Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə83/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   79   80   81   82   83   84   85   86   ...   113

 
 
gözlənilən əməliyyatlar iki bir-birindən aralı istiqamətdə: Göyçay-Şamaxı şosse yolu və Kürdəmir-Bakı dəmir 
yolu boyunca aparılmalı idi. Qoşunlar bir-birindən aralanmalı olduğundan, komandanlıq hər iki istiqamətə eyni 
vaxtda eyni diqqəti ayıra bilməzdi. Nəticədə QİO-nu təşkil edən 5-ci Qafqaz piyada firqəsi, 15-ci firqənin 38-ci 
alayı və azərbaycanlı hissələr iki taktiki qrupa bölündü. 
Şimal (quzey) qrupu adını almış qrup Ağsu-Şamaxı-Bakı istiqamətində irəliləməli idi. Qrupun tərkibinə 
13-cü  Qafqaz  piyada  alayı  (komandir  yarbay  Əhməd  Rza  bəy),  10-cu  Qafqaz  piyada  alayı  (komandir  yarbay 
Səlim  bəy),  Zehni  bəy  dəstəsi  (komandir  süvari  minbaşısı  Zehni  bəy),  25-ci,  26-cı  və  28-ci  taborlar  daxil  idi. 
Qrupun komandiri yarbay Osman bəy təyin edildi. 
Cənub    (güney)    qrupu    adını    almış    qrup    Kürdəmir-Bakı    dəmir    yolu    boyunca    irəliləməli    idi.   
Qrupun tərkibinə Müsüslü dəstəsi, bir türk piyada taboru (38-ci alay tərkibindən 2-ci tabor), 1 türk piyada bölüyü 
(26-cı 
tabor    tərkibindən),    istehkam    bölüyü,    2    top,    1    zirehli    qatar    daxil    idi.    Qrupun    komandiri   
H.Səlimov    təyin  olundu.
461       
38-ci      alayın      1-ci      taboru     
ehtiyat      qüvvəsi      kimi      arxa  cəbhədə    3-cü    taboru    isə   
Gəncədə    saxlanılmışdı.    Qruplar    arasında  əlaqələndirmə   itməsin   
deyə   onlar   Şərq   Cəbhəsi   komandanlığı   (və 
ya     Bakı     cəbhəsi     komandanlığı)     çərçivəsində     birləşmiş,     
Cəbhə 
komandanı Mürsəl bəy təyin edilmişdi.
462
 
Yeni    qruplaşmaya    əsasən    qoşunlar    iyunun    16-18-də   
təşkil 
olundu, istiqamətlərə bölündü. İyulun 19-da planlaşdırılan hücumda 
qoşunlar    qruplar    şəklində    hərəkət    etməli    idi.    Komandanlıq   
hesab edirdi  ki,  Cənub  qrupu  qarşısında  200  süvari,  700  piyada,  1 
zirehli 
qatar, bir neçə zirehli avtomobil olan qüvvə dayanıb. Ehtimallara görə, Şimal qrupu qarşısında 2-3-tabor piyada, 
zirehli  avtomobillər,  bir  neçə   top  və  pulemytoları  olan  düşmən  dəstəsi  var   idi.
463   
Döyüş   əmrinə  əsasən  13-
cü  alay  Ağsu  yaxınlığındakı  mövqeyindən  Göylər  kəndinə,  oradan  Şamaxıdan  şərqə  hərəkət  edərək  Şamaxı-
Bakı  yolunu    kəsməli    idi.    10-cu    alay    Gürcüvan    kəndi    ətrafından    hücuma    keçərək    birbaşa    Şamaxı   
üzərinə    hərəkət  etməli  idi.  38-ci  piyada  alayın  l-ci  taboru,  mürəttəb  süvari  alayı  və  milli  azərbaycanlı 
dəstələr,  rus  dağ  topları  taqımı  Şərq  cəbbəsinin  ehtiyat  qüvvəsi  olaraq  Ağsuda  toplandı.  Şimal  qrupunun 
hücumu  zamanı  Cənub  qrupu  hücuma   keçməsə   də   fəal   hərəkətləri   ilə   düşməni   özünə   cəlb   etməli   və   
şimala   qüvvə   göndərilməsinə   imkan  verməməli   idi.
464   
Mürsəl   bəy,   tərtib   etdiyi   planla   razılaşan   Nuru   
paşadan    döyüş    əmrini    dəstəkləyən    teleqram  almışdı.  Teleqram  "Hədəfiniz  Bakı  olacaqdır"  sözləri  ilə 
bitirdi.
465
 
Beləliklə,   ən   çətin   vəzifə   13-cü   alay   qarşısında   qoyulmuşdu.   O,   çox   da   hündür   olmayan   (831-
936   m),  lakin  sıldırımlı  Göylər  dağ  silsiləsini  aşmalı,  daha  sonra  Pirsaat  çayını  keçməli,  Şamaxını  cənubdan 
mühasirəyə  alaraq    Şamaxı-Bakı    yoluna    çıxmalı    idi.    Əməliyyat    plan    üzrə    həyata    keçirilsəydi,
 
düşmənin 
qüvvələri 
Şamaxıdan      çıxa bilməyəcəkdi. 
İyulun 19-a keçən gecə Şamaxı ətrafına şiddətli yağış yağdı, bu isə qoşunların hərəkətini ləngitdi. Hücum 
zamanı     yağışın     davam     etməsi,     bir     tərəfdən     də     gilli-palçıqlı     ərazilər     13-cü     alayın     hərəkətini     
daha     da 
çətinləşdirirdi. Tədricən alay hücum istiqamətini dəyişdi və müəyyən olunmuş vaxtda Göylər kəndi (Şamaxıdan 
cənub-şərqdə)      əvəzinə      Mədrəsə      kəndinə      (Şamaxıdan      cənub-qərbdə)      yaxınlaşdı.      Nəticədə      10-cu     
alayın hücumunu    sol    cinahdan    dəstəkləyən    13-cü    alay    Şamaxıya    birbaşa    zərbəni    gücləndirdi.    Lakin   
sovetlərin 
Şamaxıdan çıxmaq yolu qapanmamışdı. Şamaxıya gözlədiklərindən də güclü zərbə vurulduğundan bolşeviklər 
səhər saat 11:00-da geri çəkilməyə başladılar və saat 16:35-də kütləvi şəkildə Şamaxını tərk edirdilər. Nuru paşa 
əməliyyatın    gedişindən,    ilk    növbədə    13-cü    alayın    istiqamət    dəyişməsindən    narazı    idi    və    sovet   
qoşunlaranın buralardan   sağ-salamat   çıxmasını   Bakı   ətrafında   döyüşlərin   daha   da   şiddətli   olacağı   kimi   
qiymətləndirirdi.
466
 
Döyüşdə   Şimal   qrupundan   1   zabit,   4   əsgər   həlak   olmuş,   20   əsgər   yaralanmışdı.
467     
Havanın   yağışlı   
olmasına 
baxmayaraq iyunun 20-də hücum davam etməli idi. Yeni plana əsasən 13-cü alay hərəkət istiqamətini dəyişməli 
və Çuxanlı-Məlik Çoban kəndlərini tutmalı idi (kəndlər Şamaxıdan cənub-şərqdə yerləşirdi). 
İyulun  20-də  Şimal   qrupu  hücuma  keçdi  və  döyüşdən  sonra Çuxanlı  və  Məlik Çoban  kəndlərini  tutdu. 
Döyüşdə 1 top, 2 pulemyot, 1 zirehli və 2 yük avtomobili, ləvazimat və döyüş sursatı olan arabalar qənimət kimi 
ələ keçirildi. Avtomobilləri ələ keçirmək üçün süvari bölmə Şamaxı ilə Mərəzə arasında xüsusi pusqu qurmuş 
və texnikanı tuta bilmişdi. Texnika ilə birlikdə 1 ingilis zabiti və 4 ingilis əsgəri də əsir götürüldü.
468   
QİO-nun 
qoşunları bir az da irəliləyə bilərdi, lakin Azərbaycan ərazisində ilk döyüşlərdən fərqli olaraq indi komandanlıq 
tam sığortalanmış şərait yaradır, cinahları möhkəmlədir, ehtiyat qüvvəsini cəbhəyə yaxınlaşdırır, döyüş sursatı, 
461
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.322. 
462
Yuceer N. Birinci Dünya savaşında, s.91. 
463
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.324. 
464
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.236. 
465
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.112. 
466
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.238. 
467
Yuceer N. Birinci Dünya savaşında, s.92. 
468
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.333. 
129 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə