Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.

səhifə79/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
1   ...   75   76   77   78   79   80   81   82   ...   113

 
 
bilməmişdi. Göyçay dəstəsi verilən tapşırığı yerinə yetirmişdi. Düşmənin müdafiə xətti əsasən yarıldığından və 
boyük    itkiyə    məruz    qaldığından    komandanlıq    planı    dəyişmədi.    Qoşunlar    tutduqları    mövqelərdə   
gecələyərək  iyulun    6-da    hücumu    davam    etdirməli    idilər.    Mürəttəb    süvari    alayının    istiqaməti
 
dəyişdirilərək 
Müsüslü 
dəstəsinin
 
gücləndirilməsinə   yönəldilmişdi.
428     
Kəşfiyyatın   məlumatına   görə,   düşmənin   qüvvələri   azı   7   
min  nəfər  idi.
429   
Onların  əməliyyatlarını  1  zirehli  qatar,  20  top  dəstəkləyir,  eyni  zamanda  əlavə  texnika 
gətirilirdi.
430
 
İyulun 6-da düşmən döyüşə təyyarə və  zirehli avtomobillər dəstəsini yeritdi. 13-cü alay Ağsunu tutaraq 
şəhərdən    keçdi    və    Şamaxıya    gedən    yolu    kəsdi.    Ağsu    ermənilər    tərəfindən    dağıdılmış,    bir    çox   
evlər    talanıb  yandırılmışdı.  10-cu  alay  Ağsunu  şimaldan  çevrəyə  alıb  Ağsu-Şamaxı  yolu  ilə  geri  çəkilən 
düşmənə  güclü  zərbə  vurdu.    Azərbaycanlı    süvari    dəstələri    düşməni    təqib    etməyə    başlamış    və    onun   
tədricən   geri   çəkilmək   planını vahimə içərisində qaçışa çevirmişdilər. Ağır silahları və arabaları atan düşmən 
Ağsunun şimalında yeni müdafiə mövqeləri tuta bilmədi və Şamaxıya çəkildi. 1 səhra topu, 1 cəbhəxana arabası, 
5 pulemyot, talan edilən əhalinin 
var-yoxu   ilə   doldurulmuş   15   nəqliyyat   arabası,   1   səhra   lazareti   
çadırı, çoxlu      sayda      tibbi      ləvazimat,      silahlar      qənimət      kimi     
götürüldü.
431
 
Düşmənin       parçalanmış       hissələrindən       biri       Kürdəmir       
istiqamətində 
hərəkətə başladı, lakin onlardan cəmi 100 nəfərə yaxını Kürdəmirə çata 
bildi.    Qaraqoyunlu    kəndi    Həsən    bəyin    dəstəsi    (bir    türk    piyada   
taboru,  mürəttəb  süvari  alayı)  tərəfindən  tutulmuş  və  Ağsu  ilə 
Kürdəmirin  yolu  QİO-nun    əlinə    keçmişdi.    Müsüslü    dəstəsi   
Kürdəmir    ətrafında    Qırmızı  ordunun    1-ci    briqadası,    Biçeraxovun   
dəstəsi,    Təlimatçılar    məktəbi,    6 zirehli 
avtomobil, 
2
 
zirehli 
qatar, 
çoxlu  sayda  artilleriya 
ilə 
üzləşdiyindən  çətinliklə  irəliləyirdi.  Ələ  keçirilmiş   əsirlərin  dindirilməsi   göstərdi ki,  düşmən  əsgərlərinin sayı 
kəşfiyyatın verdiyi məlumatlardan artıqdır. Belə ki, bilavasitə Biçeraxovun dəstəsində 1500 deyil, 3000 döyüşçü 
var    idi.
432       
Ehtimal    ki,    bu    gözlənilməz    say    artımı    ətrafdakı    rus    və    erməni    kəndlərindən   
Qırmızı    Orduya  qoşulanların    hesabına    yaranmışdı.    Müəyyən    olundu    ki,    düşmən    Kürdəmir   
ətrafında    cinahları    bataqlıqlara  dirənən  dairəvi  müdafiə  xətti  təşkil  etmişdir.  Xəttin  arxasına  keçmək  üçün 
Həsən bəyin dəstəsi Kürdəmirə deyil, 
ondan şimal-şərqdə yerləşən Qarasaqqal kəndinə hücum etdi. Burada dayanan bolşeviklərin 150 nəfərlik dəstəsi 
məhv edildi.     Lakin sovet komandanlığı anlayırdı ki, kəndin itirilməsi Kürdəmirdə olan qoşunların mühasirəyə 
düşməsi ilə nəticələnəcək. Buna görə dərhal vəziyyəti xilas etməyə çalışdı. Əvvəlcə 350 piyada, 3 pulemyot, 2 
topdan    ibarət    olan    dəstə,    sonra    isə    250    nəfər    piyada,    2    pulemyot,    5    topdan    ibarət    olan    dəstə   
Kürdəmirdən Qarasaqqal kəndinə göndərildi. Döyüş nəticəsində Həsən bəy geri çəkilməyə məcbur oldu.
433
 
Gecə    qoşunları    yeni    döyüşlərə    hazırlayan    Səlimov    və    Biçeraxov    yerdəyişmələr    etdi.    Səhərisi   
gün 
hadisələrin gedişi H.Səlimovun vəziyyəti daha düzgün qiymətləndirməsindən xəbər verdi. 
İyulun 7-də Müsüslü dəstəsinin süvariləri dəmir yolunun cənubu, iki taqımı isə dəmir yolunun şimalı ilə 
Kürdəmirə      tərəf      hərəkətə      başladı.      Dəstənin      digər      üç      bölüyü      isə      bataqlıq      ərazidən     
keçərək      düşmənə  gözlənilmədən  zərbə  endirdilər.  Qüvvələr  nisbəti  və  hərbi-texniki  üstünlük  Biçeraxovun 
tərəfində  olsa  da,  12  saatlıq  döyüşdə  o,  Müsüslü    dəstəsinin      döyüşçülərini  mövqelərindən    vurub      çıxara 
bilmədi.  Rəhbərliyin  dəqiq  taktiki  seçimi  sayəsində  Müsüslü  dəstəsinin  itkiləri  də  böyük  deyildi:  gün  ərzində 
Azərbaycan  hissələrindən  8  əsgər  həlak  olmuş,  12  nəfər  (onlardan  2  zabit)  yaralanmışdı;  türk  taborundan  5 
əsgər həlak olmuş, 50-dən çoxu 
isə    yaralanmışdı.    Ağdaş    və    Xaldan    ətrafında    olan    könüllülər    Nuru    paşanın    əmri    ilə    Müsüslü   
dəstəsinin sərəncamına     göndərildi.     İyulun     7-də     sovet     komandanlığı     Əmirovun     iyunun     30-da     
keçirdiyi     əməliyyatı 
təkrarlamağa    cəhd    göstərdi.    Erməni    kəndlərindən    çıxan    bolşevik-daşnak    bölməsi    Göyçayın    şimalında   
5-ci firqənin    arxasına    zərbə    vurmağa    çalışdı,    lakin    ehtiyatda    dayanan    qüvvələr    onların    qarşısını    alaraq   
düşmən 
qüvvələrini dağıtdı. 
Mərmi və cəbbəxana ehtiyatının azlığı Müsüslü dəstəsinin koman-danlığını fəal hücuma keçməyə imkan 
vermirdi.    Üstəlik    istər    Kürdəmirin    qərbində,    istərsə    də    şimalında    düşmən    öz    mövqelərini    yaşıllıqlar 
arasında  qurmuş,  türk-Azərbaycan  hissələri  isə  açıq  ərazi  ilə  irəliləməli  idi.  Bu  səbəbdən  Nuru  paşa  planı 
dəyişdi.  Yeni  plana  əsasən  iyulun  7-dən  8-nə  keçən  gecə  13-cü  alay  Kürdəmir  istiqamətinə  gətirilməli,  Həsən 
bəyin  dəstəsi  ilə  birləşdirilməli  idi.  İyulun  8-də  səhər  Müsüslü  dəstəsi  fəal  hücumu  immitasiya  etməli, 
Biçeraxovun  qüvvələrinin  diqqətini    özünə    cəlb    etməli,    13-cü    piyada    alayı    isə    şimaldan    Kürdəmirə   
hücum    etməliydi.    Düşmən    Şamaxı  istiqamətində    13-cü    alayın    yoxluğunu    hiss    etməsin    deyə,    10-cu   
alay    geniş    cəbhədə    Şamaxıya    doğru    hücum  etməli    idi.
434     
Vəziyyəti    düzgün    qiymətləndirən   
Biçeraxov    hərbi    texnikada    üstünlüyü    hesabına    13-cü    alayın 
428
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.223. 
429
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92. 
430
Süleymanov M.S. Azərbaycan Ordusu, s.105. 
431
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.92. 
432
Yenə orada, s.94. 
433
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizəsi, s.315. 
434
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.225. 
125 
 




Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   113


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə