Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə70/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   66   67   68   69   70   71   72   73   ...   113

 
 
xəttindən aralı yerləşən Göyçay-Qaraməryəm şosse yolu istiqamətində cəmləşdirdi. Tədqiqatçı M.Süleymanov 
qeyd   edir   ki,   hadisələrin   sonrakı   inkişafı   göstərdi   ki,   qərar   çox   incəliklə   düşünülmüş   bir   qərar   idi   
və    Nuru  paşanın    döyüşlərin    gedişində    qəbul    etdiyi    strateji    əhəmiyyətli    qərarlardan    biri    idi".
353     
Doğrudan    da,    xəritəyə  baxdığda   aydın   olur   ki,    Qaraməryəm    və   Göyçay   arasında   möhkəmlənə   bilən   
qoşunlar    Kürdəmir-Ucar    dəmir  yolu    boyunca    irəliləyən    düşmənə    sağ    cinahdan    təhlükə    yaradaraq,   
hətta    arxadan    zərbə    vuraraq    bu    qüvvəni  Kürdəmirdə  olan  əsas  bazadan  ayıra  bilərdi.  Nəticədə,  ayrılmış 
dəstəni  mühasirəyə  salmaq  olardı.  10-cu  Qafqaz  piyada    alayının    hissələri    Ağstafadan    qatarlarla    birbaşa   
Ucara    çatdırıldı    və    oradan    Qaraməryəmə    yollandı.  Müsüslü-Kürdəmir    istiqamətində    düşmənin   
irəliləməsini    ləngitmək    üçün    kapitan    İ.İsrafilovun    rəhbərliyi    ilə  MK-nın    zirehli    qatarı,    Müəmmər   
əfəndinin    Ağdaş    könüllülərindən    təşkil    edilmiş    bölüyü    göndərildi.    Onlar Maqalovun  dəstəsi  ilə  birləşdi 
və vahid qüvvəyə QİO-nun Ərkani hərb rəisi Nazim bəy komandan təyin edildi. Nazim bəy yenidən qruplaşma 
apardı, bu isə MK-nın rus və gürcü zabitlərinin narazılığına səbəb oldu.
354   
İyunun 
14-də zabitlərin bəziləri cəbhəni tərk etdi. Teleqraf xəttində işləyən rus zabit və məmurları da öz postlarını tərk 
etdilər  ki,  buda  Nazim  bəyin  qüvvəsinin  QİO-nun  komandanlığı  ilə  rabitə  əlaqəsinin  qurulmasında  problemlər 
yaratdı. Döyüş gedən şəraitdə onsuz da az olan azərbaycanlı mütəxəssislərin tapılıb gətirilməsi, rabitənin bərpa 
edilməsi  düşmənin  genişlənən  hücumuna  qarşı  döyüş  şəraitində  həyata  keçirilirdi.
355   
Baş  verənlərə  Rüşdü  bəy 
maraqlı qiymət vermişdir: "Vətən və irqinə mərbut olan azərbaycanlı türk ancaq 
qanını   sevgili   milləti   və   məmləkəti   üçün   axıda   bilər.   Yoxsa   gürcülər   və   ruslar 
vəziyyətin ciddiyyətini və təhlükəsini görüncə dərhal sivişmək yolunu ararlar".
356
 
şəraitdə    Azərbaycan    zirehli    qatarının    irəli    keçərək    düşmən    qüvvələrinə   
atəş açması,    öz    azsaylı    qüvvələrinə    atəşlə    dəstək    olması    vəziyyəti   
sabitləşdirirdi 
(təsadüfi    deyil    ki,    türk    komandanlığı    tərəfindən    orden    və    medallara   
təqdim  edilənlərin    siyahısında    zirehli    qatarın    komandiri    İ.    İsrafilovun   
adı    birincilər sırasında idi).
357
 
Qaraməryəm    kəndi    Qaraməryəm    tirəsi    üzərində    yerləşir    ki,    bu   
möv-  qelərdə      möhkəmlənən      tərəf      düzən      əraziləri      nəzarət      altında     
saxlaya      bilər.  Qaraməryəm  ətrafında  türk  qoşun  hissələrinin  cəmləşməsinin 
təhlükəli  olmasını  anlayan    bolşevik-erməni    komandanlığı    qüvvələrin    bir   
hissəsini    (1-ci    və    3-cü 
briqadalar)  10-cu  piyada  Qafqaz  alayına  qarşı    yönəltdi.
358   
Döyüşlərin  ağır  keçəcəyini    əvvəlcədən  görən 
Nuru  paşa    3-cü    Ordu    komandanı      Vehib    paşaya    göndərdiyi      raportda    5-ci      Qafqaz    piyada   
firqəsinin    hələ    tam  cəmləşmədiyini  qeyd  edir,  imkan  olarsa  əlavə  qüvvələr  istəyir  və  ən  əsası,  döyüş 
sursatının olduqca az olmasını 
bildirirdi. Döyüşən hissələrin hər döyüşçüsünün 200 patronu var idi, topların mərmi ehtiyatı da cüzi idi.
359
 
Nazim     bəyin     hissələrini     gücləndirmək     üçün     Gəncədən     bir     süvari     bölüyü     ona     göndərildi.     
Cavad məntəqəsində   dayanan   mayor   Nazim   Ramazanovun   dəstəsi   ona   tabe   edildi.   İstehkam   bölüyü   
Gəncəyə   gələn 
kimi onun sərəncamına göndəriləcəyi bildirildi. Süvari və istehkamçı hissələrin Müsüslü-Kürdəmir istiqamətinə 
göndərməkdə   məqsəd   bu   hissələrlə   düşmənin   arxasına   keçmək,   gözlənilmədən   zərbə   endirmək,   onun   
zirehli 
qatarlarının arxasında dəmir yollarını sıradan çıxarmaq idi. Ağdaş və Göyçay milli bölükləri Qaraməryəm tərəfə 
göndərildi.   Nazim  bəy   iyunun   15-də   Nuru   paşaya   raport   göndərərək   Qaraməryəm 

 
Müsüslüdən eyni vaxtda 
başlayan
 
hücumla    Kürdəmirə    tərəf    hərəkət    edib,    oranı    sürətli    həmlə    ilə    azad    etməyi    təklif    etdi. 
Bolşeviklərə    arxadan    zərbəni    N.Ramazanov    vurmalı    idi.    Lakin    belə    əməliyyat    üçün    kifayət   
qədər    qüvvə  olmadığından,    düşmən    mövqeləri    kəşfiyyat    baxımından    öyrənilmədiyindən    Nuru    paşa   
razılaşmadı.
360     
İyunun 
15-də türk ordusunun 5-ci Qafqaz piyada firqəsinin əsas hissələri Gəncə ətrafında cəmləşdilər. Həmin gün 10-cu 
Qafqaz    piyada    alayı    Göyçay    ətrafında    toplaşmış    erməni    kəndlərinin    dəstələrini    qismən    tərksilah   
etdi.    Bu  dəstələr    Qırmızı    Ordu    hissələri  ilə    əlaqə    saxlayırdı.  Qaraməryəm  döyüşü    başlayanda    onların   
QİO-na   arxadan zərbə vuracağı ehtimalı böyük idi. 
İyunun 16-da saat 9.00-da Qırmızı Ordunun 3-cü briqadası Qaraməryəm istiqamətində MK -nın dəstəsinə 
hücum    etdi    (dəstədə    L.Maqalovun    azərbaycanlı,    gürcü    və    dağıstanlı    döyüşçüləri    var    idi),    qüvvələr   
nisbətinin  düşmənin  xeyrinə      olmasına  baxmayaraq  МК-nın  dəstəsi  7  saat  ərzində  öz  mövqelərindən 
çəkilmədi.  Sursatın  tükənməsi  və  düşmənin  döyüşə  3-cü  briqadanın  əlavə  hissələrini  yeritməsi  ilə  dəstə 
Qaraməryəm  kəndini  tərk  etdi.
361       
Kür      üzərində      Yevlax      körpüsünün      əhəmiyyəti      strateji      xarakter     
almışdı:      körpünün      partladılması  Qaraməryəm-Müsüslü    istiqamətində    vuruşan    QİO-ya    əlavə   
hissələrin    və    sursatın    gətirilməsi    işini    yubada 
Belə 
353
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.192. 
354
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.192. 
355
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.193. 
356
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.193. 
357
Токаржевский Е.А. Из истории иностранной интервенции, с. 110. 
358
Süleymanov M.S. Azərbaycan Ordusu, s.95. 
359
Süleymanov M. Qafqaz islam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.294. 
360   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.194. 
361   
Токаржевский Е.А. Из истории иностранной интервенции, с.111. 
112 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə