Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə61/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   57   58   59   60   61   62   63   64   ...   113

 
 
 
 
 
 
 
 
görülür. 1917-ci ilin sonunda Mosulda 6-cı Ordunun komandanı olan Xəlil paşa Cənubi Qafqaz       istiqamətində 
fəaliyyət göstərən Şərq ordular qrupunun komandanı təyin edilir. 
QİO-nun osmanlı    hissələrinin döyüş fəaliyyətinə      ümumi      rəhbərliyi Xəlil paşa həyata keçirirdi. Bakıya 
son   hücum   ərəfəsində   bilavasitə   cəbhə   xəttinə   gələrək 
hücum   planını   yoxlamış,      14   sentyabr   
əməlyyatının 
dəqiqliklə həyata keçirilməsinə      nəzarət      etmişdir. Sentyabrın 16-da Bakının azad edilməsi şərəfinə Azərbaycan 
və türk hissələrinin birgə paradını  qəbul etmişdi.  I Dünya  müharibəsi  sona çatandan  sonra Azərbaycana gələn 
Xəlil   paşa   Sovet   Rusiyası   ilə   Türkiyə   arasında   əlaqələrin   yaradılmasında   fəal   iştirak   edib.   Ağır   hərbi-
siyasi vəziyyətdə   olan,   Antanta   ölkələri   ilə   müharibə   aparan   Türkiyə   Rusiyadan   silah   və   sursat   alır,   
əvəzində   Xəlil paşa   Azərbaycanda   təbliğat   apararaq   XI   Qızıl   Orduya   qarşı   atəş   açmamağı   xahiş   edir,   
bu   ordunun   tezliklə Azərbaycandan   keçib   Anadoluya   gedəcəyini   bildirirdi.
296     
Azərbaycan   parlamentinin   
1920-ci   il 
aprelin    28-də    bolşeviklərin    ultimatumunu    qəbul    etməsində    Xəlil    paşanın    verdiyi   
vədlərinin böyük rolu olmuşdur. 1920-ci ilin sonlarında qeyri-rəsmi şəxs kimi, Moskva şəhərinə 
yollanaraq Sovet Rusiyası ilə Türkiyə arasında müqavilələrin hazırlanmasında iştirak edən Xəlil 
paşa 1957- 
ci ildə vəfat edib.
297
 
Nuru    paşa    Killigil    1889-cu    ildə    İstanbulda    anadan    olub.    1906-cı    ildə    Nuru
 
paşa 
İstanbulda    yerləşən    Kara    Küvvetler    hərb    okuluna    (Quru    qoşunları    hərbi   
məktəbinə)    daxil  olmuşdur.    1909-cu    ildə    məktəbi    bitirən    Nuru    paşa    3-cü
 
ordunun    tərkibində   
olan   
piyada hissələrində xidmət etməyə başlayır. 1912-ci  ildə 1-ci ordunun    sıralarına  keçirilən gənc 
zabit  öz  biliyi  və  geniş  dünyagörüşü  ilə  seçilirdi.  O,1914-cü  ildə  Osmanlı  dövlətinin  Avstriya-
Macarıstan  imperiyasının    paytaxtı    Vyanada        yerləşən        hərbi    attaşeliyə    təyinat    alır.   
1916-cı    ildə    döyüşən  orduya    göndərilən    Nuru    paşa    Şimali    Afrikada    döyüşlərdə   
iştirak    edib,    Trablus    cəbhəsində  qazandığı      uğurlar    sayəsində    Osmanlı    dövləti,   
Almaniya    və    Avstriya-Macarıstanın    bir      sıra  ordenləri    ilə    təltif    edilib.    1916-cı    ildə   
minbaşı   (mayor),   1918-   ci   ildə   yarbay   (podpolkovnik) 
rütbəsinə layiq görülüb.
298
 
1918-ci    il    iyun    ayının    4-də    Azərbaycanla    Osmanlı    dövləti    arasında    imzalanmış    müqaviləyə   
əsasən Azərbaycana    hərbi    yardım    göstərməyi    öz    boynuna    götürmüş    Osmanlı   
dövləti    bu  missiyanı    həyata    keçirməyi    Nuru    paşaya    həvalə    etdi.
299     
Tapşırıqları    uğurla    yerinə  yetirən    Nuru    paşa    Azərbaycan    xalqının    böyük   
məhəbbətini    qazanmışdı.    Ümumi  komandanlığı      həyata      keçirməklə      yanaşı     
həlledici      Qaraməryəm,      Ağsu      və      Bakı  döyüşləri    də    bilavasitə    Nuru   
paşanın   komandanlığı   altında   aparılmışdır.   1918-ci   il oktyabrın 
30-da
 
imzalanmış 
Mudros 
müqaviləsi  ilə  Osmanlı 
qoşunları 
Azərbaycandan    çıxarıldı    və    ölkəyə    ingilis    qoşunları    yeridildi.    Lakin    milli   
orduya  malik    olan    Azərbaycan    öz    dövlətçiliyini    qurmaqda    davam    edirdi.   
Azərbaycana   sıx bağlanmış    Nuru 
  paşa 
Osmanlı  dövlətinin
 
parçalanmasına  baxmayaraq  Azərbaycandan      uzaqlaşmaq      istəmir     
və     Batuma     köçür.     Lakin     ona     Azərbaycana 
gəlməyi   qadağan   etmiş   ingilislər   sərkərdəni Batum 
şəhərində   həbs 
etdilər. 
Azərbaycan  hökumətinin  Nuru  paşanı   azad  etmək  təklifinə  ingilislər  cavab  verdilər 
ki,      bunun    üçün    ermənilər yazılı sürətdə bildirməlidirlər ki, o, ermənilərə qarşı heç bir qəddar hərəkət etməyib. 
İngilis komandanlığı    yaxşı bilirdi ki,       ermənilərin Nuru paşa barəsində söylədikləri uydurmadan başqa bir şey 
deyil, lakin onlar erməni xislətinə yaxşı bələd idilər. Doğrudan da, ermənilər Nuru paşanın qoşunları tərəfindən 
onlara   qarşı   hansısa   bir   cinayət   işlənməsı   barədə   məlumat   verə   bilmədilər.   Buna   baxmayaraq   ingilislər   
Nuru paşanı  azad  etmirdilər.  Xalqımız  Nuru  paşanı  öz  xilaskarı  sayır  və  belə  münasibətlə 
barışmaq   istəmirdi.   Azərbaycan   hökuməti   və   parlamentinə   hansı   yolla   olursa-
olsun  Nuru    paşanı    azad    etmək    tələbləri    daxil    olurdu.    Belə    vəziyyətdə    Nuru   
paşanın    azad  edilməsi    Azərbaycan    Cümhuriyyətinin    əkskəşfiyyat    rəisi    Nağı   
bəy    Şeyxzamanlıya  tapşırıldı.    Onun    adamlarının    1919-cu    ilin    yayında   
həbsxanaya    basqını    nəticəsində  Nuru    paşa    azad    edilərək    Türkiyəyə    keçirilir.   
Lakin    Ərzurumdan    yenidən    Bakıya qayıdan    Nuru    paşa 1920-ci 
 
ilin   
avqustunda 
Dağıstana 
gəlir    və    sovetlərin   hərb  maşınının     
bütün      Qafqazı      zəbt      etməsinin      şahidi      olur.      Azərbaycanda      baş      verən 
hadisələri    izləyən    Nuru    paşa    ölkəmizin    Sovet    Rusiyası    tərəfindən    işğal   
edilməsi  xəbərini  ürək  ağrısı  ilə  qəbul  etdi.  Azərbaycanda  sovetlərə  qarşı  üsyanlar 
başlayanda 
o,  dözməyərək bura  gəlmiş  və  üsyanlarda iştirak etmiş,  Qarabağ  antisovet  üsyanının 
başçılarından    biri    olmuşdur.    Üsyanlar    yatırıldıqdan    sonra    sağ    qalmış   
üsyançılarla 
bərabər     Türkiyəyə     keçən     Nuru     paşa     gözlənilmədən     Ankaraya     çağrılır.     
Osmanlı 
296   
Мустафаев Ш.Письмо Хасан бека Агаева Энвер паше // «Зеркало», 28.04.2007. 
297
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.21. 
298
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.270-273 
299
Süleymanov M. Qafqaz islam Ordusunun quruluş, haz.rl.q və səfərbərl.k vəz.y yəti, s.227 
98 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə