Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə7/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   2   3   4   5   6   7   8   9   10   ...   113

 
 
limanında    üzərində    xaç   təsviri    olan    qədim   Ermənistan    bayrağı    peyda    olub",   Bakı    İctimai    İclasının   
zalında 
"ermənilər qədim Ermənistanın xəritəsini satırdılar". Qubernator raportları bilərəkdən diqqətsiz qoyurdu. Qafqaz 
komandanı    dəftərxanasının    vitse-müdiri    isə    "Bakı    ermənilərinin    birləşmək    arzuları"    barəsində    məxfi   
raport 
göndərmişdi. 
"Daşnaksutyun"     partiyası    və    erməni     Milli     Şurası    bolşeviklərlə    öz    səylərini     birləşdirməyə   
başladı. Bolşeviklər Bakı və Azərbaycanı Sovet Rusiyasının, daşnaklar isə mifik "Böyük Ermənistan"nın tərkib 
hissəsi 
kimi    görürdülər.    Onların    son    məqsədləri    fərqlənsə    də,    bu    mərhələdə    yalnız   bir    rəqibləri    var    idi    -   
öz   milli 
partiyalarını,  ilk  növbədə  "Müsavat"ı  dəstəkləyən  yerli  azərbaycanlı  əhali.  Siyasi  rəqibin  məhv  edilməsi  üçün 
şüurlu    surətdə    etnik    təmizləmə     kursu     seçildi.     Bakı     Soveti     Bakı     quberniyasında    azərbaycanlıların   
məhv 
edilməsini nəzərdə tutan cinayətkar planın həyata keçirilməsinə başladı. Onun tabeçiliyində əsasən ermənilərdən 
təşkil edilən "Qırmızı qvardiya" adlı qoşun var idi. Milli qırğına rəhbərlik məqsədilə martın 30-da Bakı Soveti 
nəzdində İnqilabi Müdafiə Komitəsi adlı qurum yaradıldı.
34
 
1918-ci      il      martın      30-da      erməni-bolşevik      "Qırmızı      qvardiya"sı      Bakının      azərbaycanlılar     
yaşayan məhəllələrinə hücum etdi.
35   
Martın 31-də hücum siyasi mənsubiyyətindən asılı  olmayaraq bütün türk-
müsəlman  əhalisinin    qırğını    xarakterini    aldı.    Ermənilər    evləri    yandırır,    insanları    oda    atırdılar.   
Onlar    milli    memarlıq  incilərini,    məktəbləri,    xəstəxanaları,    məscidləri    və    digər    binaları    dağıtmışdı,   
Bakının    böyük    hissəsini    məhv  etmişdilər.    Mart      soyqırımı      nəticəsində      təkcə      Bakıda      12      min     
nəfər      qətlə    yetirilmişdi.
36       
Bolşevik-daşnak  birləşmələri    azərbaycanlıları    Quba,    Salyan,    Lənkəran   
qəzalarında    da    məhv    edirdilər.    Aprelin    3-dən    16-dək  daşnak    qrupları    Şamaxının    dinc    əhalisinə   
qarşı    qanlı    qırğınlar    törət-dilər.    Burada    7    min    dinc    müsəlman  öldürüldü,    72    kənd    məhv    edildi.   
Quba    qəzasında    daşnak    dəstələri    162    kənd    yandırmış,    16    min    müsəlman  qırmışdılar.   
Azərbaycanlıların    soyqırımı    1918-ci    ilin    ortalarınadək    davam    etmiş,    bu    müddətdə    50    MĠNDƏN 
ARTIQ (!) AZƏRBAYCANLI QƏTLƏ YETĠRĠLMĠġDĠ.
37
 
Hadisələrin    şahidlərindən    olan    A.N.Kvasnik
38       
yazırdı:    "Mən,    Aleksandr    Naumoviç   
Kvasnik,    Bakı  şəhərində,  Kilsə  küçəsi  ev  №  138-də  yaşayıram,  yəhudiyəm,  həddi-büluğa  çatmışam.  Bakı 
şəhərində 1918-ci il martın 17-dən 21-dək (köhnə təqvimlə) olanlar barəsində aşağıdakıları deyə bilərəm. Bakı 
şəhərində bu ilin 17- 
21    mart    tarixlərində    baş    vermiş    hadisələri    təmiz   
vicdanla 
"Əvvəlcə    Bakı,    sonra    isə    əyalətlərdə    müsəlmanları   
fiziki 
məhv      etmək,      əmlaklarını      ələ      keçirmək      və      təbii     
olaraq "onların 
  bütün 
var-dövləti  və siyasi
 
üstünlüyünün"  ermənilərə  keçməsi  məqsədi  ilə 
erməni  əhalisinin  müsəlman  əhaliyə    qarşı    qanlı    sui-
qəsdi"   adlandırmaq   olar.   Hər   halda əvvəlki    hadisələr
 
(1905-1906-cı 
 
illər) 
 
ermənilərin 
qaniçənliyi,    məkri    və    xəyanətindən    başqa    heç    bir   
digər  səbəbdən  yaranmayan  indiki  hadisələr  qarşısında 
sönürlər...  Səhərdən    mən    azacıq    açıq    olan   
pəncərədən    küçədə    baş verən hadisələri 
    müşayiət
 
edirdim.  
Tatarların  (azərbaycanlıların)    bir   
qrupu   onların   üzərinə   hücum   çəkən 
düşmənlərlə    çox    pis    atışırdı.    Bu    bolşevik    dəstələrində    müharibənin    bütün    qanunları    ilə    hücum   
aparan   cəbhə əsgərləri var idi. Onlar tatarlarla vuruşaraq ədalətli iş gördüklərindən əmin idilər; onlar belə başa 
düşürdülər  ki,  tatarlar  hakimiyyətə  gəldikdən  sonra  ölkənin  keçmiş  sahibləri  olanlara  divan  tutacaqlar.  Lakin 
rusların arxasınca 
hər    biri    başdan    ayağadək    silahlanmış    5-10    nəfər    adamdan    ibarət    kiçik    erməni    dəstələri    hərəkət   
edirdi.   Bu dəstələrdə 2-3-cü sinif şagirdlərindən başlamış (gimnaziyalar nəzərdə tutulur) yaşlı ermənilərə qədər 
bütün kişi 
erməni əhalisi iştirak edirdi. Onların hamısı əsgəri və ya yarıəsgəri paltarları geymiş, 3 və daha çox cərgəsi olan 
patrondaş,  tüfəng,  tapança və  xəncərlərlə  silahlanmışdılar.  Erməni  əhalisinin  bütün  siniflərinin  nümayəndələri 
bu    "müharibədə"    iştirakı    öz    müqəddəs    "borcları"    hesab    edirdilər;    burada    neft    sabibkarları,    neft   
mühəndisləri,  həkimlər,    kontor    işçiləri    var    idi,    bir    sözlə    erməni    əhalisinin    bütün    təbəqələri    öz   
"vətəndaş"    borclarını    icra  edirdilər...    Ermənilər  hiss  edirdilər  ki,    mart    hadisələrinin  ardınca    əsil    aclıq   
başlayacaq.    Ona    görə    onlar    bütün  ərzağı    özləri  ilə    götürür    və    bununla    erməni    əhalisini  neçə    ay 
əvvəldən   ərzaqla  təmin   edirdilər.   Doğrudan  da, 
34
Известия Бакинского Совета, 1917 год, 14 декабря. 
35
İsgəndərov А. Azərbaycan Xalq Cümhuriyyəti // Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz İslam Ordusu toplusu. Bakı, 2008, s.43-44; İsgəndərov A. 
1915-1920-ci  illərdə   Azərbaycanda  türk   və   müsəlmanlara   qarşı,  həyata  keçirilən   soyqırımlar  Azərbaycan   Xalq   Cümhuriyyəti   və   Qafqaz   İslam 
Ordusu toplusu, s.70-71. 
36
Дарабади П.Г. Военные вопросы, с.108. 
37
Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 26 mart 1998-ci il tarixli fərmanı ilə hər il 31 mart günü azərbaycanlıların soyqırımı günü kimi 
qeyd edilir. 
38   
Mart soyqırımlarının şahidlərinin arxivlərdə qorunan ifadələri Solmaz Rüstəmova - Tohidi tərəfindən «Zerkalo» qəzetində silsilə məqalələr şəklində çap 
edilib.   Kitabda   qəzetin   müvafiq  nömrələrində   verilən   məqalələrdən   istifadə   edilib   (С.Рустамова-Тогиди.   Этого   забыть   нельзя.   //   Зеркало,   31   
март, 
7,14, 21, 28 апрел, 5,12, 19, 26 мая, 2,9,15,23,30 июня, 7,14,21,28 июля, 4,11,18,25 августа, 1,8,15,22,29 сентября, 6,12,20 октября 2007 года). 
15 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə