Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə80/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   76   77   78   79   80   81   82   83   ...   113

 
 
qarşısını  almaq   qərarına   gəldi.   8  top  və   8   pulemyotla   silahlanan  sovet   piyada  hissələri  Kürdəmirin 
şimalında 
mövqe tutdular. 
İyulun    8-də      gedən    döyüşlərdə    13-cü    alay    azacıq    irəlilədi,    Müsüslü    dəstəsinin   
hərəkətlərinə    qarşı  bolşeviklərin    zirehli    qatarı    göndərildi.
435       
Üstəlik    Şamaxı    istiqamətində    hücuma   
başlayan    bolşevik-erməni  qüvvələri      10-cu      alayı      Gürcüvan      kəndindən      çıxarmağa      nail      oldular.     
Uğurun      qazanılmasında      Şamaxı  ermənilərinin  800  nəfərlik  dəstəsinin  (komandir  Qazarov),  Qarakənd  və 
Mədrəsə  kəndlərinin  erməni  əhalisinin  böyük    rolu    olmuşdur.    Meysəri-Mədrəsə    və    Muğanlı    kəndləri   
istiqamətində    ağır    döyüşlər    oldu,    10-cu    alay düşməni Ağsunun 10 kilo-metrliyində saxlaya bildi.
436
 
İyulun   9-da   tərəflər   əsasən   növbəti   döyüşlərə   hazırlaşır,   tükənmiş   döyüş   sursatını   (bəzi   yerlərdə   
döyüş  sursatının  tükənməsi  səbəbindən  süngü  döyüşləri  baş  vermişdi)  bərpa  edirdilər.  İyulun  9-dan  10-a 
keçən  gecə  mürəttəb    süvari    alayı    düşmən    arxasına    göndərilərək    Kürdəmirlə    Karrar    stansiyası   
arasında    dəmir    yolunu  dağıdaraq    burada    mövqe    tutdu.
437     
Görünür,    Nuru    paşa    Kürdəmir    ətrafında   
çoxsaylı    düşmən    qoşunlarının  olmasını     bildiyindən    onları     geri     çəkilərək    yeni     mövqelər    tutmağa     
vadar    etmək    deyil,      əksinə,    buradaca  mühasirəyə    salıb    məhv    etmək  planından    əl    çəkməmişdi.   
Qazaxdan   gətirilmiş   350   nəfər   könüllü   13-cü   alayın tərkibinə verildi. 
İyulun   10-da   günorta   başlayan   döyüşdə   13-cü   alay   xeyli   irəlilədi,   düşmən   Müsüslü   dəstəsi   ilə   
üzbəüz  dayanan    bəzi    hissələri    13-cü    alaya    qarşı    yönəltdi.    Burada    6    pulemyotla    1000    nəfər    sovet   
döyüşçüsü    qaldı.  Düşmən    mövqelərini    daim    nəzarətdə    saxlayan,    onun    atəşlərinin    azalmasını    görən   
H.Səlimov    dərhal    Müsüslü  dəstəsini    bütünlüklə    irəli    atdı    və    13:55-də    düşmənin    birinci    səngər   
xəttini    tutdu,    hücumu    davam    etdirərək  müdafiə  mövqelərini  yardı  və  Kürdəmirin  girəcəyinə  çatdı.
438   
Bu 
xəbər  Kürdəmirin  şimalında  müdafio  olunan  düşməndə  vahimə  yaratdı,  irəli  atılan  13-cü  alay  düşmən 
mövqelərini  yardı  və  Kürdəmirin  qərbində  Müsüslü  dəstəsi    ilə  birləşdi.  Kürdəmirə    ilk  olaraq    1-ci    Tatar 
süvari  alayı,  bir   dağ  topçu  taqımı   və   46-cı   türk  taborunu döyüşçüləri  daxil  oldular.
439   
13-cü  alay  Müsüslü 
dəstəsinin  1-ci  Tatar  alayının  süvarilərinə  atəş açmasın  deyə 
13-cü    alayın    tərkibində    olan    azərbaycanlı    hissələrdən    yunker    Qasımov    irəliyə    keçərək    cənubdan   
yaxınlaşan  süvarilərin  azərbaycanlı  süvarilər  olmasını  xəbər  verdi.  Bir  neçə  saat  davam  edən  döyüşdən  sonra 
Kürdəmirdə  müdafiə   olunan   düşmən   böyük   itkilər   verdi.   Qələbəyə   görə   Nuru   paşa   tərəfindən   dərhal   
polkovnik    rütbəsinə  layiq    görülən    H.Səlimov    düşmən    qüvvələrinin    təqibini    təşkil    etdi.
440     
Karrar   
stansiyası    yaxınlığında    düşmən zirehli avtomobillərlə əkshücum təşkil etməyə çalışdı, lakin onlar mühasirəyə 
salındı  və  çox  çətinliklə,  bolşevik-  erməni    piyada    hissələrinin    köməyi    ilə    mühasirədən    çıxdı.
441     
İyulun   
10-da   axşam   türk-azərbaycanlı   qoşunlar Kürdəmirdən şərqdə mövqe tutdular.
442
 
İyulun      10-12-də      böyük      qüvvələrlə      Ağsu      istiqamətində      irəliləməyə      çalışan      düşmən     
Kürdəmirin itirilməsinin 
əvəzini 
burada 
çıxarmağa
 
çalışdı,  lakin 
hakim yüksəklikləri əlində saxlayan 
10-cu  alay  hücumları  dəf  etdi.
443   
Döyüş  sursatının      çatışmazlığını     
aradan      qaldırmaq      üçün      qənimət      kimi  götürülmüş 
silahlardan istifadə edildi. 
Təlaş  içində  olan  S.Şaumyan  Petroqrada  V.Leninə  və 
Həştərxanda    olan    İ.Stalinə    teleqramlar    vuraraq    təcili    əlavə   
qüvvələr göndərilməsini tələb edirdi.
444
 
Ağsu      -      Kürdəmir      əməliyyatına      son      qoyaraq      bütün     
səyləri Şamaxı is-tiqamətinə yönəltmək üçün Karrar stansiyasını azad 
etmək  lazım      idi.      Nuru      paşa      stansiyanın      alınmasını     
Müsüslü     dəstəsinə 
tapşırmış,    13-cü    alayı    şimala,    Ağsu-Şamaxı    yoluna    çəkməyi    planlaşdırmışdı.    Müsüslü    –
Kürdəmir    dəmir  yolunun  bir  qismi  düşmən  tərəfindən  dağıldığından  qoşun  və  sursatların  göndərilməsində 
problemlər  yarandı.  Onları  aradan  qaldırmaq  üçün  yolun  təmirinə  başlandı  və  qısa  zaman  ərzində  işlər 
tamamlandı.
445   
İyulun  11-də  axşam    tərtib    edilən    plana    əsasən    qoşunların    bir    hissəsi    Qarasaqqal   
istiqamətində    irəliləməli,    H.Səlimovun-  Müsüslü    dəstəsi    isə    Karrara    hücum    etməli    idi.    Karrara   
hücumda    bir    piyada   taboru,    mürəttəb    süvari    alayı, 
435
Yuceer N. Birinci Dünya savaşında, s.90. 
436
Большевики в борьбе за победу, с.553; Токаржевский Е.А. Из истории иностранной интервенции, с.121. 
437
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.227. 
438
Süleymanov M.S. Azərbaycan Ordusu, s.107. 
439
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.93. 
440
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.228. 
441
Токаржевский Е.А. Из истории иностранной интервенции, с.121. 
442
Süleymanov M.S. Azərbaycan Ordusu, s.107. 
443
Большевики в борьбе за победу, с.559. 
444
Большевики в борьбе за победу, с.557. 
445
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.229. 
126 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə