Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə84/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   80   81   82   83   84   85   86   87   ...   113

 
 
su   və   ərzağı   çatdırır,   yaralıları  daşıyır  və   sonra  hücumu   davam  etdirirdi.  Belə  hərəkət  ləng  olsa   da,   
düşmənə 
əkshücum  təşkil  etmək,  qəfil  zərbələr  vurmaq  üçün  ümid  belə  vermirdi.  Döyüş  Mədrəsə istiqamətində  davam 
etməli      idi.
469         
Cənub      qrupu      əvvəlki      kimi      qarşısında      dayanan      düşməni      narahat      etməli,     
şimala      qoşun  göndərilməsinə     imkan     verməməli     idi.
470       
İyulun     21-də     başlayan     hücum     Mədrəsə     
kəndinin      tutulması      ilə  nəticələndi.    Türk-azərbaycanlı    qoşunlarının    "vəhşilikləri"    haqqında    bolşevik-
ermənilərin    şayiələrinə    inanmış,  Şamaxı    qırğınlarında    iştirak    edən    Mədrəsənin    xristian    əhalisi   
kəndi    sovet    qoşunları    ilə    birgə    tərk    etdi.  Mədrəsənin    alınması    Şamaxı    da    daxil    olmaqla    böyük   
ərazinin   nəzarət   altına   alınması   demək   idi.
471     
Mərəzə kəndi  yaxınlığında  28-ci  taborun  komandiri  yüzbaşı 
İzzət  bəy  həlak  oldu.
472   
3-cü  sovet  briqadasının  komissarı  A.Mikoyan  hesab  edirdi  ki,  türk-Azərbaycan 
qoşunlarına  qarşı  müqavimət  təşkil etməli  olan  Amazasp  geriyə çəkilmək əmrini verməməli idi. Mikoyan    öz   
fikrini    S.Şaumyana    raport    vasitəsi ilə    çatdırmışdı. S.Şaumyan 
da    öz    növbəsində    V.Leninə    göndərdiyi    teleqramda    Şamaxı    və    Mədrəsənin    Amazaspın    ucbatından   
itirildiyini  bildirdi  və  günahkarları  tribunala  verəcəyinə  söz  verdi,
473   
lakin  bunu  icra  etmədi  və  Amazaspı  heç 
vəzifədən  də  çıxarmadı.    21  iyul    döyüşündə    qənimət    kimi    2    top,    1  zirehli,  6    yük  və    1    minik   
avtomobili,  30   araba,   6  səhra mətbəxti, sursat ələ keçirildi.
474
 
İyulun 22-də sovet komandirlərinin geri çəkilən qoşunları toplayıb müqavimət təşkil etmək cəhdləri boşa 
çıxdı.    Bundan    istifadə    edən    Cənub    qrupu    hücuma    keçdi.    Səhər    başlayan    hücumla    düşmənin   
müdafiə    xətti  yarıldı,    azərbaycanlı    süvarilər    irəli    atılaraq    cəbhəni    yardılar,    saat    13:30-da    onlar   
Sığırlı    stansiyasını    ələ  keçirdilər,  hücumu  davam  etdirərək  düşməni  təqib  etdilər  və  Padar  stansiyasını 
tutdular.  İyulun  22-nin  axşamına  olan   vəziyyət:   Şimal   qrupu   qarşısında   olan  düşmən  Cəngi   kəndindən  6   
verst  şərqdə,   Cənub  qrupu   qarşısında  dayanan düşmən  Padar  stansiyasından şərqdə  möhkəmləndi.
475   
Şamaxı 
ətrafında 60-dan artıq azərbaycanlı, 6 rus 
və    6    erməni    kəndi    var    idi.    Azərbaycanlı    kəndlərinin    1918-ci    ilin    aprel-iyun    aylarında    talanıb   
dağıdılmasında  təkcə  Qırmızı  Ordu  deyil,  ətraf  rus  və  erməni  kəndlərinin  əhalisi  də  iştirak  etmişdir.  Şamaxı 
əməliyyatı  zamanı  onların    bir    qismi    Biçeraxovun    və    erməni    dəstələrinin    tərkibinə    qatılmışdı.    Sovet   
qoşunları   məğlub   ediləndən sonra rus və erməni əhalisi Bakıya doğru qaçdı.
476
 
Beləliklə,    Şamaxı    əməliyyatı    türk-Azərbaycan    qoşunlarının    növbəti    uğuru    ilə    nəticələndi.   
Əvvəlki  döyüşlərdə  üzə  çıxmış  qüsurların  aradan  qaldırılması  itkilərin  az  olması,  əməliyyatların  əsasən 
plandan  kənara  çıxmaması  ilə  səciyyələnirdi.  Şamaxı  əməliyyatı  sona  çatana  yaxın  bu  ehtiyatlar  tükənmişdi. 
Bakı  istiqamətində  sürətli    hücum    təşkil    etmək    üçün    qüvvə    çatışmırdı.    Türk-azərbaycanlı    hissələrinin   
hərəkətinin    qarşısını   almaq  üçün    düşmən    öz    texnikasını    keçirdikdən    sonra    körpü    və    keçidləri    məhv   
edir,   mümkün   olan   yerlərdə   yolları  korlayır,   dəmir   yolunu   və   teleqraf   xətlərini   sökürdü.
477     
Nəticədə   
QİO-nun    ərzaq,    su    və    döyüş    sursatı    gətirən  arabaları    qoşunlardan    aralı    düşmüş,    səhra    hospitalları   
geridə    qalmışdı.    Körpü    və    yolları    təmir    etmək    üçün  istehkam  hissələri      çatışmır,      dəmir  yolu 
parovoz  və   vaqonlarının,  həmçinin  arabaların  çatışmaması  sursat  və ərzağı çatdırmaqla bağlı problemləri həll 
etməyə imkan vermirdi. 
Mürsəl bəy Şimal və Cənub qruplarını dayandırıb təminat məsələlərini həll edəndən sonra hücumu davam 
etdirməyi    planlaşdırır,    Nuru    paşa    isə    düşmən    vahimədə   
olduğundan sürəti    artırıb    onu    təqib    etməyi    tələb    edirdi.    O,   
23    iyulda    yazdığı 
məktubunda   bildirirdi   ki,   cəbhədə   olan   düşmən   qüvvələri   
pərişandır, 
arxada Biçeraxovun "ingilis parası" (ingilis pulları) ilə hakimiyyəti  ələ 
keçirəcəyi    barəsində    söz-söhbətlər    gəzir,    lakin    ingilislərin   
Ənzəlidən  çıxacağı  ehtimal  edilmir.  Nuru  paşanın  fikrincə,  xüsusi 
təyinatlı  dəstə  yaradılıb    düşmən    arxasına   keçməli,    Hacıqabul-Bakı   
dəmir   yol   xəttini partlatmalı,  Cənub  qrupu  Hacıqabula  hücum  etməli 
idi.  О  təklif  edirdi  ki,    süvari,    topçu    və    piyadalardan    ibarət   
təqib    dəstəsi    yaradılsın    və 
düşmən   arxasınca   göndərilsin,   ərzaq   və   lazım  olan   kömək   isə   müsəlman   kəndlərindən   alınsın.
478   
Mürsəl   
bəy 
qoşunların və bölgənin vəziyyətini öz gözləri ilə görürdü. Azərbaycan kəndləri düşmən tərəfindən viran edilmiş, 
dağı-dılmış, orada qoşunların hərəkətinə kömək edə biləcək əhali qalmamışdı. Mərəzədən Bakıya qədər ərazidə 
469
Большевики в борьбе за победу, с.578. 
470
Кадишев А. Б. Интервенция и гражданская война в Закавказье, с.119. 
471
Дарабади П.Г. Военные проблемы, с.119. 
472
Yuceer  N. Birinci Dunya savaşında, s.93  İzzət  bəy Acıdərədə  erməni – bolşevik qüvvələrinin   böyük  dəstəsini   məğlub   edəndən   sonra   düşmənin   əsir  və 
yaralılarına   yaxşı   davranmağı   tələb   etmişdi.   Hər   zaman   yaxşılığa   vəhşiliklə   cavab   verən   erməni   xisləti   burada   da   özünü   göstərdi.   İzzət   bəy   
düşmən 
əsirlərindən   aralandıqda   yaralı   erməni   əsgərlərindən   biri   gizlətdiyi   tapança   ilə   atəş   açmış   və   İzzət   bəyi   belindən   vurmuşdu.   Yaxınlıqdakı   
azərbaycan 
kəndinə  çatdırılsa  da  İzzət  bəyi  xilas  etmək  mümkün  olmadı.  O,  vurulduğu  yerdə  dəfn  edilməsini  vəsiyyət  edildi.  Sovet  illərində  yerli  əhali  tərəfindən 
qorunmuş  qəbir  itməmişdir.  Hal  –  hazırda  magistral  yolun  qırağında  Təklə  kəndi  yaxınlığında  İzzət  bəyin  qəbri  qorunmaqdadır.  Görüryılmaz  M.     
Türk Kafkaz İslam Ordusu, s.118. 
473
Большевики в борьбе за победу, с.582, Токаржевски странной интервенции, с.125. 
474
Yuceer N Birinci Dünya savaşında, s.93. 
475
Süleymanov M.S. Azərbaycan Ordusu, 8.112. 
476
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.114. 
477
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.240. 
478
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.240-241. 
130 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə