Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə2/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   2   3   4   5   6   7   8   9   ...   292

5

kimi hisslərdən uzaq olmağı öyrədir. Eyni zamanda kainatın dini olan 

İslam dininin müasirliyini və bu dindən olan müasir insanların da elmli, 

dünyagörünüşlü təqvalı, tərbiyəli, mədəniyyətli olmalarını aşılayan bu 

kitabdan çox bəhrələnəcəklər. Burada Uca Allaha, onun yaratdıqlarına, 

Allahın  bizə  bəxş  etdiyi  bütün  nemətlərə,habelə  yaşadığımız  Vətənə 

böyük  məhəbbət,  ətrafımızda  olan  və Allahın  bizə  qismət  etdiyi  hər 

şeyə və hər kəsə şükür etmək, dinimizə və Allaha məhəbbətin dəyəri 

açıqlanır. 

Bu  kitabın  hazırlanmasında  1906-ci  ildə  nəşr  olunmuş  Şeyxü-

lislam  Məhəmməd  Həsən  Mövlazadə  Şəkəvinin  “Kitabul-Bəyan  fi 

Təfsiril  Quran”,Akademik Vasim  Məmmədəliyev  və  Z.  Bünyadovun 

tərcümə etdiyi“Qurani-Kərim”dən”,bir çox Quran təfsirlərindən, sün-

ni  və  şiə  məzhəbinin  bir  çox  təfsir  və  hədis  kitablarından,  ”Nəhcül-

Bəlağə”dən,  Hacı  Sabir  Həsənlinin“Peyğəmbərlər  tarixi”kitabından, 

Mövlana Muhəmməd Cəzalinin əsərlərindən, Əhmədağa Əhmədovun 

bütün əsərlərindən və mövzularla bağlı bir çox elmi əsərlərdən istifadə 

edilmişdır.  Dövrümüzdə  hüzn  məclislərini  idarə  edən  dindarlarmıza 

məsləhətim budur ki, bu kitabı oxuyaraq bəhrələnsinlər və İslam dini-

nin həqiqətlərini bir az da olsa dərindən mənimsəsinlər. 



 Bakı İslam Universiteti İslamşunaslıq fakültəsinin dekanı Hacı 

Fuad Nurullah.

 



6

BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

Kimin söz pərdəsində ahəngi var, sehri var,

Özü yerdə olsa da, ruhu göylərdə yaşar.

Şairin xoş nəfəsi cana məhrəm, qəlbə yar,

Dilsizlərə dil verər, susmazları susdurar.

Hər gözələ can verən incə söz memarıdır,

Sən şairə vurul ki, o, söz bəstəkarıdır. 

 N. Gəncəvi”Sirlər Xəzinəsi” 

Mərhəmətli və Uca Allahın adilə! Əlinizdə tutduğunuz bu kitab Sizi 

Haqq qapısına aparan bir yoldur. Qəlbində Tanrı sevgisi, ürəyində İman 

işığı olan hər kəs bilir ki, Haqqa gedən yol hamar və rahat deyil! Is-

lam dininin pərvəriş tapdığı dövrdən ta bu günədək insanların bu dinə 

və  Uca  Rəbbimizin  yerdəki  elçisi  sayılan  Muhəmməd  Peyğəmbərə 

(s.ə.s.)  məhəbbətindən  barınan  bu  yol  min  bir  əzabdan,  imtahandan, 

müharibələrdən  və  nəhayət,  Kərbəla  şəhidliyindən  keçib.  Dinimi-

zi öyrənmək, onu qorumaq, təbliğ etmək, məna və mündəricatını an-

lamaq,  gözəl liyini,  ülviyyətini  dərk  etmək  heç  də  hamıya  nəsib  olan 

xoşbətlik  və  səadət  deyil.İllər  uzunu  yasaq  edilən,  sonralar  yarımsa-

vadlı adamların (bəzənsə dini elmlərdən xəbərsiz olanların) əlində və 

dilində öz ilkinliyini, gözəlliyini və dəyərini itirən İslam dini elm, ədəb, 

irfan  müstəvisindən  çıxaraq  az  qala  xurafat  mənbəyi  kimi  xatırlan-

maqda idi. Ancaq son illər bütün İslam dünyasında baş verən intibah, 

xüsusilə  də  müstəqillik  qazanmış  Azərbaycanda  məxsus  olduğumuz 

dini  dəyərlərə  verilən  yüksək  qiymət,  əsrlər  boyu  xalqın  qan  yadda-

şında  yaşayan  inanclara  hörmət,  dini  abidələrin  bərpası,  insanların 

müqəddəs yerlərə səfərlərinin təşkili, şəhər və rayonlarımızda “Qurani- 

Kərim”in əsl mahiyyətinə varmaq, onu orijinaldan oxumaq üçün kurs-

ların açılması, dinimizin elmi əsaslarla öyrənilməsinə şərait yaradılması 

təqdirəlayiqdir. Və təqdir olunan bir yaxşı cəhət də budur ki, indi bizim 

xanımlar da bu sahədə fəallıq nümayiş etdirir, oxuyub öyrəndiklərini, 

eşidibbildiklərini hər kəslə paylaşmaq istəyirlər. Bu mənada ilahiyyatçi 

Hacı Mənzər xanımın sizə təqdim etdiyi bu kitabı mən çox qiymətli bir 

vəsait sayıram və inanıram ki, onu oxuyub başa vurduqdan sonra siz də 

müəllifə çəkdiyi böyük zəhmət, keçirdiyi yuxusuz gecələr, apardığı araş-

dırmalar və söylədiyi gözəl fikirlər üçün minnətdarlığınızı bildirməyə 

tələsəcəksiniz. Ona görə ki, Mənzər xanım az qala böyük bir institutun 

illər boyu görə bilməyəcəyi bir işin öhdəsindən layiqincə gəlib, xeyli 




7

dini ədəbiyyat oxuyub, ayrı-ayrı alimlərin, görkəmli mütəfəkkirlərin, 

dahi  söz  ustadlarının  əsərlərinə  müraciət  edib,  araşdırmalar,  təhlillər 

aparıb, hər kəsin başa düşəcəyi, mənimsəyəcəyi və yadda saxlayaca-

ğı bir dildə sadə və səmimi bir təkhiyə janrında fikir və düşüncələrini 

bizimlə bölüşməyə çalışıb.

Nədir bu kitabın özəlliyi? İlk əvvəl, onun əhatəli olmasında, tarixi 

qaynaqlara  əsaslanmasında,  Allah  kəlamlarının,  müqəddəs“Qurani-

Kərim”dəki  ayələrin  izahında,  İslam  aləmində  geniş  yayılan  hədis 

və  deyimlərin  mahiyyətinin  açıqlanmasında,  milli  dəyərlərimizə 

söykənərək  ədəb-irfanımızı  təbliğ  etməkdə  və  nəhayət,  insanların 

ürəyində İman və İnam çırağının daha gur yanmasına zəmin yaratmaq-

dır. Müəllif özü də dönə-dönə vurğulayır ki, bu kitabın yaranmasının 

başlıca səbəbləri: dünyada İslam dini və “Qurani-Kərim”ətrafında əsrlər 

boyu səngiməyən mübahisələrdə Azərbacan oxucusuna haqqın,ədalətin 

məqamını nişan vermək, bəzi dindarların məclislərdə narazılıqla qar-

şılanan “fəaliyyətinin” heç də hamıya şamil edilmədiyini vurğulamaq 

və belə“məclisi idarə edənlər ”istinad edə biləcəyi, öyrənə biləcəyi bir 

vəsait hazırlamaq, gələcəyimiz olan cavanlara doğru yol göstərmək, İs-

lam dininın bütün sivilizasiyalar dönəmində öz ülviyyətini itirməyən, 

əksinə,  elm  və  texnikanın  sürətlə  inkişaf  etdiyi  bir  dövrdə  dünya-

nı  heyrətə  sala  biləcək  bir  çox  kəşflərin  böyük  əksəriyyətinin  ilkin 

müjdəçisinin  məhz  müsəlmanların  səmavi  kitabı  olduğunu  gözlər 

önündə sərgiləmək, İnsan və Allah arasında heç vaxt üzülməyən inam 

bağlarının sarsılmaz və əbədi olduğunu nəzərə çatdırmaqdır. Bu san-

ballı əsər İslam dininin yaranma tarixindən, onun əsas ehkamlarından, 

digər dinlərdən fərqli keyfiyyətlərindən, müqəddəs kitabımızda Tanrı-

nın yaratdığı ən kamil varlığın İnsanın daxili aləmində baş verən təbəd-

dülatlara (dəyişmək-rəngdənrəngə düşmək) qalib gəlmək üçün tapın-

dığı  yüksək  dəyərlərdən,  ailədən,  sağlamlıqdan,  uşaq  tərbiyəsindən, 

valideyn-övlad münasibətindən, bir sözlə, bütün varlığı ilə çalışıb-ça-

balayan, yaxşı və ya pis əməl sahibi olan insanın ömrü boyu beynində 

gəzdirdiyi  bir  çox  sualların  cavabını  tapmaqda  yardımçı  ola  biləcək 

məqamlardan  söz  açılır,  ayə  və  surələrin  mahiyyəti  hər  kəsin  anlaya 

və qavraya biləcəyi şəkildə şərh və izah olunur,Qurandakı bəzi gizli və 

sirli  mənalar  açıqlanır.(müxtəlif  ölkələrin  din  xadimlərinin,  görkəmli 

alimlərin mülahizələrinə, bütün müsəlman aləmində tanınan və qəbul 

edilən əsərlərinə istinadən).

 Mənzər xanım tez-tez böyük söz və irfan şairi Nizami Gəncəvinin ya-

radıcılığına müraciət edir, onun dünya şöhrətli əsərlərindən nümunələr 




Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə