Ağayev yusiF ƏHMƏdov səbuhi İstiqlal Yürüşü



Yüklə 5,04 Kb.
Pdf görüntüsü
səhifə99/113
tarix08.03.2018
ölçüsü5,04 Kb.
#30848
1   ...   95   96   97   98   99   100   101   102   ...   113

 
 
 
 
qərbində,   13-cü   alayın   bir   taboru   364   №-li    təpədə   idi.   107-ci    alayın   bir   taboru   və   13-cü   alayın   
iki    taboru 
ehtiyatda  saxlanılmışdı.  2-ci   mürəttəb  süvari  alayı,  Azərbaycan  süvari  hissələri  Fatmayıda,  Ləzgi  süvari  alayı 
Binədə yerləşirdi. 38-ci alayın məntəqəsində 2 ədəd Krupp və 4 Şnayder topu, 311 və 364 №-li təpələrdə 2 ədəd 
rus   dağ,   4    ədəd   rus   səhra   və    4   ədəd   Krupp   topları   var    idi.   Qərb   qrupunun   9-cu   alayı    Puta   ilə   
Hacı   Həsən  arasında,    10-cu    alayı    9-cu    alayın    sol    cinahından    Xırdalanın    şimal-şərq    ətəyi    arasında   
yerləşmiş    14    topla dəstəklənirdi. Cənub qrupunda 4-cü alayın 2-ci taboru və Ağdaş süvari bölüyü Salyanda, 
4-cü  alayın  1-ci  taboru  Puta-Ələt  arasında,  xidmət  bölmələri  Hacıqabulda  və  Güzdəkdə  yerləşmiş,  8  topla 
dəstəklənirdilər.
599
 
Bütün qüvvələr nəzərə alınmaqla QİO komandanlığı Bakıya hücumu sentyabrın 11-nə, Xəlil paşanın Bakı 
ətrafındakı mövqelərə gəlməsindən sonraya planlaşdırdı.
600
 
Avqustun    31-də    axşam    Sentrokaspi    rəhbərləri    və    erməni    liderləri    müşavirə    keçirdilər.    Dəvət   
edilmiş 
general  Denstervil  onların  heç  bir   əməli  tədbir  görə  bilməyəcəyinə  əmin  oldu.  Səhərisi  gün  saaat  16:00-da 
o,  Sentrokaspi  rəhbərləri  və  erməni  liderlərini  öz  qərargahına  dəvət  edib  məşhur  sözləri  söylədi:  “YER 
ÜZÜNDƏ  HEÇ    BĠR    QÜVVƏ    BAKINI    TÜRKLƏRDƏN    QORUYA    BĠLMƏZ”
601     
Ümumilikdə   
avqust   döyüşlərində ingilislər və Sentrokaspi  qoşunlarından 2  min nəfər həlak olmuşdu, itkin və əsir düşənlər 
vardı.  Bakının  bütün  hospital  və  xəstəxanaları  yaralılarla  dolu  idi.  Şəhərdə  əhali  aclıqdan  əziyyət  çəksə  də 
qoşunların ərzaqla bağlı problemləri yox idi. Nəticədə şəhərdə qadınlar etiraz mitinqi keçirmək istədilər, lakin 
cəhdin  qarşısı  alındı.
602
 
Sentrokaspi    rəhbərləri    və    erməni    liderlərini    döyüşdə    iştirak    etməməkdə    ittiham    edən    general   
onlara    təslim olmağı    məsləhət    görürdü.   1918-ci    ilin 
mart-aprel 
aylarında 
 
törotdikləri   
qırğınlara    görə    cavab    vermələrini  anlayan   erməni   liderləri   vaxtı   uzatmağa   çalışırdılar.   Sentyabrın   1-i   
və    4-də    Sentrokaspi    rəhbərləri    və    erməni  liderləri  məktublar  yazaraq  bildirirdilər  ki,  ingilis  qoşunlarını 
şəhərdən buraxmayacaqlar. Onlar tələb edirdilər 
ki,   əlavə   qüvvə   gətirilsin.   Təəssüflə   bildirirdilər   ki,   bolşeviklərlə   əlbir   olsaydılar,   Lenin   onlara   hərbi   
kömək  göstərər  və  şəhəri  qoruyardı.  Sentrokaspi  qüvvələri 
tərkibində  hərbi  gəmilərin    olması    Denstervili    şəhəri    dərhal   
tərk    etmək    fikrindən  daşındırdı:  о  ehtiyat  edirdi  ki,  onun 
gəmiləri  atəşə  tutular  və  ya  geri  qaytarılar.    O,    şəhərin   
müdafiəsini    təşkil    etmək    üçün    yeni    layihə  hazırladı.     
Generalın      yazıları      göstərir      ki,      təhlükəni      dərk      edən 
Sentrokaspi    rəhbərləri    və    erməni    liderləri    qoşunlara    təsir   
etmiş    və  hərbi      böhranı      aradan      qaldırmağa,     
məğlubiyyətlərdən      sonra      ruh  düşkünlüyünü      qaldırmağa     
çalışmışdılar.
603       
Şəhərdəki      qüvvələrin  sayı  12,5  min  nəfər  olsa 
da, onların döyüş ruhu aşağı idi. QİO-nun 
uzaqvuran  topları  Bakıda  yerləşən  kazarma,  anbar  və  qərargahları  atəşə  tuturdu.  Topçuların  sərrast  atəşi  hətta 
Denstervili də heyran etmişdi, onun qərargahı bir neçə dəfə dəqiq atəşlə dağıdılmışdı. General bu dəqiqliyi şəhər 
müsəlmanlarının   türk   topçularına   verdikləri   məlumatlarla   izah   edir   və   şəhərlə  QİO   topçuları   arasında   
telefon xəttinin olmasını da istisna etmirdi.
604
 
Sentyabrın  1-də  Şimal  qrupu  hücuma  keçdi  və  günün  birinci  yarısında  Digah  və  Məhəmmədli  kəndləri, 
Digahın cənubundakı  345 №-li  təpə tutuldu. Şimal qrupu havaya qaldırılmış bir rus təyyarəsini vurdu və onun 
Salyan kazarması istiqamətində düşməsini müşahidə etdi.
605
 
İngilislər Bakıya  əlavə   qüvvə  gətirə  bilməsinlər  deyə,  Ənvər  paşa 9-cu  Ordudan  Cənubi  Azərbaycanda 
əməliyyatlar keçirməyi tələb edirdi.
606
 
Sentyabrın 1-də Nuru paşanın imzaladığı əmrə əsasən 9-cu Ordu tərkibindən götürülən 15-ci piyada firqə 
(qərargah,   56-cı   və   106-cı   piyada   alayları,   bir   Qüdrətli,   bir   105   mm-lik   Şkoda   dağ   qaubitsa,   bir   105   
mm-lik səhra qaubitsa batareyaları) Bakı ətrafına gətirilməli, 5-ci firqə 
ilə 15- 
ci   firqə   arasında   sərhəd   Yanardağ   olmalıdır;   Mürəttəb   süvari   
alayı, Tatar süvari alayı və Ləzgi süvari alayı Mərdəkanda birləşməli, 
Zehni 
bəyin  komandasına  verilməlidirlər;  38-ci  alay  15-ci  firqəyə 
veriləcəkdir;    Gəncə    və    Kürdəmirdə    olan    rus    toplarının   
mərmiləri  toplanmalıdır;    5-ci    firqə    qərargahı    Qobuda,    15-ci   
firqə    qərargahı 
Masazırda yerləşməlidir, bu mövqelərlə Güzdək arasında telefon xətti 
çəkilməlidir,    teleqraf    rabitəsi    yaradılmalıdır;    qoşunlar    ərzaqla   
təmin olunmalı, arxada ərzaq ehtiyatı yaradılmalıdır.
607
 
599
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.318. 
600
Süleymanov M.S. Azərbaycan Ordusu, s.126. 
601
Денстервиль, с.110. 
602
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s. 155-156. 
603
Денстервиль, с.250-251, 255-257. 
604
Денстервиль, с. 104. 
605
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.322. 
606
Yenə orada, s.322. 
607
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.324. 
146 


Yüklə 5,04 Kb.

Dostları ilə paylaş:
1   ...   95   96   97   98   99   100   101   102   ...   113




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə