Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü


    Hadisələrin qısa xronologiyası



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə9/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   5   6   7   8   9   10   11   12   ...   113

 
 
2.    Hadisələrin qısa xronologiyası 
1917-ci il 
Fevral - Rusiya imperatoru istefa verdi. 
9 mart - Zaqafqaziyanı idarə etmək üçün Tiflisdə Xüsusi İdarə Komitəsi yaradıldı. 
17   mart   -   Bakıda   Müvəqqəti   hökumətin   yerli   hakimiyyət   orqanı   -   İctimai   Təşkilatların   İcra   
Komitəsi təşkil edildi. 
27 mart - Müsəlman Milli Şurasının Müvəqqəti İcraiyyə Komitəsi seçildi. 
Aprel   -  Qafqaz   müsəlmanlarının   qurultayında   Azərbaycanın  səfərbərlik  imkanlarını   müəyyənləşdirmək 
üçün müsəlman əhalinin siyahıya alınması məqsədi ilə büro yaradıldı. 
May      -     Petroqradda     general-mayor      L.T.Tiqranyan,     podpolkovniklər      İ.T.Tiqranyan      və     
N.A.Məlik- Parsacanyan    tərəfindən    Erməni    Komitəsi    nəzdində    erməni    hərbi    komissiyası    yaradıldı.   
Rusiya    Müvəqqəti 
hökumətinin sədri və hərbi nazir A.EKerenskinin qətnaməsi: "Erməni atıcı taborlarının alaylara çevrilməsi və 
onlardan   diviziyaların   təşkil   edilməsinin   yubadılmamasını   təsdiq   edirəm".   Rusiya   ordusunda   mövcud   
olmuş gürcü və erməni milli hərbi hissələri Qafqazda cəmləşdirilməyə başlandı. 
Ġyul    -    polkovnik    Süleyman    bəy   
Əfəndiyev 
Yelizavetpolda hərbi kurs təşkil etdi. 
4  avqust  -  Petroqradda  general-mayor 
A.Baqratuni  və  L.Tiqranyan  Rusiya  hərbi  nazirinin 
köməkçisi 
B.Savinkova 
Erməni 
korpusunun 
yaradılması  layihəsini  təqdim  etdilər.    Erməni   
hərbi  komissarı    vəzifəsi    Müvəqqəti    hökumət   
tərəfindən təsdiqlədi, 
A.Baqratunini 
 
komissar 
  seçdilər- 
A.Baqratuni,     
L.Tiqranyan,     
N.Məlik-
Parsacanyan, 
M.Ter-Poqosyan, 
İ.Axverdyan, 
Bozoyan  və  s.  –  dən  ibarət      Hərbi      Şura     
yaradıldı.     Məqsəd     cəbbələrdə  səpələnmiş  silahlı 
erməniləri siyahıya alıb (120 min 
nəfər), onlardan ən azı 40 min nəfərini Qafqazda yerləşdirmək idi. 
22 oktyabr -Bakı Sovetinə keçirilən seçkilər "Müsavat" partiyasının böyük nüfuza malik olmasını sübut 
etdi. 
25    oktyabr    -    Petroqradda    çevriliş    nəticəsində    Müvəqqəti    hökumət     devrildi,    bolşeviklər   
Rusiyada hakimiyyətə gəldi. 
26 oktyabr - "Müsavat" partiyasının I qurultayının açılışı oldu. 
Oktyabr - Tatar süvari alayı Yelizavetpola gəldi. 
Noyabr   -   Rusiya   Müəssislər   Məclisinə   keçirilən   seçkilər   "Müsavat"   partiyasının   böyük   nüfuza   
malik olmasını sübut etdi. 
5 noyabr - Yelizavetpolda Müsəlman Milli Şurası tərəfindən Qafqaz müsəlman hərbçilərinin 1 qurultayı 
keçirildi. 
8    noyabr    -    II    Ümumrusiya    Sovetlər    qurultayı    Sülh    haqqında    Dekret    qəbul    etdi    və    çar   
hökumətinin  Antanta  ölkələri  ilə  imzaladığı  gizli  müqavilələr  dərc  edildi.  Çar  hökumətinin  heç  bir  planında 
Ermənistan  adlı  dövlət  yaratmaq  üçün  tədbirlər  nəzərdə  tutulmamışdı.  Ermənilər  siyasi  istiqaməti  dəyişərək 
bolşevik qüvvələri 
ilə birləşməyə meylli oldular. 
8-11  noyabr  -  Tiflisdə    Zaqafqaziya  idarə  komissiyaları,  milli,  məhəlli  qurumlar,  bələdiyyələr,  fəhlə 
və  həmkarlar  ittifaqları,  kəndli  birlikləri,  siyasi  partiyalar,  ordu  nümayəndələri,  baş  komandan  və  Xüsusi   
komitə  üzvlərinin      iştirakı      ilə      müşavirə      keçirildi.      Oktyabr      hadisələri      çevriliş      adlandırıldı      və     
Müəssislər     Məclisi çağırılanadək Zaqafqaziya Komissarlığı adlı qurum yaradılacağı bildirildi. 
12    noyabr    -    bolşeviklər    əsgər    komitələrinin    gücündən    istifadə    edərək    özlərinə    sadiq    hərbi   
hissələr yaratmaq məqsədi ilə çar ordusunun hərbi hissə komandirlərini dəyişdirməyə başladılar. 
13 noyabr - Bakı Fəhlə və  Əsgər deputatları sovetinin hərbi bölməsinin noyabrın 13-də  keçirilən geniş 
iclasında Qırmızı qvardiyanın yaradılması barəsində qətnamə qəbul edildi. 
17 noyabr - Lenin və Stalinin imzası ilə Şərqin və Rusiyanın müsəlman zəhmətkeşlərinə müraciət edildi. 
21 noyabr - Rusiya Qafqaz Cəbhəsinin komandanı general Prijevalski Türk qoşunları Qafqaz Cəbhəsinin 
komandanı Fəriq Vehib paşanın sülh bağlamaq    təklifi haqqında ZK iclasında məlumat verdi. 
1 dekabr - Erməni Milli Deleqasiyası adlı qurumun prezidenti Poqos Nübar Fransa parlamentinin Sena 
deputatı   Alber   Tomasa   məktubunda   göstərirdi:   "Ermənilərə   öz   doğma   torpaqlarını   müdafiə   etmək   üçün   
rus 
ordusunun    müxtəlif    cəbhələrə    səpələnmiş    150    000    erməni    əsgərini    Qafqazda    toplamaq    lazımdır.   


hökuməti bizim müraciətə cavab olaraq bu toplanma üçün göstəriş verib və hal-hazırda burada 35 000 erməni 
əsgəri toplanıb. Tanınmış komandir Andranikin əmri ilə erməni könüllüləri onlara birləşdirildi..." 
5 dekabr - ZK ilə Osmanlı dövləti arasında imzalanan müqaviləyə əsasən, cəbhədə döyüş əməliyyatları 
dayandırılmalı, rus əsgərləri silahlarını milli hərbi hissələrə təhvil verərək Rusiyaya qayıtmalı idilər. 
6dekabr  -  ZK-nın  növbəti  iclasında  qəbul  edilən  qərar  Qafqaz  Ordusunun  milli  hərbi  hissələr  əsasında 
təşkil   edilməsi   üçün   əsas   oldu.   Qafqaz   cəbhəsinin   komissarı   Donskoyun   əmrinə   əsasən,   "Ordu   milli   
tərkibli  nizami    vahidlərdən    təşkil    edilməli",    ermənilərdən,    gürcülərdən,    azərbaycanlılardan    və   
ruslardan    ibarət    milli  korpuslar   yaradılmalıdır.  Qafqaz  cəbhəsinin   komandanı   general   Prjevalski   Bakıda   
olan  hərbi  hissələrin  ləğvi, lakin milli tərkibli hərbi hissələrin saxlanılması barəsində əmr imzaladı. 
10   dekabr    -   Tiflisdə   Qafqaz   ordusunun   II   diyar    qurultayı    keçirildi.   Bolşeviklər   tərəfindən   
çağırılmış nümayəndələr    bolşeviklərin    xəttini    dəstəklədi,    bolşevizmə    qarşı    yönələn    bütün    hərəkətlərə   
qarşı    mübarizə 
aparacaqlarını bəyan etdilər. Diyar şurasının sədri Q.Korqanov seçildi. ZK-ya qarşı açıq çıxışlara cəhd yatırıldı 
və Bakıya köçmək qərarı qəbul edildi. 
11dekabr   -   Zaqafqaziya   Komissarlığı   Müsəlman   Korpusunun   yaradılması   barəsində   dekret   qəbul   
etdi. Təşkilat işlərinin həlli üçün Tiflisdə "Qafqaz Müsəlmanlarının Hərbi Şurası" yaradıldı. 
12    dekabr    -    Əliağa    Şıxlinski    MK-nın    komandanı    təyin    edildi.    Bolşeviklər    tərəfindən    Bakıda   
Hərbi 
İnqilab Komitəsi (HİK) yaradıldı. 
14 dekabr - HİK Bakıda kütlə halında toplaşmağı, kütləvi tədbirlər keçirməyi qadağan etdi. 
15 
dekabr - Erməni Korpusu Bakıya cəmləşməyə başladı. 
16 dekabr - Bakı Sovetinin sədri S.Şaumyanın Qafqazın Fövqəladə Komissarı təyin edilməsi  barəsində 
RSFSR Xalq Komissarları Sovetinin qərarı oldu. 
19  dekabr  - Tiflisdə  Fəhlə,  Əsgər  və  Kəndli sovetlərinin  II Qafqaz diyar  qurultayı  da  bolşeviklər  üçün 
uğursuz oldu və onlar bütün qurumlarını Bakıya köçürdülər. 
21 dekabr - Bakıda qırmızı qvardiyanın yaradılması barəsində qərar qəbul edildi. 
24    dekabr    -    İngiltərə    qoşunlarının    polkovniki    Denstervil    komandanlıqdan    məxfi    əmr    aldı:   
Qafqaza 
ingilislərin müdaxiləsinin təşkili işlərinə başlamaq. 
Dekabrın sonları - Mərkəzi büro adlı qurum Bakıda Qırmızı qvardiyanın Mərkəzi qərargahına çevrildi. 
General  Donskoy  keçmiş  Rusiya-Osmanlı  sərhədinin  mühafizəsi  üçün  erməni  və  gürcü  korpuslarının  mövcud 
hissələrindən istifadə planını tərtib edəndə 30 min nəfər erməni və 12 min  nəfər gürcü döyüşçüsünü də nəzərə 
almışdı. Müsəlman Korpusunu silahla təmin etmək üçün rus hərbi hissələri tərksilah edildi. 
1918-ci il 
5 yanvar - Petroqradda bolşeviklər tərəfindən Müəssislər Məclisi ləğv edildi. 
6-10     yanvar     -     Şamxor     dəmir     yolu     stansiyasında     rus     hərbi     hissələri     tərksilah     edildi.     
Danışıqlar toqquşmaların baş verməsi ilə nəticələndi. 
Yanvarın əvvəlləri - Müsəlman Korpusu üçün zabit hazırlamaq məqsədi ilə Bakıda kadet məktəbi açmaq 
qərara alındı və onun layihəsi tərtib edildi. 
13 yanvar - Lenin və Stalinin imzası ilə Ermənistan hökumətinin yaradılması barəsində qərar imzalandı. 
Qərarda konkret coğrafi ərazilər göstərilməmişdi. 
Yanvarın əvvəlləri - RSFSR Millətlərlə İş üzrə Xalq Komissarlığında erməni komitəsi təşkil edildi (nə 
gürcü, nə də Azərbaycan komitəsi yaadılmamışdı). 
15 yanvar - Bakıda Qırmızı Ordunun yaradılması barədə dekret imzalandı. 
29 yanvar - Bakıda fəaliyyət göstərən Rus Milli Şurası rus milli hissələrinin yaradılması barəsində qərar 
verdi. 
Fevralın əvvəlləri - Bakı Soveti qoşunları hərbi parad keçirdilər. 
6    fevral    -    Bakıda    bolşevik-erməni    qoşunları    səfərbər    edilmiş,    şəhərə    general-mayor   
İ.S.Baqramyan 
gəlmişdi. 
Bakıda  1918-ci  il  mart  qırğınları  zamanı  bolşevik-erməni  dəstələrinə  müqavimət  göstərmiş 
azərbaycanlılardan bir qrup. Mərdəkan kəndi. MATM. 
6  fevral  -  Bakıda  "Milli  hərbiyyə  məktəbi"  (rusdilli  sənədlərdə  "Мусульманская  школа 
подпрапорщиков")   adı   ilə   hərbi   məktəb   yaradılması   barədə   qərar   qəbul   edildi.   Müvəqqəti   olaraq   
(Bakıya 
köçənə qədər) məktəb Yelizavetpol şəhərində təşkil edilməli idi. 
10   fevral    -    Zaqafqaziyadan    Müəssislər   Məclisinə    seçilmiş    deputatlar   Tiflisdə   toplaşaraq   
Zaqafqaziya 
Seymini çağırdılar. 
19 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə