Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə63/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   59   60   61   62   63   64   65   66   ...   113

 
 
 
 
 
çatışmazlığını    milli    burjuaziyanın    səyləri   nəticəsində   aradan    qaldırmaq    mümkün    olmuşdusa,    silah    və   
hərbi 
texnika   ilə   təchizat   olduqca   zəif   idi.   Gürcü   və   erməni   milli   hissələri   hələ   müharibə   dövründə   silahla   
təmin 
edilmiş, üstəlik 1917-ci ildə erməni diasporunun səyləri ilə Müvəqqəti Hökumətlə əlaqələr yaradılmış və erməni 
hərbçilər    rus    ordusunda    hərbi    vəzifələrdən    çox    təminat    və    təchizata    cavabdeh    olan    vəzifələri   
tuturdular. 
Bolşeviklər    hakimiyyətə    gəldikdə    də    Qızıl    Ordunun    silah    və    sursatla    təminatına    cavabdeh    olan   
idarələrdə 
ermənilərin sayı kifayət qədər idi. ZK, azərbaycanlı deputatların səylərindən sonra, bəzi rus hissələrinin silah və 
sursatlarının Müsəlman Korpusuna təhvil verməsi barədə qərar qəbul etdi. 1918-ci il yanvarın 7-də "Açıq söz" 
qəzeti yazırdı ki, yaradılmaqda olan Müsəlman Korpusu tədricən Rusiyanın keçmiş 6-cı ordu korpusunu (5-сi və 
7-ci atıcı diviziyalar) əvəz etməlidir, bu korpusun silah və sursatı Müsəlman Korpusuna veriləcək. Əslində isə 
bu  məsələ  yubadılırdı.  Yubadılmanın  səbəbi  bir  tərəfdən  rus  hərbi  hissələrinin bolşevik  təbliğatına  uyması  və 
milli    hissələrə    silah    verməməsi    idisə,    digər    tərəfdən    ZK-nın    rus,    erməni    və    gürcü    deputatları   
rus    hərbi  hissələrindən  Azərbaycan  hissələrinə  silah  ayrılmasını  qəsdən  gecikdirirdilər.  Silah  çatışmazlığı 
problemini  həll  etmək    üçün    yeganə    yol    rus    ordusunun    anbarlarına    hücumlar    təşkil    etmək    idi.   
A.Səfikürdski   bildirmişdi:   ".. 
.Müsəlmanlar   günahkar  deyillər  ki,  komissarlıqda  təmsil   olunan  hökumət   öz  borclarını  yerinə  yetirmədiyi   
bir halda,    zorakı    yolla    silah    əldə    etməyə    məcburdurlar...".
304     
Nəhayət    Zaqafqaziya    Komissarlığından   
tərksilah  prosesini  həyata  keçirmək  üçün  razılıq  alındı  və  bu  prosesdə  Müsəlman  Milli  şuralarının  könüllüləri 
ilə  bərabər  əsas   rolu    Tatar    süvari    alayı    oynamalı    idi.    Lakin    proses    olduqca    çətin    gedirdi.    Belə    ki,   
219-cu    atıcı    alay    öz  silahlarını    Tatar    süvari    alayına    təhvil    verməli    idi    və    bu    barədə    razılıq    əldə   
edilmişdi.    Lakin    bolşeviklərin  təbliğatı    altına    düşmüş    alay    bunu    etməkdən    imtina    etdi.    Təkcə   
Tatar    süvari    alayının    qətiyyəti    nəticəsində  tərksilahı  həyata  keçirmək  mümkün  oldu,  11  pulemyot,  200-
dən  çox  tüfəng,  patronlar,  yük  arabaları,  bir  neçə  əsgər  mətbəxti    və  40-a  qədər    minik  atı    ələ  keçirildi. 
Lənkəranda  4-cü  və  7-ci   sərhəd  alayları  tərksilah  edildi. 
Kərim    bəy    Şaxtaxtinskinin     rəhbərliyi     altında    olan   
Şahsevən dəstələri     İrandan     geri     qayıdan     rus     hissələrinin     
bir      qismini 
tərksilah   edərək   6   pulemyot,   3   min   tüfəng,   85   min   
patron,   10 
yeşik bomba (qumbara) ələ keçirdilər. Yanvarın 15-də Şahsevən 
süvariləri      Astara      Sovetinin      60      nəfərlik      dəstəsini     
tərksilah etdilər.
305
 
Zaqafqaziya     Komissarlığı     hərbi     hissələrin     zabitləri     
ilə razılıq  əldə  edir, lakin  bolşeviklərin təsiri  ilə rus əsgərlərinin 
öz  zabitlərinə        qarşı        çıxıb      (bəzən        isə        öldürüb)       
komissarların dedikləri 
ilə   
oturub-durması
 
razılaşmanı 
pozur, 
bu isə  gözlənilməz
 
hadisələrlə 
nəticələnirdi. 
Belə 
gözlənilməz 
hadisələrdən    biri    1918-ci    ilin    yanvar    ayının    8-10-da    Şəmkir    stansiyasında    baş    verdi.    Şəmkir    dəmir   
yolu stansiyasından   bir   neçə   eşelonun   silahları    vermədən   Bakıya    keçəcəyi    xəbərini   alan   Yelizavetpol   
Müsəlman Milli Komitəsinin üzvləri, Müsəlman Korpusunun komanda heyəti bu eşelonları tərksilah etmək 
qərarına gəldi. Başda   polkovnik   L.   Maqalov   olmaqla   Tatar   süvari   alayı   və   polkovnik   S.   Əfəndiyevin   
rəhbərlik   etdiyi   5-ci Yelizavetpol    alayı    silahları    təhvil    almalı    idilər.    Zaqafqaziya    Komissarlığı    hərbi   
hissələrlə    razılığın    əldə olunmasını bildirmiş, hər ehtimala qarşı bir zirehli qatar və 100 nəfərlik gürcü dəstəsi 
göndərmişdi. Başda milli ziyalılardan Ələkbər və Xudadat bəy Rəfibəyov qardaşları, A. Səfikürdski, X. 
Rüstəmbəyov olan Yelizavetpol Müsəlman Milli Komitəsinin bir çox üzvləri də tərksilahda iştirak etməli idilər.
306   
Yanvarın 6-da Qarayazı dəmir yolu    stansiyasına    bir    eşelon    əsgər    gəlmiş,    Ukraynadan    olan    bu 
əsgərlər    razılığa    əsasən    silahları    bir    vaqona    toplayaraq   
təhvil 
vermiş,     əvəzində     ərzaq     alaraq     yola     salınmışdılar.     Dinc     
yolla  tərksilahın      başa      çatması      digər      eşelonlarla      da     
problemlərin  olmayacağına  ümid  etməyə  imkan  verirdi.  Lakin 
həmin  Qarayazı  stansiyasına    gələn    növbəti    eşelon    büsbütün   
bolşevik    təbliğatına  uymuş,    nəinki    öz    silahlarını    verməmiş,   
hətta    əvvəlki    eşelonun  təhvil  verdiyi  silahları  ələ  keçirməyə 
cəhd etmişdi. 
ZK-nın  göndərdiyi  zirehli   qatar  eşelonun  yolunu  kəsmiş, 
knyaz Maqalov ukraynalılardan götürülmüş silahlarla Müsəlman Milli Komitəsinin üzvlərini silahlandırmışdı.
307
 
Yanvarın 7-si, 8-i və 9-da danışıqlar aparılmış, danışıqları ZK adından polkovnik Maqalov və gürcü dəstəsinin 
komandiri  ştab  -  rotmistr  Abxazava   aparmışdılar.  Bu  "müsəlmanlar  silahları  alandan   sonra  rusları  qıracaqlar" 
deyən     bolşevik     təbliğatının     qarşısını     almalı     idi.     Dəmir     yolu     stansiyasında     10     eşelon     
304
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s. 43. 
305
SüleymanovM.S.Qafqaz İslam Ordusu və Azərbaycan, s.40-42. 
306   
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.43 
307
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.44. 
100 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə