Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə64/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   60   61   62   63   64   65   66   67   ...   113

 
 
 
 
ZK-nın qərarı  ilə razılaşmır,  hətta onu tanımadıqlarını, zirehli qatarın və digər silahların da onlara verilməsini 
tələb    edir,    güc    mövqeyindən    çıxış    edərək    hətta    danışıqlar    üçün    göndərilmiş    parlamentyoru    da   
girov    kimi  saxlayırdılar.    Eşelonlardan    birinin    əsgərlərini    yola    gətirmək    mümkün    oldu,    silahlar   
götürüldü,    götürülmüş  toplardan    birini    A.Səfikürdski    Yelizavetpola    apardı.
308     
Lakin    digər    eşelonlarla   
dil    tapmaq    mümkün    olmadı,  onlar  zorla  yolu  açıb  Bakıya  doğru  irəliləməyi  planlaşdırırdılar.  ZK-nın 
vəzifəli  şəxslərindən  olan  N.Jordaniya  hərbi  rəhbərliklə  telefon  vasitəsi  ilə  danışıqlar  aparmağa  çalşsa  da  heç 
bir  nəticə  əldə  olunmadı.  Yanvarın  9-da  danışıqlar   kəskinləşdi   və   ilk   atəş   səsləri   eşidildi.   Rus   əsgərləri   
dəmir    yolu    stansiyası    və    zirehli    qatarı,    ətraf  Azərbaycan    kəndlərini    atəşə    tutdular.    Cavab    atəşi   
açıldı,    başlayan    döyüşün    gedişində    bir    neçə    mərmi    qonşu  yolda  dayanmış  yanacaq  eşelonuna  dəydi  və 
onu partlatdı. Partlayış və ondan sonra başlayan yanğın nəticəsində 
hər iki tərəfdən    böyük itkilər oldu. Stansiyada 3 hərbi eşelon, iki qatar (onlardan biri sərnişin qatarı) və ZK-nın 
zirehli  qatarı  sıradan  çıxarıldı.  Salamat  qalan  rus  eşelonları  yolu  aça  bilmədilər  və  hadisələri  araşdırmaq  üçün 
Şəmkirə   göndərilən   Zaqafqaziya   Komissarlığının   nümayəndə heyəti  ilə  (rəhbər  kapitan  Strelkovski) 
danışıqları    davam    etdirdilər.
309   
F.Xoyski,    X.    Xasməmmədov,    X.Mə-likaslanov      azərbaycanlı     
döyüşçülər      və əhaliyə     müraciət  edərək  təmkinli  olmağa  çağırdılar.  Uzun  danışıqlardan  sonra  eşelonlar  20 
top, 70 pulemyot, 
15.000   tüfəng   təhvil   verərək   yola   davam   etdilər.
310   
Hadisələri   müsəlmanların   azğınlığı   kimi   qələmə   
verməyə çalışan   bolşevik   mətbuatı   günahı   Zaqafqaziya   Komissarlığı   və   azərbaycanlıların   üzərinə   atır.   
Bu   münasibət 
sovet tarixşünaslığında da öz əksini tapmışdır. Rus tərəfinin itikiləri kitabdan kitaba artırılır və 1983-cü ildə çap 
edil-miş "SSRİ-də  vətəndaş müharibəsi və xarici intervensiya" ensiklopediyasında maksimum həddə çatmışdır. 
Burada    hadisələr    "Şamxor    qırğını"    adlandırılmış,    5    minədək    rus    əsgərinin    qırılması   
göstərilmişdir.
311 
M.  Süleymanovun    fikrincə,    rus    hərbi    hissələrinin   
tərksilah    edilməsi    təkcə    Müsəlman    Korpusunu    silahla    təchiz  etmək    baxımından    deyil,    həm    də   
bolşeviklərin    öz    hakimiyyətlərini    Bakıdan    kənara    yaymaq    cəhdlərinin  qarşısının  alınması  baxımından 
da  vacib  əhəmiyyətə  malik  olmuşdur.  Şəmkir-Bakı  marşrutunda  hərəkət  edən,  bolşevik     təbliğatına     uymuş     
eşelonlar     dəmir     yolu     boyunca     yerləşən     əsas     stansiyaları     tutmaqla     vəziyyəti bolşeviklərin xeyrinə 
dəyişə bilərdilər. Nəticədə onların 
qarşısını  almaq  qeyri mümkün olardı.
312
 
1918-ci ilin əvvəllərindən başlayraq rus hissələrinin tərksilah edilməsi prosesinə Tatar süvari alayının və 
formalaşmaqda olan MK-nın təzə yaradılan hissələrinin qoşulması nəticəsində iri hərbi hissələri tərksilah etmək 
mümkün   olmuşdur.   Şəmkir   stansıyasmda   baş   vermiş   hadisələrdə   də   məhz   onların   sayəsində   eşelonlar   
silahı təhvil    vermək    məcburiyyətində    qalmışdı.    Bir    müddət    silah    təchizatında    problemi 
olmayan    Müsəlman    Korpusu    çox    keçmədi    ki,    yenidən    silah    və    sursata   
ehtiyac 
duymağa  başladı.  1918-ci  il  mart-aprel  aylarında  bolşevik-erməni  qüvvələrinə  qarşı 
döyüşlər nəticəsində sursat tükənmişdi. Silahların ehtiyat hissələri olmadığından, iri 
təmir zavodu və emalatxanalarının Bakıda, düşmənin əlində cəmləşdiyindən silahlar 
sıradan çıxmağa başlamışdı. Bakı Soveti qoşunları bütün lazım olanları Həştərxandan 
-    Sovet    Rusiyasından    dəniz    yolu    ilə    alırdılarsa    Müsəlman    Korpusunun   
hissələri itkiləri    bərpa    edə    bilmirdilər.    Xırdalanadək    irəliləyən    L.Maqalovun   
tabeçiliyində 
cəmi  4  top  və  6  pulemyot  var  idi.  Mart  qırğınlarından  sonra  Zaqafqaziya  hökuməti 
MK-na   100   min   rubl,   2   təyyarə,   1   zirehli   qatar,   silah   və   sursat   ayırmalı   idi,   
lakin zirehli qatarın ayrılması ilə kifayətləndi. Fotoşokillərdən aydın olur ki, 
N.Qosinskinin 
Azərbaycana gəlmiş dəstələrində də əsasən tüfəng və tapançalar var idi. 
1918-ci ilin iyununda Bakı Soveti qoşunları qərbə, Gəncəyə doğru yürüşlərini 
genişləndirəndə   Müsəlman   Korpusunda   silah   və   sursat   problemi   özünü   yenidən   kəskin   şəkildə   büruzə   
verdi. Əlimərdan bəy Topçubaşov Ənvər paşa ilə görüşündə demişdi ki, "Təcrübəli təlimatçılar olarsa, bizim 
əhalidən həm kəmiyyətinə, həm də keyfiyyətinə görə yaxşı qoşun təşkil etmək mümkündür. Ancaq bizdə silah, 
geyim və digər   hərbi   təchizat   çatışmır".
313     
Türk   təlimatçıları   ilə   Azərbaycanda   qoşun   yaratmağı   
planlaşdıran   Osmanlı komandanlığı   Müsəlman   Korpusunun   hissələrini   silahla  təmin   etmək 
üçün    Osmanlı    anbarlarında    yığılmış    rus    silahlarından    istifadə   
etmək istəyirdi. Ərzurum, Olti, Ərdəhan, Qars və Gümrü anbarlarında 
11-12  min  rus  tüfəngi  vardı.
314 
I  Dünya  müharibəsinin  cəbhələrində 
qənimət  kimi   ələ   keçirilən   bu   silahlar   azərbaycanlı   əhalinin   bir   
qisminə   tanış  idi  və  təlim  zamanı  böyük  problemlər  üzə  çıxmamalı 
idi, ən əsası isə 
bu silahlar üçün sur-satı elə Bakı Sovetinin anbarlarından götürmək və 
308
Yenə orada, s.45. 
309
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.46. 
310
Süleymanov M.S. Qafqaz İslam Ordusu və Azərbaycan, s.47. 
311
Гражданская война. Энциклопедия, с.660. 
312
Süleymanov M.S. Qafqaz İslam Ordusu , s.42. 
313
Топчубашев А. Дипломатические беседы, с. 16. 
314
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik 
vəziyyəti, s. 251. 
101 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə