Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə78/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   74   75   76   77   78   79   80   81   ...   113

 
 
xolera,   malyariya   kimi    xəstəliklər   döyüşçüləri    uzun   müddətə   sıradan   çıxardır,   hətta   onların   ölümünə   
səbəb olurdu.
425
 
Təkcə  yuxarıda  sadalanan problemlər  deyil,  ərazidə  yerləşən  silahlı  dəstələrə  malik  erməni  kəndlərinin, 
QİO-nun arxasına zərbə vurmaq ehtimalı    da      hücum      əməliyyatına      əngəl    ola    bilərdi.      Əmirovun 
dəstəsinin iyunun  30-da  Göyçaya  hücumu  belə təhlükənin əvvəlcədən aradan qaldırılmasını  tələb edirdi. Göyçay 
döyüşü bitəndən sonra Nuru paşa Ərkani-Hərb rəisi Nazim bəyə Ağdaş, Xaldan və Nuxadakı milli qüvvələrə 
rəhbərlik edərək Söyüdlü və Qayabaşı ermənilərinin dəstələrini ləğv etməyi tapşırdı. Tapşırıq yerinə yetirildi, 
erməni dəs- tələri   və   onların  sığınacaqları  dağıdıldı.   Şəki   milli  dəstəsinin   komandiri  Həqqibəy  Nic   və   
Söyüdlü   kəndlərini nəzarət altına aldı. Gəncə mövqe komandiri Cəmil Cahid bəy və milli hissə komandirlərinə 
döyüşlərdən sonra meşələrə və dağlara səpələnmiş  kiçik erməni dəstələrinin məhv edilməsi üçün tədbirlər həyata 
keçirmək  əmri verildi.  İyulun  l-dən-4-dək  Pəzəvəngə  və  Qırdadu  kəndləri  tutuldu,  İvanovka  kəndi  ətrafında  10-
cu  alayın  bir taboru və 2 dağ topu bolşevik-erməni qüvvələrinin iri dəstəsini    məhv etdi (çoxlu sayda silah və 2 
top qənimət kimi     götürüldü), 
Çanaqbulaq     kəndi  nəzarət     altına     alındı.     Təmizləmə     
əməliyyatları     döyüş     şəraitində keçdiyindən QİO qoşunları itkilər verirdi. İyulun 1-dən 4-dək 7  zabit və 39 
əsgər həlak olmuş, 9 zabit və 93 əsgər   yaralanmış,   1   zabit   və   74   əsgər   itkin   düşmüşdü.
426     
İtkin   düşənlərin   
çox   olması   QİO   tərkibində   xüsusi axtarış-xilasetmə və çevik tibb hissələrinin olmaması ilə izah edilir. Meşəli 
dağ şəraitində yaralanan, yıxılaraq əzilən  əsgərlər əsas  qruplardan  aralı  düşürdü.  Onların axtarılması  üçün 
nə    kifayət    qədər    qüvvə,    nə    də    vaxt    var    idi.    Yerli    sakinlərin     
xatirələri göstərir 
ki, 
itkin  düşənlərin 
cüzi 
hissəsi
 
ətraf   azərbaycanlı kəndlərinin  əhalisi  tərəfindən  xilas  edilən 
yaralı  döyüşçülər  sağalandan sonra   öz   qoşunlarına   qayıtmışdı.   Əksər   
yaralılar    çoxlu    qan    itirməsi    və  tibbi  yardımın  göstərilməməsindən, 
bəzən  də  susuzluqdan  həlak  olurdu.  Bir    çoxlarının    cəsədi    sakinlər   
tərəfindən    həlak    olduqları    yerdə    dəfn  edildiyindən  indiyənədək 
həmin rayonlarda tək-tək türk və azərbaycanlı əsgərlərin qəbirlərinə rast 
gəlinir. 
İyulun    4-də    5-ci    Qafqaz    firqəsinin    qoşunları    aşağıdakı    mövqelərdə    dayanmışdılar:    Müsüslü   
kəndindən  şərqdə  -  Müsüslü  dəstəsi;  ondan  şimalda,  Qaraməryəmə  çatmamış  -  Mürəttəb  türk  süvari  alayı; 
Qaraməryəm  və  ondan    şimalda    -    13-cü    piyada    alayı;    qruplaşmanın    şimalında,    İsmayıllıyadək    -    10-
cu    Qafqaz    piyada    alayı.  Mərkəz  Ağsu  xəttinə  düşürdü.  Döyüşlərin  ağırlığının  da  bu  hissədə  cəmləşdiyi 
ehtimal  edildiyindən  Nuru  paşa  Ağsuya    gəlmişdi.    Burada    hücum    planı    tərtib    edilərək    əmrlər    verildi.   
Əməliyyat    iyunun    5-də    aşağıdakı    is-  tiqamətlərdə    aparılmalı    idi:    qayməqam    H.Səlimovun    rəhbərliyi   
ilə   Müsüslü   dəstəsi   dəmir   yolu   xətti   boyunca  irəliləyərək     Kürdəmirə     hücum     edir     və     onu     azad     
edir;      Mürəttəb      türk      süvari      alayı      Xəlilli      -Qarasaqqal  istiqamətində  hərəkət  edir,  Kürdəmir  -  Ağsu 
xəttini  kəsir  ki,  Kürdəmirə  şimaldan  kömək  gəlməsin;  13-cü  piyada  alayı  boyu  məsafə  qət  edərək  Ağsu  - 
Şamaxı  xəttini  kəsməli;  10-cu  piyada  alayı    Ağsunun  şimalındakı  dağların  yamacları  ilə  hərəkət  edərək 
Gürcüvana  çıxmalıydı.  Arxada  dayanan  Göyçay  dəstəsi  düzülüş  xəttindən  sızmış  erməni  dəstələrini  məhv 
etməli,  İvanovka-Qoşakənd  xəttində  əsas  qüvvələrlə  birləşməliydi.
427   
Topçu  hissələri 
və milli süvari hissələr alaylar arasında bölüşdürülmüşdü. 
Döyüş əmrinin təhlili aşağıdakı nəticəyə gəlməyə imkan verir. Sovet qoşunlarının əsas qüvvələrinin Ağsu 
ətrafında    cəmləşməsi    nəzərə    alınaraq    əsas    zərbə    Kürdəmirə    deyil,    məhz    Ağsu    istiqamətində   
vurulurdu.   Bu zaman  Ağsuya  hücum  üzbəüz  deyil,  yanlardan  yönəldilirdi.  Belə  ki,  13-cü  alay  cənubdan,  10-
cu  alay  şimaldan  irəliləyərək  Ağsunun  şərqində  düşmən  qüvvələrini  mühasirəyə  almalı  idi.  Mühasirə 
təhlükəsi,  Ağsu-Kürdəmir  yolunun    süvarilər    tərəfindən    kəsilməsi    Kürdəmirin    Müsüslü    dəstəsi   
tərəfindən    tutulmasını    asanlaşdırardı.  Müsüslü  dəstəsinə  əlavə  qüvvələrin  verilməməsi  Kürdəmirə  qərbdən 
yalnız  bataqlıqlar  arasındakı  dar  ərazidən  irəliləməyin    mümkünlüyü    ilə    izah    olunur.    Göyçay    ətrafında   
30    iyun    hadisəsi    təkrarlanmasın    deyə    döyüş  düzülüşündən  arxada  Göyçay  dəstəsi  təşkil  edilmişdi. 
Əsasən  milli  hissələrdən  ibarət  olan  dəstə  düşmənin  qəfil  hərəkətlərinin    qarşısını    almalı,    eyni    zamanda   
firqənin    ehtiyat    qüvvəsi    rolunu    oynamalı    idi    (nəzərə    almaq  lazımdır  ki,  3-cü  ordudan  istənilmiş  əlavə 
qüvvələr,  о  cümlədən  38-ci  alay  hələ  gəlməmişdi).  Göyçay  dəstəsinin  tədricən    şimala    doğru    yönəlib   
Qoşakənd    istiqamətində    irəliləməsi    əmri    onunla    bağlıdır    ki,    komandanlıq  hücumun  sonunda  məhz 
sol (şimal) cinahın vacib Şamaxı istiqamətinə çıxmasını nəzərə almışdı. 
İyulun    5-də    səhər    başlayan    döyüş    ağır    şəraitdə    keçdi.    Müsüslü    dəstəsi    güclü    müqavimətlə   
üzləşərək Kürdəmirə çətinliklə yaxınlaşdı, günün axırınadək stansiya və kəndi tuta bilmədi, lakin düşmən xeyli 
itki  verdi.  Mürəttəb   türk   süvari   alayı   vəzifəsini   yerinə   yetirmişdi.   13-cü   piyada   alayı   onun   qarşısında   
dayanan    düşməni  əzsə    də    günün    axırınadək    Şamaxı-Ağsu    xəttini    kəsə    bilmədi.    10-cu    piyada    alayı   
düşməni   darmadağın   etmiş,  lakin    dağlıq    əraziylə    irəlilədiyindən    və    göstərilən    mövqeyə    vaxtından   
gec    çatdığından    mühasirə    yarada 
425
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92-93. 
426
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.312-313. 
427
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.222. 
124 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə