Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə8/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   4   5   6   7   8   9   10   11   ...   113

 
 
digər    əhali,   əsasən   müsəlmanlar    sözün   tam   mənasında   acından   küçələrdə   öləndə,   bütün   erməni   
məhəllə   və 
küçələrində təndirxanalardan evə böyük çörəklər daşınırdı... Ölülərdən paltarları və daş-qaşları çıxarır, cəsədləri 
təhqir edərək xəncərlə doğrayır, içalatlarını çıxarır, tanınmaz hala salırdılar. Bütün küçə və dalanlarda cəsədlər 
qalaqlanıb   qalmışdı,   ölüm   və   dəhşət   hər   tərəfdə   hökm   sürürdü...   "Daşnaksutyun"   partiyası   isə   bu   qanlı   
sui- qəsdin iplərini tutaraq ona rəhbərlik edirdi. O, qərargahlar yaratmışdı, orderlər verir və talanmış mallarla 
dolu 
olan çoxsaylı avtomobilləri anbarlarda boşaldırdı. Bir rus əsgəri mənə bunları söyləmişdi: "Onlar bütöv kəndləri 
yandırır, dinc müsəlmanları öldürür, heç bir ehtiyac olmadan mal-qaranı kəsirlər ki, bu da infeksion xəstəliklər 
yayır. Biz bunun qarşısını ala bilmirik, çünki onlar 95  %, hət-ta daha çox təşkil edirlər. Bunlar insan deyil, qan 
və qənimət arzulayan heyvanlardılar. Kiçik, lakin ciddi müqavimətlə üzləşəndə onlar qorxaq kimi qaçırlar". 
Döyüşlərin   iştirakçılarından   biri   -   Əli   Əsədullayev   (sənədlərdə   göstərilib:   "30   yaş,   1-ci   atlı-
müsəlman 
alayının    yüzlük    komandiri,    daimi    yaşayış    yeri    Bakıda,    Qoqol    küçəsi,    şəxsi    ev")    yazırdı:    "Sonra   
ermənilər  "İsmailiyyə"    müsəlman    xeyriyyə    cəmiyyətinin    binasını,    "Kaspi"    qəzetinin    redaksiyasında   
olan    5000    Quran nüsxəsini bina ilə birlikdə yandırdılar... 
Adamovlar nəslindən olan tanınmış erməni xeyriyyəçi qadın hansısa xeyriyyə cəmiyyətinə bir kəllə qənd 
göndərərək,   demişdi   ki,   bu   kəllə   qəndi   müsəlmanlar   qırılan   günə   qurban   deyib.   Nəhayət,   о   gün   gəldi.   
Mart 
qırğınlarından sonra bir çox erməni evlərində ziyafətlər verilirdi..." 
Şahid    Yakov    Nikolayeviç    Smirnov    ("andlı    vəkil,    keçmiş    Bakı    şəhər    başçısı,    Bakıda   
Bazarnaya    və 
Poçtovaya  küçələrinin kəsişməsində, Krasilnikovların evində  yaşayıram, rus  millətindənəm") yazırdı: "Bu ilin 
mart    hadisələri    zamanı    mən    yaşadığım    evdə    yerləşən    doktor    Larionovun    müalicəxanasının   
pəncərəsindən müşayiət   edirdim   ki,   ermənilər   üzbəüz   yerləşən   "İslamiyyə"   mehmanxanasını   necə   
yandırırlar.   Bunun   üçün onlar zirzəmidə  yerləşən dükana çoxlu yeşik gətirib yandırdılar. Bütün bina yandı, 
təkcə divarlar qaldı... Mart hadisələrində   ermənilərin   yaxşı   hazırlanmış   dəstələri   və   mülki   paltarda,   tüfəngli   
və   qollarında   ağ   sarğı   olan "Daşnaksutyun"    partiyasının    üzvləri    iştirak    edirdilər.    Bu,    həm    də    onunla   
təsdiqlənir    ki,    Fəhlə    və    Əsgər deputatları     şurasının     iclaslarının     birində     Şaumyan     mart 
hadisələrində   daşnaksakanların   iştirakını   açıq   etiraf   
etdi... Bütün    rus    əhalisi    (mən    bolşevikləri    nəzərdə   
tutmuram) 
müsəlmanlara    çox    саn    yanğısı    ilə    yanaşır    və   
erməniləri 
mart   hadisələrinin   günahkarı   hesab   edərək   bu   
münasibəti gizlətmirdilər. 
Şahid Maks Borisoviç Manaseviçin ("57 yaş, Bakıda, 
"Metropol"     mehmanxanasında     yaşayıram")     qeydləri:     
".. 
.Pəncərədən   biz   baxırdıq   ki   tüfənglə   silahlanmış   və   
hərbi 
paltar      geymiş      ermənilər      evlərin      divarlarının     
çıxıntıları arxasında    gizlənərək    və    tüfənglərdən    küçə   
boyunca    atəş 
açaraq   yavaş-yavaş   Nikolayev   küçəsi   ilə   üzü   yuxarı   qalxırdılar.   Bu   zaman   "Qrand   otel"   
mehmanxanasının 
damında yerləşdirilmiş pulemyot bütün Nikolayev küçəsini atəş altında saxlayırdı. Üçüncü və ya dördüncü gün 
başda     Yeqişe     adlı     birisi     olmaqla     daşnaksakanlar     mehmanxanaya     soxuldu 
və 
 
 
binanı     
"Daşnaksutyun" partiyasının qərargahı üçün tutdu..." 
Digər şahid, Yuda Abramoviç Belenkinin ("43 yaş, yəhudi, Bakıda, Yuxarı Priyutski küçəsində, ev № 97- 
də    yaşayıram")    dediklərindən:    "...Mən    gördüm    ki,    bizim    yanımızda,    Melniçni    küçəsi    və    Qluxoy   
dalanının 
tinində ermənilər 11 müsəlmanı güllələdilər... Müsəlmanları söyub güllələyənlər əsasən erməni əsgərləri idi..." 
1926-cı  ildə  çap  olunmuş  "Proletarskaya  revolyusiya"  jurnalının  12-ci  nömrəsindəki  bir  məqalədə  qeyd 
olunurdu: "rekvizisiyalar, həqarətli münasibət və daim keçirilən güllələnmələrlə (düşmənin xeyrinə casusluq adı 
ilə,  əslində  isə  müsəlmanlara  olan  nifrətlə  bağlı)  sovet  qoşunlarının  erməni  komandirləri  Sovet  hakimiyyətinə 
qarşı pis münasibət yaradırdılar".
39
 
Mart   qırğınları   münasibəti   ilə   S.Şaumyanı   təbrik   edən   V.İ.Lenin   göndərdiyi   teleqramda   yazırdı:   
"Əziz  yoldaş  Şaumyan!  Sizin  möhkəm  və  qəti  siyasətiniz  bizi  çox  sevindirir."  Bakı  neftinə  olan  ehtiyac 
bolşeviklərin  rəhbərini  S.Şaumyan  və  onun  əlaltılarının  qəddarlığına  göz  yummağa  vadar  etmişdi.  Rusiyanın 
özündə  "siyasi  düşmən"  adı  ilə  yüz  minlərlə  insanın  qətlinə  rəvac  verən  bolşeviklərin  liderini 
azərbaycanlıların həyatı, xalqın taleyi az maraqlandırırdı. 
Eyni  zamanda  Azərbaycanın  qərb  sərhədlərində  İrəvan,  Naxçıvan,  Zəngəzur  və  Qarabağın  azərbaycanlı 
kəndlərinə   hücumlar   davam   edirdi.   Bakı   quberniyasında   qırğınlara   rəhbərlik   edən   bolşevik   Stepan   
39   
«Пролетарская революция», 1926, № 12, c.83-84. 
16 
 


Aprelin    2-də    Zaqafqaziya    Seymində    Bakı    hadisələri    müzakirə    edildi.    Başda    M.Ə.Rəsulzadə   
olmaqla 
azərbaycanlı    deputatların    bütün    səylərinə    baxmayaraq,    Zaqafqaziya    Seymi    azərbaycanlıların   
soyqırımının  qarşısını    ala    bilmədi.
40     
Bakını    azad    etmək    üçün    ayrılan    qüvvələr    hələ    tam   
formalaşmamış    və    itkilər    vermiş  Müsəlman    Korpusunun    hissələrindən    ibarət    idi.    Lakin    Zaqafqaziya   
Seymi    bu    hissələrə    vəd    etdiyi    köməyi  göndərmədi.  Aprelin  22-də  Zaqafqaziya  Demokratik  Federativ 
Respublikasının yaradılması elan edildi, lakin bu qurum da azərbaycanlıların taleyinə biganə idi. Aprelin 25-dən 
Qırmızı  Ordunun  gücləndirilmiş  hissələri  Gəncə  istiqamətində      yürüşə      hazırlaşmağa      başladılar.
41       
Artıq   
tam    qələbəyə      əmin      olan      S.Şaumyan      bildirirdi      ki,  Yelizavetpol    quberniyası    və    Gürcüstanda   
yaşayan    ermənilər    Qırmızı    Ordu    yürüşə    başlayan    kimi    üsyan  qaldıracaq  və  qələbə  qazanmaqda 
onlara  kömək  edəcəklər.  Qırmızı  Orduya  L.Biçeraxovun  dəstəsi  birləşəndən  sonra     Kürdəmir-Yevlax-Gəncə,     
Şamaxı-Göyçay-Kaxetiya-Tiflis      istiqamətlərində      yürüş      təşkil      edilməliydi.  Arxadan  zərbəni  Andranik 
endirməli, Zəngəzurdan Qarabağa və Yevlaxa yürüş həyata keçirməliydi. 
AZƏRBAYCAN XALQININ MÖVCUDLUĞU SUAL ALTINA QOYULMUġDU 
Yalnız    Azərbaycanın    müstəqilliyinin    elan    edilməsi,    milli    silahlı    qüvvələrin    yaradılması   
Azərbaycan 
xalqını məhv olmaqdan xilas edə bilərdi. 1918-ci il mayın 28-də Azərbaycan Cümhuriyyəti müstəqil dövlət elan 
edildi.    Milli    silahlı    qüvvələrin    yaradılmasında    və    bolşevik    -    erməni   
təcavüzünün 
Azərbaycana kömək etməyə hazır olan yeganə dövlət Osmanlı imperiyası idi. 
qarşısının    alınmasında 
40
Протоколы заседаний мусульманских фракций Закавказского Сейма и Азебайджанекого Национального Совета. Баку, 2006, с.84-85. 
41
Дарабади П.Г. Военные вопросы, с.112. 
17 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə