Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə82/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   78   79   80   81   82   83   84   85   ...   113

 
 
saxlamağı    üstün 
tutdular,    azərbaycanlı    döyüşçülərin  dəyanəti    nəticəsində    kömək    iyulun    15-də,   
Karrar 
stansiyası QİO-nun əlində olanda və döyüşlər sona çatanda yetişdi. 
İyulun 14-də günün ikinci yarısından başlayaraq Kürdəmir-Ağsu -Şamaxı cəbhəsində nisbi sakitlik hökm 
sürməyə    başladı,    bundan    istifadə    edərək    tərəflər    öz    sıralarına    əlavə    qüvvələr    cəlb    edirdilər.    İyulun   
14-də 
tərkibində 37 zabit, 2731 əsgər (2092 tüfəng, 16 pulemyot, 4 dağ topu) olan 38-ci türk piyada alayı Ağstafaya 
çatdı və dərhal Ucara yola salındı.
459   
Şamaxı istiqamətində istifadə edilmək üçün təzəcə Azərbaycana gəlmiş 38- 
ci alayının top batareyası, azərbaycanlılardan ibarət Ləzgi süvari alayı, əlavə döyüş sursatı dəmir yolu vasitəsi 
ilə Kürdəmirə, oradan isə cəbhə xəttinə daşındı.
460
 
Beləliklə,   Ağsu-Kürdəmir   döyüşləri   Qafqaz   İslam   Ordusunun   gücünü,   zabit   və   əsgərlərinin   nəyə   
qadir  olduğunu    açıq-aydın    sübut    etdi.    Artıq    əməliyyatın    planlaşdırılma    mərhələsində    komandanlıq   
Kürdəmirin  möhkəmləndirilməsi    barədə    kəşfiyyat    məlumatlarına    əsaslanaraq    zərbənin    əsas    istiqamətini   
şimala,    Ağsuya doğru yönəltdi. Ağsunun alınması aşağıdakı üstünlükləri qazandırırdı: 1. Şamaxı istiqamətində 
irəliləməyə  şərait  yaradılır    və    bununla    da    sovetlər    Şamaxı    istiqamətindən    qoşunları    çıxara    bilmirlər;   
2.    Kürdəmirdə    müdafiə  olunan    sovet    qoşunlarına    cinahdan    və    arxadan    zərbə    endirmək    imkanı    əldə   
edilir.    Süvari    hissələr    əlahiddə  şəkildə    ayrılaraq    Ağsu-Kürdəmir    və    Ağsu-Şamaxı    yollarının   
kəsilməsində    istifadə    edilməli    idi.    Əməliyyata  hazırlıq    ciddi    həyata    keçirilmişdi:    su,    ərzaq,    döyüş   
sursatı    ehtiyatları    yaradılmış;    arxada    qalan    rus    və    erməni  kəndlərində      tərksilah      əməliyyatları     
aparılmış,      silahlı      dəstələr      məhv      edilmişdi;      QİO-nun      uğurlu      hücumu  nəticəsində  bolşevik-erməni 
birləşmələrinin  ətraf  kəndlərə  qəfil  hücum  etmək  ehtimalı  nəzərə  alınaraq  Göyçay  dəstəsi    təşkil    edilmiş    və   
hadisələrin    gedişində    bu,    özünü    doğrultmuşdu.    Əməliyyata    rəhbərlik    etmək    üçün  komandanlıq   
cəbhə    xəttinə    mümkün    olan    qədər    yaxın    mövqe    tutmuşdu.    Döyüşlərdə    komandanlıq    qarşıya 
qoyulmuş    məqsədlərə    nail    olmaq    üçün   inadkarlıq,    əsas    məqsədlərdən    yayınmadan 
dəyişən
 
şəraitə    uyğun  olaraq   
fəaliyyət    göstərmək  bacarığını,  qoşunlar  isə  rəşadət  və  dözümlülük  nümayiş  etdirmişdilər.  Azərbaycanlı 
zabitlərin,  ilk  növbədə    H.Səlimovun  komandanlıq  istedadı  müəyyən  olunmuş,  ayrı-ayrı  istiqamətlərdə 
müstəqil  şəkildə    əməliyyata    rəhbərlik    etməsi    təcrübəsi    sınaqdan    keçirilmiş    və    özünü    doğrultmuş,   
azərbaycanlıların  döyüşdə  heç  də  türklərdən  geri  qalmaması  aydın  olmuşdu.  Əməliyyat  zamanı  aşağıdakı 
qüsurlar özünü büruzə vermişdi: nəqliyyat vasitələrinin azlığı döyüşən qoşunların su, ərzaq və döyüş sursatı ilə 
təchizatında  problemlər  yaradırdı;  qoşunların  tibbi  xidməti  acınacaqlı  vəziyyətdə  idi,  susuzluq  və  isti  iqlim 
şəraitində  başlamış  bir  sıra  xəstəliklər    itkilərə    səbəb    olurdu;    axtarış-xilasetmə    hissələrinin    təşkil   
olunmaması    nəticəsində    dağlıq    şəraitdə  yaralanaraq    öz    qoşunlarından    aralı    düşən    döyüşçülər    itkin   
hesab    olunur,    onların    bir    qismi    yerli    sakinlər tərəfindən xilas edilsə də, bir çoxu həlak olurdu;  hissələr 
arasında  daimi  rabitənin  olmaması  məlumatların  vaxtı-  vaxtında  çatdırılmasında,  qoşunların  idarə  edilməsində 
çətinliklər  doğururdu;  qoşunların  azlığı  şəraitində  hərbi hissələrin    yer    dəyişməsi    onları    yorur    və    vaxt   
itkisinə    səbəb    olurdu.    Bununla    belə,    Ağsu    istiqamətində  bolşeviklərin      ən      etibarlı      hissələrinin     
məğlubiyyətə      uğradılması,      azərbaycanlı      zabit      H.Səlimovun      əsasən  azərbaycanlılardan  ibarət  olan 
qüvvələrlə  sovetlərin  və  ingilislərin  təriflədiyi  Biçeraxovu  məğlub  etməsi  Qafqaz  İslam  Ordusunda  qələbə 
əhvali-ruhiyyəsi, düşmən tərəfdə isə ruh düşkünlüyü yaratmışdı. 
7.7. ġamaxı əməliyyatı (19-22 iyul 1918-ci il) 
Ağsu-Kürdəmir      döyüşlərində      özünü      büruzə      vermiş      qüsurları      aradan      qaldırmaq      məqsədilə     
QİO 
komandanlığı      yeni      əməliyyatı      planlaşdırarkən      qoşunlarda      struktur      dəyişikliyi      apardı.      Döyüş     
şəraitində qoşunların struktur dəyişikliyinin həyata keçirilməsi olduqca çətin proses idi, lakin komandanlıq bu riskə 
getdi. Artıq     Ağsu-Kürdəmir     döyüşlərində     müəyyən     edilmişdi     ki,     qoşunların     Ağsu     istiqamətindən     
Kürdəmirə, Kürdəmir istiqamətindən Ağsuya göndərilməsi vaxt itkisinə səbəb olur və döyüşçüləri yorur. Bir 
mövqedə olan komandanlıq digər  bölgədə baş verənlər barəsində  bixəbər olur, həmin  bölgədə 
vuruşan    qoşunların    rəhbərləri    isə    müstəqil    fəaliyyət    göstərmək   
səlahiyyətinə malik     olmadığına     görə  "yuxarıdan" 
əmr     və
 
göstərişlər gözləməli olurdu. 
Ağsu    uğrunda    gedən    döyüşlər    zamanı    bu    cəbhədə    olan    Nuru    paşa    və   
onun qərargahı    Kürdəmir    cəbhəsində    baş    verənlər    barəsində    gec    xəbər   
tuturdu    və 
yalnız      H.Səlimovun      təşəbbüskarlığı      və      məsuliyyəti      öz      üzərinə     
götürməsi  vaxtında    tədbirlər    həyata    keçirməyə    imkan    verirdi.    Karrar   
stansiyası    uğrunda  gedən    döyüşlər    zamanı    bolşeviklər    üstün    qüvvələrlə   
Salyana    hücum    etmişdi. 
N.Ramazanov və S. Hüseynzadənin dəstələri düşmən hücumlarını dəf etsələr də 
əkshücuma  keçə  bilmədilər,  çünki  Salyandan  aralı  (Ağsuda)  olan  komandanlıq 
hadisə    barəsində    gec    xəbər    tutmuş    və    onlara    gec    reaksiya    vermişdi.   
İrəlidə 
459
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.217. 
460
Yenə orada, s.232. 
128 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə