Ağayeva məNZƏR “İslam diNİn həQİQƏTLƏRİ MÖvzusular üZRƏ”



Yüklə 6,51 Mb.
Pdf görüntüsü
səhifə5/292
tarix16.11.2017
ölçüsü6,51 Mb.
#10522
1   2   3   4   5   6   7   8   9   ...   292

14

Mən axtarışçıyam,Sən yol göstərən,

Yollarım qorxulu olsa da bu dəm, 

Sən ki rəhbərimsən, qorxan deyiləm.

Yüküm çox ağırdır,düşmüşəm gücdən,

Tükənmiş taqətim de, neyləyim mən?

Nə qorxu, yoxsa da canımda qüdrət, 

Sənin köməyinlə işlərəm, əlbət.

Lütfün ki qəhrindən ayrı deyildir

Yanında şərbət də, zəhər də birdir.

Əsirəm, şübhəsiz, hüzurunda mən, 

Lütfünlə yaşaram, ölləm qəhrindən,

Qoy içim mərhəmət şərbətlərindən

Qəzəb badəsini mənə vermə Sən.

Qəzəbin layiqsə əzəldən bizə, 

Rəhmin də düşmüşdür qismətimizə.

Nə qədər nəfəsim çıxmamış candan, 

Əlim ətəyində gəzirəm hər an.

Bir gün can evimdən çıxsa nəfəsim, 

Dualar deyəcək adına səsim.

Ölüm səfərinə qoyarsam ayaq, 

Adın vücuduma hənut olacaq.

Ehram sındıranlar çoxdur dünyada, 

Bu şərdən məni gəl saxla, ey Xuda!

Bəlalar gizlidir bikəsəm, Allah, 

Varmı Səndən özgə mənə bir pənah?

Bir Sənsən dünyada əlimdən tutan,

 Nə versən, qailəm, böyük Yaradan!

O saf cövhərindən alsa bədənim,

Misim qızıl olar dünyada mənim.

Lütfündən bir işıq göstərsən əgər, 

Torpaq qızıl olar, su dürrə dönər.

Bir gövhər də olsam, bir saxsı da mən, 

Hüsnüm bəzənmişdir Sənin hüsnündən.

İlahi, dar gündə Sən ol həmdəmim, 

İstədiyin yerə çatsın qədəmim.

mənim üzümə nur xəzinəni

Zülmətlər içindən xilas et məni.

Vəfasız yaranmış bütün qapılar, 

Bir sənin qapında vəfa tapılar.


15

Ancaq həyatdadır vəfa, etibar, 

Ölümlə dağılıb məhv olur onlar.

Qiyamət gününü görmədikcə mən, 

Ayrılan deyiləm Sənin əhdindən.

Bir Səni çağırır cahanda səsim, 

Xatirən olmasa, batar nəfəsim.

Möhtac yaratmadın heç kəsi əzəl, 

Dünyada məni də məəttəl qoyma gəl!

Zərrəcə qorxmuram gələn əcəldən,

Bu yol dərgahına gedir əzəldən.

Bağ, bostan yoludur ölümün izi,

Dostlar sarayına aparır bizi.

Ölüm ki Səndəndir, nə qüssə, nə qəm,

Qoy ölüm, ölümdən mən dad çəkmərəm.

Hərçəndi dünyada ölüm gerçəkdir, 

Ölüm ölmək deyil, yer dəyişməkdir.

O, yemək yerindən yataq yerinə, 

Ordan şah yanına bir yoldur yenə.

Sənin məclisinə gedən bu yoldan, 

Əbədi yuxudan qaçmaram, inan.

Sənin ki şövqün var, mən bəxtiyaram, 

Şad yatıb, hər zaman şad da qalxaram. 

 (N.Gəncəvi“Leyli və Məcnun”)

 

 BİSMİLLƏHİR RAHMƏNİR RAHİM

 

 Hikmət xəzinəsinə budur açar, ey həkim! 



 Odur fikrin əvvəli, odur kəlamın sonu,

 Nə iş görsən, Tanrının adıyla başla onu. 

 Bismilləhir Rahmənir Rahim.

Əlhəmdulillah,  Əlhəmdulillah,  Əlhəmdulillahi  Rabbil  aləmin. 

Vəssalətu, vassaləmu alə seyyidinə Muhəmmədin və alə alihi və səhbihi 

əcməin.Əssalatu  vəssələmu  aleykə  yə  Rasulullah,əssalətu  vəssələmu 

əleykə yə Həbiballah. Əssəlatu vəssaləmu əleykə və Seyyidəl əvvəlinə 

vəl axirin, hüvəl əvvəlu, vəl axiru, vəz Zahiru vəl Batinu və huvə bi 

kulli şeyin alim.



16

Mənası:-Həmd aləmlərin Rəbbi olan Allah üçündür. Salavat və sa-

lam, Peyğəmbərimiz Muhəmmədə və onun ailə üzvlərinə və əshabına 

olsun! Salavat və salam Sənin üzərinə olsun. Ey Allahın Rəsulu! Ey 

Allahın ən istəklisi! Ey öncəkilərin və sonrakıların Seyyidi! Salavat və 

salam Sənin üzərinə olsun! Allah əzəli və əbədidir. O, Zahir və Batindir 

və o hər şeyi haqqı ilə biləndir. 



əl-Hədid-3 - Həmd olsun o Allaha ki, Əvvəl də, Axır da, Zahir də, 

Batin də Odur. 



əl-Əhzab-56  -  Həqiqətən,  Allah  və  Onun  mələkləri  Peyğəmbərə 

Salavat göndərirlər. (xeyir-dua verirlər). Ey iman edənlər!Siz də ona-

Peyğəmbərə Salavat Salam göndərib,layiqincə salamlayın! Siz də ona 

salavat gətirin (Allahummə Salli əla Muhəmmədin və ali Muhəmməd; 

Əssalamu  əleykə  əyyuhənnəbiyyu  və  rəhmətullahu  və  bərakətuh!)-

deyin.


əl-Fatihə-1-5  -  Dünyada  bütün  yaranmışlara  ruzi  və  lazım  olan 

nemətləri  verdiyinə  görə  mehriban  olub,  axirətdə  bəzi  yaranmışları 

behiştə daxil etməklə Rəhimli Allahın adı ilə bütün işlərimdə köməklik 

istəyirəm.  Mehribandır  və  axirətdə  behişti  verməklə  rəhm  edəndir. 

Qiyamət gününün padşahıdır. Ancaq sənə ibadət edirik, ancaq səndən 

kömək istəyirik, bizi düzgün yola hidayət et. Nemət verdiyin kəslərin 

yoluna, qəzəbləndiyin və haqq yolundan azmışların yoluna yox. 

Hədis:  Peyğəmbərimiz  buyurur:”Qiyamət  günü  ən  dəyərli  insan 

mənə və mənim Əhli-beytimə salavat gətirən kimsədir. Hər hansı bir 

məclisdə oturub Allahı yad etməyən və Peyğəmbərə salavat gətirməyən 

bir  camaat  Qiyamət  günü  mütləq  peşman  olacaq.”  (“Zubdətul 



əhadis”Şeyx Abbas Qummu). 

 

 İSLAM DİNİNİN ÖZƏLLİKLƏRİ

Açıqlama: İslam dini bəşəriyyət üçün xoşbəxtlik və qurtuluş dinidir.

İslam  dini  bütün  haqq  dinlərin  sonuncusu,  ən  kamili  və  kainatın  di-

nidir.  Bu  ilahi  din  bir  millətə,  bir  zamana  görə  deyildir.  O,  istənilən 

cəmiyyətdə istənilən fərd üçün yüksək həyat şəraitini təmin edə biləcək 

ümumbəşəri, əbədi dindir.

İslam-monoteist  (təkallahlı)  səmavi  bir  dindir.  “İslam”  adı  salam 

kökündən törəmişdir.Bu kökün ümumi olaraq qəbul edilən iki anlamı 

vardır:



Yüklə 6,51 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   292




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə