Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə72/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   68   69   70   71   72   73   74   75   ...   113

 
 
münasibət  göstərmiş,  öz  əsirlərini  dəyişdirdikdə  isə  onların  arabalara  doldurulmuş  və  doğram-doğram  edilmiş 
cəsədlərini    götürə    bilmişdilər.
373     
Həlak    olanlar    Qara-məryəmdən    Göyçaya    gedən    yolla    Bığır    və   
Mollaisaqlı  kəndlərinə  ayrılan  yolun  kəsişməsində,  yoldan  sağda  dəfn  edilmişdilər  (hal-hazırda  bura  Göyçay 
şəhidliyi kimi tanınır).
374     
Döyüşdə   2   dağ   topu,   2   pulemyot   və   120-ə   yaxın   tüfəng   sıradan   çıxmış   və   
ya    düşmən    tərəfindən  qənimət  kimi  götürülmüşdü.  Ən  əsası  isə,  ilk  ciddi  toqquşmada  məğlubiyyət 
qoşunların  mənəvi  durumuna  pis  təsir  etdi.  Bəzi  türk  tədqiqatçıları  hesab  edirlər  ki,  mənəvi  baxımdan  10-cu 
alayın döyüşçüləri elə böyük sarsıntı 
keçirmişdilər    ki,    sovet    qoşunları    həmla    etsə    daha    böyük    itkilər    verə    bilərdilər.    Qaraməryəm   
döyüşü    türk  komandanlığına      azərbaycanlı      döyüşçülərin  müharibə      aparmaq      qabiliyyətini  nümayiş 
etdirdi.  Bu  döyüşədək  onlardan      əsasən      d/yolları      strateji      məntəqələrin      qorunmasında      istifadə     
etməyi,     ara-sıra     hallarda     döyüşə göndərməyi  planlaşdıran  türk  komandanlığı  azərbaycanlı  zabitlərin  bilik 
və  təcrübəsini,  döyüşçülərin  vuruşmaq  əzmini  gördülər.  Baş  verənlərdən  narahat  olan  və  Nuru  paşanın 
qüvvələrinin  о  qədər  də  çox  olmadığını  görən  Azərbaycan   hökuməti    İstanbulda   olan   M.   Ə.Rəsulzadəyə   
Osmanlı    dövlət    rəsmiləri    ilə    görüşüb    Azərbaycana  əlavə  bir  diviziyanın  göndərilməsini  xahiş  etməyi 
tövsiyyə etdi.
375
 
İyunun  18-22-də  hər  iki  tərəf  döyüşlərə  hazırlaşırdı.  Sovet  qoşunlarının  komandanlığı  Kürdəmir,  Ağsu, 
Şamaxı  ətrafında erməni kəndlərinə silah paylayır, dəstələr təşkil edirdi, azərbaycanlı kəndlərinə isə hücumlar 
edilir, silah yığılır, əhali talanırdı. QİO Göyçay ətrafında yerləşən erməni kəndlərindən silahları yığır, sursat və 
əlavə    qüvvələr    toplayırdı.    Eyni    zamanda    çoxsaylı    azərbaycanlı    könüllülər    ayrı-ayrı    dəstələr   
şəklində    təşkil  olunurdu.  Ağdaşdan  2  minlik  dəstə,  Bərdədən  500  süvari,  digər  ərazilərdən  də  dəstələr  təşkil 
edilirdi. 
İyunun 19-da səhər Müsüslü istiqamətinə gələn QİO komandanı Nuru paşa, MK-nın komandanı Əliağa 
Şıxlinski, 5-ci Qafqaz firqəsinin Ərkani-Hərb rəisi Rüşdü bəy 10-cu alayın komandir heyətinin döyüş barəsində 
məlumatlarını dinlədilər. Göyçay əhalisinə müraciətində "bu şiddətli istidə müharibə edən zabit və əsgərlərdən 
bir    çoxları    susuzluqdan    ölmüşdür"    deyən    Nuru    paşa    qoşunlara    yemək    və    su    ilə    təminatında
 
köməklik 
göstərilməsini      istəmişdi.
376         
18      iyun      döyüşündə    məğlubiyyətə    səbəb    olan,    yuxarıda    sadalanan   
qüsurlardan başqa  Nuru  paşa  bir  qüsuru  da  qeyd  etmişdir:  5-ci  Qafqaz  firqəsinin  komandanı  Mürsəl  bəyin  öz 
qərargahı  ilə  Göyçayda  deyil,  Gəncədə  yerləşməsi   və  beləliklə  ən  vacib  istiqamətdə  baş  verən  hadisələrdən 
uzaq  düşməsi.  Azərbaycan    könüllü    hissələri    və    Gəncədən    bir    türk    süvari    bölüyü,    iki    türk    piyada   
bölüyü    dərhal    Müsüslü  istiqamətinə  göndərilməli  idi.  Nuru  paşa  İstanbulla  əlaqə  saxlayaraq  əlavə  qüvvə 
göndərilməsini  xahiş  etmişdir.  Sultan  dəftərxanasından  cavab  gəlməsə  də,  Ənvər  paşadan  cavab  alınmışdı. 
Ənvər  paşa  dövlətin  ağır  durumunu  izah   edərək   hələlik   qoşun   göndərmək   iqtidarında   olmamasını,   5-ci   
Qafqaz   firqəsini   döyüşə   hissə-hissə   deyil, cəm şəklində yönəltməyi tövsiyyə etmişdir.
377
 
İyunun 20-də 5-ci Qafqaz firqəsinin komandanı Mürsəl bəy öz qərargahı ilə Göyçaya gəldi və vəziyyəti 
öyrəndikdən sonra sovet qoşunlarının yenə həmin istiqamətdə hücum edəcəyi fikrini bildirdi. Gəncəyə qayıtmış 
Nuru 
paşadan  əlavə  qüvvələrin,  həmçinin  patron  və  mərmilərin 
göndərilməsini xahiş etdi. Nuru paşa hücumun eyni istiqamətdə olacağı      ilə 
razılaşmış  və   Göyçay   istiqamətinə  türk   hissələrindən   iki   piyada   tabor, 
İstehkam   bölüyü,   Şnayder   və   dağ   topları,   bir   pulemyot   bölüyü,   
həmçinin 
azərbaycanlı     könüllülər     (Qazax     və     Gəncə     ətrafında     toplanan   
süvarilər, 
Xaldana    göndərilmiş    könüllülər)    göndərəcəyini    vəd    etdi    və    bundan   
başqa  artıq    qüvvənin    olmamasını    bildirdi.    Bütün    göndərilən    qüvvələr   
və    silah-  sursat    Göyçaya    yalnız    iyunun    26-da    çatacaqdı.    Nuru   
paşa    iyunun    27-də  hücum      əməliyyatının      planlaşdırılmasını     
tapşırdı.
378         
İyunun      21-də      5-ci 
Qafqaz     piyada     firqəsinin     komandanlığı      döyüşən     hissələrdə     döyüş     sursatının     tükənməsi      haqqında     
QİO 
komandanlığına raport verdi. 
Cəbhədə      mövcud      olan      ağır      hərbi      vəziyyət      Azərbaycanla      bağlı      hərbi-siyasi      motivlərlə     
daha      da  kəskinləşirdi.
379   
İyunun  22-də  Bakıda  Salyan  kazarması  ərazisində  alman  təyyarəsi  yerə  endi.  Pilot 
və  onunla  1  zabit  əsir  götürüldü.  Dindirilmə  nəticəsində  müəyyən  olundu  ki,  zabit  Bakıda  saxlanılan  alman 
əsirləri  ilə  əlaqə  yaratmalı    və    onların  qiyamını    hazırlamalı  idi.    Almaniya    osmanlı  qoşunlarından    tez 
Bakıya    yiyələnməyə      can  atırdı.
380       
N.Yüceer      belə      fərziyyə      irəli      sürür      ki,  almanların  Bakıya 
uçuşu  və  ələ  keçirilməsi  təsadüfi  deyil.  Onlar   alman    komandanlığı    ilə    Bakı    Soveti    arasında   danışıqlar   
aparmaq   üçün   göndərilmişdilər,   çünki   elə   bu dövrdə   Moskvada   almanlarla   Sovet   Rusiyasının  rəhbərliyi   
arasında   Bakı   neftinin   aqibəti   barəsində   danışıqlar 
373
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.98. 
374
Şəhidliyin   nar   ağaclarının   bol   yerində   yerləşməsi,   ümumiyyətlə   Göyçayın   о   narları   ilə   məhşur   olması   burada   bitən   narların   1918-ci   il   
şəhidlərinin 
qanından rəng alması barədə rəvayət bu gün də mövcuddur (Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.97) 
375
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.201. 
376
Yuceer N. Birinci Dünya savaşında, s.85. 
377
Yenə orada, s.85. 
378
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.301. 
379   
Enver Ziya Karal. Osmanlı tarihi, s.529. 
380
Кязымзаде Ф. Борьба за Закавказье, с.71. 
114 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə