Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə86/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   82   83   84   85   86   87   88   89   ...   113

 
 
 
 
26-da Cənub qrupu irəliləyərək 3 kəndi və Qarasu stansiyasını    azad etdi.    İyulun 27-də    qrupun qərargahı bura 
köçürüldü.  Qrup  həmçinin  Kür  çayı  boyunca  mövqe   tutmuş  Əhməd  Həmdi  bəyin  qüvvələri  ilə  əlaqə  yaratdı. 
Cənub    qrupu    və    Əhməd    Həmdi    bəyin    dəstələri    üzbəüz    irəliləməyə    başladıqda    gözlənilmədən   
Hacıqabulda  cəmləşmiş    sovet    qoşunları    mühasirə    təhlükəsi    ilə    üzləşdi.    Hücumun    qarşısını    almaq   
üçün    kifayət    qədər  qüvvələri  olmayan  sovet   komandanlığı  bundan  ehtiyat  edərək  Hacıqabulu  tərk  etməyi   
əmr  etdi.
491   
V.İ.Leninə  göndərdiyi    teleqramda    S.Şaumyan    göstərirdi    ki,    Q.Korqanov    məcburiyyət   
qarşısında    Hacıqabulu    tərk    etmək  əmrini    verdi,    çünki    Kür    çayı    istiqamətindən    irəliləyən    süvarilər   
az    qala    sovetləri    mühasirəyə    salacaqdırlar.  Məktubda    qeyd    edilirdi    ki,    infrastruktur    dağıdılıb,    yollar   
və    körpülər    partladılıb.
492     
İrəliləyən   Cənub   qrupu Müsüslüdən  Bakıya  qədər  22  körpünün  partladılmasını 
qeyd  etmişdi.
493   
Hacıqabulun  özündə  stansiya  tikililəri, neft, benzin, ağ neft  çənləri  partladılmış və ətraf ərazi 
viran qoyulmuşdu. 
Cənub qrupu qarşısında olan düşmən Pirsaat stansiyası ətrafında, Şimal qrupu qarşısında olan düşmən isə 
Cəngi    ətrafında    mövqe    tutmuşdu.    Cənub    qrupunun    irəliləməsi    üçün    ona    istehkam    bölüyü    verildi    və   
bölük körpüləri   yararlı   vəziyyətə   gətirməyə   başladı.   Əks   tərəfdə   düşmən   qüvvələrinin   çox   olması   
nəzərə   alınaraq Cənub    qrupundan    bir    tabor    (38-ci     alayın    2-ci     taboru)    və    Gəncədə 
yerləşən  bir  tabor  (38-ci  alayın  3-cü  taboru)  Şimal  qrupuna  tabe  edildi. 
İyulun    28-də    verilmiş    əmrə    əsasən   Cənub    qrupu    yayındırıcı   
döyüşlər 
apararkən  Şimal  qrupu  hücuma  keçməli  və  düşmənin  Cəngi  ətrafındakı 
mövqelərini tutmalı idi.
494
 
Nuru    paşanın    raportuna    görə,    iyulun    27-də    Azərbaycanın   
qərb  sərhədlərindən    həyəcanlı    xəbərlər    gəldi.    Azərbaycana   
müdaxilə    etmək  üçün    imkan    axtaran    Almaniya    hökuməti    hərbi   
yola    əl    atmaq    fikrinə  düşmüşdü.    Onun    təhriki    ilə    Gürcüstan   
qoşunlarının    bir    neçə    dəstəsi 
Azərbaycanın    Qazax  bölgəsində  Sınıq  körpü    adlanan  sərhəd    məntəqəsinə  hücum  etdi.    Orada    gürcü    və   
alman  bayraqları    qaldırdılar.    Türk    zabitlərinin    rəhbərliyi    ilə    Azərbaycan    könüllülərindən    ibarət    dəs-
tələr    əks-zərbə  endirərək    gürcü    dəstələrini    qovdular.    Döyüş    nəticəsində    gürcü    tərəfdən    26    nəfər   
həlak    oldu,    20    nəfər    əsir  götürüldü,    2    pulemyot    ələ    keçirildi.    Zaqatala    və    Şəki    istiqamətində    də   
sərhəddi   pozmaq   cəhdlərinin   qarşısı qətiyyətlə alındı.
495
 
İyulun   28-də   gecə   saat   3-də   başlayan   hücum   bolşevik   -  erməni   qoşunları   üçün   gözlənilməz   oldu.   
Saat 
11:30-da güclə özünə gələn sovet komandanlığı Şimal qrupunun hücumunun önündə gedən 2-ci mürəttəb süvari 
alayına    qarşı    150    süvari,    2    top,    1    zirehli    avtomobil,    sonra    isə   
200 
piyada  və  50 süvari  atdı; lakin  süvari  alayı  10-cu  Qafqaz piyada alayı 
ilə   birgə   düşməni   əzdi   və   Cəngi   ətrafındakı   mövqeləri   tutdu.   
Cənub 
qrupu    yayındırıcı    hücum    təşkil    etməsinə    baxmayaraq   
irəliləməyə    və  Pirsaat  stansiyasının    qərb  tərəfinə    çıxmağa    nail   
oldu.  Axşam  düşəndə  qrupların    hərəkəti    dayandırıldı.    Cəngi   
uğrunda    döyüşdə    düşmənin    2  topu  və  1  zirehli  avtomobili  ələ 
keçirildi.
496
 
İyulun 28-də Bakı Soveti İcraiyyə Komitəsi bəyannamə yayaraq 
hakimiyyəti    ələ    keçirmək    istəyənlərin    qarşısının    alınması    üçün,   
əsas  diqqəti    QİO-ya    qarşı    yönəltməyin    vacibliyini    bildirirdi.
497       
Bolşevik 
aviasiyası daim kəşfiyyat uçuşları keçirir, QİO hərbi hissələrinin yerdəyişmələrini müəyyən etməyə çalışırdı. 
İyulun     29-da     türk-Azərbaycan     hissələrinin     hücumu     davam     etdirildi.     Qruplar     qarşılarında     
dayanan  qüvvələri    məğlub    edərək    geri    çəkilməyə    məcbur    etdi.    Cəngi    və    Pirsaat    stansiyası    azad   
edildi.    Həmin    gün  Almaniya    nümayəndələri    QİO-nun    hücumunun    qarşısının    alınması    məqsədi    ilə   
Osmanlı    dövlətinə    təzyiqi artıracaqları haqqında Sovet Rusiyasına vəd verdilər. 
İyulun    30-da    hücumu    davam    etdirən    qruplar    Bakıya    doğru    hərəkət    edirdilər.    Şimal    qrupu   
Atbatandan  cənuba  doğru  hücuma  keçdi.  Onun  qarşısında  bir  piyada  taboru,  200  süvari,  2  top  və  3  zirehli 
avtomobili  olan  düşmən  dayanmışdı.  Buna  baxmayaraq  saat  12:30-da  düşmənin  cəbhəsi  yarılmış  və  o, 
Xırdalan  istiqamətində  geriyə    çəkilməyə    başlamışdı.    Bakının    sovetlər    tərəfindən    yaradılan    birinci   
müdafiə    xətti    məhz    Xırdalandan  keçirdi.    Düşmən    Qobu    ətrafında    əvvəlcədən    qazdığı    səngərlərdə    də   
möhkəmlənə   bilmədi   və   geri   çəkildi.
498
 
Başıpozuq  bir  bölüyün  Sumqayıt  tərəfə  qaçdığı  nəzərə  alınaraq  onu  məhv  etmək  üçün  dəstə  ayrıldı.  Dəstənin 
491
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.249. 
492
Большевики в борьбе за победу, с.610. 
493
Süleymanov M.S. Azərbaycan Ordusu, s.114. 
494
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.250. 
495
Budak M. Nuru paşanın raportu, s.460. 
496
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s.334. 
497
Большевики в борьбе за победу, с.608. 
498
Süleymanov M.S. Azərbaycan Ordusu, s.114. 
132 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə