Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə68/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   64   65   66   67   68   69   70   71   ...   113

 
 
 
 
əməliyyatları   gedən   ərazilərin   genişləndirilməsi   üçün   imkan   yaratdı.   Yürüş   tədricən   bir-birindən   aralanan   
iki 
istiqamətdə aparılmağa başladı: qoşunların bir qrupu (əsas qüvvələr) Ağsu-Şamaxı-Mərəzə-Abşeron-Bakı, digər 
qrupu    isə    Kürdəmir-Hacıqabul-Ələt-Sanqaçal-Bakı    istiqaməti    ilə    irəliləyirdi.    Eyni    zamanda    yerli   
könüllü 
dəstələr    təşkil    edilərək    ermənilərin    Azərbaycanın    qərb    sərhədlərində,    Zəngəzur,    Naxçıvan    və   
Qarabağda qarşısını    almalı    idi.    Kür    çayının    aşağı    axarı    boyunca    (Cavad-Salyan    istiqaməti)   
azərbaycanlı    kəndlərindən 
toplanan    könüllülərdən    ibarət    hərbi    hissələr    təşkil    edilərək    Kür    çayının    şimal    sahilində    sipər   
yaradılmışdı   ki,  (Muğanda    antiazərbaycan    hərbi    qüvvələrin    QİO-ya    arxadan    endirilə    biləcək    zərbənin   
qarşısını   almaq   üçün) həmin qüvvələr Salyan və Lənkərandan bolşeviklərin qovulmasına nail olmuşdular. 
7.    DöyüĢ əməliyyatlarının gediĢi 
7.1.      5-ci Qafqaz piyada firqəsinin Azərbaycana gəliĢi 
1918-ci ilin iyunun 4-də Azərbaycan Cümhuriyyəti ilə Osmanlı dövləti arasında imzalanan müqavilənin 
IV    maddəsi    Azərbaycana    hərbi    kömək    göstərilməsi    üçün    birbaşa    hərbi    qüvvələrin    göndərilməsinə   
imkan yaratdı. Osmanlı komandanlığı 5-ci Qafqaz piyada firqəsini istifadə etməyi planlaşdırırdı.      Batumda     
cəmləşən firqənin 
hissələri  Gürcüstan  dəmir  yolları  vasitəsilə  tezliklə 
Azərbaycana       göndərilə       bilərdi,       lakin       Bakı       neftində       gözü       
olan 
Almaniyanın    ikili    siyasəti    nəticəsində    bu    yol    bağlanmışdı:    türk   
hərbi hissələrinin 
Gürcüstan 
dəmir 
yolları 
vasitəsi 
ilə
 
daşınmasına  Gürcüstanda    yerləşən    alman    qoşunları   
qadağa    qoymuşdular.
329     
Eyni  zamanda      almanların      Azərbaycanın     
Qazax-Ağstafa      bölgələrində      öz hakimiyyətlərini  yaratmaq       
cəhdlərinin       qarşısı       türk      zabitlərinin rəhbərliyi  ilə  təşkil  edilmiş 
könüllü dəstələr və 9-cu türk ordu hissələri tərəfindən alınmışdı. 
İyunun    2-də    Azərbaycana    gəlməsi    nəzərdə    tutulan    5-ci   
Qafqaz  piyada    firqəsinin    2-ci    mürəttəb    süvari    alayı    Cəlaloğluda,   
Azərbaycan  sərhəddi      yaxınlığında      mövqe      tutmuşdu.      O,     
Azərbaycan      könüllü  dəstələri      ilə      bərabər      QİO-nun      əsasını     
təşkil      etdi.      Hissənin      birinci  vəzifəsi    Ağstafadan    Gəncəyə   
qədər    dəmir    yolunun    təhlükəsizliyinin  təmin    edilməsi    idi.   
Batumdan    Ağstafaya    qədər    piyada    halda    və    ya  arabalarda
 
daşınan 
türk 
ordu   hissələri  Ağstafada  qatarlara 
mindirilməli    və    Gəncəyə    göndərilməli    idi.
330     
Türk    qoşunlarının   
2-ci  süvari      alayının      bölmələri      (komandir      Zehni      bəy)      və     
azərbaycanlı  könüllülərdən  ibarət  süvarilər    Qazax-Gəncə    dəmir 
yolunu  mühafizəyə  götürərək  iyunun  5-də  ilk  qatarları  qəbul  etməyə 
hazır  oldular.  İyunun 
4-də    9-cu    piyada    alayı    (1336    nəfər,    10    pulemyot,    2    top)   
Azərbaycan  sərhəddini  keçdi  və  iyunun  9-da  türk    qoşunlarının    2-ci    süvari  alayı  və  9-cu  piyada  alayı  tam 
heyətlə Gəncədə cəmləşdilər.    Bu    iki    alay 
"Gəncə    müfrəzəsi    (dəstəsi)"    adı    ilə    taktiki    qrupda   
birləşdirildi.
331     
Gəncədə    türk hərbçilərinin   necə   qarşılanmasını   Azərbaycanda   bir   müddət   xidmət   etmiş   
Naki    Keykur    "Azerbaycan    İstiklal  Mücadelesi  Hatiraları"  əsərində  belə  təsvir  edir:  "Türk  birliyi  Gəncədə 
böyük  bir  mərasimlə  qarşılandı.  Gəncə  xalqı  şəhər  meydanını  doldurmuşdu.  Dövlət  idarələri  və  məktəblər 
bağlanmış, şagirdlər toplu halında meydanda düzülmüşdülər.     Müharibə     illərində     rusların     işğal     etdikləri     
Türkiyənin     şərq     vilayətlərindən     toplanarak,
332
 
329
1918-ci  il  iyunun  8-də  imzalan  müqaviləyə  əsasən  Gürcüstana  alman  qoşunları  yeridilmişdi.  Əvvəlcə  3000  nəfərlik  qüvvə  tədricən  artırıldı.  Bundan 
istifadə edən alman hərbi komandanlığı Gürscüstanın daxili və xarici işlərinə qarışırdı. Gürcüstanda almanların 6400 nəfərlik qüvvəsi var idi. Rıhtım M. 
İngilislərin Bakı və Xəzər dənizinə, s.513. 
330
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.109. 
331
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.113. 
332
Müharibə dövründə Türkiyənin Diyarbəkr və Anadolu bölgələrinin bir hissəsi çar ordusu tərəfindən işğal ediləndə erməni dəstələri fürsətdən istifadə edərək 
minlərlə  türk-müsəlmanı   qətlə   yetirmişdilər.   Onların   vəhşilikləri  hətta   rus  zabitlərini  də  dəhşətə  gətirmişdir. Bir çox  yerlərdə ailələri  ermənilər tərəfindən 
məhv edilən uşaqlar rus zabitləri tərəfindən toplanmış, Azərbaycana gətirilmiş yerli xeyriyyə təşkilatları onları öz himayəsinə götürmüş, uşaq evlərinə və ya 
ayrı-ayrı ailələrə paylamışdılar. Türk uşaqlarını öz uşaqları kimi qəbul edən azərbaycanlıların mərhəməti hətta rus məmurlarını da heyrətləndirmişdi. 
108 


 
 
 
 
Xeyriyyə    Cəmiyyəti    tərəfindən    Azərbaycanın    hər    şəhərində    yerləşdirilən    kimsəsiz    uşaqların    dörd   
yaşından 
yuxarı    olanları    da    toplu    halında    meydanda    idilər.   Meydanın    ətrafını    saran    qadınlı-kişili    xalq    hey   
əsgərlərə baxırdı. Sevincdən hər kəsin gözləri yaşarmışdı. Uşaqlar əsgərlərə yaxınlaşır, əllərinə sarılır, hardan 
olmalarını 
bildirirdilər.    Əsgərlər    də    hər    bir    uşağa    nəvaziş    göstərib    onları    oxşayırdılar.    Bu    əsnada    bir    çığırtı   
eşidildi,    9  yaşındakı  bir  uşaq  atasını  tanımış,  onlar  bir-birlərinə  sarılmışdılar,  ətrafdakı  minlərlə  insan  bu 
mənzərəni görüb ağlayırdılar. Bu, sevinc göz yaşları idi".
333
 
İyunun 6-da Qırmızı Ordunun hissələri Hacıqabul istiqamətində hücuma başladılar.
334   
Onların qarşısında 
yalnız   knyaz   L.Maqalovun   rəhbərliyi   ilə      müsəlman   Korpusunun   dəstəsi   (minə   yaxın   döyüşçü)   
dayanmışdı. Düşməndən qat-qat zəif olan bu dəstənin hərəkətləri hər halda Qırmızı Ordunun hücumunu az da olsa 
ləngidirdi. 
İyunun   7-də   3-cü   Ordu   komandanı   5-ci   Qafqaz   piyada   firqəsinin   əsas   hissələrinin   iki   kalon   
şəklində 
Gəncəyə   doğru   hərəkət   etməsi   barəsində   əmr   verdi.   Əmrdə   
göstərilirdi ki, türk hərbi hissələrinin Ağstafada qəbul edilib qatarlara 
mindirilməsini azərbaycanlı    hərbçi    Nazım    bəy    İbrahimzadə    və   
onun    adamları    təşkil etməlidirlər.
335   
Əmrə əsasən hərəkətə başlayan 1-ci 
kalonda (qədəmədə) firqənin  qərargahı,  19-cu  piyada  Qafqaz  alayı,  9-cu 
alayın  26-cı  taboru, Şnayder    dağ    topçu    taboru,    istehkam    bölüyü,   
teleqraf    taqımı,    orkestr bölüyü    (cəmi    147    zabit,    2812    əsgər    və   
698    heyvan), 
2-ci   
kalonda (qədəmədə) 13-cü      piyada Qafqaz alayı, güclü dağ topçu taboru, 
səhiyyə bölüyü,   24-cü   səyyar   xəstəxana,   mətbəx   taqımı   (cəmi   110   
zabit,   2763 
əsgər və 668 heyvan) hərəkət etməli idi.
336   
Göründüyü kimi, dəstələr təşkil edilərkən qəfil döyüş ehtimalı nəzərə 
alınmışdı, bu səbəbdən dəstələrdə üç qoşun növünün hər biri bərabər şəkildə qeyd edilmişdir: gürcü və alman 
qoşunları    ilə    toqquşma    istisna    edilmirdi.    Hərbi-siyasi    vəziyyətin    kəskinləşməsi    qoşunların    Batum-
Artvin- 
Ərdahan-Qarakilsə-Dilican-Ağstafa   marşrutu   ilə   hərəkətə   başlayıb   sürətlə   irəliləməsini   tələb   edirdi.   
Qazaxda firqəyə Səbri əfəndinin rəhbərliyi ilə yerli könüllü dəstəsi qoşuldu. 
333
Yuceer N. Birinci Dünya savaşında, s.80. 
334
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.84. 
335
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.113. 
336
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.116. 
109 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə