Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü


Sentrokaspi Diktaturası komandanlığının



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə67/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   63   64   65   66   67   68   69   70   ...   113

 
 
6.2. Sentrokaspi Diktaturası komandanlığının 
məqsəd və planları 
Sentrokaspi Diktaturasına gəldikdə, ehtimal ki, onun xüsusi hərb planları olmamışdı. Belə ki, avqustun 1- 
də  fəaliyyətə  başlayan  qurum  ağır   reallıqla  üzləşmişdi:   Qafqaz  İslam  Ordusu  Bakının  həndəvərində  idi, onun 
qarşısını almaq üçün Diktaturanın öz qoşunları yoxdu. Bakı Sovetindən "miras" qalmış qoşunlarda ermənilərin 
sayı   artmışdı   (Biçeraxov   öz   qoşunları   ilə   cəbhə   xəttindən   çəkilmiş,   3   min   nəfər   bolşeviк   döyüşçüsü   
Bakıda  meydanlarının  birində  düşərgə  quraraq  Diktaturanın  əmrlərinə  tabe  olmurdu).  Diktaturanı  təşkil  edən 
qüvvələr  keçmiş    imperiyanı    əvvəlki    sərhədlərində    saxlamaq    uğrunda    mübarizə    aparır,    bu    səbəbdən   
azərbaycanlıların  fəaliyyəti    separatçılıq    kimi    qəbul    edilərək    rədd    olunurdu.    Uzunmüddətli    hərbi   
manevrlər    üçün    qüvvələri    və  bacarıqları  olmayan  Diktatura  ingilislərin  köməyi  ilə  Bakını  QİO-dan 
qorumağı planlaşdırır, sonra isə, ehtimal 
ki,   “Vahid   və   bölünməz   Rusiya   uğrunda"   mübarizə   aparan   Denikinlə   əlaqə   saxlayacaq   və   onu   Bakıya   
dəvət edəcəkdirlər (hər halda, Biçeraxovla aparılan danışıqlar və 1919-cu ildə keçmiş Diktatura üzvlərinin 
fəaliyyəti 
belə  etimalı  irəli  sürməyə  əsas  verir).  Qeyd  etmək  lazımdır  ki,  bolşeviklərin  hakimiyyəti  devrilib  Sentrokaspi 
Diktaturası    qurulanda    qoşunların    etnik    tərkibində    elə    də    böyük    dəyişikliklər    baş    vermədi.   
Əvvəlki    kimi,  qoşunlarda    erməni    hissələri    üstünlük    təşkil    edirdi.    Qatı    bolşeviklər    istisna    olmaqla   
digər    komandirlər    öz vəzifələrində qaldılar. 
6.3. Ġngilis komandanlığının məqsəd və planları 
Bakını elə keçirmək Böyük Britaniya siyasi rəhbərliyinin çoxdankı arzusu idi. İstər bu dövrdə, istərsə də 
sonrakı dövrlərdə hazırlanmış planlar sübut edir ki, İngiltərənin aşağıdakı məqsədləri olmuşdur: Bakı neftinə və 
onun  Avropaya  nəqli  marşrutlarına  nəzarət  etmək;  Bakı  limanına  sahib  olmaqla  bütün  Xəzər  dənizinə  nəzarət 
edən    donanma    yaratmaq;    düşmən    Osmanlı    dövləti    ilə      əlaqələr    qurmuş    və    müttəfiq    olmuş   
qurumları    (o  cümlədən  Azərbaycan  Xalq  Cümhuriyyətini)  ləğv  edib  əvəzində  Cənubi  Qafqaz  və  Orta 
Asiyada  ingilismeylli  xırda  dövlət  qurumlarından  antirus  və  antibolşevik  zolaq  təşkil  etmək.  Bu  qlobal 
məqsədlərin həyata keçirilməsi 
1917-ci  ildə  hazırlanmış  və  icrası  general  Denstervilə 
tapşırılmış      planın      reallaşdırlmasından      asılı      idi.     
Generalın 
yazılarından    aydın    olur    ki,    hadisələrə    müdaxilə    etmək   
üçün 
kifayət     qədər     qüvvəsi     olmayan     ingilis     hərbi     
komandanlığı 
Gürcüstana  təlimatçılar  göndərərək  rus,  gürcü  və  erməni  hərbi 
hissələrini    yenidən    təşkil  etməklə 
 
"türk-alman   
təhlükəsinə 
qarşı'' 
mübarizə 
aparmaq 
niyyətində 
idi. 
Təlimatçıların rəhbəri 
Denstervil    olmalı    idi.    Generalın   
qeydləri 
"Osmanlı      ordusunun      yorğunluğu      və     
az 
olması",  gürcü 
və  ermənilərin 
isə 
göstərir    ki,   
onlar 
ehtiyatlara     
malik 
"öz 
torpaqlarını 
qoruduqlarına  görə  böyük  ruh  yüksəkliyi  ilə  vuruşacağına"  və 
bütün    əməliyyatları    təmin    edəcək    "ingilis    qızılına"    ümid    edirdilər.    Lakin    real    vəziyyəti    öz    gözləri   
ilə    görən  general      Denstervil      Gürcüstana      keçməyə      imkan      tapmadı      və      planları      dəyişdi.      O,     
mövcud     qarışıqlıqdan,  bolşeviklərin  nüfuzunun  düşməsindən  istifadə  edərək  Bakıda  möhkəmlənmək,  əsasən 
ermənilərdən  təşkil  edilən  qoşunları   silah   və   təlimatçılarla   təmin   edərək   QİO-nu   geri   oturtmaq   fikrinə   
düşdü.    Təbii    ki,    onun    bu    planı  komandanlıq    tərəfindən    dəstəklənmişdi,    çünki    Mesopotamiya    və   
Hindistandan    Denstervilin    tabeçiliyinə  əlavə  qüvvələr,      zirehli      avtomobillər,      top      hissələri,      aviasiya     
göndərilmişdi.     Avantüra     xarakterlı     plan     QİO-nun tərkibindəki Osmanlı  hissələrinin  yorğunluğuna, azər-
baycanlı  könüllülərdən  təşkil  edilmiş  hissələrin  zəifliyinə,  erməni  rəhbərlərinin  vəd  etdikləri  "erməni 
qoşunlarının  qəhrəmanlıqları”na,  ingilis  hərbi  texnikası  və  maliyyə  gücünə    arxalanırdı.    Lakin    elə    ilk   
döyüşlər    göstərdi    ki,    torpaqlarının    azadlığı    uğrunda    vuruşan    və    mart  soyqırımının    qurbanlarının   
qanını    yerdə    qoymamağa    can    atan    azərbaycanlılar,    onlara    dəstək    olan    və    qardaş  xalqın      azadlığı     
yolunda      canlarını      qurban      verən      türklər      qəhrəmanlıqla      vuruşurlar.      Azərbaycan      Xalq 
Cümhuriyyəti    hökuməti    olmazın    çətinliklərlə,    iqtisadiyyatın    tənəzzülə    uğradığı    şəraitdə    QİO-nu    canlı   
qüvvə,  nəqliyyat  vasitələri  və  ərzaqla  təmin      edir,  müttəfiq  Almaniyanın  ikiüzlü  siyasətindən  hiddətlənən 
Ənvər  paşa  tam    qələbə    çalanadək    vuruşmaq    əzmini    nümayiş    etdirirdi.    İngilislərin    müttəfiq   
düşərgəsində    isə,    general  Denstervilin    sözləri    ilə    desəк    "erməni    koloniyası    və    bolşeviklər    QİO-
nun    hücumuna    qarşı    vuruşurdular.  Ermənilərə    nifrət    bəsləyən    gürcülər    onlara    kömək    etmirdilər...   
Biz   onlara   nə   ilə   kömək   edə   bilərik?   Mənim 
106 


 
 
 
 
fikrimcə,  bu  mümkün  deyil.  Təkcə  qoşunlar  qayda-qanunu  bərpa edə  bilər,  bizim isə  qoşunlarımız  yoxdur...". 
Nəticədə  Denstervil   yeni   plan  tərtib  edir.  Bu  planı   öz  qeydlərində  aşağıdakı  şəkildə   göstərmişdir:  "Onlar  tam 
əldən düşənədək bir-birilərini öldürməkdə davam etməlidirlər, bəlkə onda biz orada qayda-qanun yarada bildik". 
Başqa   sözlə   desək,   ingilis   qoşunları   evakuasiya   edilir,   lakin   QİO-ya   qarşı   vuruşan   qüvvələri   
dəstəkləyir   ki, 
döyüşlər davam etsin və tərəflər bir-birlərini elə zəiflətsinlər ki, ingilislər yenidən Bakıya qayıda bilsinlər. 
Beləliklə, hadisələrin gedişi zamanı ingilis hərbi rəhbərliyinin üç planı ilə üzləşirik: 1-ci plan (1917-ci ilin 
sonlarında  hazırlanmış,  1918-ci  ilin  may  ayında  2-ci  planla  əvəz  edilmişdir):  rus,  gürcü  və  erməni  qoşunlarını 
nizamlayıb    Almaniya    və    Osmanlı    qoşunlarına,    sonra    isə    bolşeviklərə    qarşı    müdafiə    təşkil    etmək;   
2-ci    plan  (1917-ci   ilin   iyunun   əvvəllərində   hazırlanmış,   1918-ci   ilin   avqustun   sonlarında   3-cü   planla   
əvəz   edilmişdir): Bakıda möhkəmlənərək erməni qoşunlarını silah və sursatla, təlimatçılarla təmin etmək, QİO-
nun hücumlarının qarşısını almaq, vaxt qazanmaq, əlavə ingilis qoşunları gələndən sonra hücuma keçmək); 3-cü 
plan (1918-ci ilin avqustun sonlarında hazırlanmış, ingilislərin sentyabrın 14-də evakuasiyası nəticəsində həyata 
keçirilməmişdir):  ingilis    qoşunlarını    Bakıdan    evakuasiya    etmək,    Sentrokaspi    Diktaturasını    hərtərəfli   
dəstəkləmək    (silah,    sursat,  təlimatçılar,  Biçeraxovun  qüvvələri),  döyüşlərin  davam  etməsi  və  tərəflərin 
zəifləməsinə nail olmaq. 
6.4.Qafqaz Ġslam Ordusu komandanlığının 
məqsəd və planları 
Qafqaz İslam Ordusunun komandanlığının hərbi planları siyasi məqsədlərlə şərtlənirdi. Azərbaycan Xalq 
Cümhuriyyəti   hökumətinin  aşağıdakı   məqsədi  var  idi:   düşmənin  kimliyindən  asılı   olmayaraq   bolşevik-erməni 
və  ya  ingilis-erməni)  işğal edilmiş  əraziləri  azad etmək,  Bakının  azad 
edilməsindən    sonra    paytaxt    şəhəri    olduğundan    ölkəni    idarə   
edəcək  qurumları      orada      təşkil      etmək,      Azərbaycanın      ərazi     
bütövlüyü      və  müstəqilliyini    təmin    etmək    üçün    milli    ordunu   
təşkil   etmək.   Osmanlı 

326 
dövlətinin     siyasi     planları     müxtəlif     təsirlərlə     
üzləşsə 
əsasən 
dəyişilməz      qalmışdır:      Azərbaycan      hökumətinin      dövlət      və     
ordu 
quruculuğu,      ölkənin      müstəqilliyi      və      ərazi      bütövlüyünün     
təmin edilməsi     sahəsindəki     fəaliyyətini     dəstəkləmək,     1918-ci     il     
4     iyun 
müqaviləsinin    bütün    şərtlərini    tam    həyata    keçirmək).   
Azərbaycan, 
Gürcüstan     və     Osmanlı     dövlətləri     arasında     24-27     iyul     1918-
ci     il tarixlərində    imzalanmış     "Batum    arasında     petrol     (neft)     
mübadiləsi 
haqqında itilafnamə" (Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Əlavə 2, s.584) və Bakı 
azad    edilən    kimi    dərhal    anbarlarda    neft    ehtiyatlarının    hesablanması    (Budak    M.Nuru    paşanın    Qafqaz   
İslam 
Ordusu haqqında raportu // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.466) 
göstərir ki, Osmanlı dövləti Bakının neft resurslarını müharibənin davamı üçün istifadə etmək fikrində idi. 
QİO    təşkil    edilərkən    onun    jaradılmasının    məqsədləri    əhaliyə    müracəitdə    açıqlanmışdı:   
ermənilərin 
ingilislərlə   birləşərək   Bakını   işğal   etməsinə   
maneçilik 
törətmək;       Bakıda   müsəlmanlar       və   
bolşeviklər 
arasındakı     müharibəyə     müdaxilə     etmək;     Bakı     ilə     bağlı     "almanların     ehtiraslarına     mane     olmaq";     
Qafqaz 
müsəlmanlarını təcavüzdən qurtarmaq" .
327
 
Ənvər    paşanın    tərtib    etdiyi    ilkin    fəaliyyət    planı    reallıqdan    uzaq   
olsa    da  (təlimatçılar    göndərərək    yerli    qüvvələrdən    ordu    təşkil    etmək),
328       
Nuru    paşanın  Azərbaycana  gəlişi  və  QİO-nu  təşkil  etməyə  başlamasından  sonra 
hazırladığı  planda  real  hərbi-siyasi  vəziyyət  nəzərə  alınmışdı.  Azərbaycanlı 
zabitlərin  iştirakı  ilə  tərtib  edilmiş    plan  düşmənin  qüvvələrini,  öz  imkanları, 
təminat    və  təchizat    məsələlərini,  isti    iqlim  və    relyefi    nəzərə  alaraq   
hazırlanmışdı.  Düşmən    tərəfindən    təklif    edilmiş  "eşelon    müharibəsi"    döyüş   
əməliyyatlarının   aparılması   üsulu   faktiki   olaraq   qəbul olunmuş, 
əsas
 
hücum istiqaməti Gəncə-Bakı  dəmir 
yolu 
boyunca 
müəyyənləşdirilmişdi.      Lakin      əlavə      türk    hissələrinin    göndərilməsi,     
azərbaycanlı  könüllülərdən   ibarət   yeni   hərbi   hissələrin   təşkil   edilməsi   iyulun   
sonlarında   döyüş 
326
İlhaqçılar Azərbaycan ərazilərini, daha sonra isə Şimali Qafqazı azad edib Osmanlı dövlətinə əyalət şəklində daxil etmək, yerli hökumətləri ləğv etmək 
təklifi  ilə istər sultan  və onun  ətrafı, istərsə də Nuru paşaya  təsir göstərməyə çalışırdılar,  lakin  son nəticədə Ənvər paşanın  Azərbaycanın  müstəqilliyini 
dəstəkləmək ideyası qalib gəldi. 
327
Süleymanov M. Qafqaz İslam Ordusunun quruluş, hazırlıq və səfərbərlik vəziyyəti, s.234 
328
Maraqlıdır ki, istər İngiltərə, istərsə də Osmanlı dövləti  I Dünya müharibəsi cəbhələrində elə böyük itkilər vermişdilər ki, 1917-ci ilin sonlarında tərtib 
etdikləri    planlarda    müttəfiqləri    qar-qar    ya    qoyma    nəzərdə    tuturdular;    lakin    onların    siyasi    məqsədlərinin    genişliyi    son    nəticədə    ingilis    və   
osmanlı 
əsgərlərinin yenidən döyüş meydanında üz-üzə gəlməsi ilə nəticələnmişdir. 
107 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə