  imamı  seçildi,  bu  zaman 
qurultayda Şimali Qafqaz, Azərbaycan, Gürcüstan və 
Ukraynadan 
gəlmiş
 
nümayəndələr,       kazakların       nümayəndələri də iştirak edirdi. Yeni seçilən 
imamın Qafqaz xalqlarına ünvanladığı müraciətində deyilirdi: "Allah tərəfindən qadağan edilmiş cinayətlərdən, 
qətllərdən,   oğurluqdan,   banditizmdən,   talançılıqdan   uzaq   olun.   Öz   alimlərinizə   tabe   olun,   azadlıq   və   
şəriəti  qoruya    bilən    qoşunlar    toplayın.    Bütün    xristianlara    və    digər    dinlərdən    olanlara    din   
azadlığı    verin    və    rus  qoşunlarına  zərər  yetirməyin".  Birləşmiş  Qafqaz  Dağlıları    İttifaqının  Mərkəzi 
Komitəsi  (daha  çox  "Dağlıların  hökuməti"    kimi    tanınıb)    fəaliyyətə    başlayanda    Qosinski    müfti   
vəzifəsində    çalışıb.    Təkhakimiyyətliyə    nail  olmağa  çalışan  bolşeviklər  bu  quruma  qarşı  çıxdıqda  1918-ci 
ilin  yanvarında  Qosinskin  10  min  nəfəlik  qoşun  toplayaraq  Temir  Xan  Şuranı  tutdu.  Mart  ayında  o, 
bolşeviklərin  hakimiyyətini  devirdi  və  Petrovsk  şəhərini  ələ  keçirdi,  lakin  Rusiyadan  şəhərə  gələn  əlavə 
qüvvələr onu dağlara çəkilməyə məcbur etdi. Bu səbəbdən o, Bakını 
290
Исрафилов И. Воспоминания об Азербайджанской армии// Зеркало, 12.10.2007, 20.10.2007, 27.10.2007. 
96 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə