Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə6/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   2   3   4   5   6   7   8   9   ...   113

 
 
 
 
müqavilə  bağlandı.  1917-ci  il  dekabrın  6-da  Zaqafqaziya  Komissarlığının  növbəti  iclasında  qəbul  edilən  qərar 
Qafqaz Ordusunun Milli hərbi hissələr əsasında təşkil edilməsi  üçün əsas oldu.
23   
Qafqaz cəbhəsinin komissarı 
Donskoyun əmrinə əsasən "Ordu milli tərkibli nizami vahidlərdən təşkil edilməli", ermənilərdən, gürcülərdən, 
azərbaycanlılardan    və    ruslardan    ibarət    milli    korpuslar    yaradılmalıydı.    Qafqaz    cəbhəsinin    komandanı   
general  Prijevalski  Bakıda  olan  hərbi  hissələrin  ləğvi,  lakin  milli  tərkibli  hissələrin  saxlanılması  barədə  əmr 
imzaladı.  Keçmiş  imperiya  ordusunun  tərksilah  edilməsi  bolşeviklərin  əsas  dayaqlarından  birinin  zəiflədilməsi 
demək  idi.  Çünki  onların  təsiri  altında  olan  bu  qüvvə  siyasi  mübarizədə  əsas  vasitə  idi.  Bolşeviklər  bu  hərbi 
hissələri  silahı  təhvil  vermədən  Bakıda  toplamağa  çalışırdılar.  1917-ci  il  dekabrın  11-də  Zaqafqaziya 
Komissarlığı  Müsəlman  Korpusunun    yaradılması    barədə    dekret    qəbul    etdi.
24     
Korpusun    əsasını    yenicə   
Qafqaza    gəlmiş    Tatar    süvari  alayının  bir  hissəsi  təşkil  etməli,  komandiri  general-leytenant  Əliağa  Şıxlinski 
olmalıydı. Lakin silah və sursatın olmaması korpusun yaradılmasını çətinləşdirirdi. Zaqafqaziya Komissarlığının 
qərarına  əsasən,  keçmiş  imperiya  ordusunun  5-ci  və  7-ci  piyada  diviziyalarının  silahları  korpusa  verilməli  idi. 
Lakin  bu  hərbi  hissələr  ya  bolşevik təbliğatının   təsiri   altında   bütünlüklə   Qırmızı   Qvardiyaya   qoşulur,   ya   
da    silahlarını    erməni    və    bolşevik    hərbi  hissələrinə  təhvil  verirdilər.  Üstəlik,  bolşevik-daşnak  təbliğatına 
uymuş  çoxsaylı  silahlı  eşelonların  Şamxordan  Bakı    istiqamətinə    hərəkət    etməsi    dəmir    yolu    üzərində   
yerləşən   istənilən   Azərbaycan   şəhərinin   tutulması   ilə nəticələnə bilərdi. 
1.5. 1918-ci ilin yanvar-mart aylarında Azərbaycanda 
hərbi - siyasi vəziyyət 
Belə şəraitdə milli qüvvələr hərbi hissələri tərksilah etməyə başladılar. Bu, xalqın fiziki mövcudluğunun 
qorunması,    milli    mənafelərin    qan    içində    boğulmasına    yol    verilməməsi    üçün    məcburiyyət    üzündən   
həyata 
keçirilən   bir   tədbir   idi.   Kiçik   hərbi   
hissələrin tərksilah edilməsini görən bolşeviklər 
bir neçə 
iri  eşelon  toplayaraq  Bakı  istiqamətində 
hərəkət etdirməyi planlaşdırmışdılar. 1918-ci il 
yanvarın     
əvvəllərində 
stansiyasında  10-dan 
toplaşmış-dı. 
Onlar 
Şamxor      dəmir     
yolu 
artıq  hərbi  eşelon 
müxtəlif 
silahlarla 
silahlanmışdılar.       
Yanvarın 
danışıqlarda 
öz  gücünə 
6-8-də       
aparılan 
arxalanan 
rus 
Komissarlığının 
bərbçiləri 
imzaladığı 
və 
güc 
Zaqafqaziya 
müqaviləyə    məhəl   
qoymadıqlarını 
hesabına 
yolu 
açıb 
Bakıya 
keçəcəklərini     bildirmişdilər.     Yanvarın     8-
də, 
nəhayət,    silahların    təhvil    verilməsi   
barəsində razılıq əldə edildi, yanvarın 9-da rus 
hərbçiləri 
nəinki Şamxor stansiyasına, həmçinin ətrafdakı müsəlman kəndlərinə atəş açdılar. Nəticədə döyüş baş verdi, hər 
iki      tərəfdən      böyük    itkilər    oldu.      F.Xoyski,      X.Xasməmmədov,      X.Məlikaslanovun      səyləri      ilə     
toqquşmalar 
dayandırıldı. 
 
Yaradılan   
komissiya    eşelonların  silahları    təhvil    verib   
keçməsinə    nail    oldu.
25
 
Milli 
azərbaycanlı 
qoşun    hissələrinin 
formalaşmasından    təlaşlanan    bolşevik-
erməni qüvvələri 
hakimiyyəti 
     
ələ 
almaq 
üçün 
hazırlıqlarını 
sürətləndirdilər. 
Tiflisdə  
ınöhkəmlənə 
bilməyən 
bolşeviklər    öz    qurumlarını    Bakıya   
köçürməyə başladılar. 
Dekabrın  21-də
 
 
Qırmızı 
Qvardiyanın   
yaradılması 
 
barədə 
 
qərar 
 
qəbul 
edildi.
26
1918-ci ilin yanvar ayının əvvəllərində 
23
Qasımlı M. Bolşevik Rusiyasının Güney Qafqaz siyasəti// Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.94-98. 
24   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.36. 
25
Süleymanov M.S.  Qafqaz  İslam Ordusu, s.45-47;  Победа Советской власти  в Закавказье.  Тифлис, 1971, с. 223;  История  Азербайджана,  т.3, ч.1, 
с.93. 
26
Дарабади П.Г.Военные вопросы, с.99. 
13 
 


 
 
Qırmızı Qvardiya Bakıdan keçən rus hərbçilərinin tərksilah edilməsinə başladı. Əgər əsgərlər sovet hissələrində 
xidmət etməyə razı deyildilərsə silah alınmalı idi. Dekabrın 16-da Bakı Sovetinin sədri S.Şaumyanın Qafqazın 
Fövqəladə    Komissarı    təyin    edilməsi    barəsində    RSFSR    Xalq    Komissarları    sovetinin    qərarı    elan   
edildi.
27
 
Yanvarın 13-də erməni hökumətinin təşkil edilməsi ideyasının dəstəklənəcəyini bildirən bolşeviklər Azərbaycan 
xalqının    öz    müqəddəratını    həll    etmək    istəyini    inqilabi    Rusiyaya    qarşı    xəyanət    kimi    qarşıladılar.   
Halbuki  noyabrın    17-də    Lenin    və    Stalinin    imzaladığı    müraciətdə    Şərqin    və    Rusiyanın    müsəlman   
zəhmətkeşlərinə   öz müqəddəratını təyin etmək hüququnun veriləcəyi vəd edilmişdi.
28
 
Lakin    Bakı    əhalisinin    böyük    əksəriyyəti    bolşeviklərin    qərarlarına    məhəl    qoymur,    Bakı   
bələdiyyəsini hakim    orqan    kimi    tanıyırdı.    Dekabrın    15-də    bələdiyyənin    fövqəladə    iclasında    Hərbi   
İnqilabi    Komitənin tədbirlərinə   qarşı   etiraz   edildi.   Hadisələrin   iştirakçısı   Anastas   Mikoyan   1923-cü   il   
martın   14-də   "Bakinskiy raboçiy"    qəzetində    çap    olunmuş    məqaləsində    qeyd    edirdi    ki,    Bakıda    şəhər   
bələdiyyəsinin    fəaliyyəti    Bakı Sovetinə    möhkəmlənmək    imkanı    vermirdi.
29       
Yanvarın    5-də    Petroqradda   
bolşeviklər    Müəssislər    Məclisini buraxdılar,    bu    isə    Azərbaycanda    da    vəziyyəti    kəskinləşdirdi.    Yerli   
bolşeviklər    siyasi    deyil,    hərbi    yolla hakimiyyətə  gəlib  onu  əldə  saxlamağın  nümunəsini  əyani   surətdə 
gördülər.  Yanvarın  15-də  Qırmızı  Ordunun yaradılması   barədə   dekret   imzalandı.
30     
Qırmızı   Ordu   beynəlmiləl   
adlandırılsa   da,   ora   təkcə   rus   və   ermənilər yazılır,    nəticədə    antiazərbaycanlı    qüvvələr    vahid 
cəbhədə  birləşmiş  olurdular.  Fevralın  10-da 
Zaqafqaziyadan      Müəssislər      Məclisinə     
seçilmiş deputatlar 
  Tiflisdə   
toplaşaraq
 
Zaqafqaziya  Seymini    çağırdılar,    bu    isə   
bolşeviklər    tərəfindən real 
təhlükə 
kimi
 
      qiymətləndirildi.
31 
Seym 
bolşeviklərin      Cənubi      Qafqazı      ələ     
keçirməsinə 
maneçilik  törədən  gücə 
Rusiyası    regionu   
tamamilə 
imkan 
verməmək 
üçün 
çevrilərdisə,  Sovet 
itirmiş    olardı.   
Buna 
hadisələrin 
axarı 
kəskinləşdirildi,    Bakı    bolşevikləri   
Həştərxandan 
dəniz     yolu      ilə      hərbi      texnika      alaraq,     
rəqibləri birdəfəlik   məğlub   etmək   üçün   hərbi   
münaqişəyə 
hazırlıq gördülər. 
Fevralın    24-də    Bakıda    1-ci    müsəlman    atıcı    alayının    təşkil    edilməsi    üçün    bura    gəlmiş    general-
mayor 
X.Talışinski    və    qərargah    zabitləri    vağzalda    həbs    edildilər.    Bu,    müsəlman    əhalinin    böyük   
narazılığına    səbəb  oldu.      Buna      görə      bolşeviklər      onları      azad      etdilər.      X.Talışinski      və      onun     
zabitləri      Müsəlman      Xeyriyyə Cəmiyyətinin yerləşdiyi"İsmailiyyə" binasında toplaşıb fəaliyyətə başladılar.
32
 
Erməni Milli Şurası silahlı dəstələrin təşkil edilməsində çox fəal idi.
33   
"Daşnaksutyun" liderləri də qeyd 
edirdilər  ki,   partiya   Bakıda  azərbaycanlıların  hakimiyyətə   gələcəyindən  qorxaraq   yerli   bolşeviklərlə   sıx  əlaqə 
qurmuşdur. Əslində isə yerli bolşeviklər elə bolşevik pərdəsi ilə maskalanan Bakı Sovetinin erməni liderləri idi. 
Beləliklə,  cütlüyün  vahid  platforması  Azərbaycan  xalqının  fiziki  varlığına  son  qoymaq  idi.  Bakı  neftinə  sahib 
olmaq üçün istənilən qüvvə ilə birləşməyə hazır olan Rusiya bolşevik hökuməti onları dəstəkləyirdi. 
Martın əvvəllərinə artıq kifayət qədər qüvvə toplanmışdı. Bakı Sovetinin şimalla və Muğanla əlaqələrinin 
itməsi, Azərbaycan milli hərbi hissələrinin hələ tam formalaşmaması bolşevik-erməni qüvvələrinin məhz  mart 
ayını hücum üçün münasib vaxt kimi seçməsinə təsir göstərdi. 
1.6. 1918-ci ilin mart soyqırımı 
Birinci Dünya müharibəsi, eləcə də Rusiyada baş verən 1917-ci il fevral və oktyabr çevrilişlərindən sonra 
yaranmış  vəziyyəti  öz  məqsədləri  üçün istifadə edən ermənilər  Qafqazın  ən  böyük iqtisadi  və  inzibati  mərkəzi 
olan    Bakı    şəhərini    ələ    keçirməyə    çalışırdılar.    Bakıda    erməni    mövqelərinin    sürətlə    güclənməsi    şəhər   
başçısı  S.İ.Despot-Zenoviçin    istefası    və    erməni    X.S.Antonovun    bu    vəzifəyə    təyin    edilməsindən   
sonra    baş    verdi.  Quberniya  jandarm  idarəsi  (rəisi  polkovnik  N.F.Fon-Frank)  dəfələrlə  raportlar  verərək 
məruzə edirdi ki, "Bakı 
27
Бланк Чрезвычайного Комиссара. // Великий Октябрь и Советский Азербайджан (экспонаты рассказывают). Баку, 1977. 
28
Документы внешней политики СССР, т.1. Москва, 1957, с.34-35; Балаев А. Азербайджанское, с. 15. 
29
Кязымзаде Ф. Борьба за Закавказье (1917-1921). // «Литературный Азербайджан, 1993, № 3-4, с.66. 
30
Токаржевский Е.А. Из истории иностранной интервенции и гражданской войны в Закавказье. Баку, 1957, с.28. 
31   
Насиров Т. Борьба за власть, с.35. 
32   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.56. 
33
Дарабади П.Г. Военные проблемы политической истории Азербайджана начала XX века. Баку, 1991, с. 103. 
14 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə