Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə66/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   62   63   64   65   66   67   68   69   ...   113

Şkoda   dağ   qaubitsasının   lüləsinin   qaldırılıb   endirilmə   bucağı   olduqca   böyük   idi   -   56°,   bu   isə   onu   
sıldırımlı 
dağlar və küçə döyüşlərində (evlərin yuxarı mərtəbələrinə atəş açmaq lazım gəldikdə) əvəzsiz edirdi. 
QİO-nun    Osmanlı    komandanlığının    əmrlərində    "Krupp    dağ    topu"    ifadəsinə    rast    gəlinir.   
Sənədlərdə 
"Qüdrətli toplar"adı ilə hansı topların nəzərdə tutulması bizim üçün qaranlıq qalmışdır. 
М1903    növlü    osmanlı    tüfəngi    QİO-nun    piyada    hissələrinin    əsas    silahı    idi.    Bu    növ    tüfənglərin   
əsası 
Belçikanın  Mauzer  sistemli sandıqlı tüfəngi  olmuşdur, lakin Osmanlı  ordusunda tətbiq edilən tüfəng Almaniya 
ordusunun  "Mauzer  98"  tipli  tüfəngi  əsasında  düzəldilirdi.  Dövrün  ən  mükəmməl  atıcı  silahlarından  olmuş  bu 
tüfəngin çapı 7,65 mm, uzunluğu 1240 sm (süngü ilə birlikdə 1750 mm), çəkisi 3,9 kq (süngü ilə birlikdə 4,4 
kq) idi, sandığa 5 patron qoyulurdu. Bu tüfənglərə М1903 növlü süngü (tiyənin uzunluğu 527 mm) taxılırdı.
321
 
Süvari qılıncının tiyəsinin üzərində müharibə rəmzləri (dəfnə çələngi arasında qılınclar, yay-oxlar) həkk 
olunmuş, həmçinin istehsal olunma yeri (Almaniyanın Zolingen hərbi zavodu) qeyd edilmişdi. 
MATM-ın   kolleksiyasında   qurunan   və   osmanlı   zabitlərinin   silahlarından   olan   “Parabellum,   model   
08" 
növlü   tapança   1914-1917-ci   illərdə   Almaniya   istehsalı   modifikasiyasına aiddir. 
Tapançanın   çapı   9  mm, 
uzunluğu  217  mm, çəkisi  890  qram idi, sandığa  8 patron  qoyulurdu. Digər zabit silahı, "Mauzer, model 1896" 
növlü tapança rəsmən heç bir dövlət tərəfindən qəbul olunmasa da, I Dünya müharibəsində iştirak etmiş bir çox 
dövlətlərin zabitləri tərəfindən istifadə edilirdi. Almaniya istehsalı olan bu tapançanın çapı 7,63 mm, uzunluğu 
276 mm, çəkisi 1,1 kq idi, sandığa 10 patron qoyulurdu.
322
 
Xayrem S.Maksimin pulemyotları sırasında Almaniyada istehsal edilən növlər xüsusi yer tutur. Türkiyəyə 
bu   pulemyotun   MG.09   növü   satılırdı   (kalibr   7,65   mm).
323     
Xüsusi   xizəkli   dəzgahı   olan   bu   pulemyot   
Rusiya 
istehsalı   olan   pulemyotdan   cüzi   fərqlənirdi.   Bu   dəzgahlı   pulemyot   əsasında   MG   08\15   əl   pulemyotu   
istehsal  edilirdi.    Eyni    quruluşa    malik    olan    bu    pulemyotun    ayrı-ayrı    detallarının    çəkisi    azaldılmış    və   
bunun   hesabına pulemyotun ümumi çəkisi azaldılmışdır. Pulemyot Antanta ölkələrinin əl pulemyotlarından ağır 
idi.
324
 
Osmanlı qoşunlarının "Alman növlü" əl qumbaraları əsasən canlı qüvvəyə qarşı istifadə edilir, 0,820 kq 
çəkiyə malik idilər. Ehtimal ki, döyüşlərdə rus əl qumbaralarından da istifadə edilirdi. 
321
Жук А.Б. Стрелковое оружие. Москва, 1992, с. 500, 507, 670 
322   
Жук А.Б. Стрелковое оружие, с. 233, 235, 291, 295. 
323
Федосеев С. «Максимы» - германская линия //Оружие, № 12, 2007, с.8-10. 
324   
Федосеев С. «Максимы» - германская линия //Оружие, № 1, 2008, с.11-12. 
104 
 


 
 
 
 
6. Tərəflərin məqsəd və planları 
6.1.Qırmızı Ordu komandanlığının 
məqsəd və planları 
1918-ci    ilin    iyununda    hücuma    başlayan    Qırmızı    Ordu    qarşısında    konkret    məqsədlər    qoymuşdu.   
Bu, 
mövcud şəraiti nəzərə almaqla Bakı Soveti rəhbərliyinin siyasi iradəsini həyata keçirməkdən ibarət idi. Qırmızı 
Ordu Bakı-Yelizavetpol (Gəncə) istiqaməti ilə irəliləməli, hücum əsasən dəmir yolu boyunca təşkil edilməli idi. 
Qeyd etmək lazımdır ki, dəmir yolu boyunca hücum təsadüfi element olmamışdır. Rusiyada genişlənməkdə olan 
vətəndaş müharibəsinin ilkin mərhələsinin əsas döyüş əməliyyatları    forması  kimi    qiymətləndirilən  "eşelon 
müharibəsi"   tərəflər   arasında   bütöv  cəbhə   xəttinin   olmaması   şəraitində   meydana   çıxmışdı.   Vuruşan   
tərəflərin vahid   ön   və   arxa   cəbhələri   yox   idi,   qoşunların   say   tərkibi   geniş   ərazilərdə   döyüş   aparmağa   
imkan   vermirdi. 
Əməliyyatların dəmir yolu boyunca aparılması aşağıdakı üstunlükləri təmin edirdi: 
arxa    cəbhədən    döyüşən    hissələrə    ehtiyat    qüvvələri    və    təminat   
vasitələrinin    tez  çatdırılması,    dəmir    yolu    xətləri    boyunca    çəkilmiş    teleqraf   
(bəzi    yerlərdə    telefon)  xətləri    vasitəsi    ilə    qoşunların    idarə    olunması.    Bu   
səbədən    döyüşlər    əsasən    dəmir  yolu  xətləri,        boyunca  yerləşən  yaşayış 
məntəqələri  uğrunda  aparılır,  əsasən zirehli qatarlardan istifadə edilirdi. Döyüşlərin 
gedişində  taktiki  məqsədlər      bu  və  ya  digər  dəmir  yolu  stansiyası,  bəzən  isə 
dəmir  yolu  qovşağının  ələ  keçirilməsi,  dəmir  yolu  körpülərinə     nəzarətin     təşkil     
edilməsi      ilə      şərtlənirdi.
325       
Döyüş      əməliyyatlarının  gedişində    qoşunlarının   
sayının    artması,    onların    araba      və    avtomobillərlə    təmin  edilməsi,      süvari 
hissələrin  piyada  hissələrə  nisbətən  saylarının  artırılması,  təminat  məsələlərinin 
yaxşılaşdırılması döyüş əməliyyatları aparılan ərazilərin genişlənməsi 
və      onların      tədricən      dəmir yolu      xətlərindən      uzaqlaşmasına      səbəb olurdu 
Bolşeviklərin   vətəndaş   müharibəsində   "eşelon   müharibəsi"nə   üstünlük   
verməsinin bir səbəbi də dəmir yolu qovşaqları olan şəhərlərdə fəhlələrin çoxsaylı 
olması və bu 
fəhlələrin     bolşeviklərin     dayağı     olmasından     irəli     gəlirdi.     1918-ci     ilin     
yayında 
başlanan   hüсumun   əsas   istiqamətinin   dəmir      yolu      boyunca 
həyata    keçirilməsi    təsadüfi    seçim   
olmamışdır.  Plana   əsasən,   eşalonlar   L.Bİçeraxovun   dəstəsilə   birləşəndən   sonra   Kürdəmir-Yevlax-Gəncə,   
Şamaxı-Göyçay- Kaxetiya-Tiflis   istiqamətlərində   yürüş   təşkil   edilməli   idi.   Yelizavetpol   quberniyası   və   
Gürcüstanda    yaşayan  ermənilər  Qırmızı    Ordu  yürüşə  başlayan  kimi    üsyan  qaldırmalı    və  rəqib  arxasında 
ikinci   cəbhə  açmalı   idilər. Əməliyyatların   uğurlu   gedişi   və   Qırmız   Ordunun   Gəncəyə   yaxınlaşması   ilə   
erməni   dəstələrinə   başçılıq   edən,  müsəlman    kəndlərinə    hücumlar    təşkil    edən    Andronik    öz    qüvvələri   
ilə    Zəngəzurdan    Qarabağa,    oradan    isə Yevlaxa yürüş həyata keçirməli idi. 
Tərtib edilmiş plan Bakı Sovetinin bolşevik rəhbərləri, eləcə də Bakı Soveti, "Daşnaksutyun" partiyası və 
Erməni  Milli  Şurasının  rəhbərlərinin  məqsədlərinə  tam  cavab  verirdi.  Azərbaycan 
xalqının öz müqəddəratını həll etmək istəyini inqilabi Rusiyaya qarşı xəyanət kimi 
qarşılayan,  "Müsavat”ın  sosial  bazasının  məhv  edilməsinə  can  atan  bolşeviklər  bu 
yolda  ermənilərin  timsalında  müttəfiq  tapmışdılar.  1918-ci ilin  mart-may  aylarında 
Bakı    quberniyasında    azərbaycanlıların    məhv    edilməsini    nəzərdə    tutan 
 
planın həyata  keçirilməsində    qazanılmış    uğurlar    bolşevik-erməni   
cütlüyünün    Gəncə, sonra     isə    Tiflis     istiqamətində 
yürüşünün     
uğurla    həyata      keçiriləcəyinə      ümid  bəsləməyə    əsas    verirdi.    Azərbaycan   
milli    hərbi    qüvvələrinin 
zəifliyi 
və 
tam 
formalaşmaması,  ZK  və        Seyminin        azərbaycanlıların        problemlərinə       
biganə münasibəti ciddi müqavimətin olmayacağı təsəvvürünü yaradırdı. 
Bakı    neftinə    sahib    olmaq    üçün    istənilən    qüvvə    ilə    birləşməyə    hazır   
olan 
Rusiyanın      bolşevik      hökumətinin      Bakı      Sovetinin      bütün      plan      və     
tədbirlərini dəstəkləməsi    mümkün    itkilərin    sürətlə    bərpa    edilməsinə    ümid   
doğururdu.    Bakı 
neftinə olan ehtiyac Sovet Rusiyasının siyasi rəhbərliyini S.Şaumyan və onun əlaltılarının Bakı quberniyasında 
törətdiyi   cinayətlərə  göz  yummağa   vadar   etmişdi.  Ehtimal   etmək  olardı   ki,  Rusiya  kifayət   qədər  neftlə  təmin 
olunduqda növbəti cinayətlərə də göz yumulacaqdı. 
Beləliklə, bolşeviklər tərəfindən 1918-ci ilin yayında hazırlanmış plan istər hərbi, istər hərbi-siyasi, istərsə 
də siyasi baxımdan düşünulmüş olduğundan, mövcud qüvvələr onu həyata keçirməyə qadir idi. 
325   
Гражданская война. Энциклопедия, с.675. 
105 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə