Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə4/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   2   3   4   5   6   7   8   9   ...   292

11

bəyənmir,  dini  və  əhkam  məsələlərində  mübahisə  edirlər.İnsanların, 

xüsusən də cavanların hər hansı bir təsir altına düşüb özgələrin əqidəsi 

ilə oturub-durmaları, düşünülməmiş hərəkətlər etmələri dinimizin alili-

yi haqqında məlumata malik olmamalarından irəli gəlir. Əslində, bu ca-

vanların çoxu Allah, din və vətənpərvərlik eşqi ilə qəlbləri çırpınan və 

bu yolda canlarından belə keçməyə hazır olan saf insanlardır. Bəziləri 

isə maddi və mənəvi vəziyyətlərini hər şeydən üstün tutaraq, bilərəkdən 

onların göstərişləri ilə oturub-durur və öz imanlarını satırlar.

Həmçinin,  Qiyamət  əlamətlərinin daha  da  çoxaldığı  zəmanəmizdə 

cavanlarımızın  təlim-tərbiyəsində  baş  verən  dəyişikliklər,  doğrudan 

da,  çox  narahatedicidir.  Cəmiyyətimizdən,  xüsusən  də  cavanlarımı-

zın  özlərindən  sual  etsək  ki,  bu  gün  mənəviyyatımızın  bu  dərəcədə 

dəyişməsindən razıdırlarmı? Əlbəttə, birmənalı cavab yalnız narazılıq 

və bu cəmiyyətin gələcəyi üçün narahatlıq olar. Bu səbəbdən qurtuluş 

tərəfə, yəni dinimizin həqiqətləri tərəfə üzümüzü çevirək. 



2-ci  səbəb.  Cəmiyyət  içərisində  dinimizi  təbliğ  və  təmsil  edərək, 

məclislər aparan bəzi insanların dini biliklər haqqında bir az da olsa, 

öyrənib maariflənmələridir. 

Bildiyimiz  kimi,  ölkəmizin  tarixində  müəyyən  dövrlər  olmuşdur 

ki,milli adət-ənənələrimizə, dinimizə qarşı əks təbliğatlar aparılmış və 

dinimizin qanunlarına qadağalar qoyularaq gözdən salınmış, güclü ate-

izm  siyasəti  aparılmışdır.  Bütün  bu  mərhələləri  keçən  cəmiyyətimiz, 

hamımız qadağalara və təzyiqlərə baxmayaraq, bu günə qədər dinimizi 

bizim üçün yaşadıb, qoruyub və bizlərə çatdıra bilən din xadimlərimizə, 

dinini,  vətənini  canından  çox  sevən  ziyalılarımıza,  şair,  yazıçı  və 

xeyriyyəçi  insanlarımıza  və  o  dövrdə  məclislər  aparan  mollalara 

minnətdar olmalıyıq.

Elə  yaşadığımız  sovetlər  dövründə  din  yalnız  yas  məclislərində, 

Məhərrəm və Ramazan aylarında yada düşürdü. Lakin bu bir danılmaz 

həqiqətdir ki, o dövrdə məclis aparan mollaların çoxu ali dini təhsil al-

masalar da, müəyyən savadlı insanlardan təhsil alıb, çox məsuliyyətlə 

məclislər  aparardılar.  Çox  kiçik  yaşlarımda  nənəmin  məni  özü  ilə 

apardığı  bir  çox  imam  məclislərində  (mövludlarda  və  təkyə-ehsan) 

gördüyüm  mollaların  məclis  apararkən  bütün  dini  və  etik  qaydalara 

riayət  etdiklərini  müşahidə  etmişəm.  Dinin  müəyyən  mövzularında 

etdikləri moizələri, müəyyən tarixi hadisələri, imam və Peyğəmbərlərin 

həyatlarını  təsvir  edən  rozələri,  mərsiyələri  deyərkən  növhə,  fərd, 

əfratla bəzəyərək, bu ibrətamiz hadisələri təsvir edib göz önünə gətirə 

bilmələri, indi də yaddaşımda həkk olunmuşdur. Bütün bu gözəl, elmli-




12

helmli təbliğatlar bu günə kimi dinimizi yaşada bilmişdir.

İndi  isə  demokratiya  şəraitində  yaşayan  və  məclislər  aparmaq  id-

diasında olan insanlar, Allahın bizə bir nemət kimi bəxş etdiyi İslam 

dinini  Qiyamət  gününədək  yaşatmaq  üçün  bütün  dünya  elmlərini 

özündə cəm edən İslam elmini və mərsiyə demək qaydalarını(elmini) 

öyrənməlidirlər.Bu,  onların  həm  insanlar  qarşısında,  həm  də  Allah 

qarşısında mənəvi borcudur.Çünki hər şeydə maddiyyatı üstün tutub, 

müqəddəs  şeylərə  dəyər  verməyərək  yaşamaq  insanlıq  duyğularının 

məhv olması deməkdir.

Əfsuslar olsun ki, bəzi mollalar dinimizin gözəlliklərini, sadəliyini, 

müasirliyini, təqva və mədəniyyət dini olduğunu lazımınca təbliğ və 

təmsil edə bilmirlər. Hətta məclislərdə insanın müqəddəs duyğularını, 

qəmini-dərdini ifadə edən mərsiyə, növhə deyimini də ifrat və gülünc 

şəklə salırlar. Məclislərdə şəriət qanunları haqqında onlara sual verən 

insanları, olmazlar, haramlar və qadağalarla qorxudaraq dindən diksin-

dirib, uzaqlaşdırırlar. Bəlkə də bu səbəbdən cəmiyyətimizdə hər şeyə 

bir-birinə, vətəninə, hətta dinimizə qarşı biganəlik, inamsızlıq yaranmış 

və bir-birini dinləmək üçün səbir qalmamışdır. 

Cəmiyyətdə bəzi insanların dini məsələlərə biganə yanaşmaları, di-

nimizi  bəyənməmələri,  hətta  ondan  utanmaları  bizi  çox  narahat  edir. 

Halbuki indiki zamanda xarici dövlətlərdən olan ziyalılar və alimlər İs-

lam dinini olduğu kimi qəbul edirlər. Bu dinin müasirliyi, düzgün elmi 

göstərişləri və düzgün təlim-tərbiyəsi butün insanları özünə cəlb edir.

İnsanlar bu din ilə hidayət yolunu tapıb, dünya və axirət savabını qaza-

nırlar. 


3-cü səbəb. Gələcəyimiz olan gənclərimizin və uşaqlarımızın dini-

miz haqqında az da olsa, maariflənməsidir.

Çox yaxşı olardı ki, cəmiyyətimiz Allahın bizlərə bu dünyada hidayət, 

axirətdə isə şəfaət tapmağımız üçün bəxş etdiyi bu ali İslam dinini ol-

duğu kimi tanısın.İnsanlar onun aliliyinə, yeganə düzgün din olduğuna, 

bütün dünya insanları üçün göndərildiyinə, xurafat və mövhumatdan 

çox uzaq olduğuna inansınlar. Bizə Allah tərəfindən bəxş edilən, dünya 

və kainat elmlərinin toplandığı, Allahın vəhyi, Hz.Cəbrail vasitəsi ilə 

Muhəmmədə (s.ə.s.) çatdırılan “Qurani-Kərimi” öyrənib dəyərləndirə 

bilsinlər. 

Vətənimizin  gələcəyi  naminə  və  insanlarımızın  başqa  təriqətlərə 

aldanaraq  vətənimizə  dönük  çıxıb,özümüzə  qənim  kəsilməmələri  və 

dünya durduqca Azərbaycanın inkişaf edib möhkəm dayanması naminə 

İslan  dininin  həqiqətlərini,  elmini  öyrənmək  üçün  kiçik  yaşlarından, 




13

uşaq bağçalarında, məktəblərdə və ali təhsil müəssisələrində, hər yaş 

dövrünə uyğun tədris proqramı çərçivəsində dinimiz haqqında məlumat 

verilməsi çox əhəmiyyətli olardı.Bu proqramlar əsil İslam dininin dərin 

elmi bilgiləri üzrə tərtib edilməlidir. Məktəbdə tədris edilən hər fənn 

üzrə“Qurani-Kərimdə” çoxlu məlumatlar verilmişdir. Məsələn: kimya, 

fizika,  astronomiya,  anatomiya,  arxeologiya,  tarix,  coğrafiya,  fəlsəfə, 

şəriət  qanunları,  əxlaq,  psixologiya,  biologiya  və  bir  çox  fənlər  üzrə 

proqramlar hazırlanarkən, Qurani-Kərimin ayələrindən istifadə etmək 

olar. Əslinə qalsa, elə bütün elmlərin mənbəyi, əsil kökü elə Qurani-

Kərimin özündədir. Ona görə də ərəb dilini kiçik yaşlardan əlavə xarici 

dil kimi gələcək nəsillərə öyrədək ki, balalarımız dinimizin həqiqətlərini 

bilsinlər və heç kəs, heç bir planlı, tədbirli qurumlar onları aldadıb, ya-

lan fətva, qadağa və xurafat ilə öz dininə, dilinə, xalqına və vətəninə 

qarşı düşmənə çevirə bilməsinlər.

Çünki bütün gələcək həyatımızın təməli kiçik yaşlarımızdan qurulur. 

Demək olar ki, insan həyatının bütün məqamları, yaşam tərzi və həyatda 

yaşadığı  dövrdə  baş  verənlər,  hətta  ölümdən  sonra  baş  verəcəklər 

haqqında“Qurani-Kərimdə”açıq-aydın  xəbərlər  və  məlumatlar  vardır. 

Buna görə həyatımızın bütün məqamları haqqındakı suallara yalnız Qu-

ran ayələri bizə cavab verə bilər. 

Biz  bu  kitabda  Quran  ayələrini  mövzular  üzrə  seçərək,  dinimi-

zin  hökmlərində  buyurulan  ardıcıllıqla  sıraya  düzərək,  Uca  Allahın 

köməkliyi və istəyi ilə sizlərə təqdim etməyə çalışacağıq. İnşallah! Bu 

çətin işdə Uca Allaha pənah apararaq, Allahdan elm və mərifət, səbr, 

kömək və uğur diləyirik.



Ey öz varlığı da bilinməz hikmət,

Zahirə,batinə bir Sənsən bələd.

Bütün bu canlılar,cansızlar ki var,

”Yaran” deməyinlə yarandı onlar. 

Hökmünlə ruh alır,əql alır bədən,

Yaradan da Sənsən, öldürən də Sən.

Ey sirr aləminin ulu məhrəmi

Dolduran, boşaldan Sənsən aləmi.

Köməyim olmasan, ya Pərvərdigar

Bu düyün ağılla necə açılar?

Ağıl işıq alır Sənin qapından, 

Yanar dərgahına girdiyi zaman...

Ey mənim əqlimə mənalar verən


Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə