Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə91/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   87   88   89   90   91   92   93   94   ...   113

 
 
 
 
ultimatum    verəcəyini    bildirdi.
530     
Avqustun    3-də    Mürsəl    bəyin    məktubu    Sentrokaspi    rəhbərliyinə   
çatdırıldı.  Məktubda    şəhər    təslim    olarsa,    əhaliyə    toxunulmayacağı,    ermənilərə    Bakını    tərk    edib   
istənilən    istiqamətdə  hərəkət  üçün  imkan  yaradılacağı  barəsində  vəd  verilirdi.  Məktuba  nə  Sentrokaspi 
rəhbərliyi,  nə  də  Erməni  Milli  Şurası    cavab    vermədiyindən    döyüş    davam    etdirildi.    Buna    səbəb   
Biçeraxovun   vurduğu   teleqram   idi.   Belə   ki, Xaçmaz  istiqamətindən  irəliləməyə  çalışan  Biçeraxov  tezliklə 
Bakıya  yetişəcəyini,  ingilislərdən  hərbi  texnika alaraq türk-Azərbaycan  hissələrini  məğlub  edəcəyini bildirirdi. 
Teleqramın  mətni  dərhal  rus  və  erməni  dillərinə  tərcümə    edilmiş    və    böyük    vərəqələrdə    çap    edilərək   
şəhərdə    yayılmışdı.
531     
Avqustun    3-də    tərəflər    arasında əsasən pulemyot "duelləri" baş verdi.
532
 
Avqustun 4-də polkovnik Stoksun rəhbərliyi ilə kiçik ingilis dəstəsi Ənzəlidən gəmi ilə Bakıya gəldi. Bu, 
Sentrokaspi  liderləri,  Erməni  Milli  Şurası  və  daşnak  liderlərinin  əhval- 
ruhiyəsini qaldırdı, çünki onlar çox-saylı ingilis qoşunlarının gələcəyini 
gözləyirdilər.      Nəticədə      bütün      qüvvələr      səfərbər      olundu,     
əvvəllər fərarilik  edənlər  və  gizlənənlər  də  orduya  cəlb  edildilər.  QİO-
nun  Şimal  qrupu  xırda  əhəmiyyətli  döyüşlər  apararaq  avqustun  5-nə 
planlaşdırılan  hücuma  hazırlıq  görürdü.  Cənub  qrupu  Puta  stansiyasını 
tutdu  və  Şimal  qrupunun  hissələrinə  çatdı.  Nəticədə  əksəriyyətini 
azərbaycanlılar  təşkil  edən    Cənub    qrupu-nun    əsas    qüvvələri   
Şimal    qrupunun    qüvvələrinə  qatıldı.  Düşmən  tərəfi  Biləcəri  və 
Binəqədi istiqamətlərində mövqelərini 
gücləndirirdi.
533           
Türk-Azərbaycan       qoşunlarının       yerdəyişməsindən      istifadə      edən       Sentrokaspi       
qoşunları gözlənilməz sıçrayışla yenidən Qurd qapısı təpələrini tutdu.
534
 
Avqustun     5-nə     planlaşdırılan     hücum     əmrini     imzalayan     Mürsəl     bəy     qoşunlar     qarşısında     
aşağıdakı tapşırıqları    qoymuşdu:    düşmənin   Qurd   qapısı    (əmrdə   "Volçi    varota")  mövqeyində    piyada   
qoşunları,   çoxlu 
pulemyotu,    4    topu,    Sallaxana    yaxınlığında    7    topu    var,    Bayıldan    şərqdə    dayanan    üç    hərbi   
gəmi    onları  dəstəkləyəcək;    qoşunlar    hücuma    keçərək    düşmənin    müdafiə    xəttini    yarmalı,    küçə   
döyüşlərində    onu    məğlub  etməlidirlər;  Bayıl  üzərində  qurulan  top  limandan  çıxmaq  istəyən  gəmilərin 
hərəkətinin qarşısını alacaq; Zehni 
bəyin dəstəsi şəhərin bütün müsəlmanlarını toplayıb türk zabitlərinin rəhbərliyi ilə dəstələr yaradacaq; Sumqayıt 
ətrafları nəzarətdə saxlanacaq; Cənub qrupunun zirehli qatarı döyüşdə iştirak edəcək; Cənub qrupu komandanı 
onda    qalan    qüvvə    ilə    Puta-Ələt    arasındakı    sahil    xətti    və    dəmir    yolunu    dənizdən    vurula    biləcək   
zərbədən  qoruyacaq;    Ərzaq    və    cəbhəxana    ehtiyatı    dəmir    yolu    ilə    gətirilməli,    yaralılar    sanitar    qatarı   
ilə    çıxarıl-malıdır;  Şimal  qrupunun  səhiyyə  bölüyü  Qobuda  yerləşəcək,  Cənub  qrupunun  səhiyyə  qədəməsi 
Zehni bəyin dəstəsinə veriləcək; Şərq cəbhəsi komandanlığı Qobuda yerləşəcək.
535
 
Hacıqabul-Mərəzə    istiqamətində    tutulmuş    ingilis    əsirləri    bildirdilər    ki,    general    Denstervil    3-5   
min 
döyüşçü toplayaraq Bakıya gələcək.
536
 
1918-ci ilin avqustun 4-nə QİO-nun Şimal və Cənub qrupları aşağıdakı hərbi hissələrə malik idilər. 
Şimal qrupu: 13-cü Qafqaz piyada alayı (1-ci xətdə 4-cü, 46-cı, 30-cu taborlar; ehtiyat-38-ci alayın 2-ci 
taboru); 13-cü alayı dəstəkləyən artilleriya qrupu - 4 Qüdrətli top, 6 Şnayder topu, 4 rus səhra topu, 3 rus dağ 
topu; 10-cu Qafqaz piyada alayı (1-ci xətdə 29-cu, 60-cı taborlar; ehtiyat - 38-ci alayın 1-ci taboru); 10-cu alayı 
dəstəkləyən artilleriya qrupu - 8 Qüdrətli top; Şimal qrupunun ehtiyatı - 25-ci, 26-cı, 28-ci taborlar; Zehni bəyin 
dəstəsi  (türk  əsirlərindən  ibarət  piyada  bölüyü,  mürəttəb  süvari  alayı  (2  bölük),  bir  alay  şəklində  Azərbaycan 
milli süvari bölükləri, Ləzgi süvari alayı (2 bölük), pulemyot bölüyü (9-cu Qafqaz alayı tərkibindən); Sumqayıt 
dəstəsi    -    bir    piyada    bölüyü    (38-ci    alayın    1-ci    taboru    tərkibindən),    Azərbaycan    milli    süvari   
taqımı,    ağır pulemyotlar taqımı; 
Cənub qrupu: zirehli qatar, firqə istehkamı bölüyü, Ələtdə sahilin müdafiəsi qrupu (bir piyada bölüyü (28- 
ci tabordan), bir süvari taqımı 2 rus səhra topu). 
38-ci  alayın  3-cü  taboru  Şamaxı  yolu  ilə  Bakıya,  27-ci  taborun  iki  bölüyü  isə  qatarla Gəncədən  Bakıya 
doğru gəlirdilər.
537
 
Qoşunların düzülüşü  - Şimal  qrupu:  13-cü  Qafqaz piyada  alayı 
Qurd    qapısında,    onun    sağ    cinahında-artilleriya    qrupu,    10-cu   
Qafqaz  piyada    alayı    -    13-cü    alayla    Xırdalan    arasında,    Zehni   
bəyin    dəstəsi  Şimal      qrupunun      sol      cinahında,      Xırdalanın     
şimalında      və      Masazır  ətrafında;  Ləzgi  süvari  alayı  (Maştağa 
ətrafında müsəlman kəndlərinin 
530
Yenə orada, s.118. 
531
Süleymanov M.S. Azərbaycan Ordusu, s.119. 
532
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.144. 
533
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.275. 
534
Yuceer N. Birinci Dünya savaşında, s.103. 
535
Süleymanov M.S. Azərbaycan Ordusu, s.120. 
536
Yuceer N. Birinci Dünya savaşında, s.104. 
537
Süleymanov M.S. Azərbaycan Ordusu, s.120. 
137 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə