Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə60/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   56   57   58   59   60   61   62   63   ...   113

 
 
 
 
 
 
azad etməyə çalışan Müsəlman Korpusunun köməyinə kiçik hərbi  hissə göndərə bildi. Bolşeviklərlə  mübarizə 
aparan  Qosinski  Dağıstanın  rus  əhalisinə  zərər  yetirməyi  qadağan  etmişdi.  Ruslara  və  rus  qoşunlarına  rəğbəti 
ona 1919-cu ildə Denikin ordusunun dağlılara necə təhlükə törədəcəyini görməyə imkan vermədi. 1919-cu ildə 
Denikinlə danışıqlara yollanan  Qosinski  heç nəyə nail ola bilmir, Dağlılar Respublikası denikinçilər tərəfindən 
dağıdılandan    sonra    o,    müxalifətə    keçir.    Həm    Denikin,    həm    də    bolşeviklərə    qarşı    vuruşan   
Qosinski    bütün  məbrumiyyətlərə  sinə  gərmişdir.  Dağıstanda,  sonra  isə  Azərbaycanda  Sovet  hakimiyyəti 
qurulanda  o,  qaldırdığı  antisovet    qiyamının    rəhbəri    olmuşdu.    1921-ci    ilin    mayında    qiyam    yatırılandan   
sonra   Çeçenistana   keçmiş   və 
1925-ci    ilədək    gizli    fəaliyyətlə    məşğul    olmuşdu.
291     
1925-ci    ildə    Qosinski    sovet    orqanları    tərəfindən   
aşkar 
edilərək öldürülmüşdür. Həmçinin onun 16 yaşlı oğlu və iki qızı, digər qohumları da güllənmişdilər. 
Osmanlı zabitləri. Bilavasitə QİO-ya aidiyyatı olan zabitlərə keç-məzdən əvvəl QİO-nun yaradılmasının 
təşəbbüskarı olan Ənvər paşanın bioqrafiyasının bəzi məqamlarını açıqlamaq lazımdır. Ənvər paşa 1880-ci ildə 
İstanbulda      anadan      olub,      hərbi      təhsil      alıb,      1903-cü      ildə      İstanbulda      Baş     
Qərargah  Akademiyasını    bitirib.
292     
1914-cü    ildə    Osmanlı    dövlətinin    Baş    qərargah   
rəisi   vəzifəsinə  təyin     edilən     Ənvər     bəy    general     rütbəsinə     layiq     görülür     və     
faktiki      olaraq    Osmanlı  dövlətinin  daxili  və  xarici  siyasətini  müəyyənləşdirən 
şəxslərdən  biri  olur.  Onu  yaxından  tanıyan  şəxslər  (istər  dostlar,  istərsə  də  düşmənlər) 
qeyd  edirdilər  ki,  şəxsən  şücaətli  olan,  təhlükə  anında  soyuqqanlığını  itirməyən  Ənvər 
paşanın  mənfi  xüsusiyyətləri  inadkarlığı,  müştəbehliyi,  heç  kimin,  hətta  ən  yaxın 
dostlarının belə məsləhətlərinə qulaq 
asmaması 
ilə şərtlənirdi.      Çılğın      təbiətli      Ənvər    paşa avantüra xarakterli əməliyyatlara atılır, 
bəzən 
qoşunların   real   vəziyyəti   və  imkanlarını   nəzərə  almadan  taleyüklü   qərarlar   qəbul   
edirdi. 
1917-ci    ildə    ölkənin    hərbi    naziri    təyin    edilən    və    bu    vəzifədə    QİO-nun   
yaradılması 
barəsində   qərar   qəbul   edən   Ənvər   paşa   Azərbaycan   və   azərbaycanlılara   daim   
hörmətlə yanaşmış, onların istər çar, istərsə də bolşevik Rusiyasının əsarətindən qurtarması üçün əlindən gələni 
edəcəyini 
vurğulamışdır.    İdealı    bütün    türk    xalqlarını    özündə   birləşdirən    Böyük   Türküstan    yaratmaq    olan    Ənvər   
paşa 
qarşısına əlçatmaz, qeyrireal məqsədlər qoyurdu. Osmanlı dövləti müharibədə məğlub ediləndən sonra istefaya 
çıxan    Ənvər    paşa    Azərbaycana    gəlmək    üçün    dəniz    yolu    ilə   Krıma    keçdi,    lakin    Şimali    Qafqazda   
yollar   bağlı  olduğundan  Moskvaya  yollandı.  Türkiyə  ilə  əlaqələr  qurmağa  çalışan  sovet  hökuməti  onu  qeyri-
rəsmi  şəxs  kimi  qəbul  etdi,  "İslam  ihtilal  cəmiyyətləri  ittifaqı"  adlı  təşkilat  yaratmasına  imkan  verdi.  Bakıya 
gələrək burada Şərq xalqlarının   qurultayında  iştirak   edən   Ənvər   paşa  sovetlərin   köməyi   ilə   Orta   Asiyaya   
keçdi.    Onun    ingilisələrə  qarşı  mübarizə  aparacağından  əmin  olan  Sovet  hökuməti  Orta  Asiyada  fəaliyyət 
göstərən  basmaç  dəstələri  ilə  əlaqə    qurmasına    maneçilik      törətmədi.    Lakin    bolşevikləri    türk-müsəlman   
xalqlarının   istiqlalı   yolunda   maneə hesab edən Ənvər paşa sovetlərə qarşı 
üsyan  qaldırdı,
 
yaratdığı  dəstələr  başında  yürüşə  başladı.  Çoxsaylı  sovet    qoşunları   
tərəfindən   mühasirəyə   alınaraq   məğlub   edilən   Ənvər   paşa   1922-ci    ildə   Türküstan   çöllərində  döyüşdə 
həlak  oldu.
293   
Bu  görkəmli    şəxsiyyətin  həyat  və  fəaliyyətinə  müxtəlif  cür  yanaşmaq  olar.  Lakin  bir  şey 
aydındır    ki,    onun    QİO-nun    yaradılması    və    bu    ordunun    Azərbaycana    yeridilməsı    barəsində    əmri   
Azərbaycan xalqının taleyində tarixi rol oynamışdır. 
Mehmet   Vehib   paşa   (Kaçı)   1877-ci   ildə   anadan   olub,   hərbi   məktəbi   və   
Hərbi 
Akademiyanı    bitirib.    1909-cu    ildə    rüşdiyə    hərbi    məktəblərindən    birinə    rəis   
təyin  olunan  Vehib  bəy  tezliklə  qoşunlara  təyinat  aldı  və  1912-ci  il  Balkan 
müharibəsində iştirak  etdi.  I  Dünya  müharibəsində  firqə,  sonra  isə  korpus  komandiri 
olan  Vehib  bəy  general      rütbəsinə      layiq      görülür,      Çanaqqala
 
döyüşlərində     onun 
təşkilatçılıq 
qabiliyyəti    özünü    göstərir.    1917-ci    ildə    3-cü    Ordu    komandanı    təyin    edilərək   
Qafqaz  cəbhəsinə    gələn    Vehib    paşa    təkcə    hərbçi    deyil,    siyasətçi    kimi    də   
bacarıqlı    olmasını  göstərmişdi.  1918-ci  ilin  iyunun  əvvəllərində  3-cü,  6-cı  və  9-cu 
Ordulardan ibarət olan Şərq ordular qrupu komandanı  təyin edilən Vehib paşa iyunun 
29-da istefaya çıxır. I Dünya müharibəsindən sonra o, mühacirətə gedir və 1940-cı ildə 
vəfat edir.
294
 
Xəlil    paşa   (Kut)    1881-ci    ildə   anadan   olub.   3-cü    Ordunun    tərkibində   
Qafqaz cəbhəsində    vuruşaraq    özünü    bacarıqlı    zabit    kimi    göstərən    Xəlil    bəy   
1915-ci    ilin 
əvvəllərində   20   minlik   dəstənin   başında   Urmiya   istiqamətində   irəliləmiş   və   onu   tutmuşdur.   N.Korsun   
qeyd 
edirdi    ki,  öz  dəstəsində  nizami    qoşunların  güclü  qruplaşmasını    qoruyub  saxlaya 
291
Гражданская война. Энциклопедия, с.156. 
292
Гражданская война. Энциклопедия, с.670. 
293
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.1, s.364-366. 
294
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.423. 
295
Корсун. Кавказский фронт, с.215, 229. 
97 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə