Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə95/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   91   92   93   94   95   96   97   98   ...   113

 
 
 
 
Avqustun    10-da    ingilis-Sentrokaspi    qoşunları    Maştağa    kəndi    və    Hacı    Həsən    kəndi   
istiqamətlərində 
hücum  təşkil  etdilər.  Piyada,  süvari  və  pulemyotların  iştirak  etdiyi  bu  hücumlar  QİO  qoşunları  tərəfindən dəf 
edildi,    hətta    Ələt-Puta    istiqamətində    mövqeləri    bombalayan    Sentrokaspi    təyyarələrindən    biri    vurulub   
məhv edildi.
571
 
Avqustun 11-də ingilis-Sentrokaspi qoşunları Maştağa kəndi istiqa-mətində hücum təşkil  etdi. Hücumun 
artilleriya  dəstəyini  Bayılda  qurulan      6      top,    Salyan      kazarmasında      qurulmuş      4      top,      Biləcəri 
istiqamətində qurulmuş toplar həyata keçirirdi. QİO komandanlığı əvvəlcədən bura 1 piyada bölüyü, 1 pulemyot 
taqımı,  38-ci  alayın    2-ci    taborunu    və    1    Şnayder    topunu    göndərdiyindən    hücumun    qarşısı    alındı.   
Sentrokaspi   qoşunlarının komandanlığı  Puta-Ələt  sahəsinə  desant  çıxarmağa  çalışdı,  lakin  Azərbaycan  zirehli 
qatarının atəşi ilə desantın qarşısı alındı, hərbi və nəqliyyat gəmiləri geri çəkilməyə məcbur oldular.
572
 
Avqustun 12-si nisbətən sakit keçdi. Avqustun 12-dən başlayaraq Azərbaycan hökumətinin qərarı ilə 19- 
34 yaşlı hərbi xidmətə yararlı kişilər hərbi xidmətə səfərbər olunmağa başladı. 
Avqustun 13-də Nuru paşanın əmri ilə Əlahiddə Azərbaycan Korpusu ləğv edildi, lakin Azərbaycan hərbi 
hissələri    öz    mövcudluğunu    saxladı;    azərbaycanlı    zabitlər    yeni    təyinatlar    aldı.
573     
Avqustun    13-də   
Maştağa ətrafında    dayanan    bütün    türk-Azərbaycan    hissələri    Maştağa    dəstəsi    adı    ilə    birləşdirildi,    38-ci   
alayın    2-ci taborunun komandiri qayməqam Həsən bəy onun komandiri təyin edildi. Həbib bəy Səlimov Gəncəyə 
getmək əmrini aldı, Cənub qrupunun komandanı Cəmil Cahid bəy təyin edildi. 
Avqustun  14-ü  nisbətən       sakit  keçdi.  Avqustun       15-də   ingilis- 
Sentrokaspi   qoşunları  Buzovna-Mərdəkan  istiqamətində  hücuma 
keçməyə  cəhd  göstərdilər, lakin  Maştağa  dəstəsi  bu  hücumun  qarşısını 
aldı,    Ləzgi    süvari    alayının    süvariləri    içində    2    ingilis   
hərbçisi    olan avtomobili ələ keçirdilər.
574
 
Avqustun  15-də  Bakıya  hücum  barəsində  hissə  komandirlərinin 
təklifləri      5-ci      Qafqaz    firqəsinin      komandanlığı      tərəfindən     
müzakirə  edildi.    Qərara    alındı    ki,    hücum  üçün    əlavə    bir    firqə   
cəlb   olunmalı,   o, 
Bakı   ətrafına  gələndən  sonra  Bakının  şimalından,  5-ci   Qafqaz  firqəsi  isə  qərbdən  hücum  etməlidir.  Yanardağ 
yüksəkliyi   və   Binəqədi-Xırdalan   xətti   son   hücum   ərəfəsində   tutulmalı   idi   ki,   həm   son   hücum   üçün   
əlverişli 
şərait yaradılsın, həm də düşmən hücumun əsas istiqamətindən diqqəti yayındırsın. Əsas hücum istiqaməti kimi 
Qurd  qapısı  keçidi  göstərilmişdi.  Buradan  iki  piyada alayı  top  atəşinin  himayəsi  ilə  irəliləməli  idi.  Daha sonra 
həm Qurd qapısı keçidi, həm də Binəqədi - Xırdalan xəttindən Bakıya hücum edilməli idi.
575
 
Hücumun     yuxarıda     göstərilən     istiqamətlərdən     həyata     keçirilməsini     ingilis-Sentrokaspi     
qüvvələrinin komandanlığı da təxmin etmişdi. Avqustun 16-dan 17-nə keçən gecə ingilis-Sentrokaspi qoşunları 
(500 piyada, 
100  süvari,  5  top,  1  pulemyot)  gecə  saat    4:30-da  Fatmayı  kəndi  istiqamətində  hücuma  keçdilər.  Hər  iki 
tərəf  kənd   ətrafına   əlavə   qüvvələr   toplayırdı.   Səhərə   yaxın   ingilis-Sentrokaspi   qoşunlarının   sayı   1500   
piyada,    250  süvaridən    ibarət    oldu.    Şimal    qrupu    ehtiyatından    bir    piyada    bölüyü    və    mürəttəb    süvari   
alayın   iki   bölüyünün 
müdafiəyə   cəlb   edilməsi   ilə   hücumun   qarşısı   alındı,   mövqelər   bərpa   edildi.   Həmin   gün   ingilis   -   
Sentrokaspi 
qoşunlarının Zabrat və Binə kəndləri istiqamətində hücum etmək cəhdi dəf edildi.
576
 
Avqustun      17-i,      həm      ingilis      generalı      Denstervilin      Bakıya      gəlməsi      həm      də     
azərbaycanlı      zabit  Gülməmmədovun  qəhrəmanlığı  ilə  yadda  qaldı.  Tatar  süvari  alayının  bir  bölüyünə 
Balaxanı  kəndindən  şimal-  qərbdə     yerləşən     təpəni     tutmaq      əmri      verildi.     Kornet
577       
Gülməmmədov     
kəşfiyyata     göndərildi.     Düşmənin  mövqelərini  öyrənəndən  sonra  o,  düşmən  arxasında  vahimə  yaratmaq  və 
bununla  da  hücum  edən  bölüyün  işini asanlaşdırmaq qərarına gəldi. Təpənin arxasında başlayan atışma təpədə 
mövqe tutmuş erməni-rus döyüşçülərini 
çaş-baş    saldı,    bundan    istifadə    edən    süvari    bölük    həmlə    etdi.   
Əlbəyaxa  döyüşlə    nəticələnən    həmlə    təpənin    tutulması,    burada   
mövqe    tutmuş erməni-rus    dəstəsinin    məğlub    edilməsi    ilə     bitdi.   
Düşmənin    1    zabit  həkimi,      49      əsgəri      əsir      götürüldü,      3     
pulemyot      qənimət      kimi      ələ keçirildi.
578
 
Avqustun    19-da    ingilis-Sentrokaspi    qoşunları    yenidən   
Maştağa  kəndi    istiqamətində    hücum    təşkil    etdi.    500    piyada,    70   
süvari,    3   zirehli  avtomobil      Maştağanın      cənubundan      Buzovnaya     
gedən      yolla      hərəkət  etmək    istədilər,    lakin    Maştağa    dəstəsi    və   
Ləzgi   süvari   alayı   tərəfindən 
571   
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.304. 
572
Yenə orada, s.304. 
573
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.152. 
574
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.305. 
575
Yenə orada, s.305. 
576
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.306. 
577
Kornet - süvari hissələrdə ilkin zabit rütbəsi. 
578
Süleymanov M.S. Azərbaycan Ordusu, s.124. 
142 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   91   92   93   94   95   96   97   98   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə