Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə75/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   71   72   73   74   75   76   77   78   ...   113

 
 
118 


 
 
 
 
7.5.Salyan döyüĢü (28 iyun-2 iyul 1918-ci il) 
Əməliyyatların  başlanğıcından  cəbhənin  cənub-şərq istiqaməti for-malaşmışdı. Cavad  bölgəsinə  nəzarət 
etmək   Azərbaycanın   cənub   rayonları   ilə   əlaqə,   Muğanın   taxıl   ehtiyatlarını   ələ   keçirmək   imkanı,   Kür   
çayının  gəmilər    üçün    yararlı    hissəsinə    nəzarət    demək    idi.    Yuxarıda    sadalananlar    bölgənin    coğrafi   
mövqeyi    ilə    izah  olunurdu.    Eyni    zamanda    hadisələrin    gedişində    hərbi-siyasi    amillər    də    meydana   
çıxmışdı.    Hələ    XIX    əsrin  əvvəllərindən    Azərbaycana    köçürülən    ruslar    əsasən    Kür    çayı    boyunca   
yerləşdirilirdi.    XX    əsrin    əvvəllərində  burada  çoxsaylı  əhali  yaşayırdı.  Bölgənin  strateji  mövqeyi  və  taxıl 
ehtiyatlarını nəzərə alaraq bolşeviklər burada təbliğat kampaniyaları aparmışdı. Lakin əsasən varlı kəndlilərdən 
(qolçomaqlardan) ibarət olan regionun əhalisi 
bolşeviklərin   şüarlarına    uymayaraq    siyasi   
hadisələrdən 
almaq    üçün    istər    quru    yolla,    istərsə    də    dəniz   
vasitəsi 
müqavimətlə    üzləşmişdilər:    rus    kəndliləri    çoxlu   
sayda 
kənarda    qalmışdır.    Bolşeviklər    buranı    nəzarət   
altına 
ilə    Lənkəran    və    Astaraya    dəstələr    göndərmiş,   
lakin 
silah-sursat    almış,    çar    zabitlərinin    rəhbərliyi   
altında 
müdafiə dəstələri təşkil et-mişdilər. 5-6 minlik canlı qüvvə, pulemyotlar, toplar, hərbiləşdirilmiş qayıqlara malik 
olan Muğanın rusdilli əhalisi ciddi qüvvə idi. 
Çar ordusunun polkovniki İlyaşeviçin rəhbərliyi ilə Azərbaycanı "vahid, bölünməz Rusiya"nın tərkibində 
görmək istəyənlər milli azərbaycan qüvvələrinə müxalif mövqe tutmağa başladılar. Siyasi dünyagörüşləri onlara 
hələ    ki    bolşeviklərlə    bərabər    çıxış    etməyə    imkan    vermir    və    neytrallıq    saxlamağı    tələb    edirdi,   
lakin    siyasi  vəziyyətin    azacıq    dəyişməsi    onların    hadisələrə    müdaxilə    edəcəyi    ehtimalını    artırırdı.
404     
Əgər    QİO    Cavad  bölgəsinə    nəzarəti    ələ    keçirə    bilsəydi,    Muğan    qüvvələrini    bolşevik-erməni   
qüvvələrindən    birdəfəlik    ayıra bilərdi. 
İyunun   ortalarında   Bakıda   aclıq   artıq   özünü   göstərirdi.   
Həştərxan 
və Lənkərandan bolşeviklərin göndərdikləri ərzaq Qırmızı  Ordunu təmin 
etməyə çatsa da əhali üçün kifayət etmirdi. Muğanın taxıl ehtiyatlarını ələ 
keçirmək   qərarı   verildi.   Eyni   zamanda   Kürə   nəzarət   etmək   üçün   
Bankə 
qəsəbəsindən  çaya  hərbiləşdirilmiş  gəmilər  yeritmək  və  Yevlax 
körpüsünədək irəliləmək planı hazırlandı. 
2  hərbi  və  4  nəqliyyat   gəmisı   ilə  Bakıdan  çıxan  Qırmızı  Ordunun 
hərbi      dəstəsi      iyunun      26-da      Bankə      qəsəbəsindən    keçib      Kür   
çayı      ilə  qalxmağa    başladı.    N.Yüceer    qeyd    edir    ki,    dəstədə    2 
mindən   çox   piyada (onlardan   200-ü   rus,   300-ü   iranlı,   qalanları   isə   
erməni    idi)    menşeviklər  tərəfindən    idarə    olunurdu.
405     
Dəstə    6    top   
və    12    pulemyotla    silahlanmış,  bundan    başqa    hərbi    gəmilərin    hər   
birində   2   top   və   2   pulemyot   var   idi. 
Sahilə çıxan dəstə Uzunbabalı, Qaralı, Beşlər kəndlərinə hücum etdi. Salyanda da ermənilər vəhşiliklər törədir, 
Azərbaycan əhalisinə divan tuturdular.
406   
Dəstə Qarabucaq kəndinə çataraq burada gecələdi, sonra dəstənin bir 
hissəsi çayı  keçdi.
407   
Buradan başlayaraq Kürün hər iki sahili boyunca irəliləyən dəstə gəmilərin  müşayiəti ilə 
hərəkətini    davam    etdirirdi.    Surra    kəndinə    2    verst    qalmış    dəstə    Suqovuşanı    nəzarətdə
 
saxlayan  minbaşı 
N.Ramazanovun      dəstəsinin      postları   tərəfindən   atəşə   tutuldu.   Keçmiş   çar   ordusunun   mayoru   Nazim   
Rama- zanov     minbaşı     rütbəsi     ilə     QİO-ya     qəbul     edilərək    könüllü     dəstələrin 
başında    Qaraməryəm    döyüşündə    iştirak    etmiş,    daha    sonra   
Azərbaycan  könüllüləri,  1  türk  piyada  bölüyü,  1  türk  pulemyot  taqımı 
(hər ikisi 10-cu Qafqaz piyada alayından), 2 rus topu və 140 azərbaycanlı 
süvaridən  ibarət  dəstə  ilə  Cavada  göndərilmişdi.  Müdafiə  üçün  əlverişli 
mövqelər  seçmiş  azərbaycanlı    döyüşçülər    2    saat    ərzində    Qırmızı   
Ordunun    irəliləməsinin  qarşısını      aldılar.      Yerli      əhalidən      ibarət     
könüllü      dəstə      N.Ramazanova  qoşulmuşdu,        lakin        о       
qüvvələrinin       əsl       sayını düşməndən məharətlə 
gizlədərək,    60-70    nəfərlik    dəstələrlə    atəş    açır    və    mövqelərini    tez-tez    dəyişirdi.    İyunun    27-də   
düşmən   Surra kəndinə  çatmağa  müvəffəq  olmadı.
408   
Vəziyyət  barəsində  Göyçaya  xəbər  verən  N.Ramazanov 
əlavə  qüvvələr göndərilməsini istəmişdi. 
İyunun   28-də   səhər   saat   4-də   Bakı   Sovetinin   piyada   qoşunu   və   gəmiləri   azərbaycanlı   dəstələrə   
həm qurudan, həm də gəmilərdən atəş açdılar. Atışma    nəticəsinə    düşmən    itki    verirdi,    hətta    top    atəşi 
nəticəsində 
404
Hadisələrin təsvirini qabaqlayaraq qeyd edək ki, bolşeviklər polkovnik Biçeraxovu xidmətə götürəndə Muğan qüvvələri Biçeraxovu dəstəkləyəcəklərini 
bildirmiş, ingilislərin Azərbaycana gəlişi reallaşanda general Denstervillə əlaqə saxlayıb onun tərəfində çıxış edəcəklərinə söz vermişdilər. Lakin Kür çayı 
boyunca    müvqe    tutan    Azərbaycan-türk    qüvvələri    və    Bakının    tezliklə    azad    edilməsi    onların    planlarını    pozdu.    1919-cu    ildə    Azərbaycana   
qarşı    açıq itaətsizlik qiyam həddinə çatanda Azərbaycan Ordusu Muğanın qanunsuz silahlı birləşmələrinə son qoydu. 
405
Yuceer N. Birinci Dünya savaşında, s.88. 
406
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.104. 
407
Yuceer N. Birinci Dünya savaşında, s.88; Большевики в борьбе за победу,с.534. 
408
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.212. 
119 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə