Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə69/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   65   66   67   68   69   70   71   72   ...   113

 
 
 
 
 
 
7.2. Qafqaz Ġslam Ordusunun üzləĢdiyi ilk rəqiblər və 
bu döyüĢlərin nəticələri 
Qırmızı Ordunun hissələri həm Şamaxı yolu ilə, həm də dəmir yolu xətti boyunca irəliləyirdilər. Hərəkət 
boyu bolşevik-erməni hissələri müsəlman kəndlərini məhv edir, əhalini qırır, erməni əhalisini silahlandırırdılar. 
Azərbaycan      hökumətinin      QİO-nun      komandanlığından      əsas     
tələbi      bu  qırğınların  qarşısını  almaq  idi.  Ona  görə  də  bütün  hissələrin   
toplanmasını  gözləmədən,      mövcud      hissələrlə      düşmən  üzərinə 
getmək, onu Gəncədən 
mümkün    qədər    uzaqda    qarşılamaq    qərarı   
qəbul 
müharibəsi      zamanı      Diyarbəkr      və     
Anadoluda, 
Azərbaycanda 
baş 
verən 
hadisələr 
sübut 
təcavüzkarlığının    bir    xüsusiyyəti    var:    hər   
zaman 
edildi.    Lakin    I   
Dünya 
1918-ci      ilin     
yayında 
edirdi 
ki, 
erməni 
dinc    əhali    kimi   
qəbul 
edilən    ermənilər    birdən-birə    silahlanıb    ətraf    türk-müsəlman   
kəndlərinin 
əhalisinə     divan     tuturlar.     Gəncədə     erməni     qəsəbəsinin     əhalisi     
inqilab dövründə    silah yığmış və hətta 600 nəfərdən ibarət tam təşkil olunmuş,    tüfənglər və pulemyotlarla 
silahlanmış tabora malik idi.
337   
Taborun Gəncəçay üzərindəki körpüyə nəzarətçilər qoyması, şəhərin erməni 
hissəsinə keçən azərbaycanlılara      atəş      açması      Gəncə      ermənilərinin      xislətindən      xəbər 
verirdi.    Gözləmək    olardı    ki,    türk    və    Azərbaycan    hərbi    hissələri   
Qırmızı  Orduya  qarşı  hərəkət  edən  zaman  erməni  taboru  müsəlman 
məhəllələrinə  hücum    edəcək,    sonra    isə    Qırmızı    Ordu    ilə    vuruşan   
QİO-nun    arxasında  təxribatlar    törədəcək.    Bu    səbəbdən    şərqə    doğru   
hərəkət    etməzdən    əvvəl  erməni    taboru    tərksilah    edilməli    idi.   
Tərksilahı    Gəncə    müfrəzəsi    həyata  keçirməli    idi.    Digər    problem   
Yelenendorf    almanlarının
338   
təşkil    etdikləri  taborun    mövcudluğu    ilə   
bağlı    idi.    Tabor    dörd    piyada    və    bir    pulemyot  bölüyündən  ibarət 
olmuşdu. Ona Rusiya ordusunda xidmət keçmiş zabitlər 
rəhbərlik edirdilər.
339   
Taborun odlu silahlara, о cümlədən 4 pulemyota malik olması sonralar problem təşkil edə 
bilərdi.  Dəstənin  komandanlığı  birinci  növbədə  bu  problemin  həllinə  nail  oldu. Qəsəbənin  rəhbərliyi  ilə  əlaqə 
saxlanılmış,  onlara  ya  əməkdaşlıq, ya  da tərksilah təklifi  verilmişdi. Türkiyənin Almaniya  ilə  müttəfiq  olaraq, 
bolşevik   hakimiyyətinə   qarşı   mübarizə   aparmasını   bilən   alman   icmasının   rəhbərləri   türk   qoşunları   ilə   
birgə əməliyyatlarda iştirak etməyə razılıq verdilər.
340
 
Alman taboruna türk zabiti komandir təyin edilmişdi. Tabor Zurnabad-Hacıkənd xəttində yerləşdirildi və 
bununla Gəncə ermənilərinin ətraf erməni kəndləri ilə əlaqəsi kəsildi. Dəstənin hissələri iyunun 10-da gecə saat 
23.30-da  şəhərdən  çıxmış,  Yelenendorf  istiqamətində  hərəkət  etmiş,  ermənilərin  nəzarət    etdikləri   
körpülərdən aralı çayı keçdikdən sonra sürətlə Gəncəyə doğru irəliləmiş və iyunun 
11-nə səhər tezdən  şəhərin  erməni  məhəlləsini  mühasirəyə  almışdı.  Süvari  alayın 
döyüşçüləri 
4    erməni    müşahidəçisi    və    keşikçini    əsir    götürdülər.    Dəs-tə    məhəllələrə   
qəfil 
hücum edə  bilərdi, lakin  komandanlıq  itkilərin  qarşısını  almaq  üçün  ermənilərlə 
silahı yerə qoymaq barədə danışıqlar aparmağa üstünlük verdi. Danışıqlar üçün 2 
zabit göndərildi (türk zabiti Səbahəttin Əfəndi və azərbaycanlı zabit Səməd bəy), 
lakin    ermənilər    parlamentyorlara    atəş    açdılar.
341     
Bundan    sonra    erməni   
taboru  hücuma  keçərək,  mühasirəni  yarmağa  çalışdı.  Lakin  bu  onlara  nəsib 
olmadı,  hər 
iki      tərəf      itkilər      verdi.      Türk      qoşunundan      13      nəfər      həlak      olmuş,     
7      nəfər  yaralanmışdı.    Türklərdə    bu    qədər    itkinin    olması    əsgərlərin   
evlərin    arasındakı  ağaclıq    və    bağlara    səpələnməsi    və    qəfildən    orda   
gizlənmiş    ermənilər    tərəfindən  atəşə    tutulması    ilə    bağlı    idi.    Ermənilərin   
əlinə    keçmiş    bir    neçə    türk    əsgərinin  cəsədi  doğranaraq  tanınmaz  hala 
salınmışdı.
342
 
Dəstə komandanlığı bir Yelenendorf almanını erməni hissəsinə göndərərək 
tərksilah  olunmayacaqları 
təqdirdə  top  atəşinə  tutulаcaqlarını  bildirdi. 
Ermənilərdən    bir    keşiş,    bir    zabit    və    bir    komissar    ağ    bayraqla    dəstə    komandiri    Cəmil    Cahid    bəyin   
yanına 
gəldilər,     tərksilah      olunmağa      razılıq      əldə      edildi.      Lakin      ermənilər      silahları     təhvil      vermədilər     
və      dəstə komandanlığı   ultimatumu   yenidən   təkrarlamalı   oldu.   Ehtimal   ki,   ermənilər   ətraf   kəndlərdə   
gizlənmiş   erməni 
337
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.183. 
338
Hələ XIX əsrin  əvvəllərində Rusiya  hökuməti  Azərbaycan  ərazisinə Almaniyanın Vyurtemberq vilayətindən kəndli əhalini köçürmüş, onların bir çoxu 
Azərbaycanı özlərinə ikinci vətən sayaraq burada yaşayırdılar. 
339
Yuceer N. Birinci Dünya savaşında, s.80. 
340
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.82. 
341
Yuceer N. Birinci Dünya savaşında, s.81. 
342   
Yenə orada, s.81. 
110 
 


 
 
 
 
dəstələrinin köməyini gözləyir, sonra isə Qırmızı Ordunun onlara yetişəcəyinə əmin idilər. İyunun 12-də səhər 
ermənilər    silahlarını   təhvil    vermədikləri    üçün    şəhərin    erməni    məhəlləsinə    bir   neçə    top    mərmisi    atıldı.   
Тор 
atəşinin davam edəcəyindən qorxan ermənilər tərksilaha razı olduqlarını bildirdilər. Lakin könüllü olaraq cəmi 
150  silah təhvil  verildiyindən  türk döyüşçüləri erməni məhəllərində  axtarışlara  başladılar,  iyunun  13 və  14-də 
erməni məhəlləsi mühasirədə saxlanılaraq silah toplanması davam etdirildi.
343
 
Yelenendorfun    alman    taboru    ilə    davranışı    göstərdi    ki,    türk   
hərbi  hissələrinin  komandanlığı  qan  tökülməsinin  qarşısını  almaq  üçün 
danışıqlar  aparmaq  və  ortaq  məxrəcə  gəlmək  fikrindədir  və  bunu  uğurla 
həyata keçirir. Gəncə erməni taboru ilə baş verən hadisələr isə sübut etdi ki, 
hər  rəqib  bunu  başa      düşmür.      Erməni      taborunun      komandanlığı     
türk      komandanlığının  danışıqlar    təklifini    zəiflik    kimi    qəbul    etmiş,   
tərk-silah    tələblərinə    məhəl  qoymamış,    köməyin    gələcəyinə    arxayın   
olaraq    silahsız    parlamentyorlara 
atəş açmış,
344   
top atəşi təhlükəsi yaranan kimi iradələrini itirərək tərksilaha razılıq vermiş, lakin öz xislətlərinə 
uyğun olaraq silahları gizlətməyə çalışmışdılar. 
7.3. Qaraməryəm döyüĢü (1918-ci il 18 iyun) 
İyunun 11-də Gəncə müfrəzəsi erməni taborunun tərksilahı ilə məşğul olanda türk ordusunun 5-ci Qafqaz 
piyada  firqəsinin  1-ci   kalon  Qazaxa  çatdı   və  dəmir  yolu  ilə  Gəncəyə  daşınmağa  başladı.  Həmin  gün  Qırmızı 
Ordunun  10  mindən  artıq qüvvəsi  güclü  hücuma  keçərək  polkovnik  L.Maqalovun  2  mindən  az  olan  dəstəsini 
geriyə   sıxışdırırdı.
345     
Maqalovun   döyüşçülərinin,   ilk   növbədə   Tatar   süvari   alayının   döyüşçülərinin   
təcrübəsi, onlara  qoşulmuş  könüllülərin  əzmkarlığı  dəstənin  mühasirəyə  düşməsinin  qarşısını  aldı.  Tədricən  geri 
çəkilən Maqalovun    qərargahı    Ucarda    təşkil    edildi.    Müdafiə    mövqeləri    hazırlanana    qədər 
irəliyə    polkovnik    Qlebovun    rəhbərliyi    ilə    bir    dəstə    göndərildi.    Sığırlı   
dəmir    yolu stansiyasını  qorumağa  çalışan  dəstə  düşmənin  üstün  qüvvələrinə  iyunun 
11-də  bütün  gün    ərzində    müqavimət    göstərmiş,    lakin    saat    21-ə    yaxın    geri   
çəkilməyə    məcbur olmuşdu.  Qələbəyə  böyük  əhəmiyyət 
verən
 
S.Şaumyan 
V.Leninə 
teleqram  göndərmişdi.
346         
Bolşevik-
erməni      hissələri      Ağsu      istiqamətində      azərbaycanlıların  könüllü  dəstələrini     
geri  ataraq  Göyçay  istiqamətində  irəliləyirdi.
347   
Ucar  stansiyasına gəlmiş   H.Səlimov   
əldə    etdiyi    kəşfiyyat    məlumatlarına    əsasən,    QİO-nun    Ərkani-hərb  rəisi  Nazim 
bəyə  və  MK-nın  komandanına  göndərdiyi  raportlarda  düşmənin  3  piyada taboru,   bir   
qaubitsa    və    bir    mortir    batareyası,    dəmir    yol    bölüyü,    süvari    bölməsi    ilə 
hücum  etdiyini,  daim  bu   qüvvələrin    artmasını  bildirmiş,  Maqalovun  onların 
qarşısını ala bilməyəcəyini proqnozlaşdırmışdı. 
348
Sovet tarixşünaslığında göstərilir ki, 
iyun-iyul    aylarında    tərəflər    arasında    döyüşlər    üç    istiqamətdə    aparılırdı:   
şimal-şərq 
Şamaxı-Göyçay istiqaməti, mərkəzi dəmir yolu boyunca Hacıqabul-Kürdəmir-Ucar istiqaməti, cənub-şərq Kür 
çayı sahili.
349
 
İyunun 12-də əlavə qüvvələri də döyüşə yönəldən bolşevik-erməni komandanlığı L.Maqalovun dəstəsini 
geri atdı və Kürdəmir d/yolu stansiyasını  ələ keçirdi.
350   
Hücum edən korpusun qərargahı, 2-ci briqadanın əsas 
hissələri,    təminat    bazaları    dərhal    Kürdəmirə    köçürüldü.    Q.Korqanov    sağ    və    sol 
cinahlardan   
bataqlıqlarla 
qorunan   (Qafqaz   Hərbi   Dairəsinin   1903-cü   il    hərbi-topoqrafik   xəritəsində   bu   bataqlıqlar   aydın   
görünür)   və 
yalnız    mərkəzdən    çox    dar    sahədə    hücuma    məruz    qala    bilən    Kürdəmiri    gələcək    əməliyyatların    əsas   
bazasına  çevirirdi.    4-cü    briqada    şimaldan    irəliləyərək    İsmayıllı    kəndlərini    dağıdır,    insanları    qırır,   
Dağıstandan    gələ biləcək köməyin qarşısını almağa çalışırdı.
351
 
Maqalovun itkilər verən dəstəsində 900 yaxın döyüşçü qalmış və artıq Yevlaxa real təhlükə yaranmışdı. 
Buna  baxmayaraq,  Nuru  paşa tabeçiliyində  olan  yeganə  real qüvvə-10-cu  Qafqaz piyada  alayını
352   
dəmir  yolu 
343
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.287. 
344
XIII   əsr   sərkərdəsi   Çingiz   xanın   dövründən   başlayaraq   Monqol   dövlətinin   hərb   qanunlarından   biri   parlamentyorlara   atəş   açan   yaşayış   
məntəqəsinin 
dağıdılmasını,   əhalisinin    məhv    edilməsini    tələb    edirdi;    insanpərvər   türklər    bu   qanunu    heç    vaxt   icra    etmir,    yalnız    günahkarların   
cəzalandırılması    ilə 
kifayətlənirdilər, halbuki ermənilərin bütün tarixləri, о cümlədən XX əsrdə Azərbaycan ərazilərində törətdikləri vəhşiliklər onlara qarşı məhz Çingiz xanın 
adı çəkilən qanunun tətbiq edilməsinin ədalətli addım olmasını labüd edir. 
345
Кязымзаде Ф. Борьба за Закавказье, с.68. 
346
Большевики в борьбе за победу, с.507. 
347
Yuceer N. Birinci Dünya savaşında, s.83. 
348
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.191. 
349
Гражданская война. Энциклопедия, с. 145. 
350   
Большевики в борьбе за победу, с.507 
351
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.85. 
352
9-cu piyada alay Gəncədə ermənilərin tərksilahını bitirməmiş, digər hissələrsə hələ Ağstafada qatarlara minərək Gəncəyə təzəcə daşınmağa hazırlaşırdı. 
111 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə