Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə98/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   94   95   96   97   98   99   100   101   ...   113

 
 
 
 
 
rəhbərliyini də qəzəbləndirmişdi. Məsələni müəyyənləşdirmək üçün Osmanlı dövlətinin Sədr-əzəmi Tələt paşa 
sentyabrın   6-da   Berlinə   gəldi   və   Almaniya   ilə   Türkiyə   arasında   saziş   bağlanmasını   təklif   etdi.   Onun   
təqdim etdiyi  layihəyə  əsasən  "Bakı  coğrafi  durumu  etibarilə  Azərbaycan  dövlətindən  başqasına  aid  ola 
bilməz...".
591
 
Alman   tərəfi   layihəni    Sovet    nümayəndəsi    İoffeyə   təqdim   etdi.   O,   öz   növbəsində,   layihəyə   əlavələr   
etdi   və əlavələrə əsasən Qafqaz Sovet Rusiyasının ərazisi hesab olunmalı idi. İoffeyə görə, Türkiyənin 
Zaqafqaziyadakı 
qurumlarla     imzaladığı     müqavilələr     Sovet     Rusiyası     tərəfindən     tanınmır,     Sovet     Rusiyası     onunla     
Türkiyə  sərhədləri    arasında    bir    dövlətin    olması    ideyasını    dəstəkləyir,    lakin    bu    dövlət    müsəlman   
Azərbaycan   dövləti olmamalıdır.
592 
Faktiki olaraq, Almaniya və Rusiya Tələt paşanın layihəsini rədd etdilər. 
Osmanlı   dövlət   rəhbərliyinin,   ilk   növbədə   sultanın,   almanların   tələbləri   qarşısında   tab   gətirə   
bilməyib 
qoşunları   geri   çəkəcəyindən   ehtiyat   edən   Ənvər   paşa   riskli   hərəkət   etdi.   O,   Qafqaz   müsəlmanlarına   
verilən vədlərin yerinə yetirilməməsini özünə təhqir kimi qəbul edərək, istefa ərizəsi ilə sultana müraciət etdi. 
Osmanlı 
dövləti Almaniyaya Azərbaycan məsələsində güzəştə getmədi, Ənvər paşa öz vəzifəsində qaldı. 
Bakı  ətrafında  avqustun  28-i  və  29-da  hər  iki  tərəfin mövqeləri  atəşə  tutulurdu, artilleriya  və  pulemyot 
duelləri baş verirdi. 
Avqustun 30-da düşmən dənizdən desant çıxarmağa cəhd göstərdi. Nasosnıda 3 gəmidən 150-200 nəfərlik 
desant dəstəsi çıxarıldı, lakin sahil müşahidə postlarından xəbər alan QİO-nun komandanlığı desantı mühasirəyə 
almaq üçün süvari hissələr göndərdi. Desant dəstəsi döyüşü qəbul etməyib gəmilərə çəkildi.
593
 
Avqustun 30-da QİO-nun Bakı ətrafında cəmləşdirilən qoşunları yenidən qruplaşdırıldı. Şimal, Cənub və 
Qərb  taktiki  qrupları  təşkil  edildi.  Şimal  qrupu  (komandan  Osman  bəy,  qərargah  -  Masazır)  Xırdalanın  şimal- 
şərqindəki    boyun    nöqtəsindən    Mərdəkandan    keçən    və    dənizə    qədər    uzanan    sahədə    dayanır;   
Qərb    qrupu 
(komandan    Cəmil    Cahid   bəy)    Şimal    qrupunun   Xırdalandakı    mövqeyindən    başlayıb    Puta   stansiyasına   
qədər  mövqeləri  tuturdu.  Cənub  qrupu  (komandan  Həlim  Pətöv  bəy,  qərargah  -  Hacıqabulda)  Puta  ilə  Ələt 
arasında  yerləşirdi.  Bu  qrup  həmçinin  Hacıqabul  -  Bakı  yoluna  nəzarət  edir,  Salyan  dəstəsi  onun  tərkibində 
idi.
594   
Tatar süvari  alayı  Şimal  qrupa,  4-cü  Azərbaycan  alayının  1-ci  və  4-cü  taborları,     Ağdaş  süvari  bölüyü 
Cənub qrupa, digər Azərbaycan hissələri isə Qərb qrupuna tabe edilmişdi.
595
 
Avqustun    31-nə    planlaşdırılan    döyüşdə    Şimal    qrupu    Digah-Binəqədi    xəttində    mövcud    olan   
hakim yüksəklikləri   ələ   keçirməli   idi.   13-cü   alay   Masazır   gölündən   cənuba   keçərək   Binəqədi   təpəsində   
(311   №-li) möhkəmlənməli,    38-ci    alayın    1-ci    taboru    və    29-cu    taboru    Binəqədi 
ətrafındakı digər yüksəklikləri tutmalı idilər. Qrupun topları və mürəttəb 
süvari alayın bir bölüyü hücumu dəstəkləməli idi.
596   
Səhər tezdən saat 4- 
də    Şimal    qrupu    göstərilən    istiqamətlərdə    hücuma    başladı.    Səhər   
təzə  açılmışdı    ki,    sürətli    hücumla    311    №-li    Binəqədi    təpəsi   
ələ    keçirildi.  Polkovnik    Favielin    raportuna    əsasən    döyüşü    təsvir   
edən    general    Den- stervil  yazırdı  ki,  Binəqədi  təpəsini  başda  leytenant 
Pitti  olmaqla  Şimali  Stafford    alayının    80    nəfərlik    dəstəsi   
qoruyurdu.    Varvik    taborunun    bir  bölüyünün    döyüşə    qatılması    və   
pulemyotçuların    atəşinə    baxmayaraq 
ingilis qoşunları mövqeni qoruya bilmədi və saat 8:30-da təpədən çəkildilər. Тürк hissələrində tüfəng patronları 
az olsa da, top mərmiləri və pulemyot patronları kifayət qədər idi və düşmənə güclü atəş açılmışdı. Leytenant 
Pitti  həlak  oldu.  Sentrokaspi  və  ingilis  qoşunları  geri  çəkildilər.  Şimal   qrupu  saat   11:15-də  Varvik  taborunun 
bölüyü    üzərinə    hücuma 
keçdi.    İngilis    döyüşçüləri    ehtiyatda   
dayanan 
erməni      hissəsindən      kömək      almadıqlarına      görə      itkilər      verərək     
geri 
çəkildilər.    Günün    sonuna    qədər    davam    edən    döyüşdə    türk-
Azərbaycan 
qoşunları    Digahın    şimal    və    qərb    ətrafını    nəzarət    altına    aldılar,   
ingilislər  Biləcəriyə  gedən  dəmir  yolu  və  Dərnəgülün  qərb  hissəsi 
arasında  mövqe  tutdular.
597     
Kral    Müdafiə    Heyətinin    Tarix   
şöbəsinin    idarəsində    çalışan  ingilis      generalı      F.J.Moberli      "1914-
1918-ci     illər     İraq     Səfəri"     əsərində  göstərir  ki,  döyüşdə  ingilislər  4 
zabit, 67 əsgər itirdilər.
598
 
Döyüşdə 6 pulemyot, 1 sıradan çıxarılmış səhra topu, yük arabaları, 
38  mətbəx  arabası,  sursat  QİO  tərəfindən  ələ  keçirildi.  107-ci  alayın  iki  taboru Binəqədidəki  311 №-li  təpədə 
möhkəmləndi.    38-ci    alayın    2-ci    taboru    Maştağada,    digər    taborlar,    eləcə    də    29-cu    tabor    Digahın   
şimal    və 
591
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.289-290. 
592
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.290. 
593
Yenə orada, s.315. 
594
Yenə orada, s.316. 
595
Süleymanov M.S. Azərbaycan Ordusu, s.128. 
596
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.316. 
597
Денстервиль, с.239-240. 
598
Rıhtım M. İngilislərin Bakı və Xəzər dənizinə hakim olmaq xüsusunda cəhdləri //Azərbaycan Xalq Cümhuriyyəti və Qafqaz  İslam Ordusu toplusu, s. 
512. 
145 
 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə