Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə85/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   81   82   83   84   85   86   87   88   ...   113

 
 
heç   kimin   yaşamamasını   və   su   ehtiyatlarının   olmamasını   vurğulayan   Mürsəl   paşa   ərzaq   və   su   
təminatında, 
döyüş sursatının çatdırılmasında problemlər olmasını bildirmişdi. Erməni- rus kəndləri ətrafında taxıl ehtiyatları 
vardı (bolşevik-erməni qoşunları onlara toxunmur, yalnız müsəlman  kəndlərini məhv edirdilər), lakin bu taxılı 
üyütmək    xeyli    vaxt    və    əlavə    səylər    tələb    edirdi.    Əsas    anbarların    Kürdəmirdə    yerləşməsini,    bu   
anbarların döyüşən  hissələrə  yaxın olan,  Şamaxıya  köçürülməsi üçün  vaxt  və  nəqliyyat  tələb  olunmasını  bildirən 
Mürsəl 
bəyin   göstərdiyi   səbəblərlə   razılaşan   Nuru   paşa   iyulun   26-dək   təminat-təchizat   məsələləri   ilə   məşğul   
olmağa 
icazə verdi.
479
 
7.8.Hacıqabul əməliyyatı (26-31 iyul 1918-ci il) 
Əvvəlki    döyüşlərdə    güclü    zərbələr    almış    bolşevik-erməni    qoşunları    törətdikləri    əməllərə    görə   
cavab  verməli    olacaqlarını    dərk    edərək    geri    çəkilirdilər.
480     
Sovet    Rusiyasından    göndərilən    silah    və   
sursatın   həcmi  artmışdı.   İyulun   19-da   Q.Petrovun   dəstəsi   Rusiyadan   Bakıya   gəldi   və   dərhal   cəbhəyə   
göndərildi.
481   
Q.Petrov  Bakı    rayonunun    hərbi    komissarı  təyin    edildi.    Q.Petrovun    dəstəsi    Sovet   
hakimiyyətinə    sadiq    olan    kazaklar    və  matroslardan    təşkil    edilmişdi    və    cəbhədə    sabitliyin   
yaradılmasında    əsas    rol    oynamalı    idi.
482     
İyulun    22-də  Biçeraxov    komandanlıqdan      imtina      etdi,     
vuruşan     qoşunların     komandanı     erməni     Avetisov    təyin     edildi.
483
 
Biçeraxov    cəbhədə    qalaraq    Bakının    müdafiəsində    iştirak    edəcəyini      bildirdi.    Müxtəlif    vasitələrlə   
ordunu  döyüşkən    vəziyyətə    gətirməyə    çalışan    bolşeviklər    iyulun    24    -də    fəhlələrə    və    qırmızı   
qvardiyaçılara    müraciət  edərək      onları      "vəhşi      Türkiyəyə",      "nifrətamiz      türk      zülmünə"      qarşı     
vuruşmağa      çağırdılar.
484       
Həmin      gün  Q.Petrovun  S.Şaumyan  və  Q.Korqanova  göndərdiyi  məktubu 
göstərdi  ki,  dəstə  коmandirlərinin  özləri  vahimə  içindədir  və  heç  bir  müraciət  onları  xilas  etməyəcək.  Əsasən 
də Petrov erməni komandirləri Amazasp, Vartanov 
və    Əmirovun    cəbhəni    tərk    etmək    istəmələrindən    gileylənirdi.
485     
Bakı    bolşevikləri    ilə    birgə    olan   
qüvvələr   də  törədilmiş      cinayətlərə      görə      cavab      verəcəklərini      dərk      edərək      onlardan      aralanmağa     
başladılar.      General  Denstervilin      yazıları      göstərir      ki,      eserlər      və      daşnaklar      Ənzəlidə      ingilis     
komandanlığı      ilə      görüşə      öz 
nümayəndələrini    göndərir,    bolşevikləri    devirib    hakimiyyətə    gələcək    yeni    hökumətlə    türk-Azərbaycan   
qoşun-  larına  qarşı  vuruşmağı  təklif  edirlər.
486   
İyulun  25-də  Fəhlə,  Qırmızı    əsgər,  Matros  və  Kəndli 
deputatları  Bakı  Sovetinin  fövqəladə  iclasında  sağ  eserlər,  daşnaklar  və  menşeviklərin  Bakıya  ingilis 
qoşunlarının  dəvət  edilməsi  barədə  təklifini  qəbul  etdilər.
487   
Sovet  Rusiyası  iyulun  25-də  Almaniyaya  nota 
verərək  Qafqaz  İslam  Ordusunun  hücumunun    qarşısını    almağı    tələb    etdi.    Ağır    vəziyyətdə    olan   
Sovet    Rusiyası    Bakıya    qüvvə    göndərmək  iqtidarında    deyildi.    Hakimiyyəti    vermək    istəməyən   
S.Şaumyan    iyulun    26-da    V.Leninə    teleqram    vuraraq  ingilislərin  gəlişinə  qədər  Bakıya  nizami 
qqşunların  göndərilməsini  xahiş  etdi.  Həmin  gün  keçirilən  Bakı  Soveti  İcraiyyə    Komitəsinin    iclasında   
polkovnik    L.Biçeraxovun    dəstəsinin    cəbhəyə    göndərilməsi,    şəhərdə    hərbi  vəziyyətin  tətbiq  edilməsi, 
bolşeviklərin  öz  vəzifələrini  icra  etməsi,  cəbhəyə  əlavə  qüvvələr  göndərilməsi  qərarı  qəbul    edildi.
488     
Bolşeviklər    ehtiyat    edirdilər    ki,    ingilislərin    tərəfdaşları    Bakıda    çevrilişə    cəhd    edəcək    və    real  qüvvə 
kimi  zərbəni  Biçeraxov  endirəcək.  Nəticədə  məğlubiyyətin  Biçeraxovun  ucbatından  baş  verməsi  barədə 
şaiyələr  yayılmağa  başladı.  Şaiyələrin  birinə  əsasən  Biçeraxov  guya  Bakıya  gələrək  burada  saxlanılan  1000-ə 
yaxın    alman    əsirini   azad    edib    silahlandıracaq,   sonra   isə    onların    köməyi    ilə    bolşevik   və    erməniləri   
şəhərdən qovacaq.
489 
Bütün  bu  şayiələr  Biçeraxovu  vaxtilə  dəstəkləyənlərin  gözündən  salınmağa,  və  siyasi  bir 
fiqur kimi aradan götürməyə yönəldilmişdi. 
Bakıdan   QİO   tərəfə   qaçmağa   nail   olan   azərbaycanlıların   və   kəşfiyyatın   məlumatlarına   əsaslanan   
Nuru 
paşa  iyulun  24-də  Mürsəl  bəyə  teleqram  göndərərək  əməliyyatm  iyulun  26-na  planlaşdırılmasını  tələb  etdi.
490
 
Körpü və yolların dağıdılması Cənub qrupunun, ərzaq və su çatışmazlığı, 
döyüş 
sursatının 
Kürdəmirdəki 
anbarlardan 
Şimal 
qrupuna 
çatdırılmaması  isə  bu  qrupun  irəliləməsinə  imkan  vermirdi.  Mürsəl  bəy 
bunları Nuru paşaya bildirdi. Bununla belə, irimiqyaslı hücum əməliyyatı 
keçirmək imkanı olmasa da, tədricən qoşunlar irəliləməyə başladı. İyulun 
479
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.327. 
480
Большевики в борьбе за победу, с.582. 
481
Yenə orada, s.569,573,582. 
482
Yenə orada, s.566. 
483
Yenə orada, s.579. 
484
Большевики в борьбе за победу, с.569. 
485
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246. 
486
Денстервиль, s.159. Bakıdan göndərilən emissarlara işarə edən Denstervil bu günlər barəsində yazırdı: «mənim hər gün Bakı ilə əlaqəm var idi.» 
487
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.246. 
488
Большевики в борьбе за победу, с.300. 
489
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.94. 
490
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.249. 
131 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə