Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.

səhifə93/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
1   ...   89   90   91   92   93   94   95   96   ...   113

 
 
 
 
süfrələr    müsafirsiz qalacaq, sənin üçün tikilən əlbəsəni düşmən geyəcəkdir. Sənin ayağına kəsiləcək qurbanlar 
düşmənə qalacaqdır. Əgər sən bu şəhəri almasan islam gəlinlərinin duvaqlarını kafirlər yırtacaq, yenə mübarək 
islam qanları qırmızı şərablar kimi vəhşi işkəncələr uğrunda axacaqdır. Sənin zəfərin üçün duaya qalxan əlləri 
zalımlar    kəsəcəkdir...    Fəqət    sən,    ey    türk    əsgəri,    in-gilislərin    gücünü    kəndi    zorunla    Çanaqqalada   
qırdın.    Ən  böyük    hərb    gəmilərinin    böyük    güllələrinə    aylarla    sinə    gərdin.    Kütülamarədə    14    minini   
əsir   aldın.   Qarşıdakı düşmənin   əsas   hissəsi   olan   erməniləri   bəlkə   Azərbaycandan,   Qarsdan   bəri   önünə   
qataraq    ta    bu    şəhərə    qədər  qovdun.      Türk    adını  böyüdən  Çanaqqala,      Kütülamare,      Qaliçiya, 
Rumıniyadan sonra Qafqaz gələcək və Bakı şəhəri də igidlik tacının bir almazı olacaqdır. Al Bakını!".
548
 
Müraciət qoşunlar arasında 5 avqust döyüşündən sonra yarana biləcək ruh düşkünlüyünün, söz-söhbətin 
qarşısını    almaq    və    Bakı    alınmayana    qədər    döyüşlərin    davam    edəcəyi    fikrini    bir    daha    vurğulamaq   
məqsədilə qəbul edilmişdi. 
Bakıda ümumi mobilizasiyaya etiraz edən və türklərə köməklik edən azərbaycanlılardan böyük bir qrupu 
həbs edildi və onlardan 600 nəfər güllələndi.
549
 
Avqustun    7-də    İstanbulda    olan    M.Ə.Rəsulzadə    M.Hacınskiyə    göndərdiyi    teleqramda    yazırdı:   
"Hansı  yolla,    nəyin    bahasına    olursa    olsun    Bakı    tezliklə    tutulmalıdır.    Əks    təqdirdə    baş    vermiş    fakt   
qarşısında   çətin vəziyyətdə qalarıq". Digər məktubunda o, yazırdı: "Əgər Bakı alınmasa, hər şey bitdi. Əlvida, 
Azərbaycan!".
550
 
7.10.Bakı ətrafında 6 avqust-12 sentyabr döyüĢləri 
Avqustun   əvvəllərində   Bakı   bolşevikləri   nəinki   onların   əllərində   olan   silahları  Sentrokaspi   
hökumətinə 
təhvil verməmiş, heç tabeçiliklərində olan hərbi hissələri də buraxmamışdılar. Sovet Rusiyası Bakını itirməmək 
üçün bir tərəfdən yeni hərbi qüvvələr göndərilməsi imkanlarını araşdırır, 
digər    tərəfdən    Almaniya    ilə    danışıqları    sürətləndirirdi.    Öz   
növbəsində  Almaniya    Osmanlı    dövlət    rəhbərlərinə    təzyiq    göstərir,   
Bakıya   hücumu  dayandırmağı    tələb    edirdi.    Ənvər    paşa    üzdə    bu   
tələblə    razılaşsa    da,  əslində    Bakını    azad    etməklə    müharibəni   
bitirmək    istəyirdi.    5    avqust  döyüşündən    sonra    cəbhədə    yaranmış   
süstlük    almanlarda    doğrudan    da  əməliyyatların    sona    çatması   
təəssüratını    yaratmışdı.    İngilislərin    Bakıya  daxil    olması    və   
cəbhədə    iri    döyüşlərin    olmaması    xəbərini    alan    Sovet  rəhbərliyi   
də    Qafqaz    İslam    Ordusunun    əməliyyatları    dayandırmasına 
inanmışdı.  Almaniya  ilə  Rusiya  arasında  gedən  gizli  danışıqlara   
əsasən 
Almaniya   türklərin   Bakıya   daxil   olmasının   qarşısını   alır   və   Bakı   neftindən   pay   götürür,   sovetlər   
əməliyyat keçirərək ingilisləri qovur və Bakının tam sahibi olurlar.
551   
Yalnız avqustun 18-də Bakıdan gəlmiş bir 
bolşevikin məlumatı   əsasında   Sovetlər   yanıldıqlarını   və   QİO-nun   genişmiqyaslı   əməliyyata   hazırlıq   
görməsini   anladılar. Sovet   dövlətinin   rəhbərlərindən   olan   Çiçerin   (Xarici   İşlər   Komissarı)   Sovet   
Rusiyasının   Almaniyadakı   səfiri İoffeyə    teleqram   göndərərək   türklərin    almanları    aldadaraq    döyüşlərə 
hazırlaşmasını xəbər vermiş, sonra isə Osmanlı dövlətinin Moskvadakı 
səfiri    Qalib    Kamal    bəylə    görüşmüş    və    türk    qoşunlarının   
Rusiyanın  ərazisi      olan      Bakıya      soxulmaları      barəsində     
iradlarını      bildirmişdi. Əvəzində 
türk  səfiri  demişdir 
ki,
 
türk  qoşunlarının 
məqsədi  Azərbaycanda    dinc   
əhalini    qıran    erməni    quldur    dəstələri    və    onların  havadarlarının 
məhv etmək, Azərbaycan əhalisi və türk əsirlərini xilas etməkdir.
552
 
5   avqust   döyüşündən   sonra   Sentrokaspi   qoşunları   və   
ingilislər 
bir neçə dəfə hücuma keçmək istəsələr də sonda geri çəkilməyə məcbur oldular. Lakin QİO-nun da Bakını azad 
etmək  üçün   kifayət   qədər  qoşunu   yox   idi.   Nuru   paşanın   ehtimallarına   görə,   son  hücum  üçün   5000   
piyada,  2 
səhra  batareyası,  4  ağır  batareya,  bir  təyyarə  dəstəsi,  bir  telefon  bölüyü,  28  min  top  mərmisi,  mauzer   tüfəngi 
üçün 1000 sandıq və rus tüfəngləri üçün 500 sandıq güllə, 20 yük avtomobilinin olması zəruri idi. Bu siyahını o, 
avqustun   6-da   3-cü   Ordu   komandanlığına   çatdırdı.
553   
Komandanlığın   bütün   tələb   olunanları   göndərmək 
üçün  imkanları   yox   idi,   lakin   müəyyən   qədər   kömək    göstərildi.   9-cu   Ordu   tərkibindən   107-ci   alay   
(Qarakilsədə  dayanmışdı)  avqustun  9-da  Bakı  istiqamətində  yola  düşdü.  Alayda  1200  döyüşçü,  12  pulemyot   
var   idi.  36-cı 
548
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.150. 
549
Yuceer N. Qafqaz İslam Ordusunun Bakı şəhərini azad etməsi, s. 340. 
550
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.283. 
551
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.284-286. 
552
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.287. 
553
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.292. 
139 
 


 
 
 
 
 
 
firqənin bir piyada alayı və topçu bölmələrinin Bakıya  göndərilməsi  əmr edildi. Bu hissələr çatana qədər əsas 
kömək milli azərbaycan qüvvələrindən gəldi. Ağdaş alayı, daha sonra Gəncədən bir hücum bölüyü, dörd piyada 
və bir pulemyot bölüyü Bakıya göndərildi. Bir neçə gündən sonra 7 zabit və 234 əsgərdən ibarət yeni milli hərbi 
hissə      Gəncədən      qatarla      Bakıya      göndərildi.
554
Abşeron      kəndlərinin      könüllülərini      toplamaq      üçün     
Maştağa  kəndində    Ləzgi    süvari    alayının    bir    bölüyü    və    bir    neçə    türk    zabiti    toplama    məntəqəsi   
yaratdılar.    Sentrokaspi  mənbələrinin  verdiyi  məlumatlara  görə,  əhali  həm  türk-Azərbaycan  qoşunlarına 
qoşulur, həm də avqustun 10- 
dan başlayaraq partizan xarakterli əməliyyatlar keçirirdi.
555
 
Öz   növbəsində   Sentrokaspi   qoşunları   da   döyüşlərə   
hazırlaşırdılar. Əsas    ümid    ingilislərin    gətirəcəyi    qoşunlara    idi.   
Ənzəlidə    olan    general 
Denstervil   mümkün   olan   qüvvələri   Bakıya   göndərir,   ingilis   
zabitlərinin 
köməyi    ilə    Sentrokaspi    qoşunlarının    müdafiə    mövqelərini    təşkil   
edir    və  Muğanda      yerləşən      rus      qüvvələri      ilə      əlaqə      saxlayıb     
onları      QİO-nun  arxasına  zərbə  vurmağa  çağırırdı.
556   
Kür  çayı 
mənsəbində  mövqe  tutmuş  N.Ramazanov    xəbər    verirdi    ki,   
Muğandakı    rus    qoşunları    fəallaşmış, böyük   dəstə   Biləsuvardan   24   
km    şərqdə      yerləşən    Təkliya    məntəqəsinə  göndərilmişdir.      Rus     
qüvvələrinin     şimala     doğru     hərəkətinin     qarşısını 
almaq üçün N.Ramazanov ona əlavə qüvvə: Putadan 27-ci tabordan iki    piyada bölük və bir pulemyot taqımının, 
həmçinin Gəncədən bir piyada bölüyünün göndərilməsini xahiş edirdi.
557   
QİO-nun komandanlığı Muğandakı rus 
qüvvələrinin Bakı-Gəncə dəmir  yolu  üçün təhlükə törədə biləcəyini nəzərə 
alaraq      N.Ramazanova      qüvvələr      verilməsini      qərarlaşdırdı,      lakin     
Bakı  ətrafındakı  qoşunları  zəiflətməmək  üçün  107-ci  alayın  hissələrindən 
istifadə etdi.  Alayın  bölgəyə  1-ci 
gələn  taboru 
Salyanda,
 
2-ci 
gələn 
taboru 
Ələt-Puta   
istiqamətində,    3-cü    gələn    taboru    və    pulemyot    bölüyü    ehtiyac 
olarsa,        Salyana        göndərilir,        olmazsa,        Güzdəkdə        ehtiyat       
qüvvə       kimi saxlanılırdı.
558
 
İngilislərin    bütün    mövcud    olan    qüvvələri    Bakıya    avqustun   
17-də  daşındı,  həmin  gün  general  Denstervil  özü  də  gəldi.
559   
Bakının 
müdafiəsinə  rəhbərlik    bütünlüklə    ingilislərin    əlinə    keçdi,    halbuki   
onlar    bildirirdilər    ki,  Sentrokaspi  rəhbərliyi  ingilislərə  tabe  edilmir  və 
müstəqildir. Əslində hər bir hərbi 
hissəyə 
ingilis
 
zabitlərinin 
göndərilməsi,  planların 
ingilis 
komandanlığı    tərəfindən    təsdiqlənəndən    sonra    icra    olunmağa    başlaması    Sentrokaspi    rəhbərliyinin   
tabeçilikdə  olmasını  göstərirdi.  İngilis  qoşunları  azsaylı  olsalar  da  güclü  texnikaya  malik  idilər:  3  tabora  16 
top, 3  zirehli avtomobil, 3 təyyarə ayrılmışdı, hər taborda 16 pulemyot var idi. 
Denstervil-Bakının müdafiəsini gücləndirmək üçün aşağıdakı isti-qamətlərdə iş görməyi planlaşdırırdı: 1. 
Bakının müdafiə xəttinin gücləndirilməsi (bura həm Bakının ətrafında müasir hərb işinin tələblərinə cavab verən 
müdafiə    qurğularının    tikilməsi,    həm    də    türk-Azərbaycan    qoşunlarının    geriyə    atılması    daxil    idi);   
2.    İngilis  zabitlərinin  rəhbərliyi  ilə  Sentrokaspi  qoşunlarının  (əslində  erməni  qüvvələrinin)  quruluşu  və 
təşkilatlanmasının  təkmilləşdirilməsi.
560         
Denstervil      və      onun      qərargah      zabitlərinin      müşahidələri     
göstərirdi      ki,      Sentrokaspi qoşunlarında  intizam  aşağı   səviyyədədir,  bu  isə   onların   mənəvi   durumlarının 
zəif  olması  ilə  izah    edilirdi.  Bu  qoşunlar    həm    güclü    hərbi    texnikaya,    həm    də    çox    sayda    canlı   
qüvvəyə    sahib    olsa    da,    zəif    intizam    və    ruh düşkünlüyü səbəbindən heç bir nəticə əldə edə bilmirdi. 
General    Denstervil    Bakı    ətrafında    qurulmuş    müdafiə    xəttini    ətraflı    təsvir    edir.    Belə    ki,   
cəbhənin    sol  xəttində      dayanan      Şimali      Stafford      alayının     
hissələri      Bibi      Heybət ətrafındakı 
mövqeləri 
gücləndirdilər.
 
Mövqelərin  yüksəkliklərdə 
yerləşməsi, 
 
səngərlərin   
hərbi-mühəndis    işinin    bütün    tələblərinə    cavab  verməsi    müdafiəni 
asanlaşdırırdı.  İngilis  alayından  sağda  erməni  taboru  mövqe      tutmuş,     
ingilis      zabitlərinin      köməyi      ilə      о      da      istehkamlarda 
yerləşdirilmişdi.    Qurd    qapısı    keçidindən    başlayıb    şimala    doğru   
uzanan  sərt    qayalıqlardan    keçən    müdafiə    xətti    az    qüvvə    ilə   
etibarlı    müdafiə  qurmağa    imkan    verirdi.    Burada  ermənilərin  və   
Şimali  Stafford  alayının 
qarışıq    hissələri    dayanmışdı.    Sonra    cəbhə    xətti    Biləcərinin    qərbindən    Palçıq    vulkanına    doğru,   
oradan    da 
554
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.293. 
555
Yenə orada, s.294. 
556
Денстервиль, с.184, 189, 190, 194-195. 
557
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.297. 
558
Yenə orada, s.298. 
559
Süleymanov M.S. Azərbaycan Ordusu, s.123. 
560
Денстервиль, с. 195, 263. 
140 
 




Dostları ilə paylaş:
1   ...   89   90   91   92   93   94   95   96   ...   113


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə