Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə62/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   58   59   60   61   62   63   64   65   ...   113

 
 
  
imperiyasının    qalıqları    əsasında    Mustafa   Kamal    paşa    Atatürk    tərəfindən    yenicə    yaradılmaqda    olan   
Türkiyə 
dövləti  Avropa   dövlətlərinin   birləşmiş   hərbi   təcavüzü   ilə   üzləşmişdi.   Təcili   surətdə   yeni   ordu   
yaradılır   və 
Atatürk hər yerdən köhnə osmanlı ordusunun təcrübəli zabitlərini bu işə cəlb edirdi. Nuru paşa ölkənin şərqində 
piyada  diviziya  təşkil  etmiş  və  12-ci  piyada  firqəsi  adını  almış  bu  hərbi  hissə ilə  Atatürkün  İstiqlal  savaşında 
iştirak etmişdir.    Bu    savaş nəticəsində türk torpaqları azad edilmiş və Türkiyə  Cümhuriyyəti  yaradılmışdır. 
1923-cü    ildə    Nuru    paşa    general-leytenant    rütbəsində    istefaya    çıxmış    və    İstanbul    yaxınlığında
 
poladəritmə zavodunun direktoru     təyin 
edilmişdi.
 
XX  əsrın 30-cu illərində 
Türkiyədə  soy  adları  tərtib  ediləndə  ögey 
qardaşı    Ənvər    paşanın    şərəfinə    "Killigil"    soy  adını    götürmüşdür.    II  Dünya    müharibəsi    başlayanda   
Nuru   paşa 
minaatan və əl qumbaraları istehsal edən zavoda rəhbər təyin edilir. Çətin hərbçi ömrü yaşamış bu şəxsin ölümü 
bütün Türkiyə tərəfindən kədərlə qarşılandı. O, 1949-cu ildə zavod laboratoriyasında baş verən partlayış zamanı 
həlak oldu.
300
 
Mürsəl paşa (Bakı) 1881-ci ildə anadan olub, 1898-1901-ci illərdə hərbi məktəbdə, daha sonra isə Hərbi 
Akademiyada    təhsil    alıb.    1904-cü    ildən    qoşunlarda    xidmət    etməyə    başlayaraq,    1910-cu    ildə   
Almaniyaya  ezamiyyətə  göndərilir.  1913-cü   ildə  alay  komandiri,  1914-cü  ildə  isə  briqada   komandiri  təyin 
edilir.  I  Dünya  müharibəsinin  cəbhələrində  fərqlənərək  1915-ci  ildə  diviziya  komandiri  vəzifəsinə  təyin 
olunmuş Mürsəl paşa 
ona    verilmiş    tapşırıqları    vaxtı-vaxtında    yerinə    yetirirdi.    1918-ci    ilin    mart    ayının    28-də    5-ci    piyada   
firqənin  (diviziyanın)  komandiri  təyin  olunur,  iyulda  general  rütbəsi  alır.  1919-cu  ildə  ingilislər  tərəfindən 
Batumda  həbs  edilən   Mürsəl    paşa   tezliklə    buraxılır    və   Türkiyəyə    qayıdaraq    İstiqlal    savaşında   iştirak   
edir.    Atatürkün    təşkil  etdiyi    yeni    orduda    korpus    komandiri    vəzifəsində    çalışan    Mürsəl    paşa    1933-
cü    ildə    tümgeneral    rütbəsində  istefaya    çıxır.    Ona    soy    adı    götürmək    təklif    ediləndə    "Bakı"   
soyadını    götürür.    Mürsəl    paşa    1945-ci    ildə İstanbulda vəfat edib.
301
 
15-ci      piyada      diviziyasının      komandiri      Süleyman      İzzət      bəy      haqqında      məlumat      azdır.     
Azərbaycana  gəlməzdən    əvvəl    yarbay    (podpolkovnik)    olan    bu    şəxsin    rütbəsi    QİO-nun    tərkibinə   
qatılan    bütün    zabitlərin  çinləri    kimi    bir    pillə    qaldırılmış    və    o,    albay    (polkovnik)    rütbəsində   
Bakı    əməliyyatında    iştirak    etmişdir.  Dərbəndin    və    Port-Petrovskın    alınmasında    müstəsna    xidmətləri   
olan   diviziya   sonralar   Türkiyəyə   qayıtmışdır. 
1936-cı    ildə    Süleyman    İzzət    bəy   öz   xatirələrini    "15    piyade    fırkasının   Azerbaycan    və    Şimali   
Kafkazyadakı harekatı və muharibeleri" adı ilə nəşr etdirmişdi.
302
 
Qafqaz   İslam   Ordusunun   osmanlı   hissələrinin   alay   və   tabor   komandirləri   barəsində   də   məlumat   
azdır. 
Yalnız    9-cu    Qafqaz    piyada    alayının    komandiri    Cəmil    Cahid    bəy    barəsində   
məlumat nisbətən ətraflıdır, bu da onun sonralar Türkiyə hərb sistemində yüksək vəzifələr 
tutması 
ilə   bağlıdır.
303     
Cəmil    Cahid   bəy   1883-cü    ildə   anadan   olmuş,    I   Dünya   
müharibəsində iştirak   etmişdir.   Azərbaycan   hüdudlarını   keçən   ilk   Osmanlı   hərbi   
hissəsi   9-cu   Qafqaz 
piyada    alayı    idi    və    ona    minbaşı    (mayor)    Cəmil    Cahid    bəy    rəhbərlik   
edirdi.    Gəncə ermənilərinin   tərksilahını   həyata   keçirən   alay   sonrakı   döyüşlərdə,   о   
cümlədən   Bakının  azad   edilməsində   fəal   iştirak   etmişdir.   Bakıya   hücum   zamanı   
Cəmil    Cahid   bəy   Qərb 
qrupuna  rəhbərlik edirdi  ki,  burada  bir  neçə  Azərbaycan  və  Osmanlı  hərbi  hissələri  var 
idi.    1-ci    Azərbaycan    diviziyası    Qarabağa    göndəriləndə    onun    tərkibinə    təcrübəli   
9-cu 
Qafqaz    piyada    alayı    da    qatılmışdır.  Mudros    müqaviləsinin    şərtlərinə    görə   
Osmanlı qoşunları Azərbaycanı tərk edəndə Cəmil Cahid bəy artıq albay (polkovnik)     
rütbəsində 
idi. Atatürkün başladığı İstiqlal savaşına qatılan Cəmil Cəhid bəy 5-ci piyada firqəsinin komandiri təyin edilir. 
Bu     vəzifədə     general     rütbəsinə     layiq     görülən,     döyüşlərdə     fərqlənən     sərkərdə 
yeni     Türkiyə     
ordusunun 
qurulmasında   yaxından   iştirak   edir.      1940-cı   ildə   o,   Cümhuriyyətin   Jandarm   qüvvələrinin   komandanı,   
1943- 
1946-cı     i l lərdə  1-ci 
Ordunun     komandanı  vəzifələrində     çalışmış,     1946-1947-ci     illərdə     isə     
Türkiyə 
Cümhuriyyəti    Milli    Müdafiə    naziri      olmuşdur. Cəmil Cahid bəy 1956-cı ildə vəfat edib. 
5.9. Müsəlman Korpusu və Qafqaz Ġslam Ordusunun 
silah və hərbi texnikası 
Milli    Azərbaycan    hissələrinin    yaradıldığı    andan    üzləşdiyi    əsas    prob-lemlərdən    biri    müasir   
silahların 
çatışmazlığı   idi.   Müsəlman   Korpusunun   komandanı   general-leytenant   Ə.Şıxlinski   öz   xatirələrində   yazırdı   
ki, "bizim əlimizdə silah, cəbbəxana... yox idi". Əgər ərzaq və paltar 
300
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.272-273. 
301
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası, c.2, s.228. 
302
Yenə orada, c.2, s.358. 
303
Yenə orada, c.1, s.282. 
99 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə