Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə76/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   72   73   74   75   76   77   78   79   ...   113

gəmilərdən biri zədələnmişdi.
409   
Azərbaycanlı dəstəsi geri çəkilərək Ərəbqardaşbəyli kəndi yaxınlığında mövqe 
tutdu. Burada da düşmənə müqavimət göstərildi, lakin qüvvələr nisbətinin qeyri bərabər olması N.Ramazanovu 
mövqeyini    tərk    etməyə    vadar    etdi.
410     
Nəhayət    Göyçaydan    minbaşı    Əhməd    Nahid    bəyin    rəhbərliyi   
ilə    türk  qoşunlarından  bir  piyada  bölüyü,  bir  pulemyot  taqımı,    bir  dağ  topundan  ibarət  qrup  döyüş 
mövqelərinə  çatdı. 
Bir 
409
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.106. 
410
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.309. 
120 
 


 
 
121 


 
 
neçə   gün   düşmən   irəliləməyə   çalışmış,   lakin hər   dəfə   itkilərlə   geri    atılmışdı.   Qaraməryəm-
Göyçay 
döyüşündə erməni - bolşevik qoşunlarının məğlub edilməsi xəbəri artıq hər iki tərəfə çatmış və mənəvi duruma 
təsir    göstərmişdi.    Düşmənə      qarşı      əks    hücum    keçirmək    planlaşdırıldı.    İyulun    2-də    başlayan   
əks    hücum nəticəsində sovet qoşunları öz mövqelərindən vurulub çıxarıldılar və Bakıya doğru geri çəkilməyə 
başladılar.
411
 
Yerli    könüllü   dəstənin   süvariləri   düşməni   təqib   etsələr   də   tam   məğlub   edə   bilmədilər.   Dəstənin   bir   
hissəsi gəmilərlə Bakıya qayıtdı. 
Ümumilikdə Salyan döyüşündə QİO tərkibindən 12 nəfər həlak olmuş, 17 nəfər yaralanmışdı. Düşmənin 
600   nəfər   döyüşçüsü   sıradan   çıxarılmış,   onlardan   132   nəfər   öldürülmüş,   qalanları  isə   yaralanmışdı.
412   
Salyan 
döyüşünün      nəticəsi      Bakı      Sovetinin      hərbi      rəhbərliyi      üçün      tam      gözlənilməz      olmuşdu.      QİO-
nun     azsaylı qüvvələrinin     cənub-şərq     istiqamətinə     iri     dəstələr     göndərə     bilməyəcəyinə     əmin     olan     
sovet     komandanlığı gəmilərin Suqovuşanı ələ keçirəcəyini, Muğanın taxıl ehtiyalarına nəzarət etmək üçün Kür 
keçidlərini  tutacağını  mümkün  sayırdı.  Qoşunların  nisbəti,  tam  hərbi-texniki  üstünlük  buna  imkan  yaradırdı. 
N.Ramazanovun bir neçə döyüşdə düşməni zəiflədib əlavə kömək gələndən sonra əks hücuma keçərək dəstəyə 
böyük  itki  vuracağı  az  qala  möcüzə    kimi    qarşılanırdı.    Maraqlıdır    ki,    indiyənədək    yerli    ağsaqqalların   
qohumları    1918-ci    il    hadisələrini  xatırlayarkən  onları  erməni  qırğınlarından  xilas  edən  komandirlərdən  iki 
nəfərin  adlarını  çəkirlər:  Nuru  paşa  və Ramazan  paşa.
413   
Hadisələri  bir  az  qabaqlayıb  qeyd  etmək  istərdik  ki, 
"Ramazan  paşa"  kimi  qəbul  olunmağa  başlayan  minbaşı  Nazim  bəy  Ramazanov  iyulun  12-  15-də  baş  vermiş 
Novovasilyevka döyüşündə böyük şöhrət qazanmışdı.
414
 
7.6. Ağsu-Kürdəmir döyüĢü (5-14 iyul 1918-ci il) 
Göyçay   ətrafında   gedən   döyüşlərin   qızğın   çağında   Bakının   aqibəti   barəsində   ondan   çox-çox   
uzaqlarda 
müzakirələr və danışıqlar gedirdi. Hər vasitə ilə Bakı neftinə nəzarəti əldə saxlamaq üçün Sovet Rusiyası Bakı 
Sovetinə hərtərəfli kömək göstərməklə bərabər QİO-nun şərqə doğru hərəkətini dayandırmağın siyasi yollarını 
arayırdı.    İngiltərə    hadisələrə    fəal    müdaxilə    etmək    üçün    kifayət    qədər    hərbi   
gücə 
malik    olmadığından    general    Denstervil    Ənzəlidə    əlavə    qüvvələr    toplayırdı.   
Eyni 
zamanda    o,    Bakıda    əhəmiyyətli    mövqelər    tutan    erməni    liderləri    və   
eserlərlə    gizli  danışıqlar  aparırdı.  Şərait  yaranan  kimi  hadisələrə  müdaxilə  etmək 
üçün  polkovnik L.Biçeraxovun qoşunu nəzərdə tutulmuşdu. 
Bakı   neftinə   yiyələnməyə   çalışan   üçüncü   tərəf   Almaniya   idi.   
Azərbaycan   - 
Gürcüstan    sərhəddində    baş    vermiş    toqquşmalar    sübut    etdi    ki,    türklər   
almanları 
Azərbaycana    buraxmamaqda    israrlıdırlar.    Kimliyindən    asılı    olmadan   
Azərbaycana  soxulmaq      istəyən      qüvvəni      məhv      etmək      barədə      Vehib     
paşanın     iyunun     24-də imzaladığı  əmr 
türklərin 
ciddi 
olmalarını
 
təsdiqlədi. 
Hərbi  müdaxilənin 
mümkünsüzlüyünü 
anlayaraq 
almanlar da QİO-nun hərəkətini dayandırmaq və Bakı 
neftinə  yiyələnmək  üçün  diplomatik  yollar  arayırdılar.  Osmanlı  dövlətinin  si-yasi  və  hərbi  rəhbərliyinə  təzyiq 
göstərən  almanlar  ikili  siyasət  yürüdürdülər:  bir  tərəfdən  onların  başladıqları      müharibədə  Osmanlı 
dövlətinin müttəfiqliyini qiymətləndirdiklərini bildirir, digər tərəfdən isə Osmanlı qoşunları ilə müharibə aparan 
sovetlərlə  danışıqlar    aparır,    Ənvər    paşadan    QİO-nun    hücumunu    dayandırmasını    tələb    edirdilər.    Son   
nəticədə   Almaniya Sovet Rusiyası ilə separat danışıqlara girdi. 
Türkiyədən gizlin aparılan bu danışıqlar Bakı neftinin Rusiyada    qalmasını,    Almaniyanın müəyyən faizlə 
ona şərikliyini nəzərdə tutan müqavilənin  imzalanması ilə     başa 
çatdı.
415       
Almaniyanın  Tiflisdəki  baş 
konsulu   qraf   F.   fon   Şulenburq   iyulun   4-də   yazırdı:   "türklərin   Bakını   götürməsi   ehtimalı   ümumiyyətlə   
şübhə 
doğurur,      arzu  olunardı  ki,  onlar  əsaslı  məğlu-  biyyətlə  üzləşsinlər”.
416     
Avqustun  4-də  gözlənilməz  hadisə 
baş verdi:  Həştərxandan  gəmi  ilə  Bakıya  bir  neçə  alman  zabiti  gəlmiş  və  general  Denstervilin  yazdığına  görə, 
türk  komandanlığının    qərargahına    getmək    istəmişdilər.
417     
Alman    zabitləri    Sentrokaspi    qoşunları   
tərəfindən    həbs 
olunmuşdu, lakin faktın mövcudluğu göstərir ki, almanlar avqust ayında birbaşa Bakı Soveti ilə əlaqə yaratmağa 
çalışmış,   onun   devrilməsini   biləndə   müttəfiqləri   olan   türkləri   yada   salmışdılar.   Belə   vəziyyətə   cavab   
olaraq 
411
Süleymanov M.S. Azərbaycan Ordusu, s.102. 
412
Yuceer N. Birinci Dünya savaşında, s.88. 
413
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.108. 
414
Muğanda  polkovnik  İlyaşeviçin  qüvvəllərinin  fəal  əməliyyatlardan  imtina  etməsinin  səbəblərindən  biri  də  1918-ci  il  iyulun  axırlarından  1919-cu  ilin 
avqustunadək Kür çayı keçidləri, Suqovuşan, Cavad bölgəsi, Bankə qəsəbəsi və Kürün ağzına məhz N.Ramazanovun nəzarət etməsi olmuşdur. 
415
Almaniya   ilə   Sovet   Rusiyasının   əlaqələri,   Türkiyədən   gizli   apardıqları   danışıqlar   bu   danışıqlarda   Azərbaycanın   və   Bakı   neftinin   yeri   
barəsində   çox yazılıb. Kitab üzərində iş zamanı tərəfimizdən aşağıdakı əsərlərdən istifadə edilmişdir: Reha Yılmaz. I Dünya müharibəsi başlanğıcında, s.70-
71; Пипия 
Г.В. Германский империализм в Закавказье в 1910-1918 годах. Москва, 1978, с. 126. 
416
Пипия Г.В. Германский империализм, с. 126. 
417
Денстервиль, с.98. 
122 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə