münasibət göstərmiş, öz əsirlərini dəyişdirdikdə isə onların arabalara doldurulmuş və doğram-doğram edilmiş
cəsədlərini götürə bilmişdilər.
373
Həlak olanlar Qara-məryəmdən Göyçaya gedən yolla Bığır və
Mollaisaqlı kəndlərinə ayrılan yolun kəsişməsində, yoldan sağda dəfn edilmişdilər (hal-hazırda bura Göyçay
şəhidliyi kimi tanınır).
374
Döyüşdə 2 dağ topu, 2 pulemyot və 120-ə yaxın tüfəng sıradan çıxmış və
ya düşmən tərəfindən qənimət kimi götürülmüşdü. Ən əsası isə, ilk ciddi toqquşmada məğlubiyyət
qoşunların mənəvi durumuna pis təsir etdi. Bəzi türk tədqiqatçıları hesab edirlər ki, mənəvi baxımdan 10-cu
alayın döyüşçüləri elə böyük sarsıntı
keçirmişdilər ki, sovet qoşunları həmla etsə daha böyük itkilər verə bilərdilər. Qaraməryəm
döyüşü türk komandanlığına azərbaycanlı döyüşçülərin müharibə aparmaq qabiliyyətini nümayiş
etdirdi. Bu döyüşədək onlardan əsasən d/yolları strateji məntəqələrin qorunmasında istifadə
etməyi, ara-sıra hallarda döyüşə göndərməyi planlaşdıran türk komandanlığı azərbaycanlı zabitlərin bilik
və təcrübəsini, döyüşçülərin vuruşmaq əzmini gördülər. Baş verənlərdən narahat olan və Nuru paşanın
qüvvələrinin о qədər də çox olmadığını görən Azərbaycan hökuməti İstanbulda olan M. Ə.Rəsulzadəyə
Osmanlı dövlət rəsmiləri ilə görüşüb Azərbaycana əlavə bir diviziyanın göndərilməsini xahiş etməyi
tövsiyyə etdi.
375
İyunun 18-22-də hər iki tərəf döyüşlərə hazırlaşırdı. Sovet qoşunlarının komandanlığı Kürdəmir, Ağsu,
Şamaxı ətrafında erməni kəndlərinə silah paylayır, dəstələr təşkil edirdi, azərbaycanlı kəndlərinə isə hücumlar
edilir, silah yığılır, əhali talanırdı. QİO Göyçay ətrafında yerləşən erməni kəndlərindən silahları yığır, sursat və
əlavə qüvvələr toplayırdı. Eyni zamanda çoxsaylı azərbaycanlı könüllülər ayrı-ayrı dəstələr
şəklində təşkil olunurdu. Ağdaşdan 2 minlik dəstə, Bərdədən 500 süvari, digər ərazilərdən də dəstələr təşkil
edilirdi.
İyunun 19-da səhər Müsüslü istiqamətinə gələn QİO komandanı Nuru paşa, MK-nın komandanı Əliağa
Şıxlinski, 5-ci Qafqaz firqəsinin Ərkani-Hərb rəisi Rüşdü bəy 10-cu alayın komandir heyətinin döyüş barəsində
məlumatlarını dinlədilər. Göyçay əhalisinə müraciətində "bu şiddətli istidə müharibə edən zabit və əsgərlərdən
bir çoxları susuzluqdan ölmüşdür" deyən Nuru paşa qoşunlara yemək və su ilə təminatında
köməklik
göstərilməsini istəmişdi.
376
18 iyun döyüşündə məğlubiyyətə səbəb olan, yuxarıda sadalanan
qüsurlardan başqa Nuru paşa bir qüsuru da qeyd etmişdir: 5-ci Qafqaz firqəsinin komandanı Mürsəl bəyin öz
qərargahı ilə Göyçayda deyil, Gəncədə yerləşməsi və beləliklə ən vacib istiqamətdə baş verən hadisələrdən
uzaq düşməsi. Azərbaycan könüllü hissələri və Gəncədən bir türk süvari bölüyü, iki türk piyada
bölüyü dərhal Müsüslü istiqamətinə göndərilməli idi. Nuru paşa İstanbulla əlaqə saxlayaraq əlavə qüvvə
göndərilməsini xahiş etmişdir. Sultan dəftərxanasından cavab gəlməsə də, Ənvər paşadan cavab alınmışdı.
Ənvər paşa dövlətin ağır durumunu izah edərək hələlik qoşun göndərmək iqtidarında olmamasını, 5-ci
Qafqaz firqəsini döyüşə hissə-hissə deyil, cəm şəklində yönəltməyi tövsiyyə etmişdir.
377
İyunun 20-də 5-ci Qafqaz firqəsinin komandanı Mürsəl bəy öz qərargahı ilə Göyçaya gəldi və vəziyyəti
öyrəndikdən sonra sovet qoşunlarının yenə həmin istiqamətdə hücum edəcəyi fikrini bildirdi. Gəncəyə qayıtmış
Nuru
paşadan əlavə qüvvələrin, həmçinin patron və mərmilərin
göndərilməsini xahiş etdi. Nuru paşa hücumun eyni istiqamətdə olacağı ilə
razılaşmış və Göyçay istiqamətinə türk hissələrindən iki piyada tabor,
İstehkam bölüyü, Şnayder və dağ topları, bir pulemyot bölüyü,
həmçinin
azərbaycanlı könüllülər (Qazax və Gəncə ətrafında toplanan
süvarilər,
Xaldana göndərilmiş könüllülər) göndərəcəyini vəd etdi və bundan
başqa artıq qüvvənin olmamasını bildirdi. Bütün göndərilən qüvvələr
və silah- sursat Göyçaya yalnız iyunun 26-da çatacaqdı. Nuru
paşa iyunun 27-də hücum əməliyyatının planlaşdırılmasını
tapşırdı.
378
İyunun 21-də 5-ci
Qafqaz piyada firqəsinin komandanlığı döyüşən hissələrdə döyüş sursatının tükənməsi haqqında
QİO
komandanlığına raport verdi.
Cəbhədə mövcud olan ağır hərbi vəziyyət Azərbaycanla bağlı hərbi-siyasi motivlərlə
daha da kəskinləşirdi.
379
İyunun 22-də Bakıda Salyan kazarması ərazisində alman təyyarəsi yerə endi. Pilot
və onunla 1 zabit əsir götürüldü. Dindirilmə nəticəsində müəyyən olundu ki, zabit Bakıda saxlanılan alman
əsirləri ilə əlaqə yaratmalı və onların qiyamını hazırlamalı idi. Almaniya osmanlı qoşunlarından tez
Bakıya yiyələnməyə can atırdı.
380
N.Yüceer belə fərziyyə irəli sürür ki, almanların Bakıya
uçuşu və ələ keçirilməsi təsadüfi deyil. Onlar alman komandanlığı ilə Bakı Soveti arasında danışıqlar
aparmaq üçün göndərilmişdilər, çünki elə bu dövrdə Moskvada almanlarla Sovet Rusiyasının rəhbərliyi
arasında Bakı neftinin aqibəti barəsində danışıqlar
373
Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.98.
374
Şəhidliyin nar ağaclarının bol yerində yerləşməsi, ümumiyyətlə Göyçayın о narları ilə məhşur olması burada bitən narların 1918-ci il
şəhidlərinin
qanından rəng alması barədə rəvayət bu gün də mövcuddur (Görüryılmaz M. Türk Kafkaz İslam Ordusu, s.97)
375
Süleymanov M.S. Qafqaz İslam Ordusu, s.201.
376
Yuceer N. Birinci Dünya savaşında, s.85.
377
Yenə orada, s.85.
378
Süleymanov M. Qafqaz İslam Ordusunun Azərbaycanın ərazi bütövlüyü uğrunda, s.301.
379
Enver Ziya Karal. Osmanlı tarihi, s.529.
380
Кязымзаде Ф. Борьба за Закавказье, с.71.
114
Dostları ilə paylaş: |