Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə71/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   67   68   69   70   71   72   73   74   ...   113

 
 
bilərdi. Bu səbəbdən bolşeviklər silahlı gəmilərlə Kür  çayı ilə irəliləyərək, xüsusi dəstə göndərməklə körpünü 
partlatmağı   planlaşdırdılar.
362     
Bunun   qarşısını   almaq   N.Ramazanova   tapşırıldı.   O,   Kür   çayı   sahili   ilə   
hərəkət  etməli,  düşmən  gəmiləri  və  quru  qüvvələrinə  rast  gəldikdə  onların  hərəkətinin  qarşısını  almalı  idi. 
İyunun 16-da 
Cavad   bölgəsində   mövqe   tutmuş   dəstədə   Azərbaycan  könüllülərindən   başqa,   bir  türk  piyada   bölüyü,   bir   
türk 
pulemyot   taqımı   (hər   ikisi   10-cu   Qafqaz   piyada   alayından),   iki   rus   topu,   140   azərbaycan   süvarisi   var   
idi.
363
 
Müsüslü   istiqamətində   həmin   gün   əhəmiyyətli   hadisələr   baş   vermədi,   yalnız   10-cu   alayın   30-cu   taboru   
ətraf erməni kəndlərinin dəstələrini itki vermədən darmadağın etdi. 
İyunun 17-də Qırmızı Ordunun Müsüslü istiqamətində başladığı hücum MK və Azərbaycan könüllüləri 
tərəfindən  dayandırıldı.  Uğuru  davam  etdirmək  məqsədi  ilə  10-cu  türk  piyada  alayının  komandirı  Osman  bəy 
QİO-nun Ərkani Hərb rəisi Nazim bəyə Qaraməryəm istiqamətində gözlənilmədən hücuma keçməyi təklif etdi. 
Lakin   hücuma   keçmək   üçün   nə   kifayət   qədər   sursat   ehtiyatı   toplanmış,   nə   də   düşmənin   qüvvə   və   
mövqeləri barəsində  məlumat  var  idi. Üstəlik,  Nazim  bəy  və  Osman  bəy nə  Nuru  paşaya,  nə  də  Ə.Şıxlinskiyə 
öz  planları  barədə   məlumat   verməmişdilər.
364     
10-cu    piyada    alayı   piyada    halda    Qazaxa    gəlmiş,    dəmir   
yolu    ilə    Göyçaya  iyunun  15-də  gətirilmiş,  istirahət  etmədən  rus  və  erməni  kəndlərinin  dəstələrini  tərksilah 
etməklə məşğul olmuş 
və   döyüşçülər   fiziki   baxımdan   çox   zəifləmişdilər.
365     
10-piyada   alay   bölüklərinin   böyük   ərazidə   
səpələnməsi, 
hücumu    dəstəkləmək    üçün    alayın    ehtiyat    qüvvəsinin   olmaması    və    cinahları    qorumaq    üçün    heç    bir   
tədbirin  görülməməsi    hücumu    avantüra    səviyyəsinə    endirdi.  Üstəlik    Göyçay,    Ağdaş    və    Yevlax,   
həmçinin    ətraf    yollar  Azərbaycanın  şərq  bölgələrindən  bolşevik-erməni  qətllərindən  canlarını  qurtarmış 
qaçqınlarla  (təxmini  sayı  400  minə  çatırdı)  dolu  idi.
366 
Yolların  boşaldılması,  qaçqınlardan  könüllü  dəstələrin 
toplanması işi təzəcə başlamışdı. 
Nazim bəy Müsüslüdə, Osman  bəy isə Qaraməryəm istiqamətində idi. İyunun 18- 
də    səhər    tezdən    10-cu    alayın    29-cu    taboru    Müsüslü,    28-ci    və    30-cu   
taborları  Qaraməryəm      istiqamətində      artilleriya      hazırlığı      olmadan     
hücuma      başladılar. Taborların   Qaraməryəmə   yürüşü   cəmi   iki   dağ   topu   ilə   
müşayiət    olunurdu    ki,    bu  topların    da    mərmi    ehtiyatı    az    idi.
367     
Azərbaycan    süvari    hissələri    hücuma    cəlb  edilməmişdi.      Günorta      saat     
12-yə      yaxın      buraxılmış      səhvlər      özünü      göstərdi.  Türklərin   28-ci   taboru   
Qırmızı    Ordunun    16-cı    və    17-ci    taborlarının    cəbhədən    və  cinahlardan   
açdığı    atəş    nəticəsində    böyük    itkilər    verdi.    Qızmar    günəş    altında    bir 
çatışmamazlıq da özünün biruzə verdi: türk hissələrində içməli su ehtiyatı yox idi. 
Qırmızı    Ordunun    18-ci    taborunun    döyüşə    qoşulması    28-ci    türk   
taborunu    geri  çəkilməyə  vadar  etdi.  Taborda  yaranan  çaşqınlıq  panika 
səviyyəsinə  çatırdı,  lakin 
30-cu türk taborunun nəhayət ki, döyüş yerinə çatması və 28-ci taboru dəstəkləməsi 
vəziyəti sabitləşdirməyə imkan verdi.
368   
Baş verənlər barəsində xəbər tutan    Nazim 
bəy 
günəşin      altında   29-cu  taboru      Müsüslüdən   Qaraməryəmə   göndərdi.   Tabor   bolşevik   hissələrinin   
sol  cinahına  zərbə  vurmaqla  onları  20  verst  sıxışdırdı  və  beləliklə  28-ci  tabora  olan  təhlükə  tam  aradan 
qaldırıldı.  Lakin  bolşeviklərin  bütün  qüvvələrinin  29-cu  tabora  qarşı  yönəldilməsi  onun  Veysəlli  kəndi 
istiqamətində geri 
çəkilməsinə    səbəb    oldu.    Qırmızı    Ordunun    21-ci    taboru    türklərin    29-cu    taborunun    döyüşdən   
çıxmasını    və 
Müsüslü     istiqamətinin     boşalmasını     düşünərək     hücuma     keçdi     və     Azərbaycan     milli     hissələri     ilə     
üzləşdi 
Azərbaycan    döyüşçüləri    nəinki    öz    mövqelərindən   
çəkilmədilər, 
bölüyünü    qaçmağa    vadar    etdilər    Həmin    bölüklərin    şəxsi   
heyəti 
Qırmızı    Ordunun    7-ci    taborunun    bir    bölüyü    döyüşə   
getməkdən 
göndərildi.
370
 
hətta    hücum    təşkil    edərək    düşmənin   
iki 
bolşeviklər    tərəfindən    tribunala   
verildi.
369
 
imtina    etdi    və    tərksilah    olunaraq   
Bakıya 
İyunun  18-i  axşam   müəyyən  olundu  ki,  QİO-nun  qoşunları Qaraməryəm döyüşünü  uduzublar. Belə  ki, 
düşmən öz mövqelərini qoruyub saxlaya bilmiş, türk hissələri böyük itkilər vermişdi.
371   
Təkcə bir gün ərzində 
122 nəfər şəhid olmuş və itkin düşmüş, 121 nəfər yaralanmışdır (yaralıların az olması erməni vəhşiliyi ilə izah 
edilir:    döyüşdə    yaralanan    türk    əsgərlərini    ermənilər    əsir    götürməyərək    işkəncə    ilə,    süngü    və   
qılınclarla  doğrayaraq  öldürürdülər).
372   
Bundan  başqa  13  türk  əsiri  də  işkəncə  ilə  öldürülmüşdü:  döyüşlərdə 
iştirak  etmiş  Sivaslı    Mehmet    oğlu    Turanın    söylədiklərindən    aydın    olur    ki,    türklər    rus    və    erməni   
əsirlərinə    insanpərvər 
362
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.212. 
363
Yuceer N. Birinci Dünya savaşında, s.89. 
364
Yuceer N. Birinci Dünya savaşında, s.83. 
365
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.86. 
366
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.87. 
367
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.195. 
368
Большевики в  борьбе за победу,  с.514; Токаржевский  Е.А.  Из истории иностранной  интервенции, с.111; Yuceer  N.  Birinci  Dünya  savaşında, 
s.84; Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.296-297. 
369
Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье, с.114. 
370
Большевики в борьбе за победу, с.524. 
371
Дарабади П.Г. Военные проблемы, с.117. 
372
Yuceer N. Birinci Dünya savaşında, s.84. 
113 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə